Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Eramızın əzəlində sui-qəsd (roman)
"Eramızın əzəlində sui-qəsd" — Çingiz Abdullayev tərəfindən yazılmış roman. Tərcümənin redaktoru Munisə Dadaşqızıdır. == Məzmun == Sezarın adı antik tarixdən az-çox məlumatlı hər kəsə məlumdur. Əsrlər boyu sabit və demokratik quruluşlu respublikanın əsaslarını laxladan bu şəxs qüdrətli bir imperiyanın rəhbərliyini ələ almışdı. Nəhəng məmləkəti idarə etməyə özündə qüvvə tapan Sezar tarixdə görkəmli yer tuta bilmişdi. Lakin qədim kübar sülaləsinə mənsub olmasına rəğmən, adi Roma vətəndaşı olan bu insan həmin mərtəbəyə necə yüksəlməyi bacarmışdı? Oxucuların görüşünə, adətən detektiv əsərləri ilə gələn məşhur yazıçı Çingiz Abdullayev ilk iri həcmli tarixi romanında qədim dünyanın bir çox görkəmli şəxsiyyətlərini, bir sıra hadisələri canlandırmaqla bu suala cavab tapmağa çalışıb. Romanda cərəyan edən vaqiələrin bu günkü cəmiyyətimizdə gedən proseslərlə oxşarlığı yazıçı tərəfindən qabarıq təsvir və dərin təhlil edilib. Tarix təkrarlanır və insanların borcu keçmişdən ibrət dərsləri götürməkdir.