Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Tənzilə Narbayeva
Tənzila Kamalovna Narbayeva (özb. Tanzila Kamalovna Narbayeva;24 iyul 1956, Əndican vilayəti, Şahrixan rayonu) — Özbəkistan Respublikasının dövlət və ictimai xadimi, Özbəkistan Respublikası Ali Məclisi Senatının ilk qadın sədri (21 iyun 2019-cu il), Özbəkistan Baş nazirinin müavini (2016–2019), Özbəkistan Velosiped Federasiyasının sədri (2011-ci ildən), Özbəkistan Həmkarlar İttifaqları Federasiyası Şurasının sədri (2010–2016). == Həyatı == 24 iyul 1957-ci ildə Əndican vilayətinin Şahrixan rayonunda anadan olub. Daşkənd Dövlət Universitetini bitirib, pedaqogika elmlər namizədidir. Karyerasına 1974-cü ildə Şahrixan şəhərindəki 1 nömrəli məktəbdə başlamışdır. 1975–1995-ci illərdə Daşkənddəki məktəblərdən birində müəllim, məktəb direktorunun müavini olaraq çalışıb, eyni zamanda müxtəlif təşkilat və şöbələrdə məsul vəzifələrdə çalışmışdır. Xüsusilə Narbayevanın Özbəkistan Xalq Demokratik Partiyasının rayon şuralarından birində katib, eyni zamanda bu partiyanın mərkəzi şurasında sektor müdiri işlədiyi məlumdur.Tənzilə Narbayeva 1995–2010-cu illərdə Özbəkistan Nazirlər Kabinetində aşağıdakı vəzifələrdə çalışmışdır: Baş nazir müavininin katibliyinin rəhbəri; Ailə, Ana və Uşaq Sosial Müdafiəsi Kompleksi rəhbəri; Təhsil, səhiyyə və sosial müdafiə üzrə məlumat və analitik şöbəsində: aparıcı mütəxəssis; baş mütəxəssis.21 dekabr 2010–20 dekabr 2016-cı il tarixlərində Özbəkistan Həmkarlar İttifaqları Federasiyası Şurasının sədri vəzifəsində çalışıb. Narbayeva Həmkarlar İttifaqları Federasiyasında çalışmağın karyerasında bir dönüş nöqtəsi olduğuna inanır, çünki orada "müstəqil bir iş yerinə getdim".2016-cı ilin dekabrında Tənzilə Narbayeva Özbəkistan Baş nazirinin müavini — növbədənkənar prezident seçkilərindən sonra qurulan hökumətdə Özbəkistan Qadınlar Komitəsinin sədri vəzifəsinə təyin edildi.6 fevral 2017-ci ildə yenidən Özbəkistan Velosiped İdmanı Federasiyasının sədri vəzifəsinə seçildi.22 dekabr 2018-ci ildə Özbəkistan Qadınlar Komitəsinin hesabat-seçki konfransında Narbayeva yenidən 5 il müddətinə komitə sədri seçildi.20 iyun 2019-cu il tarixində Özbəkistan Prezidenti Şavkat Mirziyayevin fərmanı ilə Tənzilə Narbayeva Oliy Majlisin Senatına daxil edildi. Ertəsi gün, iyunun 21 -də ölkə prezidentinin təklifi ilə parlamentin yuxarı palatasının sədri seçildi. Narbayeva bu vəzifəni tutan ilk qadın oldu.
Tənzilə Rüstəmxanlı
Tənzilə Rüstəmxanlı (28 noyabr 1960, Qaraçanta, Amasiya rayonu) — Azəri Türk Qadınlar Birliyinin sədri. Vətəndaş Həmrəyliyi Partiyasının üzvü. == Həyatı == Tənzilə Rüstəmxanlı 28 noyabr 1960-cı ildə Qərbi Azərbaycanın Ağbaba mahalının Amasiya rayonunun Əzizbəyov kəndində anadan olmuşdur. 1969-cu ildə ailə vəziyyətimlə əlaqədər Azərbaycan Respublikasının Balakən rayonunun Qazbinə kəndinə köçmüşdür. 1969-cu ildə Qazbinə kənd orta məktəbin birinci sinfinə daxil olmuş və 1977-ci ildə məkətəbin 8-ci sinfini bitirmişdir. 1977-ci ildə Bakı şəhərində Bakı Ticarət Texnikomuna daxil olmuş, Mühasibat uçotu üzrə ixtisasa yiyələnmişdir.1977-ci ildə Bakı şəhərində Bakı Ticarət Texnikomuna daxil olmuş, Mühasibat uçotu üzrə ixtisasa yiyələnmişdir. 1980-ci ildə texnikomu bitirib, Mingəçevir şəhərinin Ticarət İdarəsinə təyinat üzrə göndərilmişdir. 1982-ci ildən bəri Azərbaycan Mərkəzi Kooperativlər İttifaqında (Azərittifaq) müxtəlif vəzifələrdə çalışmişdır. Hal-hazırda Azərittifaqda sədrin 1-ci müavini vəzifəsində çalışır. 1991-ci ildə Moskva Kooperativ İnstitutunun Bakı flialını iqtisadçı ixtisası üzrə bitirmişdir.
Tənzilə Zumakulova
Tənzilə Zumakulova (18 iyul 1934, Tırnıauz) — Sovet və rus, balkar şairəsi. Kabardin-Balkar Muxtar Sovet Sosialist Respublikasının xalq şairi (1982). 1975-ci ildən Sovet İttifaqı Kommunist Partiyasının üzvü. == Bioqrafiyası == 1934-cü il iyulun 18-də Qırxojan (indiki Kabardin-Balkar Respublikasının Elbrus rayonu Tırnıauz qəsəbəsi) kəndində Şimali Qafqazda vətəndaş müharibəsinin iştirakçısı Mustafa Başçıyeviç Zumakulovun (1898-1963) ailəsində anadan olmuşdur. Uşaqlığı Böyük Vətən müharibəsi illərinə təsadüf edir. 1940-1944-cü illərdə Qırxocan kəndində ibtidai məktəbdə oxuyur. Lakin Balkar xalqı deportasiya edildikdən sonra təhsilini Qırğızıstanda davam etdirir. Artıq məktəb illərində ədəbiyyatda özünü sınayır. İlk şeirləri 1954-cü ildə çap olunur. 1957-ci ildə, on üç illik deportasiya dövrünün sonunda balkarlar vətənlərinə qayıdır.
Təslimə Nəsrin
Təslimə Nəsrin (benq. তসলিমা নাসরিন, 25 avqust 1962[…]) onun adı mətbuatda Nasrin Cahan Taslima kimi tez-tez hallanır. O, 25 avqust 1962-ci ildə anadan olmuş,Banqladeşin feminist yazıçılarındandır.1986-1994-cü illərdə həkim-terapev işləyib. == Tərcümeyi-halı == O,"Kübar humanist" kimi əqidəsini təsvir edir.Hələ 1980-cı illərin sonlarında bir yazıçı kimi, ümumilikdə dinlərin xüsusilə də islamın öz radikal feminizm, tənqidi 10 ildən sonra ona dünya şöhrəti qazandırmışdır.Bunadan sonra onun üçün Banqladeş-ə qayıtmaq onun üçün mümkünsüz oldu.O bir müddət Hindistanda yaşadıqdan sonra Paris-ə ordanda Stokholm şəhərinə getmişdir.2007-ci ildə sosial etirazlarala əlaqədar olaraq Hindistan hökuməti onu bir neçə ay gizlətdi, bundan sonra o, İsveçə getdi, lakin Hindistana tezliklə yenidən qayıtdı.1 fevral 2009-cu ildən Nəsrin Parisdə yaşayır2015-ci ildə "Məni müsəlman çağırmayın mən ateistəm Mən induizmdə daxil olmaqla bütün dinləri tənqid edirəm.Mən də müsəlmanların sıxışdırılması pisləyirəm.Mən Banqladeşdə induistlərin, Almaniyada nasistlərin, Bosniya, Fələstində yəhudilərin zülm əleyhinə qarşı etiraz edirəm" deyə bəyan edib.». == Əsərləri == === Poeziya === Shikore Bipul Khudha (Hunger in the Roots), 1986 The Game in Reverse: Poems and Essays by Taslima Nasrin 1995 Nirbashito Bahire Ontore (Banished Without and Within), 1989 Amar Kichu Jay Ashe Ne (I Couldn’t Care Less), 1990 Atole Ontorin (Captive In the Abyss), 1991 Balikar Gollachut (Game of the Girls), 1992 Behula Eka Bhashiyechilo Bhela (Behula Floated the Raft Alone), 1993 Ay Kosto Jhepe, Jibon Debo Mepe (Pain Come Roaring Down, I’ll Measure Out My Life for You), 1994 Nirbashito Narir Kobita (Poems From Exile), 1996 Jolopodyo (Waterlilies), 2000 Khali Khali Lage (Feeling Empty), 2004 Kicchukhan Thako (Stay For A While), 2005 Bhalobaso? Cchai baso (It’s your love! or a heap of trash!), 2007 Bondini (Prisoner), 2008 === Toplanmış esseleri === Nirbachito column (Selected Columns), 1990 Jabo na Keno jabo (I will not go; why should I?), 1991 Noshto meyer noshto goddo (Corrupt prose of a corrupt girl), 1992 ChoTo choTo dukkho kotha (Tale of trivial sorrows), 1994 Narir Kono Desh Nei (Women have no country), 2007 === Romanlar === Oporpokkho (The Opponent) 1992 Shodh (Revenge), 1992 (ISBN 978-81-88575-05-3) Nimontron (Invitation) 1993 Phera (Return) 1993 Bhromor Koio Gia (Tell Him The Secret) 1994 Forashi Premik (French Lover) 2002 Lajja (Shame), 1993 (ISBN 978-0-14-024051-1) === Tərcümeyi-hal === Amar Meyebela (My Girlhood), 1999 Utal Hawa (Wild Wind), 2002 Ka (Speak Up), 2003 Dwikhondito (Split-up in Two), 2003 Sei Sob Andhokar (All those darkness), 2004 Meyebela, My Bengali Girlhood — A Memoir of Growing Up Female in a Muslim World, 2002 (ISBN 1-58642-051-8) Ami Bhalo Nei, Tumi Bhalo Theko Priyo Desh (I am not okay, but you stay well my beloved homeland), 2006.
Əntiqə Qonaq
Qonaqova Əntiqə Güləmməd qızı (21 yanvar 1959, Maqsudkənd, Xaçmaz rayonu) — Azərbaycanın ilk qadın hərbi jurnalisti, Azərbaycan Respublikasının əməkdar jurnalisti (2008). == Həyatı == Qonaqova Əntiqə Güləmməd qızı 21 yanvar 1959-cu il tarixində Xaçmaz rayonu Maqsudkənd kəndində anadan olmuşdur. 1974-cü ildə Maqsudkənd 8 illik məktəbini, 1976-cı ildə isə Ləcət kənd orta məktəbini yaxşı və əla qiymətlərlə bitirmişdir. 1983-cü ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin əyani bölməsini radio-televiziya jurnalistikası ixtisası üzrə, 2010-cu ildə isə həmin universitetin hüquq fakültəsinin qiyabi bölməsini fərqlənmə diplomu ilə bitirmişdir. Tələbəlik illərindən başlayaraq Televiziya və Radio Verilişləri Komitəsinin Gənclik verilişləri baş redaksiyasında "Nəğməli-sözlü gənclik", "Tələbə dünyası" və sair müəllif verilişlərilə dinləyici və tamaşaçıların qarşısına çıxmışdır. 15 ilə qədər Azərbaycan Televiziya və Radio Verilişləri Komitəsində müxbir kimi fəaliyyət göstərmişdir. 1984-cü ildə təyinatla jurnalistlik fəaliyyətinə başlamışdır. Avtomobil Nəqliyyatı Nazirliyinin "Magistral" qəzetində korrektor, müxbir (1984-1990), "Həyat" qəzetində baş müxbir (1990–1992), "Biznes" qəzetində şöbə müdiri (1992-1993), "Ana" müstəqil qadın qəzetində təsisçi və baş redaktor (1993-1996), "Azərbaycan" qəzetində müxbir (1999-2001), 2001-2017-ci illərdə isə Azərbaycan Respublikası Baş Prokurorluğunun Hüquqi təminat və informasiya idarəsinin Mətbuat xidmətində baş məsləhətçi vəzifəsində işləmişdir. Dövlət qulluğu müşaviridir. Hal-hazırda təqaüddədir.
Azərbaycanın müstəqilliyinin ildönümü münasibətilə təntənə (film, 1919)
Azərbaycanın müstəqilliyinin ildönümü münasibətilə təntənə tammetrajlı sənədli filmi rejissor Esfir Şub tərəfindən 1919-cu ildə çəkilmişdir. Film müstəqillik əldə etmiş Azərbaycan Demokratik Cümhuriyyətinin istiqlaliyyətinin I ildönümünün təntənə ilə bayram edilməsini əks etdirir. == Məzmun == Film müstəqillik əldə etmiş Azərbaycan Demokratik Cümhuriyyətinin istiqlaliyyətinin I ildönümünün təntənə ilə bayram edilməsini əks etdirir. == Filmin üzərində işləyən == Rejissor: Esfir Şub == İstinadlar == == Mənbə == "Azərbaycan" qəzeti. 13 iyun 1919-cu il. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər.
Sentimo
Sentimo — İspaniya, Portuqaliya və onların kaloniyalarında istifadə edilən valyutadır. Latın dilindən keçən bu söz sentimius sözündən götürülüb və mənası "yüzdə bir hissə" deməkdir. İspaniyanın əsas valyutası isə (ilkin avro) 100 sentimoya bərabər olan pesetadır. Portuqaliyada isə avroya keçənə qədər Portuqal rialı və sonradan eskudo istifadə edilmişdir. İspaniya sentimosu hal-hazırda avronun faizini xarakterizə edən ümumi yoldur.
Senhime
Senhime (千姫, 26 may 1597, Yaponiya – 11 mart 1666) – şoqun Tokuqava Hidetadanın qızı və Toyotomi Hideyorinin həyat yoldaşı. Anası Tatsuhime və Hideyorinin anası Yodoqimi bacı idilər. == Həyatı == Senhime 1597-ci ildə doğulmuşdur. 4 sentyabr 1603-cü ildə Toyotomi Hideyori ilə evləndirilmişdir. İki uşaq arasındakı bu birlik ölmüş Toyotomi Hideyoşinin vəsiyyəti əsasında baş versə də, əslində, Tokuqava və Toyotomi ailələri arasındakı pis münasibətləri yaxşılaşdırmaq məqsədi güdürdü. Lakin Toyotomi klanı Tokuqavaya itaət etmək istəmədiyi üçün bu plan uğursuzluğa düçar olmuş və Tokuqavanın Osaka hərakatını (1614–15) başlatması ilə nəticələnmişdir.Osaka qəsrinin süqutundan sonra Senhime həyat yoldaşının həyatını xilas etmək üçün atasının yanına göndərilmiş, lakin xahişi qəbul edilməmiş və Hideyori intihar etmişdir. Növbəti il Kuvana daymyosunun oğlu Honda Tadatoki ilə evlənmişdir. Hondanın 1626-cı ildəki ölümündən sonra həyatının qalan hissəsini Edoda dul keçirmişdir. == Mədəniyyətdə == Senhimenin həyatı bir çox əfsanə və rəvayətin yaranmasına gətirib çıxarmışdır. Ən məşhur rəvayətə görə Sakazaki Naomori onu Osaka qəsrindəki yanğından xilas edərək onunla evlənmək istəmiş və onu qaçırmağa cəhd etmişdir.
Tecime
Tecime (手締め) və ya teuçi (手打ち) – Yaponiyada tədbirin sonunda ritmik əl çalmaq adəti. Tədbirin problemsiz başa çatdığını bildirmək üçün yerinə yetirilir. Festivallarda, mərasimlərdə, işgüzar görüşlərdə və ümumi görüşlərdə istifadə olunur. == Xüsusiyyətlər == Tecime adətinin əsas məqsədi tədbirin uğurla başa çatmasından ötrü iştirakçılara təşəkkür etməkdir. Ona görə də tecimeni tədbiri təşkil edən şəxs aparır. Bu adətin şintoizmdə mövcud olan kaşivade adətindən yarandığı güman olunur. Kansay regionunda tecime əvəzinə teuçi sözü daha çox işlədilir.Tecime səsi "şan-şan" ilə ifadə olunur. Soğrusuz-sualsız və qısa müddətdə başa çatan şirkət görüşlərini lağa qoymaq üçün "şan-şan görüşü" ifadəsindən istifadə olunur. == Üslublar == Tecimenin bir neçə üslubu var. Edo-cime və Osaka-cime əsas tecime üslubları olsa da, Edo-cime ən çox istifadə olunan tecime hesab olunur.
Allium textile
Allium textile (lat. Allium textile) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin nərgizçiçəyikimilər fəsiləsinin soğan cinsinə aid bitki növü.
Covanni Centile
Covanni Centile (it. Giovanni Gentile; 29 may 1875[…], Kastelvetrano[d] – 15 aprel 1944[…], Florensiya) — italyan filosofu, siyasətçi. Roma Universitetinin professoru, Mussolini hökumətində Maarif naziri. Centile Hegelin təlimini yenidən nəzərdən keçirmiş və yeni hegelçiliyin subyektiv idealist çalarlarından biri olan "aktualizm" sistemini yaratmışdır. Centileyə görə, bütün mövcudat həmişə aktual, fəal olan, düşünən fikrin, hərəkətin nəticəsidir. Düşünən fikrin yaradıcılığı isə məkan və zaman şəraiti ilə məhdudlaşdırılmışdır. Onun doğurduğu materiya ölüdür, ətalətlidir, lakin fikirlə vəhdət halındadır. Solipsizmdən uzaqlaşmaq üçün Centile universal "mən" anlayışını işə salır. Reallıq fərdi şüur ideyaları ilə eyniyyət təşkil etməyib, kainatda təşəkkül tapma prosesində bütün əkslikləri aradan qaldıran fövqəlşəxsi transsendental başlanğıcın xalis təfəkkürüdür. Sosioloji-siyasi baxışlarında Centile liberalizmdən fatalizmədək təkamül etmişdir.
Yəntimer (Baltas)
Yəntimer (başq. Йәнтимер, rus. Янтимирово) — Başqırdıstan Respublikasının Baltas rayonunda yerləşən kənd. Kənd Kutunquş kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Starobaltas): 17 km., kənd sovetliyindən (Aşağı İvanay): 10 km. ən yaxın dəmiryol stansiyasından (Kueda stansiyası): 71 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kəndidə marilər (94%) üstünlük təşkil edir.
Bedtime Stories (Madonna albom)
Bedtime Stories Madonnanın altıncı studiya albomu. 25 oktyabr 1994 ildə Maverick Records tərəfindən nəşr olundu.