Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Pakistan Talibanı
Pakistan Təhriki Təliban Pakistan-Əfqanıstan sərhəddində fəaliyyət göstərən terrorçu təşkilat.2007-ci ildən fəalliyyət göstərən qruplaşmanın lideri (şeyx)Bayatullah Məshud həmçinin İran-Əfqanıstan sərhəddində də öz aktivliyini qoruyub saxlamaqdadır.
Tacikistan Talibanı
Təhrik-i-Taliban Tacikistan (tac. муаллифики Toliboni Tajikistan, fars. تحریک طالبان تاجیکستان‎; mənası –Tacikistan Taliban Hərəkatı, TTT) — Tacikistan islamçı silahlı qrupu. Əfqanıstan–Tacikistan sərhədində fəaliyyət göstərir. 2022-ci ildə Əfqanıstanın Bədəxşan şəhərində Məhəmməd Şaripov tərəfindən yaradılmışdır. == Formalaşması == "Təhrik-i-Taliban Tacikistan" Bədəxşanda Tacikistan vətəndaşı və keçmiş "Camaat Ənsarullah" döyüşçüsü, əsl adı Məhəmməd Şaripov olan Mehdi Arslan tərəfindən yaradılmışdır. Məqsədi Əfqanıstanda olduğu kimi Tacikistanda da islam əmirliyi yaratmatdır. Şaripov Tacikistanda terrorçular siyahısındadır. TTT əsasən Əfqanıstandan olan və əvvəllər əsas "Taliban"ın tərkibində olan taciklərdən ibarətdir. Hal-hazırda onun 250-yə yaxın üzvü var.
Taliban
Taliban (puşt. طالبان "Taliblər") — 1994-cü ildə yaranan və 1996–2001-ci illərdə Əfqanıstanın əksər ərazisini idarə etmiş hərəkatdır. Hal-hazırda Əfqanıstanı idarə edir. == Tarixi == Hərəkat Qəndəhar şəhərindəki mədrəsədə, Şeyx Məhəmməd Omərın başçılığı altında, 30 tələbə ilə birgə yaradılıb. Bəzi mənbələrə görə[mənbə göstərin] təşkilat Pakistan xüsusi xidmət orqanları tərəfindən Türkmənistan ilə ticarət yolunun müdafiəsi üçün yaradılmışdır. Talibanları digərlərindən zahirən fərqləndirən xüsusiyyət onların qara çalma və ağ paltar geymələridir. Məhəmməd Nəcibulla rejiminin yıxılmasından sonra dayanmayan vətəndaş müharibəsi zamanı talibanlar, əfqan ictimaiyyətini İslam bayrağı altında birləşməyə çağırırdı. Məhəmməd Nəcibulla rejimini qorumaq və ölkədə sovet ideologiyasının dağılmasına imkan verməmək üçün ölkəyə yeridilən SSRİ qoşunlarına qarşı müqavimət göstərən təşkilat, Pakistanın xüsusi xidmət orqanı – ISI tərəfindən dəstəklənirdi. Taliblər hakimiyyətə gəldikdikləri dövrdə ölkənin rəsmi adlandırılması Əfqanıstan İslam Əmirliyinə dəyişdirildi. Taliban hakimiyyəti yalnız 4 ölkə Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, İçkeriya və Pakistan tərəfindən tanınmışdır.
Əli Kərimov (balabançı)
Kərimov Əli Zülfüqar oğlu (1874, Kalva, Ağsu rayonu – 1962) — balaban ustadı, zurnaçı. == Həyatı == 1874-cü ildə Ağsu rayonu Kalva kəndinda anadan olmuşdur. Yastı balaban ustadı olmaqla yanaşı gözəl saz, tar, kamança, nağara, Qoşa nağara da çalmışdır. "Koroğlu nağarası"nın müəllifi olan Əli Kərimov 70-a yaxın yeni mahnı bəstələyib ifa edib. Əli Kərimov zurna, balaban, tütək kimi alətlərdə çox böyük sənətkarlıqla çalmağı bacarıb, eləcə də onların imkanlarını texniki baxımdan genişləndirib. İlk dəfə olaraq o, zil tembrli zurnanı peşəkar kamera alətinə çevirib. Yaqut Bahadurqızının sözlərinə görə Əli Kərimov təkcə çalğıçı yox, həm də onlarla mahnının yaradıcısı, Azərbaycan milli musiqisinin irəliləməsində önəmli rol oynayan sənətkar olub. Bayram Hüseynli və Tahirə Kərimova 1984-cü ildə "Əli Kərimov" adlı rusdilində monoqrafiya çap etdirmişlər. Bu əsər Ə. Kərimov haqqında hərtərəfli və dürüst materallarla zəngindir."Çoban Yaylağı" və "Əli icadı" peşrovlarının, rəqslərin (Heyvagülü, Alma gülü, Alça gülü, Bənövşə, Əfruzə və s.) müəllifidir. 7 hissəli Çaharzən dəstgah" nı çalmışdır.
Taliban hücumu (2021)
Əfqanıstanın süqutu olaraq da bilinən 2021 Taliban hücumu — Taliban və Əl-Qaidə də daxil olmaqla müttəfiq silahlı qruplar tərəfindən Əfqanıstan hökümətinə və müttəfiqlərinə qarşı davam edən hərbi hücumdur. ABŞ və müttəfiq qoşunlarının əksəriyyətinin Əfqanıstandan çıxarılması ilə birlikdə 1 may 2021-ci ildə başladı.Hücumun ilk üç ayında Taliban, nəzarət etdiyi rayonların sayını 73 -dən 223 -ə çatdıraraq kənd yerlərində əhəmiyyətli irəliləyişlər etdi, şəhər mərkəzlərini tədricən təcrid etdi. 6 Avqustdan başlayaraq, Taliban Əfqanıstanın otuz dörd əyalət paytaxtından otuzunu ələ keçirdi və 10 Avqusta qədər Taliban ölkənin ərazisinin 65% -nə nəzarət etdi.Hücum, Taliban'ın sürətli ərazi qazancları, habelə daxili və beynəlxalq təsirləri ilə qeyd olunur. 10 avqustda ABŞ səlahiyyətliləri Əfqanıstanın paytaxtı Kabilin 30–90 gün ərzində Talibanın əlinə keçəcəyini təxmin etdilər. 15 Avqustda Associated Press, Talibanın Kabilə çatdığını və hakimiyyətin "ötürülməsini" gözlədiklərini bildirdi.
Talibanın 2021-ci il hücumları
Əfqanıstanın süqutu olaraq da bilinən 2021 Taliban hücumu — Taliban və Əl-Qaidə də daxil olmaqla müttəfiq silahlı qruplar tərəfindən Əfqanıstan hökümətinə və müttəfiqlərinə qarşı davam edən hərbi hücumdur. ABŞ və müttəfiq qoşunlarının əksəriyyətinin Əfqanıstandan çıxarılması ilə birlikdə 1 may 2021-ci ildə başladı.Hücumun ilk üç ayında Taliban, nəzarət etdiyi rayonların sayını 73 -dən 223 -ə çatdıraraq kənd yerlərində əhəmiyyətli irəliləyişlər etdi, şəhər mərkəzlərini tədricən təcrid etdi. 6 Avqustdan başlayaraq, Taliban Əfqanıstanın otuz dörd əyalət paytaxtından otuzunu ələ keçirdi və 10 Avqusta qədər Taliban ölkənin ərazisinin 65% -nə nəzarət etdi.Hücum, Taliban'ın sürətli ərazi qazancları, habelə daxili və beynəlxalq təsirləri ilə qeyd olunur. 10 avqustda ABŞ səlahiyyətliləri Əfqanıstanın paytaxtı Kabilin 30–90 gün ərzində Talibanın əlinə keçəcəyini təxmin etdilər. 15 Avqustda Associated Press, Talibanın Kabilə çatdığını və hakimiyyətin "ötürülməsini" gözlədiklərini bildirdi.
Cəlal Talabani
Cəlal Talabani (12 noyabr 1933[…] – 3 oktyabr 2017[…], Berlin) — İraq prezidenti (2005–2014). == Həyatı == Cəlal Talabani 12 noyabr 1933-cü ildə İraqda anadan olmuşdur. Təhsil həyatına Koyada başlayan Talabani daha sonra liseyi Erbil və Kərkükdə oxudu. 1946-cı ildə hələ 13 yaşındaykən kürd şagirdlərin meydana gətirdiyi gizli bir dərnəyə üzv idi. Ardından Kürdüstan Demokratik Partiyasının şagird birliyinə qoşuldu və 18 yaşına çatdıqda partiyanın mərkəz komitəsinə təyin edildi. Siyasi olaraq aktiv bir mövqedə olduğundan hüquq təhsilinə davam edə bilmədi.
Şeyx Rza Taləbani
Şeyx Rza Taləbani (kürd. شێخ ڕەزای تاڵەبانی, Şex Rizaye Talebani; 1835, Kərkük – 1910, Süleymaniyyə) — kürd şairi. Taləbani şeirlərini kürd, fars və ərəb dillərində yazmışdır. Onun poeziyasının əksəriyyəti satira, kobudluq və yaradıcı təhqirlərdən ibarətdir. Şair önəmli şeirlərindən birində Baban əmirliyində uşaqlığını xatırlayır.Şair gənc yaşlarında Osmanlının paytaxtı Konstantinopola getmiş və səyahəti zamanı kürd sufisi Şeyx Nurrədin Brifkaninin məzarını ziyarət etmişdir. O, qəbir başında farsca uzun bir şeir oxumuş, Şəhrizor əmirliyindən "Rom ölkəsi"ni ziyarət etmək üçün etdiyi səyahətdən bəhs etmişdir. 1879-cu ildə Osmanlı imperiyası Şəhrizor vilayətini Mosul vilayətinə birləşdirəndə Rza türkcə şeir oxumuş və kədərini ifadə etmişdir.