Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Təğabun Surəsi
64-cü surə
Məqarin
Məqarin (ərəb. مقارين‎) — Əlcəzairin şimal-şərqində, Uarqla vilayətində şəhər və kommuna. Meqarin dairəsinin inzibati mərkəzidir. == Coğrafi mövqe == Şəhər vilayətin şimal hissəsində, Böyük Səhranın şiaml vahələrindən birinin ərazisində, ölkənin paytaxtı Əlcəzairdən təxminən 468 kilometr (291 mil) cənub-şərqdə yerləşir. Mütləq hündürlüyü dəniz səviyyəsindən 68 metrdir. == İqlim == Şəhərin iqlimi quraq isti kimi xarakterizə olunur. İl ərzində çox az yağıntı düşür (orta illik miqdarı 66 mm-dir). Orta illik temperatur 21,4 °C-dir. Ən soyuq ayın (yanvar) orta temperaturu 10,1°C, ən isti ayın (iyul) orta temperaturu 33,3°C-dir. == Nəqliyyat == Şəhərin qərbindən 3 nömrəli respublika əhəmiyyətli avtomobil yolu keçir.
Adlı təqaüd
Adlı təqaüd — təhsildə uğurlu nəticələri ilə xüsusi fərqlənən, təhsil müəssisəsinin ictimai-mədəni həyatında fəal iştirak edən təhsilalanlar üçün dövlət, hüquqi və fiziki şəxslər tərəfindən konkret şəxsin adına təsis olunan təqaüddür.
Aqrar Tədarük və Təchizat
“Aqrar Tədarük və Təchizat” Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikası Prezidentinin 14 dekabr 2018-ci il tarixli 400 nömrəli fərmanı əsasında, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində yaradılıb. Cəmiyyət 22 iyul 2019-cu il tarixində isə Azərbaycan Respublikasının Vergilər Nazirliyində dövlət qeydiyyatına alınıb. == Cəmiyyətin İdarə Heyəti == "Aqrar Tədarük və Təchizat" Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyəti sədr və iki üzvdən ibarətdir. İdarə Heyətinin üzvləri Azərbaycan Respublikası Kənd Təsərrüfatı naziri tərəfindən təyin olunur. İdarə Heyətinin sədri Aqil Quliyevdir. == Cəmiyyətin vəzifələri == "Ərzaq məhsullarının dövlət sifarişi ilə satın alınması" elektron portalının operatoru funksiyasının həyata keçirilməsi; Elektron portalda qeydiyyatdan keçmiş istehsalçıların və satıcıların monitorinqinin aparılması; Fermerlərdən ərzaq məhsullarının satın alınaraq korporativ müştərilərə təchizatının həyata keçirilməsi; Fiziki və hüquqi şəxslərlə bağlanılmış müqavilə şərtlərinə uyğun olaraq ərzaq məhsullarının saxlanılması (anbar) və daşınması xidmətlərinin həyata keçirilməsi; Kənd təsərrüfatı və ərzaq məhsullarının yerli bazarda satışının təşkili məqsədilə satış obyektlərinin (yarmarkaların) təşkil edilməsi; Layihələr çərçivəsində fermerlərin maarifləndirilməsi və onlara dəstək göstərilməsi üçün tədbirlərin görülməsi; Dövlət proqramlarında nəzərdə tutulmuş Cəmiyyətə aid vəzifələrin yerinə yetirilməsi ilə bağlı tədbirlərin həyata keçirilməsi; == Fermerlər və satınalan qurumlarla əməkdaşlıq == “Aqrar Tədarük və Təchizat” Açıq Səhmdar Cəmiyyəti "Ərzaq məhsullarının dövlət sifarişi ilə satın alınması" tedaruk.az elektron portalının operatoru funksiyasını həyata keçirir. Elektron portal dövlət büdcəsinin vəsaitləri hesabına ərzaq məhsullarını satın alan dövlət müəssisə və təşkilatları ilə həmin məhsulları satmaq istəyən istehsalçı və satıcıları birləşdirən platformadır. Elektron portal ərzaq məhsullarının dövlət sifarişi ilə mərkəzləşdirilmiş qaydada satın alınmasını təkmilləşdirir, tədarük və təchizat prosesinin operativ həllini təmin edir, həmçinin vətəndaşlar arasında elektron xidmətlərdən istifadənin təşviqinə müsbət təsir göstərir. Portal həm istehsalçıların, həm də satınalan qurumların istifadəsi üçün açıqdır. === Elektron portal === Satınalan təşkilatlar növbəti il üzrə ərzaq məhsullarına tələbatları barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi formaya uyğun məlumatları hər il iyulun 1-dək Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə təqdim edirlər.
Tenaron burnu
Tenaron (yun. Ακρωτήριο Ταίναρο) və ya Matapan burnu — Peloponnes yarımadasının cənub qutaracağında yerləşən burun. Yunanıntanın materik hissəsinin ən cənub nöqtəsidir. Mani yarımadasının ucunda yerləşir və Messiniakos körfəzini Lakonikos körfəzindən ayırır. Burada ehtimal ki, Tenaron burnunda Poseydonun məbədi var idi. Əvvəllər bura sığınacaq rolunu oynayırdı. Yaxınlıqdakı bir mağarada, yer kürəsinin girişi hesab olunan bir uçurum var idi. Antik dövrdə Tenaron burnunda həm fərdi əsgərləri, həm də bütün dəstələri komandirləri ilə işə götürmək mümkün olan böyük bir muzdlu bazar var idi. 27 mart - 29 mart 1941-ci il tarixində burun yaxınlığında İngilis donanması İtalyan donanmasına qarşı vuruşur. Döyüş İtalyanın əhəmiyyətli bir məğlubiyyəti ilə başa çatır.
Megafun Əyləncə Mərkəzi
Megafun Əyləncə Mərkəzi — 30 000 m² sahəsi, 17 coğrafi zonası ilə Avropanın ən böyük qapalı əyləncə mərkəzi. Əyləncə mərkəzində 300-ə yaxın mexaniki attraksionlar, oyun aparatları və hər yaşa, hər zövqə uyğun əyləncə növü vardır. Habelə 35-ə yaxın restoran, kafelər və mağazalar fəaliyyət göstərir. == Haqqında == Əyləncə mərkəzi 2002-ci ildən əsası qoyulan Yeni Həyat Şirkətlər Qrupuna daxildir. İnşaat sektorunun liderlərindən olan Yeni Həyat memarlıq və keyfiyyət baxımından Bakının ən çox rəğbət görən bir neçə komplekslərinin müəllifidir. Bunların arasında “Yeni Hayat Residence”, “Yeni Hayat Plaza”, “Azure” komplekslərinin adları xüsusilə vurğulana bilər. Hal-hazırda şirkət bir neçə mühüm inşaat obyektlərinin inşasını həyata keçirməkdədir. Bunlar “Park Azure”, “Grand Hayat” və “Hayat Palace” yaşayış kompleksləridir. Daim yenilənən, müasirləşən Yeni Həyat ənənəsinə sadiq qalan Megafun 2013-ci ilin dekabrın 24-də özünün 1 yaşında iki dəfə böyüyərək “Azure” kompleksin 3 mərtəbəsini əhatə etdi. Yenilənən Megafun hal-hazırda 17 coğrafi zonadan ibarətdir.
Tarun (Miyanə)
Tarun (fars. طارون‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 299 nəfər yaşayır (79 ailə).