TƏFTİŞ

is. [ ər. ]
1. İşlərin düzgünlüyünü və qanuni olub-olmadığını yoxlamaq məqsədilə hər hansı idarə və ya vəzifəli şəxsin fəaliyyətinin təhqiq edilməsi, yoxlanması.
Bürcəliyev açılmış qapıdan təftiş heyəti işləyən otağı dinlədi. S.Rəhimov.
[Yusif Həsrətə:] Təftiş komisyonunun sədri fağırın biridir. B.Bayramov.

□ Təftiş etmək – yoxlamaq, yoxlama aparmaq, təhqiqat aparmaq.
[Qarovul] …diqqətli bir surətdə malların hamısını təftiş etməyə başladı. B.Talıblı.
[Hümmət aqronoma:] Bura köməyə gəlmisiniz, ya təftiş eləməyə? B.Bayramov.

2. Hər hansı dünyagörüşünün və ya nəzəriyyənin əsasını sarsıtmaq və ya təhrif etmək məqsədilə onun müddəalarını nəzərdən keçirmə.

Sinonimlər (yaxın mənalı sözlər)

  • TƏFTİŞ yoxlama — araşdırma — nəzarət — baxma — müayinə
  • TƏFTİŞ təftiş bax nəzarət
TƏFSİRÇİ
TƏFTİŞÇİ
OBASTAN VİKİ
Dərin Paket Təftişi
Dərin Paket Təftişi (paketin tam təftişi və informasiyanın çıxarılması da adlanır) – şəbəkə paketlərinin süzülməsinin bir formasıdır; təftiş nöqtəsinə keçdikdə paketin məlumat hissəsini (və ehtimal ki, onun başlığını) paketin keçib-keçməyəcəyinə və yaxud başqa məntəqəyə yönləndirilməli olduğuna qərar vermək, yaxud statistik məlumatlar toplamaq üçün protokollara uyğunsuzluq, viruslar, spam, müdaxilələr və yaxud müəyyən olunmuş kriteriyalar yoxlanır. == Ədəbiyyat == İmamverdiyev Y.N, "İnformasiya təhlükəsizliyi terminlərinin izahlı lüğəti", 2015,“İnformasiya Texnologiyaları” nəşriyyatı,160 səh.
Dərin Paket Təftişi (paketin tam təftişi və informasiyanın çıxarılması)
Dərin Paket Təftişi (paketin tam təftişi və informasiyanın çıxarılması da adlanır) – şəbəkə paketlərinin süzülməsinin bir formasıdır; təftiş nöqtəsinə keçdikdə paketin məlumat hissəsini (və ehtimal ki, onun başlığını) paketin keçib-keçməyəcəyinə və yaxud başqa məntəqəyə yönləndirilməli olduğuna qərar vermək, yaxud statistik məlumatlar toplamaq üçün protokollara uyğunsuzluq, viruslar, spam, müdaxilələr və yaxud müəyyən olunmuş kriteriyalar yoxlanır. == Ədəbiyyat == İmamverdiyev Y.N, "İnformasiya təhlükəsizliyi terminlərinin izahlı lüğəti", 2015,“İnformasiya Texnologiyaları” nəşriyyatı,160 səh.

Digər lüğətlərdə