Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Tütünsüz (Nir)
Tütünsüz (fars. توتونسز‎) — İranın Ərdəbil ostanının Nir şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 323 nəfər yaşayır (62 ailə).
Tütünçü
Tütün (lat. Nicotiana) — quşüzümükimilər fəsiləsinə aid bitki cinsi. 40-a yaxın növü məlumdur. XVI əsrə qədər tütün yalnız Şimali və Cənubi Amerikada bitirdi. == Sinonimləri == AmphipleisRaf. BlenocoesRaf. DittostigmaPhil. EucapniaRaf. DilsdorfiaRaf. LehmanniaSpreng.
Sərkay Tütüncü
Sərkay Tütüncü (7 fevral 1991, İzmir) — Türkiyə TV serial aktyoru və idmançı. == Həyatı == Serkay Tütüncü 7 fevral 1991-ci ildə İzmir ilinin Tirə ilçəsində anadan olub. Təhsilini Egey Universitetində başa vurub. Serkay Tütüncü, İzmirspor, Balçovaspor, İzmir Safety və Alaçatıspor komandalarında çıxış edib. 2018-ci ildə yayımlanan "İnsanlığa qarşı cinayət" serialı ilə aktyorluğa başlayıb. Daha sonra 2019–2020-ci illər arasında Kanal D-də yayımlanan "Afili Ask" serialında Volkan obrazına həyat verən Serkay Tütüncü "Mr. Nəhayət, 2022-ci ilin fevral ayından beIN CONNECT platformasında yayıma başlayan "Hayaller ve Hayatlar" serialında Alaz rolunu oynayır.
Don tütünü
“Donskoy tütünü” QSC və ya “Don Tobacco” — Rusiyanın Rostov-na-Donu şəhərində yerləşən siqaret və tütün istehsalı şirkəti. Siqaret istehsal edən beynəlxalq şirkət olan Japan Tobacco-nun bir qoludur. 2018-ci ildə “Don Tobacco” Rusiyanın dördüncü ən böyük siqaret istehsalçısı idi. == Tarixi == Don tütünü ilk dəfə 1857-ci ildə Rostov-na-Donuda rus sahibkarı Vasili Asmolov tərəfindən yaradılmış tütün fabrikinin varisidir. 1870-ci illərdə Asmolovun siqaretləri Vyana Ümumdünya Sərgisində, Filadelfiya Yüzillik Sərgisində və Paris Ümumdünya Sərgisində beynəlxalq arenaya tanıdılmışdı. Nəticədə Asmolovun tütün fabriki Rusiya imperatoru üçün “İmperator Əlahəzrət Məhkəməsinin Təchizatçısına” çevrildi. 1917-ci il inqilabından sonra fabrik milliləşdirildi və Don Dövlət Tütün fabriki (DSTF) adlandırıldı. 1992-ci ildə SSRİ-nin süqutundan sonra DSTF 1980-ci illərdən fabrikdə işləyən İvan Savvidi tərəfindən özəlləşdirilib. Savvidis fabrikin adını dəyişərək “Dons Tabak” qoydu. 1992-ci ilə qədər o, şirkətin səhmlərinin 75,71% -ni əldə etdi və 2003-cü ilə qədər bu vəzifəni tutaraq onun baş direktoru oldu.
Həsən Məmmədov (tütünçü)
Həsən Məmmədhüseyn oğlu Məmmədov (5 iyun 1912—18 iyun 1985) — Tütünçü, Sosialist Əməyi Qəhrəmanı (1949). == Həyat və əmək fəaliyyəti == Həsən Məmmədov 1912-ci ildə Naxçıvan Muxtar Respublikasının Şahtaxtı kəndində anadan olmuşdur. Böyük Vətən müharibəsinin iştirakçısı olmuşdur. 1942-1971-ci illərdə İliç rayonunun H.Cavid adına kolxozunda xolxozçu, manqanaşçısı, sədr və briqadir işləmiş, 1971-ci ildən eyniadlı sovxozda hesabdar olmuşdur. 1946-ci ildən Sov.İKP üzvü olmuşdur. 1948-ci ildə tütünçülük sahəsində yüksək əmək göstəricilərinə nail olmuşdur. 14 mart 1949-cu ildə tütünçülük sənayesinin inkişafında göstərdiyi xidmətlərə görə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüş, Lenin ordeni ilə təltif olunmuşdur. Həsən Məmmədov 18 iyun 1985-ci ildə Şahtaxtı kəndində vəfat etmişdir. == Mənbə == Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. VI ҹилд: Куба—Мисир.
Tütünün Becərilməsi (1967)
== Məzmun == Kinolent tütünün Azərbaycanda təsərrüfat sahələrindən birinə çevrilməsindən, iqtisadiyyatda müəyyən yer tutmasından, respublikamızda tütünçülüyün inkişafından, onun qabaqcıl üsullarla becərilməsindən və istehsalından söhbət açır. == Film haqqında == Film Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin sifarişi ilə çəkilmişdir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Əli Musayev Ssenari müəllifi: Fərman Kərimzadə, Əjdər İsmayılov Operator: Mehman Dadaşov Səs operatoru: Şamil Kərimov == Sponsor == Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 170–179.
Züleyxa Həsənova (tütünçü)
Züleyxa Əsgəralı qızı Həsənova (31 yanvar 1927, Gəyəçöl – 1 dekabr 2011, Masallı rayonu) — Sosialist Əməyi Qəhrəmanı, Qəhrəman ana (1965). == Həyatı == Züleyxa Həsənova 1927-ci il yanvarın 31-də Masallı rayonunun Gəyəçöl kəndində anadan olub. 1943-cü ildən əmək fəaliyyətinə başlayan Z. Həsənova 1949-cu ildə əməkdə fərqləndiyinə görə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülüb. 1965-ci ildə 7-si qız, 4-ü isə oğlan olmaqla 11 uşaq sahibi olan Z. Həsənovaya həm də "Qəhrəman ana" fəxri adı verilib. 1971-ci ildə Azərbaycan SSR Ali Sovetinin deputatı seçilib. 2002-ci ildə Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə Prezidentin fərdi təqaüdünə layiq görülüb. Z. Həsənova həm Sosialist Əməyi Qəhrəmanı, həm də Qəhrəman ana olan yeganə qadın idi. O, uzun müddət astma xəstəliyindən əziyyət çəkirdi.
Rza İsmayılov (tütünçü)
İsmayılov Rza Paşa oğlu (1905-ci il, Kəngərli rayonunun Qıvraq qəsəbəsi – 28.11.1967, Kəngərli rayonunun Qıvraq qəsəbəsi) — əmək qabaqcılı. Sosialist əməyi qəhrəmanı (1949). Böyük Vətən müharibəsinin (1941-1945) iştirakçısı. == Həyatı == 1905-ci ildə İrəvan quberniyasının Naxçıvan qəzasının Qıvraq kəndində (hazırda Qıvraq qəsəbəsi Azərbaycan Respublikasının Naxçıvan MR-nın Kəngərli rayonununda inzibati ərazi vahididir). Böyük Vətən müharibəsinin (1941-1945) iştirakçısı olub. Əmək fəaliyyətinə Noraşen rayonunun "Qırmızı Oktyabr" kolxozunda başlamışdır. 1948-ci ildə tütünçülük sahəsində yüksək əmək göstəricilərinə nail olmuşdur. Qıvraq kəndindəki Nəriman Nərimanov adına kolxozda briqadir (1956-1966) işləmişdir. Naxçıvan MSSR Ali Sovetinin (2-ci çağırış) deputatı seçilmişdir. 1967-ci il noyabrın 28-də doğma kəndində vəfat etmişdir.
Tütünün becərilməsi (film, 1967)
== Məzmun == Kinolent tütünün Azərbaycanda təsərrüfat sahələrindən birinə çevrilməsindən, iqtisadiyyatda müəyyən yer tutmasından, respublikamızda tütünçülüyün inkişafından, onun qabaqcıl üsullarla becərilməsindən və istehsalından söhbət açır. == Film haqqında == Film Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin sifarişi ilə çəkilmişdir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Əli Musayev Ssenari müəllifi: Fərman Kərimzadə, Əjdər İsmayılov Operator: Mehman Dadaşov Səs operatoru: Şamil Kərimov == Sponsor == Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 170–179.
Azərbaycan tütünü (film, 1976)
Kutansuz
Kutansuz (fr. Coutansouze) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Ebryoy kantonuna daxildir. Kommunanın dairəsi — Monlyuson. INSEE kodu — 03089. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 130 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 63 yaşdan yuxarı (15-64 yaş arasında) 40 nəfər iqtisadi cəhətdən fəal, 23 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 63.5%, 1999-cu ildə 62.5%). Fəal olan 40 nəfərdən 37 nəfər (19 kişi və 18 qadın), 3 nəfər işsiz (1 kişi və 2 qadın) idi. Aktiv olmayan 23 nəfər arasında şagird və ya tələbə, 8 nəfər təqaüdçü, 9 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Titulsuz lider
Dünya şöhrətli liderlik mütəxəssisi Robin Şarmanın Titulsuz lider əsəri bütün dünyada ən çox satılmış şəxsiyyətin inkişafı barəsində kitablardan biridir. == Məzmunu == Valideynlərinin öldürülməsindən sonra mənəvi sarsıntı keçirən Bleyk Devis heç bir işdə uğur qazana bilmir. Bir müddət orduya yazılan Bleyk İraqa müharibəyə yollanır. Müharibə onun psixologiyasına daha çox təsir edir və o, müharibədən qayıtdıqdan sonra sivil həyata uyğunlaşa bilmir. Kitab mağazasında satıcı işləməyə başlasa da, Bleyk Devis hələ də şəxsi həyatından narazı və iş həyatında uğursuzdur. Onun həyatı bir bazarertəsi səhəri Bleykin işlədiyi mağazaya həmin mağazanın başqa bir filialından gələn digər işçi-Tomi Flinlə tanışlıqdan sonra müsbət mənada dəyişir. Bleykin atasının köhnə dostu olan Tommi işində bir çox uğurlara imza atmış, hörmət edilən bir şəxsdir. Bu qəribə şəxs Bleykin həyatını dəyişdirmək fikrindədir və o, Bleyki titulsuz liderlik etmə fəlsəfəsi ilə böyük uğurlar qazanmış 4 müəllimlə tanış edir. Bu adamlarla tanışlıq Bleykin həm iş, həm də şəxsi həyatını kökündən dəyişir.