Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Tabule
Tabule (ərəb. تبولة‎ tabūlah; həmçinin tabouleh və ya tab(b)ouli) — Levant salatıdır. Ənənəvi olaraq yarma, pomidor, incə doğranmış cəfəri, nanə, soğan və sarımsaq ilə hazırlanır və zeytun yağı, limon suyu və duz ilə dadlandırılır.
Kabare
Kabare hər cür aktual mövzuya istehzalı, iynəli, satirik münasibətlə yanaşan, sosial tənqidə üz tutan teatr növüdür. Xüsusilə siyasi və sosial mövzulara diqqət yetirən kabaredə melodiyalar, rəqslər, eskizlər, monoloqlar, dialoqlar və hətta açıq şoular və qısametrajlı filmlər də yer alır. Kabare yumoristik və əyləncəli olsa da, əsasən ciddi teatr janrlarından biri hesab olunur. Kabare sözü fransızca meyxana mənasını verən cabaret sözündən götürülmüşdür.
Nature
Nature (azərb. təbiət‎) — Britaniyada çap olunan, çağdaş dəqiq elmlərin bir çox sahəsini əhatə edən elmi jurnal. Science jurnalı ilə birlikdə dünyanın ən önəmli və vurucu elmi nəticələrinin nəşr edildiyi bir neçə jurnaldan biri sayılır. == Haqqında == Çağdaş elmin bir çox böyük inqilabi elmi kəşf və araşdırmaları ilk dəfə Nature jurnalında dərc olunmuşdur: Watson və Crick tərəfindən 1953-də DNT quruluşunun kəşfi J. D. Watson and F. H. C. Crick (1953). "Molecular structure of Nucleic Acids: A structure for deoxyribose nucleic acid". Nature. 171 (4356): 737–738. İnsan DNT ardıcıllığının ilk dəfə çıxarılması - International Human Genome Sequencing Consortium (2001). "Initial sequencing and analysis of the human genome" İlk dəfə bir protein (miyoqlobin) strukturunun fəza quruluşunun çıxarılması - J. C. Kendrew, G. Bodo, H. M. Dintzis, R. G. Parrish, H. Wyckoff and D. C. Phillips (1958). "A three-dimensional model of the myoglobin molecule obtained by X-ray analysis".
Saburo
Saburo — Kişi adı. Saburo Kavabuçi — keçmiş Yaponiya futbolçusu. Saburo Şinosaki — keçmiş Yaponiya futbolçusu.
Tabuli
Tabule (ərəb. تبولة‎ tabūlah; həmçinin tabouleh və ya tab(b)ouli) — Levant salatıdır. Ənənəvi olaraq yarma, pomidor, incə doğranmış cəfəri, nanə, soğan və sarımsaq ilə hazırlanır və zeytun yağı, limon suyu və duz ilə dadlandırılır.
Tacura
Tacura—bəzən Tacora, Aralıq dənizi sahilində, Tripolidən 14 kilometr (8.7 mil) şərqdə şəhər.2001-2007-ci illərdə Tacura Tacura wa Arba rayonun inzibati mərkəzi idi.. Tacura Tripolinin ən çox anti-Qəddafi bölgəsi olduğu bilinir və şəhər Liviya inqilabında yüksək itki vermişdi və məşhur bir adamın Tacura haqqında söylədiyi bir cümlə qalmışdı (Tacura Öməri görmədivə görmək istəmədi).
Takume
Takume (fr. Takume) — Tuamotu arxipelaqına daxil olan kiçik atoll (Fransa Polineziyası). Raroia atolundan 8 km şimal-qərbdə yerləşir. == Coğrafiya == Atollun sahəsi 5 km², uzunluğu 20 km-dir. Daxilində laqun vardır. Kiçik boğazla okean suları ilə birləşir. == İnzibati bölgüsü == İnzibati baxımından Makemo kommunasına daxildir. == Tarixi == Takume ilk dəfə 1820-ci ildə rus dənizçisi və səyyahı, tədqiqatçısı Faddey Bellinshauzen tərəfindən kəşf edilir. O, adanı general Nikolay Repnin-Volkonskinin şərəfinə Volonski atollu adlandırır. == Əhali == 2007-ci il məlumatına görə adada yaşayış yoxdur.
Tanbur
Tənbur — şərq, eləcə də türkdilli xalqlar arasında ən geniş yayılmış simli musiqi alətlərindən biri. İki simli bu alət Şirvan aləti sayılır. Amma Təbriz sakinləri tənburu çox sevdikləri üçün buna Şirvan-Təbriz tənburu adını veriblər. Tənburun digər simli alətlərdən başlıca fərqi mizrabla deyil, barmaqla — baş və şəhadət barmaqları ilə çalınmasıdır. Özünəməxsus səs ahəngi var. XIX əsrin ikinci yarısınadək Azərbaycanda geniş istifadə olunub. == Etimologiya == Uzaq Şərqdən Qərb ölkələrinə qədər böyük bir coğrafi ərazidə müxtəlif formaları, müxtəlif adlarla yayılmışdır. Orta Asiya türk xalqları tərəfindən geniş istifadə edilməkdədir. Qazaxlarda "dombra", qırğızlarda "dombura", özbəklərdə "dombrak", türkmənlərdə "danbura", osmanlı türklərinə yaxın olan türklərdə "tanbur"a, bir çox Qərb xalqları arasında "domra" adı ilə yayılmış bu alət Azərbaycanda tarixən tənbur adı ilə çox məşhur olmuşdur. == Tarixçə == Nizami Gəncəvinin, Məhəmməd Füzulinin, Qətran Təbrizinin və bir çox orta əsr klassiklərimizin əsərlərində tənbur haqqında maraqlı məlumatlar var.
Tauere
Tauere (fr. Tauere) — Tuamotu arxipelaqına daxil olan kiçik atoll (Fransa Polineziyası). Taiti atolundan 85 km şimal-şərqdə yerləşir. == Coğrafiya == Adanın sahəsi 2 km²-dir. Uzunluğu 8 km-dir. Daxilində laqun vardır. Laqun iki hissəsən okeanla birləşir. == İnzibati bölgüsü == İnzibati baxımından Hao kommunasına daxildir. == Tarixi == Ada 1767-ci ildə ingilis Samuel Vallis tərəfindən kəşf edilir. O, adanı Desena (isp.
Azure
Azure — Bakıda yerləşən biznes, yaşayış, ticarət və əyləncə mərkəzindən ibarət çoxfunksiyalı kompleks binası. Kompleksin tərkib hissəsi olan "Megafun" əyləncə mərkəzi Avropanın ən böyük qapalı əyləncə mərkəzi sayılır.Bina Xəzər dənizinin sahilindən 100 metr məsafədə, Ağ Şəhərin yanında, Nobel prospektində yerləşir. == Kompleks == Çoxfunksiyalı Azure Kompleksi – Azərbaycanın tikinti bazarının liderlərindən olan YENİ HAYAT Şirkətlər Qrupu-nun Bakıda gerçəkləşdirdiyi ən innovativ layihələrdən biridir. === Azure Business Center === Azure Business Center postmodern üslubunda hazırlanmış A+ sinifinin 30 mərtəbəli ofis qülləsidır. Göydələnin forması yelkənlər üzərində gəmi yarışını simvollaşdırır, memarlara görə isə müvəffəqiyyət arzusunu simvollaşdırır. Qüllədə 200 ofis binası, konfrans zalı, kino, tibb mərkəzi, kafe və 2000 avtomobil üçün park yeri var. Panoramik liftlərdən istifadə olunur. İş mərkəzində ən son texniki avadanlıqla təchiz olunmuş 200 ofis, konfrans zalları, iclas üçün otaqlar, kafe və restoranlar, xidmət otaqları yerləşir. === Azure Shopping Centre === Azure Shopping Center 4 mərtəbəli 40 000 m²-lik bir ticarət mərkəzidir. 2012-ci ildə açıldı.
Babur
Qazi Zahirəddin Məhəmməd Babur (fars. ﻇﻬﻴﺮﺍﻟﺪﻳﻦ محمد‎ ; al-ṣultānu 'l-ʿazam wa 'l-ḫāqān al-mukkarram bādshāh-e ġāzī) (14 fevral 1483 — 26 dekabr 1530) — Böyük Moğol İmperiyasının qurucusu və ilk hökmdarıdır. Baburun Çağatay türkcəsində yazdığı və həyatından xronoloji olaraq bəhs etdiyi Baburnamə əsəri Türk ədəbiyyatı tarixində önəmli yerə sahibdir. Xətti Babur deyilən yazı sistemini təkmilləşdirən Babur eyni zamanda Çağatay türkcəsində yazılmış ədəbiyyatın Əlişir Nəvaidən sonra ən böyük şairi hesab olunur. == Soyu və ailəsi == Babur ata tərəfdən Teymurilər sülaləsindən, ana tərəfdən isə Çingizlilər sülaləsindəndir. Baburun atası Əmir Teymurun nəvəsi olan Ömər Şeyx Mirzə Barlas idi. Baburun anası isə Çingizlilər nəslindən olan Yunus xanın qızı Qutluq Nigar xanım idi.Baburun ata tərəfdən mənsub olduğu Teymurilər sülaləsinin əsasını qoyan Əmir Teymur əslən barlas boyundandı. Barlaslar Orta Asiyada yaşayan türkləşmiş monqol boyu idi. Monqolların gizli tarixi (rus. Монголын Нууц Товчоо) adlı əsərə görə barlaslar boruciginlərlə bir soydan gəlir.
Nabur
Nabur — Azərbaycan Respublikasının Qobustan rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi mənbələrdə == Osmanlı imperiyası ilə Rusiya arasında 1727-ci il 12 dekabrda Şamaxı yaxınlığında Nabur kəndində imzalanmış müqaviləyə əsasən ruslar Cavad, Salyan, Şeşpara və Rustov ərazilərinə yiyələndilər. Azərbaycan torpaqlarının qərb hissəsi isə Osmanlııların əlində qaldı. Bu müqavilə tarixdə "Nabur müqaviləsi" adlanır. == Etimologiyası == Nabur oykoniminin adı zülqədər tayfa]]sının nabur tirəsinin adı ilə bağlıdır. Ermənistan ərazisində də eyniadlı kənd qeydə alınmışdır. == Əhalisi == Əhalisi təxminən 5000 nəfərdir. Muğam ustadı Alim Qasımov, general-mayor Əbdül Xalıqov bu kənddə anadan olmuşlar. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyəti maldarlıq, qoyunçuluq, əkinçilik və qismən arıçılıqdır. == Din == Kənddə Nabur kənd məscidi dini icması fəaliyyət göstərir.
Tabor
Tabor (düşərgə və ya batalyon) — polkovnik-leytenant ya da mayorun rəhbərlik etdiyi, bölükdən böyük, alaydan kiçik hərbi-taktiki birləşmədir. Müasir orduların silahlarına görə tank taboru, piyada taboru, topçu taboru kimi əsas sinifləri vardır. Taborlar hava qüvvələrində "flot", artilleriya qüvvələrində isə "divizyon" adlanır. Topçu taboru üç ya da dörd topçu batareyası — topçu bölüyü olaraq tərtib edilir. Piyada taborları, iyirminci əsrdə bir qərargah bölüyü, bir atıcı bölüyü və bir ağır silah — tank, top — bölüyü olaraq təşkil edilmişdir. İndiki vaxtda da 800–900 əsgərdən ibarət olan taktika baxımdan əlverişli hərbi birlikdir. == Motaatıcı tabor == Əsas ünsürü motaatıcı silahlardan ibarət olan hərbi-taktiki tabor. 3 motaatıcı bölük Minaatan batareya Artilleriya batareya Yükdaşıyan avtomobil taqımı Tankəleyhinə taqım Qumbaraatan taqım Texniki-təminat taqımı Maddi-təminat taqımı Tibbi-yardım == Tank taboru == Əsas ünsürü tanklardan ibarət olan hərbi-taktiki tabor. 3 tank bölüyü Rabitə taqımı Texniki-təminat taqımı Maddi-təminat taqımı Tibbi-yardım == Rabitə taboru == Əsas ünsürü bağlı olduğu qərargah ilə digər bölmələrin ünsiyyətini təmin etməkdir. Tabor qərargahı Radio bölüyü Estafet bölüyü Təmir dəstəsi == Təmir taboru == Baxım təmir taboru, briqada tabeçiliyində hər cür çalışan maşın, təchizat və vasitələrin baxım və təmirini boynuna götürən texniki heyətləri saxlayan vahiddir.
Tauer
London qalası (ing. Her Majesty's Royal Palace and Fortress The Tower of London) — İngiltərənin paytaxtı London şəhərində inşa olunmuş tarixi qala. Qala Temza çayının şimal sahillərində yerləşir. London qalası daha çox 1078-ci ildə kral I Uliyam tərəfindən inşa olunmuş Ağ qala adlı inzibati binası ilə tanınır. Ancaq Ağ qala ilə yanaşı London qalasında bir çox inzibati binalar, qüllələr və müdafiə divarları mövcuddur. London qalası cinayətkarlar və əsirlərin saxlanılması üçün inşa edilmişdir. Bu səbəbdən qalada edam və işgəncə otaqları, cəbhəxana, dövlət xəzinəsi və əsgər yataqxanası vardı.
Baburi adası
Babur adası — Azərbaycanda bir ada. Bakı şəhərindən 70 kilometr cənub-qərbdə, ölkənin şərq hissəsində yerləşir.
Corc Tabori
Corc Tabori (mac. Tábori György; 24 may 1914[…], Budapeşt – 23 iyul 2007[…], Berlin) — macar teatr rejissoru, yazıçısı və ssenaristi. == Həyatı == Corc Tabori 1914-cü ildə Budapeştdə yəhudi əsilli ailədə anadan olmuşdur. Atası Auşvitz həbs düşərgəsində öldürülən, anası və qardaşı Nasist idarəçiliyindən qaçan Corc Tabori 1935-ci ildə Hitler Almaniyasını tərk edərək Londona köçmüşdür. İkinci Dünya müharibəsi zamanı İngiltərə ordusunda müharibə müxbirliyi etmiş və BBC-də işləmişdir. 1947-ci ildə ABŞ-yə köçmüşdür. == Yaradıcılığı == Onun ilk romanı Beneath The Stone adlanır. 1945-ci ildə bitirdiyi roman ABŞ-də çap edilmişdir. Taborinin ingiliscə yazdığı iki romanı - The Cannibals və Pinkville Vinn Həndman tərəfindən Nyu-York şəhərindəki Amerikan Teatr Sarayında 1968-ci ildən 1970-ci ilə qədər səhnələşdirilmişdir.1970-ci ildə onun The Prince əsəri əsasında Con Boorman tərəfindən Leo the Last adlı film çəkilmişdir. Bu filmdə o dövrün məşhur aktyor və aktrisalarından Marçello Mastroyanni və Billi Uaytlou da çəkilmişdir.
Human Nature
Human Nature — Maykl Ceksonun "Thriller" albomundakı mahnılardan biri.
KQSM taboru
Kütləvi Qırğın Silahlarından Müdafiə Taboru - əsasən hər hansı nüvə və atom silahlarının atılacağı ehtimalı ilə yaradılmış tabor. Bu taborun şəxsi heyəti xüsusi biliyə sahib qulluqçulardır,çünki kimyəvi silahların (atomların) atıldığı ərazilərdə radiasiya şüalanması və bir çox fəsadların aradan qaldırılması,yaralıların,meyitlərin daşınması,həmin ərazilərdə davranmaq üçün xüsusi biliyə sahib olmaq lazımdır.
Mamure qalası
Mamure qalası — Türkiyənin cənubunda, Mersin şəhərinin Anamur ilçəsində, Bozdoğan məhəlləsi yaxınlığında sahil boyu uzanan orta əsrlərə aid qala. == Tarixi == Aralıq dənizi sahil zolağında yerləşib, günümüzə qədər yaxşı vəziyyətdə çatmış Türk qalalarından biridir. Anamurun 6 km şərqində, Bozdoğan kəndi sərhədləri daxilindədir. Hündür qayalıqlar və düzənliklər üzərində qurulmuş Mamure qalası bir çox Anadolu qalaları kimi antik təməllər üzərində inşa edilmişdir. Böyük kəsmə daşlardan tikilmiş olan antik əsasların, hansı tarixdə və kimlər tərəfindən inşa edildiyi tam müəyyən edilməmişdir. Qala üç hissədən ibarətdir. Hündür divarlarla ayrılmış şərqdəki iç həyətli, qərbdəki kənar qala və bunların cənubunda qayalıqlar üzərində inşa edilmiş iç qaladan ibarətdir. 39 qülləsi, su kəhrizləri və məscidi, xarici hissəsində hamamı olan qalanın ətrafı 10 mt enində müdafiə məqsədli xəndəklə əhatə olunmuşdur. Qala və ətrafında III və IV əsrlərdə çox əhəmiyyəti olmayan Roma yaşayışı olduğu təxmin edilir. Qala xaricində və şimalında hamam qalığı vardır.
Mequmu Tamura
Mequmu Tamura (d. 10 yanvar 1927) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 3 oyun keçirib.
Saburo Kavabuçi
Saburo Kavabuçi (d. 3 dekabr 1936) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 26 oyun keçirib, 8 qol vurub.
Saburo Şinosaki
Saburo Şinosaki — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 1 oyun keçirib.
Tacura körfəzi
Tacura (ərəb. خليج تدجورا‎, fr. golfe de Tadjourah) — Afrikanın şərq sahillərində yerləşən körfəz. Aden körfəzinin (Hind okeanı) ən ucqar qərb hissəsidir. Babülməndəb boğazından cənub-qərbdədi, Cibuti və Somalinin sahiliərini əhatə edir. Körfəzin girişində Muça və Maskali adlı adalar yerləşirlər. Cibuti, Tacura və Obok körfəzin əsas limanlarındandılar.
Tank taboru
Bir tank batalyonunda 3 tank bölüyü və bir qərargah bölüyü olmaq üzrə 4 bölük vardır. Hər bir tank bölüyündə təxminən 13 tank olur. Tank Batalyonu, bir polkovnik-leytenant ya da mayorun rəhbərlik etdiyi, bölükdən böyük, alaydan kiçik əsgəri taktika birlikdir. Hazırkı ordularda silahlarına görə tank batalyonu, piyada batalyonu, topçu batalyonu kimi batalyon sinifləri var. Hava qüvvələrində batalyon, ümumiyyətlə flot olaraq adlandırılar.
Topçu taboru
Topçu Taboru — batareyalar və diviziyalardan ibarət hərbi birləşmədir.Düşmən üzərinə hücum və ya müdafiə zamanı artilleriya hücumlarını təmin edir.
Babirə
Aşağı Babirə (Mərənd)
Babunə
Aşağı Babunə (Çaroymaq)
Mete Atatüre
Mete Atatüre (türk. Mete Atatüre; d.19 fevral 1975, Kayseri, Türkiyə) — Türk fizik və akademik. Kembric Universiteti fizika kafedrasının müəllimidir. Kvant fizikası sahəsində çalışır. İşığın dərinliyini daha yaxşı anlamaq üçün araşdırma aparmış Atatüre 2015-ci ildə ölçülməsi qeyri-mümkün hesab edilən "işıq səviyyəsinin ölçülməsi" tətbiqini nəzərdən keçirdi. == Həyatı == 1975-ci ildə Kayseri şəhərində anadan olub. 1992-ci ildə Ankara Qazi Anadolu orta məktəbində orta təhsil, 1996-cı ildə Bilkənt Universitetinin fizika fakültəsində ali təhsilini. Boston Universitetinin kvant vizualizasiya laboratoriyasında isə doktorluq təhsilini bitirmiş, dərəcəsini almışdır.2002-2007-ci illərdə Sürix Federal Texnologiya İnstitutunun kvant fotonikası qrupunda Ataç İmamoğlu ilə birlikdə işləmişdir. 2007-ci ildə Kembric Universitetinin Kavendiş Laboratoriyasında müəllim kimi fəaliyyətə başlamışdır. Kembric Universitetində yaratmış olduğu öz tədqiqat qrupu ilə birlikdə kvant fizikası və gələcəyin texnologiyaları üzərində işləyərkən Atatüte 2011-ci ildə dosent adını almışdır.
Sabirə Əliyeva
Səbirə Əliyeva (25 sentyabr 1995, Bakı) — 2009–2021-ci illərdə Azərbaycanı təmsil edən qadın güləşçi. Səbirə Əliyeva 2018-ci il Avropa Çempionatının bürünc medalına sahib olub. == Həyatı == Səbirə Əliyeva 1995-ci il sentyabrın 25-də Xəzər rayonunun Buzovna qəsəbəsində anadan olub. 2009-cu ildən güləşlə məşğul olur. Şəxsi məşqçisi Hicran Şərifovdur. == Karyerası == Səbirə Əliyevanın birinci beynəlxalq turniri 2013-cü ilin fevralında Sofiya şəhərində (Bolqarıstan) baş tutan D. Kolov — N. Petrov beynəlxalq turniri oldu. Səbirə Əliyeva həmin turniri beşinci pillədə başa vurdu. Daha sonra Belarusda baş tutan A. Medved beynəlxalq turnirinin bürünc medalına sahib olan Səbirə Əliyeva, martda Tbilisi şəhərində (Gürcüstan) baş tutan Avropa Çempionatını yeddinci pillədə başa vurdu. İyulda gənclər arasında Avropa Çempionatının qalibi olan Səbirə Əliyeva avqustda gənclər arasında Dünya Çempionatının gümüş medalına sahib oldu. 2014-cü ildə Səbirə Əliyeva əvvəlcə Paris şəhərində (Fransa) Fransa Qran-Prisinin bürünc medalına sahib oldu.