TƏPƏLİK

is.
1. Təpə olan yer, təpə yer, dərəli-təpəli yer.
[Yaşlı kişi:] Oğlanlı-qızlı bir araya toplaşar, Şərəf xalagilin ağ və təmiz qumdan ibarət olan təpəliyində oynardıq. S.Hüseyn.
– Onlar qaçacaq! – Tutaq təpəliyi düşməndən qabaq! S.Vurğun.

2. Kişi, ya qadın papağının təpəsinə dəyirmi kəsilib tikilən parça və s. Məxmər təpəlik.

Sinonimlər (yaxın mənalı sözlər)

  • TƏPƏLİK zirvəlik — kəlləlik
  • TƏPƏLİK ucalıq — hündürlük
TƏPƏLİ
TƏPƏR
OBASTAN VİKİ
Təpəlik
Bir xətt üzrə uzanan, dairəvi yüksəklikdir. Çox vaxt təpəlik qədim dağılmış dağların qalıqları olur.

Digər lüğətlərdə