Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Tərxanlı
Tərxanlı — Azərbaycan Respublikasının Laçın rayonu Mığıdərə kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Tərxanlı kəndi Qarabağ silsiləsinin ətəyindədir. Mənbələrin məlumatına görə, Eyvazuşağı kəndinin (hazırda mövcud deyil) əhalisinin bir hissəsi Təbrizə gedərək, Cənubi Azərbaycanda Səttarxanın rəhbərlik etdiyi demokratik hərəkatda (1905–1911) iştirak etmişdir. Buna görə də hərəkat yatirıldıqdan sonra kənd camaatının çar hökuməti bütünlüklə sürgün etmiş və yaşayış məntəqəsi tamamilə dağıdılmışdır. Sovet hakimiyyəti illərində onların bir hissəsi Azərbaycana qayıdaraq az müddət Qubadlı rayonunun Başarat inzibati ərazi vahidində yaşamiş, sonralar isə kohnə kəndlərinin yaxınlığındakı Tərxanyalı adlı indiki sahəyə köçərək Tərxanlı kəndini salmışlar. Kənd salındiği ərazinin adını daşıyır. Tərxanlı komponentli coğrafi adlara başqa xalqların toponimiyasında da rast gelinir: Tarxam kəndi (Rusiya, Penza vilayəti), Tarxam kəndi (Rusiya, Saratov vilayəti), Darxan kəndi (Özbəkistan), Tarkan kəndi (Macarıstan), Darxan-Xandağı, Darxan şəhəri (Monqolustan) və s. Əksər tədqiqatçilar tərxan sözünün Orxon-Yenisey abidələrindən başlayaraq, "yüksək rütbə, titul, ləyaqət, əsli-nəcabət" mənaları kəsb etdiyini qeyd edirlər. 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir.
Sərxanlı
Sərxanlı (əvvəlki adı: Sarxanlı) — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Qarxun kənd inzibati ərazi dairəsi tərkibindəki Sarxanlı kəndi Sərxanlı kəndi adlandırılmışdır.
Tərxanlar (Həştrud)
Tərxanlar (fars. ترخانلار‎) — İranın Şərqi Azərbaycan ostanının Həştrud şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 217 nəfər yaşayır (38 ailə).
Səyavuş Sərxanlı
Səyavuş Sərxanlı — Şair, publisist, 1971-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin "Qızıl qələm" mükafatı laureatı (1977–1985), "Məmməd Araz" (1991), "Nəcəf Nəcəfov" (2000), Ümumittifaq N.Ostrovski (1980) mükafatları laureatı. == Həyatı == Sərxanlı Səyavuş Əli oğlu 1942-ci il fevralın 28-də Şəmkir rayonunun Sərxan kəndində (indiki Şəmkir şəhəri salınan ərazidə) dəmirçi ailəsində anadan olmuşdur. Nizami adına Şamxor şəhər orta məktəbini qızıl medalla bitirib N.Nərimanov adına Azərbaycan dövlət Tibb İnstitutuna daxil olmuşdur. Lakin öz arzusu ilə təhsili yarımçıq buraxıb istehsalat və mədəniyyət sahələrində çalışmışdır: taun əleyhinə səyyar mübarizə dəstəsində (Şamxor-Ağcabədi), 23 saylı Yevlax tikinti idarəsində fəhlə, Nizami adına Şamxor şəhər orta məktəbində çilingər-montyor, Şamxor şəhər pionerlər evi uşaq xorunun dirijoru, mədəniyyət evi dram dərnəyinin rəhbəri, "Ulduz" rayon qəzetində korrektor olmuşdur. ADU-nun filologiya fakültəsinin jurnalistika şöbəsində təhsil almışdır (1962–1967). Ədəbi fəaliyyətə orta məktəbdə oxuduğu illərdən başlamış, ilk qələm təcrübələrini "Qırmızı Şamxor" rayon qəzetində çap etdirmişdir. Lakin 1961-ci ildə "Azərbaycan gəncləri" qəzetində Xalq şairi Nəbi Xəzrinin təqdi-matı ilə "Cığır" və "Səslədi məni" şeirlərinin dərc olunması onun poetik yaradıcılığında dönüş yaratmışdır. Poetik tərcümə ilə də məşğuldur. "Ulduz" jurnalında ədəbi işçi, nəsr, poeziya şöbəsinin müdiri işləmişdir. Azərbaycan Yazıçılar Birliyinin göndərişi ilə Moskvaya – SSRİ Yazıçılar Birliyinin M.Qorki adına Ədəbiyyat İnstitutu nəzdində olan ali ədəbiyyat kurslanna təhsil almağa getmişdir (1980).