Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Təxəllüs
Təxəllüs (ərəbcədən tərcüməsi, təxmis edilmiş, yəni götürülmüş ad) - adətən şairlərin, yazıçıların, rəssamların və digər şəxslərin işlətdikləri obrazlı ləqəb, ad. Hazırda internetdə saysız-hesabsız nikneymlərə ("nickname" ingilis dilində ləqəb, təxəllüs deməkdir), qısaca, niklərə rast gəlmək olur. Müxtəlif insanlara məxsus olan bu niklərin başlıca vəzifəsi virtual aləmdə öz sahibini anonim saxlamaq və onu uydurma ad altında gizlətməkdir. Bu baxımdan nikləri təxəllüslərin müasir forması hesab etmək olar. Çünki, təxəllüslər də ilk dəfə yarananda məhz müəlliflərini gizli saxlamaq funksiyası daşımışdır. == Məşhur təxəllüslər == Vurğun — Səməd, şair Elçibəy — Əbülfəz, siyasətçi Mayıl — Hüseyn, şair Sani — Süleyman, yazıçı Rövşən — Ramiz, şair Sərraf — Şiruyə, şair Sultan - Hakim, jurnalist Aqil — İman, şair == İstinadlar == == Həmçinin bax == Ləqəb == Xarici keçidlər == Aydın Paşayev, "Azərbaycan təxəllüslərinin izahlı sözlüyü", Bakı, "Elm və təhsil", 2014.
Təbəssüm
Təbəssüm — üz, dodaq, göz əzələlərinin ifadəli hərəkətidir, gülməyə meyllidir və ya həzzalma, salamlama, sevinc, xoş niyyət və ya istehza, ifadə edir.
"Təbəssüm" ordeni
Təbəssüm Ordeni (pol. Order Uśmiechu) — böyüklərin göstərdiyi mehribanlıq, dostluq və səbrə görə uşaqlar tərəfindən dünyada verilən yeganə orden. Mükafat 1968-ci ildə "Polşa kuryeri" jurnalı tərəfindən təsis edilib. 1979-cu ildə isə BMT tərəfindən təsdiq olunub. Hazırda orden dünyanın ayrı-ayrı ölkələrindən 50 nəfər böyükdən ibarət müstəqil Təbəssüm Ordeninin Kapitulası tərəfindən təqdim edilir. Təqdimetmə mərasimində Kapitula Təbəssüm Ordeninin kavalerini sarı gülümsəyən günəş rəmzi ilə bəzəyir. Bundan başqa, təqdimetmə zamanı əsas şərtlərdən biri də kavalerin üzündə təbəssümlə bir stəkan limon şirəsini içməsidir. Qeyd edək ki, bu mükafatı alanlar sırasında Hillari və Bill Klintonlar, Papa II İohann Pavel, İsveç şahzadəsi Silviya, Tereza Ana və başqa məşhur şəxslər də var. Kapitula tarixində Polşa tərəfindən "Təbəssüm Ordeni"nə layiq görülən ilk azərbaycanlı Ələkbər Hüseynovdur. Uşaqların sevimlisi Ələkbər əmi kimi tanınan aktyor və rejissor Ələkbər Hüseynov uşaqlara gülüş və xoş əhvali-ruhiyyə bəxş etdiyi üçün bu mükafata layiq görülüb.
Bülbül (təxəllüs)
Bülbül — təxəllüs. Bülbül (müğənni) — Müğənni Murtuza Məşədi Rza oğlu Məmmədovun təxəllüsü. Molla Bəyməmməd Bülbül — şair, axund. Azər Bülbül — Türkiyə müğənnisi. Teymur Bülbül — Pyotr Çaykovski adına Dövlət Akademik Böyük Orkestrin (Rusiya) konsertmeysteri, Rusiya Federasiyasının əməkdar artisti.
Təbəssüm (1987)
== Məzmun == Film Bakı şəhəri Nizami bölgəsindəki 59 saylı nümunəvi-"Təbəssüm" uşaq bağçası haqqında söhbət açır. == Film haqqında == Film Azərbaycan Maarif Nazirliyinin sifarişi ilə çəkilmişdir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Miri Rzayev Ssenari müəllifi: S.Həsənova, Miri Rzayev Operator: Elxan Əliyev Səs operatoru: Şamil Kərimov == Sponsor == Azərbaycan Maarif Nazirliyi == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 332.
Təbəssüm Ordeni
Təbəssüm Ordeni (pol. Order Uśmiechu) — böyüklərin göstərdiyi mehribanlıq, dostluq və səbrə görə uşaqlar tərəfindən dünyada verilən yeganə orden. Mükafat 1968-ci ildə "Polşa kuryeri" jurnalı tərəfindən təsis edilib. 1979-cu ildə isə BMT tərəfindən təsdiq olunub. Hazırda orden dünyanın ayrı-ayrı ölkələrindən 50 nəfər böyükdən ibarət müstəqil Təbəssüm Ordeninin Kapitulası tərəfindən təqdim edilir. Təqdimetmə mərasimində Kapitula Təbəssüm Ordeninin kavalerini sarı gülümsəyən günəş rəmzi ilə bəzəyir. Bundan başqa, təqdimetmə zamanı əsas şərtlərdən biri də kavalerin üzündə təbəssümlə bir stəkan limon şirəsini içməsidir. Qeyd edək ki, bu mükafatı alanlar sırasında Hillari və Bill Klintonlar, Papa II İohann Pavel, İsveç şahzadəsi Silviya, Tereza Ana və başqa məşhur şəxslər də var. Kapitula tarixində Polşa tərəfindən "Təbəssüm Ordeni"nə layiq görülən ilk azərbaycanlı Ələkbər Hüseynovdur. Uşaqların sevimlisi Ələkbər əmi kimi tanınan aktyor və rejissor Ələkbər Hüseynov uşaqlara gülüş və xoş əhvali-ruhiyyə bəxş etdiyi üçün bu mükafata layiq görülüb.
Təvəssül duası
Təvəssül duası — Təvəssül bir neçə duanın adıdır. Amma bir dua bu adla daha məşhurdur. Bu Biharul-Ənvarda nəql olunan "Təvəssül"dür. Əllamə Məclisi bu dua haqqında buyurur: "Bu duanı səhabələrimizdən birinin müəllifi olduğu köhnə nüsxələrdən birində tapdım. O kitabda bu dua haqqında belə yazılmışdır: "Bu duanı Muhəmməd bin Babeveyh imamlardan nəql etmişdir. Mən bu duanı hər nə üçün oxudumsa elə həmin an duam müstəcəb oldu". == Təvəssül duaları == "Təvəssül" duası bir neçə duanı bildirir: 1. Məşhur təvəssül duası "اللَّهُمَّ إِنِّی أَسْأَلُک وَ أَتَوَجَّهُ إِلَیک بِنَبِیک نَبِی الرَّحْمَةِ…"cümləsi ilə başlayan 2. Kəfəminin "Bələdul-əmin" kitabında Fərəc duası adı altında bir dua nəql olunmuşdur və onun içində Təvəssül duası da zikr olunmuşdur. 3.
Əli (təxəllüs)
Əli — Dünyada daha çox işlədilən kişi adı və təxəllüs.[mənbə göstərin] Əli — Məhəmmədin əmisioğlu, səhabəsi, Əhli-beytinin üzvü, kürəkəni. 4-cü Raşidi xəlifə. Əbu Talibin oğlu. İslamı qəbul edən ilk kişi. Əli Bayramov Əli Bayramov (inqilabçı) — Azərbaycanda Sovet hakimiyyəti uğrunda mübariz Əli Bayramov (sahibkar) — Aqrolizinq Açıq Səhmdar Cəmiyyətinin sədri Əli Bozan Əli Əsədov — Azərbaycan Respublikası onuncu baş naziri Əli Məmmədov Əli Məmmədov — Kaskadyor. Trük quruluşçusu. Aktyor. Döyüş səhnələrinin quruluşçusu. Filmlərdə iştirak edən. Əli Məmmədov (milli qəhrəman) — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi.
Göyçəli (təxəllüs)
Göyçəli — təxəllüs. Tərlan Göyçəli — Aşıq Pəri Məclisinin üzvü. Niftalı Göyçəli — Azərbaycan şairi, yazıçı. Muxayıl Göyçəli — şair. Aşıq Hacı Göyçəli — aşıq. Aşıq Bəhmən Göyçəli — ustad aşıq, şair. Məcnun Göyçəli — şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü. Həsən Göyçəli — şair.
Hüsnü təxəllüs
Hüsni təxəllüs — divan ədəbiyyatına aid termin, şairin öz təxəllüsünü həm təxəllüs kimi, həm də həmin sözün əsas mənasında eyni vaxtda işlətdiyi vəziyyətə hüsni təxəllüs deyilir == Haqqında == Divan ədəbiyyatında ümumiyyətlə şairlərin təxəllüsü var. Şairlər bəzən bu təxəllüsləri öz əsərlərində söz kimi işlədirlər. Şair gah təxəllüs, gah da ad kimi istifadə edir. Hüsni təxəllüsün ən məşhur nümunələrindən biri məşhur türk divan şairi Bakinin aşağıdakı misrasıdır: Baki qalan bu qübbədə bir xoş səda imiş. Bu qübbədə əbədi qalan bir xoş səs imiş. Bu misrada "Baki" sözü həm şairin təxəllüsü, həm də "əbədi, əzəli" mənasında vurğulanır. == Həmçinin bax == Təxəllüs Nəzəriyyə Ədəbiyyat Poetika == Mənbə == "Ədəbiyyatşünaslığın əsasları", Elmi redaktor P. Xəlilov, Redaktor İ. Həmidov, Bakı 1978 Kamil Vəliyev. Dastan poetikası. Bakı 1984 Kamil Vəliyev Nərimanoğlu. Azərbaycan eposunun poetik sintaksisi (monoqrafiya).
Hüsni təxəllüs

Arxaik təbəssüm
Arxaik təbəssüm — Arxaik Yunanıstanda xüsusilə e.ə. VI əsrin ikinci rübündə heykəltəraşlar tərəfindən istifadə edilmiş heykəltəraşlıq detalı. Bu, ehtimal olunur ki, heykəllərin mövzusunun canlı olduğunu və rifah hissi ilə aşılandığını çatdırmaq üçün icra edilmişdir. Arxaik təbəssümün ən məşhur nümunələrindən biri Kryoz Kuros, digəri isə Peplos Koradır. Qədim Yunanıstanın Arxaika dövrünün ortalarında (təqribən e.ə. 800–480-ci illər) populyar sənətdə arxaik təbəssümə malik insanların təsvirləri müşahidə olunurdu. Bunu bütün materik Yunanıstanında, Kiçik Asiyada və Egey dənizində yerləşən adalarda aparılan qazıntılarda tapılan heykəllər sübut edir. Konvensiyanın əhəmiyyəti məlum deyil, baxmayaraq ki, adətən yunanlar üçün belə bir təbəssüm ideal sağlamlıq və rifah vəziyyətini əks etdirirdi. Həmçinin, belə bir fikir də irəli sürülmüşdür ki, bu, sadəcə olaraq, arxaik heykəltəraşlıq üçün xarakterik olan bir qədər bloka bənzər başın ağzının əyri formasını uyğunlaşdırmaqda yaranan texniki çətinliyin nəticəsidir. Riçard Nir Yunanıstanın bir çox şəhərinin aristokratlarını "gülümsəmişlər" adlandırdıqları üçün arxaik təbəssümün həqiqətən statusun göstəricisi ola biləcəyini nəzəriyyə etmişdir.
Beynəlxalq Təbəssüm Günü
Beynəlxalq Təbəssüm Günü - Hər il oktyabrın birinci cümə günü qeyd olunur. Dünya hər il oktyabrın ilk cümə günündə bu günü qeyd edir. Özünü Xoşbəxtlik və Ümumdünya Təbəssüm Korporasiyasının beynəlxalq səfiri təyin edən, 2001-ci ildə həyatdan köçən Amerikalı rəssam Xarvi Boll hər il oktyabrın birinci cümə gününün təbəssüm günü kimi qeyd olunmasını istəyib. Beynəlxalq Təbəssüm Günüdə “Xeyirxah iş gör!” “Kiməsə gülməyə kömək et!” əsas şüarlardır. Qeyd edək ki, xeyirxahlıqla məşğul olmaq məqsədi ilə Xarvi Boll adına qeyri-kommersiya fondu da fəaliyyət göstərir.
Təbəssüm (film, 1987)
== Məzmun == Film Bakı şəhəri Nizami bölgəsindəki 59 saylı nümunəvi-"Təbəssüm" uşaq bağçası haqqında söhbət açır. == Film haqqında == Film Azərbaycan Maarif Nazirliyinin sifarişi ilə çəkilmişdir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Miri Rzayev Ssenari müəllifi: S.Həsənova, Miri Rzayev Operator: Elxan Əliyev Səs operatoru: Şamil Kərimov == Sponsor == Azərbaycan Maarif Nazirliyi == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 332.
Təbəssüm (film, 1992)
== Məzmun == İnsan öz pis əməlləri ilə bütün dünyanı məhv etməyə qadirdir. Lakin sağlam düşüncəyə, təmiz və pak mənəviyyata malik insanlar hər cür fəlakətin baş verməsinin qarşısını ala bilərlər. Film insanları iftiralara, boş və mənasız çağırışlara uymamağa, ayıq olmağa çağırır. == Film haqqında == Film amerikan yazıçısı Rey Bredberinin eyniadlı hekayəsinin motivləri əsasında çəkilmişdir. Film Şahirə Kərimovanın quruluşçu rejissor kimi kinoda ilk işidir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Əsərin müəllifi: Rey Bredberi Ssenari müəllifi: Nərminə Quliyeva Quruluşçu rejissor: Şahirə Kərimova Quruluşçu operator: Yuri Varnovski Bədii rəhbər: Eldar Quliyev Quruluşçu rəssam: Rafiq Nəsirov Redaktor: Eldəniz Quliyev Rejissor: Əliheydər Şahbazov Səs operatoru: Teymur Abdullayev Montaj edən: Reyhan Mustafayeva Filmin direktoru: Azər Əkbərov === Rollarda === Mikayıl Mirzə — sərsəm Samir Məlikov — oğlan == İstinadlar == == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər.
Ümumdünya Təbəssüm Günü
Ümumdünya Təbəssüm Günü (ing. World Smile Day) — hər il oktyabr ayının ilk cümə günü qeyd olunan bayram. Hər il oktyabr ayının ilk cümə günü Dünya Təbəssüm Günü (World Smile Day) qeyd olunur. Bu gün rəssam Harvi Bollun sayəsində yaranıb. XX əsrin ortalarında o Amerikada yaşayıb. Onun yaradıcılığı mükafatlandırılmırdı: tənqidçilər onunla maraqlanmır, əsərləri çətin ki, ölməzlik qazanardı. Amma necə oldusa "State Mutual Life Assurance Company of America" sığorta şirkətinin nümayəndələri vizitka üçün parlaq və yaddaşlara həkk olacaq simvol fikirləşməyi ona həvalə etdilər. Harvi bu haqda çox düşünmədi, indiki zamanda internet istifadəçilərinin "smaylik" adlandırdığı - gülümsəyən sarı simanı çəkib sifarişçilərə təqdim etdi. Bu 1963-cü ildə baş verib. Sifarişçilər bu işi qəbul etdilər, Bolla 50$ ödədilər.
Clematis texensis
Clematis texensis (lat. Clematis texensis) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin qaymaqçiçəyikimilər fəsiləsinin ağəsmə cinsinə aid bitki növü.
Lupinus texensis
Lupinus texensis (lat. Lupinus texensis) — paxlakimilər fəsiləsinin acıpaxla cinsinə aid bitki növü. Texasdan Meksikanın şimal-şərqinə qədər ərazidə yayılmışdır.
Lobelia texensis
Lobelia cardinalis (lat. Lobelia cardinalis) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin zəngçiçəyikimilər fəsiləsinin firəngotu cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Dortmanna cardinalis (L.) Kuntze Lobelia coccinea (Moench) Stokes Rapuntium cardinale (L.) Mill.
Phyla nodiflora var. texensis
Phyla nodiflora (lat. Phyla nodiflora) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin minaçiçəyikimilər fəsiləsinin phyla cinsinə aid bitki növü. == Sinonimləri == Bertolonia crassifolia Raf. Blairia nodiflora (L.) Gaertn. Diototheca repens (Bertol.) Raf. Lantana larranagae Moldenke Lantana repens Sessé & Moc. Lantana repens Larrañaga Lantana sarmentosa Spreng. ex C.B.Clarke [Spelling variant] Lippia aegyptiaca Carrière Lippia fruticosa (Mill.) K.Kenn. ex R.W.Sanders Lippia incisa (Small) Tidestr. Lippia incisa (Small) E.D. Schulz Lippia litoralis Phil.
Lobelia cardinalis var. texensis