Tərxanlı — Azərbaycan Respublikasının Laçın rayonu Mığıdərə kənd inzibati ərazi dairəsində kənd.[1]
Tərxanlı | |
---|---|
39°34′35″ şm. e. 46°37′37″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Tərxanlı kəndi Qarabağ silsiləsinin ətəyindədir. Mənbələrin məlumatına görə, Eyvazuşağı kəndinin (hazırda mövcud deyil) əhalisinin bir hissəsi Təbrizə gedərək, Cənubi Azərbaycanda Səttarxanın rəhbərlik etdiyi demokratik hərəkatda (1905–1911) iştirak etmişdir. Buna görə də hərəkat yatirıldıqdan sonra kənd camaatının çar hökuməti bütünlüklə sürgün etmiş və yaşayış məntəqəsi tamamilə dağıdılmışdır. Sovet hakimiyyəti illərində onların bir hissəsi Azərbaycana qayıdaraq az müddət Qubadlı rayonunun Başarat inzibati ərazi vahidində yaşamiş, sonralar isə kohnə kəndlərinin yaxınlığındakı Tərxanyalı adlı indiki sahəyə köçərək Tərxanlı kəndini salmışlar. Kənd salındiği ərazinin adını daşıyır. Tərxanlı komponentli coğrafi adlara başqa xalqların toponimiyasında da rast gelinir: Tarxam kəndi (Rusiya, Penza vilayəti), Tarxam kəndi (Rusiya, Saratov vilayəti), Darxan kəndi (Özbəkistan), Tarkan kəndi (Macarıstan), Darxan-Xandağı, Darxan şəhəri (Monqolustan) və s. Əksər tədqiqatçilar tərxan sözünün Orxon-Yenisey abidələrindən başlayaraq, "yüksək rütbə, titul, ləyaqət, əsli-nəcabət" mənaları kəsb etdiyini qeyd edirlər.[2]
1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir.
Əsas təsərrüfatı heyvandarlıq idi.
2006-cı ilin statstikasına görə kəndin əhali sayı 70 nəfər olmuşdur.
Laçın rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |