1. is. Gülümsəmə.
[Qocanın] sallaq iri dodaqlarında, yanları cizgilərlə bürüşmüş kiçik gözlərində, sümükləri qalxaq, ətli, qırmızı üzündə bir təbəssüm vardı.
Xanların istehzalı təbəssümü birdən yoxa çəkildi.
□ Təbəssüm etmək (eyləmək) – gülümsəmək.
Könlün xoş isə təbəssüm eylə! Mehrin var isə tərəhhüm eylə!
Çün baxıb əhvalıma, etdi təbəssüm nazilən; Qönçeyi-baği-behişti gör nə xəndan eylədi. Heyran xanım. 2. Təbəssümlə şəklində zərf – gülümsəyəgülümsəyə, gülümsəyərək.
Qətibə başını qaldırıb, Səba xanımın üzünə baxıb təbəssümlə dedi.