Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Təkbətək döyüş
Təkbətək döyüş - iki fərd arasında vuruşma, çarpışma, dava. Təhlükəli hallarda özünü və yaxınlarını qorumaq üçün insanların istifadə etdikləri üsul. Təkbətək döyüş 4 cürə ola bilər: Hərbi döyüş; İdman döyüşü; Təkbətək döyüşün Şərqi növləri; Qarışıq üsullar ilə döyüş. == Hərbi döyüşlər == Hərbi təkbətək döyüşün məqsədi ölümcül təhlükə altında ölaraq vuruşub sağ qalmaq, məğlub olanda isə rəqibə mümkün qədər çox zədə vurmaqdır. Müasir əsgərlər hərbi məktəblərdə əlbəyaxa, soyuq və odlu silahla döyüşməyi öyrənirlər. Əsas tədris kursları: Operativ əlbəyaxa döyüş; Ordu bıçaq döyüşü; Süngü döyüşü; Tapança ilə əlbəyaxa döyüş. və s.Hərbçilər yalnız xüsusi əməliyyatların keçirilməsi zamanı əlbəyaxa döyüş fəndləri tətbiq etmək hüququna malikdirlər. Digər hallarda döyüş fəndlərinin tətbiqi qadağan edilir və ardınca hərbçi hətta cinayət məsuliyyətinə cəlb oluna bilər. == İdman döyüşləri == İdman döyüşlərinin məqsədi yüksək idman nailiyyətlərinə nail olmaqdır. İdman döyüşlərində travmatizmi minimallaşdırmaq məqsədilə daha sərt qaydalar və məhdudiyyətlər istifadə olunur.
Odla Təkbətək Döyüş (1960)
== Məzmun == Filmdə Azərbaycan yanğınsöndürənlərinin ağır və çətin, lakin şərəfli işlərindən bəhs olunur.
Odla təkbətək döyüş (film, 1960)
== Məzmun == Filmdə Azərbaycan yanğınsöndürənlərinin ağır və çətin, lakin şərəfli işlərindən bəhs olunur.
Çəkələk
Çəkələk ― yüngül ayaqqabıların bir növü. Çəkələkləri çox vaxt parçadan ya da dəridən düzəldirlər. Bəzi bölgələrdə xalq arasında şəpik adlandırılan bu ayaqqabılar qədim zamanlardan tanınır və isti ölkələrdə, başqa ayaqqabılara nisbətdə daha çox geyinilir. Bəzi çəkələklər isə (məsələn: hamam üçün) rezindən hazırlanır.Tərlik ayaqqabı şəklində ola bilər və ya arxası olmaya bilər (flip-flop). Onların dabanları adətən nazik olur və ayaq üçün çox qorunma təmin etmir. Otellərdə, hamamlarda və s.-də müştərilərə birdəfəlik terliklər verilə bilər.
Əkərək
KəndlərƏkərək (Loru) — Tiflis quberniyasının Borçalı qəzasında, indi Cəlaloğlu (Stepanavan) rayonunda kənd. Əkərək — Syunik vilayətinin Vayotsdzor qəzasında, İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında kənd. Əkərək (Karbi) — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Əştərək rayonunda kənd. Əkərək (Talin) — İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Talin rayonunda kənd. Əkərək — İrəvan quberniyasının İrəvan qəzasında, indi Ellər (Kotayk, Abovyan) rayonunda kənd. Əkərək (Qafan) 1 — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Qafan rayonunda kənd. Əkərək 2 — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Qafan rayonunda kənd. Əkərək (Meğri) — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Meğri rayonunda kənd.ÇaylarƏkərək — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Meğri rayonunda çay. == Həmçinin bax == Əkərət mahalı — Şirvan xanlığının inzibati ərazilərindən biri.
Təkəlik dağı
Təkəlik dağı – Sahbuz гayonu ərazisində dağ (hünd. 2892,5 m). Dərələyaz silsiləsinin suayırıcısındakı Keçəldağ yüksəkliyindən (hünd. 3118,9 m) cənub-şərqə istiqamətlənmiş eyniadlı qolunda zirvə. Naxçıvançayın Qışlaqsu qolunun mənbə hissəsində, Yuxarı Qışlaq kəndindən 3,5 km şimal-şərqdədir. Erkən Pliosen maqmatizminin törəmələri olan andezit, andezit-dasit və dasitlərdən ibarət eyniadlı subvulkanik kütləyə uyğun gələn sıldırım yamaclı, günbəzvari yüksəklikdir. Yamaclarında eyniyaşlı Biçənək lay dəstəsinin andezit, andezit-dasit lavaları və piroklastolitləri və onları yarıb çıxan daha kiçik, eynitərkibli intruziv kütlələr açılır. Tektonik cəhətdən Ordubad qarılma zonasının Şahbuz seqmentinin şimal-şərq cinahına aid Batabat-Qanlıgöl əyilməsinin hüdudlarında yerləşir.
Gül Əkərək
Gül Əkərək — Tiflis quberniyasının Borçalı qəzasında (indi Ermənistanın Stepanovan rayonunda) kənd adı. == Toponimkası == Gül Əkərək- Tiflis quberniyasının Borçalı qəzasında (indi Ermənistanın Stepanovan rayonunda) kənd adı. XIX əsrin əvvəllərində kənddə Türkiyədən gəlmə ermənilər yerləşdirilmişdir. XIX əsrin ortalarında Vartablur, Erməni Gərgəri, Orartin və Gül Əkərək məntəqələrini əhatə edən kənd icmasının adı idi. Əsli Qul Əkərək (Qulama məxsus malikanə).
Əkərək (Karbi)
Əkərək — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Əştərək rayonunda kənd., == Tarixi == Rayon mərkəzindən 7 km qərbdə yerləşir. 1590-cı ildə tərtib edilmiş "İrəvan əyalətinin müfəssəl dəftəri"ndə Əyrək kimi, "İrəvan əyalətinin icmal dəftəri"ndə Əyərək, Qafqazın 5 verstlik xəritəsində Əkərək (Aqarak) kimi qeyd edilmişdir. Adı XVI əsrin əvəllərindən çəkilir. XVI və XVIII əsrlərə aid tarixi mənbələrdə kəndin adının Əyrək, Əyərək formalarında qeyd olunmasına istinad edib bu qənaətə gələ bilirik ki, toponim "Kitabi-Dədə Qorqud" dastanlarında (X boyda) adı çəkilən Əgrək şəxs adı əsasında əmələ gəlmişdir. == Toponimi == Antropotoponimdir. Quruluşca sadə toponimdir. == Əhalisi == Kənddə 1831-ci ildə 318 nəfər, 1873-cü ildə 388 nəfər, 1886-cı ildə 536 nəfər, 1897-ci ildə 603 nəfər, 1908-ci ildə 629 nəfər, 1914-cü ildə 720 nəfər, 1916-cı ildə 653 nəfər, 1919-cu ildə 425 nəfər yalnız azərbaycanlı yaşamışdır. "Ermənistan və ətraf vilayətlərin toponimlər lüğəti"ndə burada 1920-ci illərə kimi hansı xalqın yaşadığı göstərilmir. Yalnız 1897-ci ildə 603 nəfərin yaşadığı qeyd edilir ki, onların da azərbaycanlı və ya erməni olduğu göstərilmir. Bu da erməni siyasətinin bir formasıdır.
Əkərək (Loru)
Əkərək (erm. Ագարակ) — Ermənistan Respublikasının Loru mərzində kənd. 7 noyabr 1995–ci il tarixində Ermənistan Respublikası Milli Məclisinin qəbul etdiyi və 4 dekabr 1995–ci ildə Ermənistan Respublikasının prezidenti Levon Ter-Petrosyanın təsdiq etdiyi "Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında Qanunu" na əsasən "Əkərək bələdiyyəsi"ni (erm. Ագարակ համայնքի) təşkil edir. 12 – 21 oktyabr 2011–ci il siyahıyaalınmasına əsasən kəndin (de–yuri) daimi əhalisi 1.155 nəfərdir.
Əkərək (Meğri)
Əkərək — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Meğri rayonunda kənd. == Tarixi == Araz çayın sol tərəfində yerləşir. Toponim əkər (akar) türk tayfa adı əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca düzəltmə toponimdir. == Əhalisi == Burada ermənilərlə yanaşı 1897-ci ildə 6 nəfər, 1931-ci ildə 11 nəfər azərbaycanlı yaşamışdır. Kənddə yaşayan azərbaycanlılar 1948-ci ildə SSRİ Nazirlər Sovetinin xüsusi qərarı ilə köçürülmüşdür. İndi ermənilər yaşayır.
Əkərək (Qafan)
Əkərək, Aqarak — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Qafan rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 18 km məsafədə yerləşir. Erməni mənbələrində, Qafqazın 5 verstlik xəritəsində Aqarak formasında qeyd edilmişdir. Toponim türk mənşəli əkər etnoniminə -ək şəkilçisinin artırılması yolu ilə əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca düzəltmə toponimdir.
Əkərək (Talin)
Əkərək — İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Talın rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 17 km cənub-şərqdə yerləşir. Kəndin digər adı Xaraba Əkərək olmuşdur. Erməni mənbələrində 1922-ci ildən əvvəl burada kimin yaşadığı göstərilmir. Bu da tarixi faktları saxtalaşdırmaqdır. Toponim əkər türk etnonimi əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca düzəltmə toponimdir. == Əhalisi == Kənddə 1831-ci ildə 70 nəfər, 1873-cü ildə 301 nəfər, 1886-cı ildə 367 nəfər, 1897-ci ildə 482 nəfər, 1904-cü ildə 284 nəfər, 1914-cü ildə 301 nəfər, 1916-cı ildə 601 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə kənd erməni təcavüzünə məruz qalaraq kəndin sakinləri tarixi-etnik torpaqlarından deportasiya olunmuş və 1920-ci ildə Türkiyənin Sasun və Taron vilayətlərindən köçürülən ermənilər burada yerləşdirilmişdir.
Əkərək (Talın)
Əkərək — İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Talın rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 17 km cənub-şərqdə yerləşir. Kəndin digər adı Xaraba Əkərək olmuşdur. Erməni mənbələrində 1922-ci ildən əvvəl burada kimin yaşadığı göstərilmir. Bu da tarixi faktları saxtalaşdırmaqdır. Toponim əkər türk etnonimi əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca düzəltmə toponimdir. == Əhalisi == Kənddə 1831-ci ildə 70 nəfər, 1873-cü ildə 301 nəfər, 1886-cı ildə 367 nəfər, 1897-ci ildə 482 nəfər, 1904-cü ildə 284 nəfər, 1914-cü ildə 301 nəfər, 1916-cı ildə 601 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə kənd erməni təcavüzünə məruz qalaraq kəndin sakinləri tarixi-etnik torpaqlarından deportasiya olunmuş və 1920-ci ildə Türkiyənin Sasun və Taron vilayətlərindən köçürülən ermənilər burada yerləşdirilmişdir.
Əkərək məscidi
Əkərək məscidi — İrəvan quberniyasının Üçmüədzin qəzasında, indiki Əkərək köhnə Karbi mahalı ərazisində yerləşən məscid.
Afinalı Teetet
Afinalı Teetet (yun. Θεαίτητος; E.ə. 417 – E.ə. 368) — Qədim yunan riyaziyyatçısı, Kirenalı Feodor və Platonun şagirdidir; irrasionallıq nəzəriyyəsini qurmuş, dodekaedr, ikosaedr və oktaedri kəşf etmişdir..
Layoş Fekete
Layoş Fekete, Macar tarixçisidir, Birinci Dünya Müharibəsində əsir düşüb, Türkcə öyrənən Layoş (ya da Lajos), müharibədən sonra Macarıstan və Avropa arxivlərindəki Osmanlı sənədlərini incələdi, Budapeşt universitetində Türk tarixi üzrə professor təyin olundu. Sonra İstanbula çağırılıb, Baş Nazirlik Arxivindəki sənədləri araşdırmaq tapşırılır. Türkcə sənədləri araşdırdıqdan sonra Einführung in die Osmanisch-Tür-kische Diplomatik der Türkischen Botmassigheit in Ungarn (Macarıstandakı Türk Hakimiyyətində Osmanlı Türk diplomatiyasına giriş, 1926) adlı əsərini yazmışdır. Türkische Schriften aus dem Archive des Palatins Nikolaus Esterhazy 1606–1645 (Palatinus Miklos Esterhazynin arxivindəki Türkcə sənədlər 1606–1645, 1932) adlı əsərində XVII əsrin II yarısındakı Osmanlı-Macar münasibətlərini araşdırmışdır. Bundan başqa Budapest a Törökkorban (Osmanlı dönəmində Budapeşt,1944) və Rechnungsbücher des Türkischer Finazstellen in Buda 1550–1580 (Budində Türk maliyyə təşkilatının hesab dəftərləri 1550–1580, 1962) adlı əsərlərini də nəşr etdirmişdir. Layoş Feketeni Azərbaycan tarixi üçün önəmli edən tərəf isə ondadır ki, o Səfəvi dövlətinin iki şahının- I Səfinin və Şah Sultan Hüseynin Azərbaycan Türkcəsində iki məktubunu arxivlərdən tapıb, nəşr etdirmişdir. Bunlar I Səfinin (1629–1649) Avstriya imperatoru və Macarıstan kralı II Ferdinanda (1619–1639) məktubudur. İkincisi isə Şah Sultan Hüseynin(1694–1722) Polşa kralı Fridrix Avqusta(1694–1733) məktubudur. Bu məktubların əhəmiyyəti ondadır ki, bunlar vasitəsi ilə Səfəvilərin son şahlarının belə Azərbaycan türkcəsindən diplomatiyada istifadə etməsi sübut olunur.
Vladimir Fekete
Vladimir Fekete (slovak. Vladimír Fekete, 11 avqust 1955, Bratislava) — Roma-Katolik Kilsəsinin Azərbaycandakı ordinarisi. == Həyat və fəaliyyəti == Vladimir Fekete 1955-ci ilde Bratislava yaxınlığındakı Xorvatski Qrob kəndində doğulub. 1979-cu ildə Bratislavada Komenski Universitetinin təbiət elmləri bitirib. 1981-ci ilde Don Boskonun Saleziyanları cəmiyyətinə gizlincə qoşuldu və 30 iyun 1983-cü ildə Berlində Volfqant Veyder tərəfindən keşiş kimi təqdis olundu. 1990-ci ildə Slovakiyada kommunist rejiminin süqutuna qədər geoloq kimi çalışıb. 1989-cu ildən sonra Levoçada Saleziyalı katolik tələbələrin cəmiyyətində direktor olub. 1993-1999-cı illərdə Slovak Saleziyanların vikarı kimi fəaliyyət göstərib. 1999-cı ildə Lüblin Katolik Universitetində teoloji dərəcəsini alıb. 1999-2005-ci illərdə Slovak Saleziyanların rəhbərliyinə geri qayıdıb.