Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Təpəlik
Bir xətt üzrə uzanan, dairəvi yüksəklikdir. Çox vaxt təpəlik qədim dağılmış dağların qalıqları olur.
Ələtli
Ələtli — Azərbaycan Respublikasının Hacıqabul rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == == Toponimikası == Ələtli oyk, düz. Hacıqabul r-nun eyniadlı i.ə.v-də kənd. Kəndin ilk sakinləri Ələt qəsəbəsindən köçüb gəlmələrdir. Oykonim "Ələtdən olanlar, Ələtdən gələnlər" mənasındadır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 415 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Təkəlik dağı
Təkəlik dağı – Sahbuz гayonu ərazisində dağ (hünd. 2892,5 m). Dərələyaz silsiləsinin suayırıcısındakı Keçəldağ yüksəkliyindən (hünd. 3118,9 m) cənub-şərqə istiqamətlənmiş eyniadlı qolunda zirvə. Naxçıvançayın Qışlaqsu qolunun mənbə hissəsində, Yuxarı Qışlaq kəndindən 3,5 km şimal-şərqdədir. Erkən Pliosen maqmatizminin törəmələri olan andezit, andezit-dasit və dasitlərdən ibarət eyniadlı subvulkanik kütləyə uyğun gələn sıldırım yamaclı, günbəzvari yüksəklikdir. Yamaclarında eyniyaşlı Biçənək lay dəstəsinin andezit, andezit-dasit lavaları və piroklastolitləri və onları yarıb çıxan daha kiçik, eynitərkibli intruziv kütlələr açılır. Tektonik cəhətdən Ordubad qarılma zonasının Şahbuz seqmentinin şimal-şərq cinahına aid Batabat-Qanlıgöl əyilməsinin hüdudlarında yerləşir.
Ələtli (kənd)
Ələtli - İrəvan quberniyasının Sürməli qəzasında kənd adı . Mənbədə Aletlu kimidir. XIX əsrin 70-ci illərində kəndin əhalisi qovulmuş və ermənilər yerləşdirilmişdir. 1886-cı ilə aid mə'lumat görə kəndin əhalisi ermənilər idi. XVIII əsrin əvvəllərindən mə'lumdur. XIII əsrdə monqolların tərkibində gəlmiş türkmənşəli Oyrat tayfasının Olet qolunun adını əks etdirir. Azərbaycanda Ələt (Qaradağ rayonu), Ələtli (Sabirabad rayonu), Gürcüstanda XIX əsrdə Siqnax qəzasında Alet-KariTürkmənistanda Alat, Dağıstanda Ələtlər, XVIII əsrdə Türkiyənin şərqində Aletlu kənd adları ilə mənşəcə eynidir.
Ələtli bələdiyyəsi
Hacıqabul bələdiyyələri — Hacıqabul rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Mah Tələtin portreti
Mah Tələtin portreti — Azərbaycan rəssamı Mirzə Qədim İrəvaninin çəkdiyi rəsm. Rəsm Tbilisidə, Gürcüstan Dövlət İncəsənət Muzeyində saxlanılır. == Təsviri == Azərbaycan milli geyimində təsvir edilmiş qadın açıq pəncərə (şəbəkə) fonunda təsvir edilib. Pəncərədən mavi səma görünür. Qadın sol əlini bülinə qoyub, sağ əlini isə aşağı sallayıb. Şəbəkənin ortada yerləşən və qaldırıldığına görə qadının başı üzərində imiş kimi görünün orta hissəsi rəngarəng şüşələrlə bəzədilmişdir. Yan pəncərələr üzərində asılmış yaşıl pərdələr aşağıdan yığılaraq əsərin kənarlarına doğru çəkilmişdir. Döşəmə geniş haşiyəli xalça ilə döşənmişdir. Miklaşevskayanın sözlərinə görə, qadının demək olar ki, dairəvi olan üzü xəttləri az marqlı və ifadəsiz olsa da, sözsüz ki, portret uyğunluğunu ötürə bilir. Böyük dəstələrlə çiyinlərə düşən qara saçları qadının üzünü əhatə edir.