Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Tarama
Tarama (yap. 多良間島) — Miyako qrupuna, Sakişima adaları, Ryukyu arxipelaqına daxil olan ada. Minna adası ilə birlikdə Tarama dairəsini əmələ gətirir və Miyako qəzası, Okinava prefekturası ərazisinə daxildir. == Coğrafiya == Adanın sahəsi 19,75 km² təşkil edir. Tarama adasının şimalında Siokava və Nasasuci qəsəbələri yerləşir. Adada 1000 nəfər yaşayır. Adanın relyefi düzənlikdir. Ən hündür nöqtəsi 33 metrdir. Adaya yaxınlaşmaq məqsədi ilə sal quraşdırılmışdır.
Karaman
Karaman — Türkiyənin Karaman ilinin inzibati mərkəzi.
Qaraman
Qaraman — Azərbaycan Respublikasının Göyçay rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 sentyabr 2004-cü il tarixli, 727-IIQ saylı Qərarı ilə Göyçay rayonunun Qaraman kəndi Ləkçılpaq kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Qaraman kənd inzibati ərazi vahidi yaradılmışdır. == Toponimikası == Kəndin adı qaraman tayfasının adı ila əlaqədardır. Bir məlumata görə, 2000 çadırdan ibarət qaramanlar Səlcuq sultanı Toğrul bəy dövründə (1038-1063) əvvəlcə Anadoluya gəlmiş və buradan da başqa yerlərə, o cümlədan Azərbaycana yayılmışlar. Qaramanların XIII əsrdə şimaldan Azərbaycana gəlməsi və buradan müəyyan hissəsinin Ön Asiyaya köçməsi fikri də mövcuddur. Onlar varsaq, qara, İsa, koşun va qıştomir qollarından ibarət olmuşlar. XV əsrdə Cənubi Azərbaycanda yaşamış qaramanlar qızılbaş tayfalarından biri olmuşdur. Səfəvi şahları hərbi xidmətlərinə görə bu tayfaya Azərbaycanda yerlər vermişdilər. Qaraman adı Çində yaşayan salarlar arasında da çəkilir. Tadqiqatçılara görə, qaraman oğuz tayfalarındandır.
Qaramat
Qaramat - türk, çuvaş və anadolu xalq mədəniyyətində kabus cini. Keremet və ya Qarımıt da deyilir. "Qarav" olaraq da bilinər. Kabuslara səbəb olan və bunun nəticəsində sayıqlama və psixoloji pozuqluqları ortaya çıxaran şər varlıq. İndiki vaxtda şizofreniya adı verilən ruhi xəstəliyə bənzər halların keçmişdə bu varlıqla əlaqəli olduğu düşünülmüşdür. Bundan başqa bu söz; çuvaş dilində pis ruh, ataların ruhlarının çağırılması, müqəddəs ərazi, müqəddəs obyekt; Udmurt dilində şeytan kimi mənalar ehtiva etməkdədir. Yəni xüsusilə məşhur bir inanc olaraq iştirak etdiyi Çuvaş dilində həm müsbət həm də mənfi bir dizi məna saxlayar. Əvvəllər pis ruh olaraq da bilinən mifik bir varlıqdır. "Çuvaş Etimologiya Lüğəti"ndə "Kiremet" şəklində iştirak edən bu sözün mənası "kinli ruh" olaraq keçməkdədir. Tatar dilində isə tərs bir mənala "xeyriyyəçi ata ruhu, qoruyucu ruh" mənasını verməkdədir.
Saravak
Saravak — Kalimantan adasında yerləşən Malayziyanın iki ştatından biri. Ştat həmçinin Sabah, Sinqapur (1965-ci ildə Malayziyadan ayrılıb) və Malaya federasiyası ilə yanaşı Malayziya federasiyasının yaradıcılarından biridir. Bu ərazi Malayziya yarımadasının ştatlarından kənarda qaldığına görə xüsusi muxtariyyət hüququna malikdir. İndiki dövrdə ştat Bumi Kenyalang (kərgədan quşlarının torpağı) kimi tanınır. Ştat müstəqil Bruney dövlətinin ətrafını əhatə etməklə bərabər, cənubdan İndoneziya dövləti ilə, şimal-şərqdən Sabah ştatı ilə sərhədlərə malikdir. Saravak Kalimantan adasının şimal-qərbində yerləşir. Ştatın inzibati mərkəzi əhalisinin sayı 700,000 olan Kuçinq şəhəridir. Saravakın əsas şəhərləri Miri, Sibu və Bintuludur. 2010-cu il sıyahıyaalmasına əsasən ştatın əhalisi 2,420,009 nəfərdir.
Tarakan
Tarakan (lat. Blatta) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin tarakankimilər dəstəsinin tarakanlar fəsiləsinə aid heyvan cinsi.
Tarava
Tarava — Sakit Okeanında yerləşən Kiribati ada dövlətinin paytaxtıdır.Paytaxt Tarava Mərcan adasında yerləşir. 1979-cu ildən paytaxt statusundadır, o vaxta qədər isə Gilbert və Ellis adalarında Britaniya müstəmləkəsinin paytaxtı olmuşdur. == Tarixi == İkinci Dünya Müharibəsi zamanı ada yapon ordusu tərəfindən zəbt edilmişdi. 20–23 noyabr 1943-cü ildə Taravada Sakit okeanda baş verən qanlı döyüşlərdən biri baş tutur. Nəticədə amerika silahlıları yapon silahlılarına qalib gəlir.
Arama
Arama (lat. Aramus guarauna) — Durnakimilər dəstəsinin Sığırçı durnalar fəsiləsinə aid yeganə quş növü.
Faraman (En)
Faraman (fr. Faramans) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Meksimyo kantonuna daxildir. Kommunanın dairəsi — Burk-an-Bres. INSEE kodu — 01198. == Cöğrafiyası == Kommuna Paris şəhərinin 390 km cənub-şərqində, Lion şəhərindən 28 km şimal-şərqdə və Burk-an-Bres şəhərindən 35 km cənubda yerləşir. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 681 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2010-cu ildə əmək qabiliyyətli 475 nəfər (15-64 yaş) arasında 373 nəfər iqtisadi cəhətdən, 102 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 78.5%, 1999-cu ildə 75.4%). 373 aktiv sakindən 358 nəfər (202 kişi və 156 qadın), 15 nəfəri işsizdir (7 kişi və 8 qadın).
Faraman (İzer)
Faraman (fr. Faramans) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Kot-Sent-Andre kantonuna daxildir. Kommunanın dairəsi — Vyen. INSEE kodu — 38161. Kommunanın 1999-cu il üçün əhalisi 734 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 342 ilə 444 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 440 km cənub-şərqdə, Liondan 50 km cənub-şərqdə, Qrenobldan 50 km şimal-qərbdə yerləşir.
Karaman ili
Karaman ili — Türkiyədə il.
Nick Tarabay
Nick Emad Tarabay (d. 28 avqust, 1975. Beyrut, Livan) — Livan-Amerika aktyoru. O ən çox Starz TV-də yayımlanan Spartak seriyasındakı Aşur rolu ilə tanınır. == Həyatı == Tarabay 1975-ci il,28 Avqustda Livanda Beyrutda dünyaya gəlib.O,orta məktəbi Livanda qurtarandan sonra Nyu-Yorka köçmüşdür.2004-cü ildə isə Los-Ancelesə köçmüşdür. Tarabay Sex and the City bir epizod əlavə kimi televiziya debüt etdi(2000).O,The Sopranosda da kiçik bir rol-Matuş-narkotik diler rolu oynadı(2001-2004).Habelə 2008-ci ildə Crashdan tez əsəbləşən polis leytenant rolu oynadı. Tarabay Starz TV-nin seriyası olan Spartacus: Blood and Sand VƏ Spartacus: Vengeancedə əsas rollardan olan Aşur xarakterini canlandırdı.O,ayağından zədələnmiş,sonra isə keçmiş qladiator kimi casusluq etmişdir.
Qara tarakan
Qara tarakan (lat. Blatta orientalis) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin tarakankimilər dəstəsinin tarakanlar fəsiləsinin tarakan cinsinə aid heyvan növü. Azərbaycanda geniş yayılmış növlərdən biridir. Çox vaxt tuqay meşələrində, təbii və mədəni senozlarda rast gəlinir. Evlərdə müxtəlif qida məhsulları ilə qidalanır. == Yayılması == Qara tarakanın vətəni tropik Asiyadır. Ticarət yolu vasitəsilə yeyinti məmulatları ilə birlikdə Aralıq dənizi ölkələrinə, oradan isə XVI əsrin axırlarında Qərbi Avropa ölkələrinə (İngiltərə və Hollandiyaya) gətirilmişdir. Hazırda bütün Avropada yayılmışdır. == Qısa təsviri == Qara tarakanın bədəni müstəqil baş, döş və qarıncıq hissəsindən ibarətdir. Uzunluğu 18-30 mm-dir.
Qaragak döyüşü
Qaragak döyüşü – İmereti krallığı ilə Osmanlı imperiyasının Meshetinin Qaragak bölgəsində qarşı-qarşıya gəldiyi döyüşdür. 1543-cü ildə reallaşan döyüş İmeretinin qalib gəlməsi ilə nəticələnmişdir. Lakin bu döyüşdən qısa müddət keçdikdən sonra geri dönən Osmanlı ordusu məğlubiyyətin əvəzini çıxmış və gürcü ordusu üzərində qələbə qazanmış, onları özündən vassal asılılığına salmışdır. == Tarixi == Samsthe atabəyi III Kvarkvare oğlu Kaihosro Osmanlı imperiyasının İmeretini işğal etməsini istədi. Ərzurumun Osmanlı bəylərbəyinin əmri ilə Qızıl-Əhmədlü olaraq da bilinən Musa Paşa İmeretini fəth etməsi üçün 22.000 adamla Samstheyə göndərildi. Avropadan gələn toplarla təmin edilmiş Osmanlı ordusu gürcülərin əlindəki Oltisi qalasını (hal-hazırda Türkiyədə yerləşən Oltu ilçəsində yerləşir) mühasirəyə aldı. Bundan sonra İmereti kralı olan Baqrat qonşu gürcü dövltələrindən yardım istədi. Bu çağırışlardan yalnız Qurieli hökmdarı çağırışa müsbət cavab verdi, Meqreliya hökmdarı Levan isə çağırışı rədd etdi. Daha sonra isə Levan Osmanlı imperiyasının tərəfinə keçdi və bahalı hədiyələrlə, qorumalarla İstanbula aparıldı. Baqrat ordusunun Osmanlı ordusundan say etibarilə çox olmasına baxmayaraq, Osmanlı ordusuna təslim oldu, lakin Osmanlı ordusunun Ərzuruma getməsindən dərhal sonra Oltu (və ya Oltisi) qalasına hücum etdi.
Qaraman (Türkiyə)
Karaman — Türkiyənin Karaman ilinin inzibati mərkəzi.
Qaraman bələdiyyəsi
Göyçay bələdiyyələri — Göyçay rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Qaraman bəyliyi
Qaramanoğulları bəyliyi (türk. Karamanoğulları Beyliği) — Qaramanoğulları oğuzların Əfşar boyuna mənsubdurlar. Qaramanoğulları Anadoluda ən güclü ailə və soy qəbul edilirdi. Bu səbəbdən Osmanlı bəyliyi onlardan ilk başlarda uzaq durmuş, yaxşı böyüyüb gücləndikdən sonra Anadoludaki son bəylik olaraq Qaramanoğullarını özlərinə tabe ediblər. Bu güclü ailənin irəlidə problem çıxarmasını əngəlləmək üçün Osmanlı dövləti Qaramanoğlu ailəsindən olanları yeni fəth edilən Balkan torpaqlarına, oradan da Dunay sahilindəki Bolqar ölkəsinə və Kiprə sürgün etmişlər.
Qaraman əyaləti
Qaraman əyaləti — Osmanlı imperiyasının əyalətlərindən biri.
Taqalak adası
Taqalak adası (ing. Tagalak Island, aleut. Tagalax̂) — Aleut adaları qrupuna, Andreyanov adalarına daxil olan ada. İnzibati baxımından Alyaska ştatı, Qərbi Aleut adaları rayonuna daxildir. Adada daimi yaşayış yoxdur. == Coğrafiya == İqitkin adasından cənub-şərqdə, Çuqul adasından isə şərqdə yerləşir. Maksimal hündürlüyü 249 metrdir. Uzunluğu 6.5 km-dir.
Taravai adası
Taravai adası (fr. Taravai) — Qambe arxipelaqına daxil olan ikinci ən böyük ada (Fransa Polineziyası). == Coğrafiya == Manqareva adasından 1,5 kmk cənub-qərbdə, Aqakauitai adaından isə 300 m şimalda yerləşir. Ada qayalıqdan ibarətdir. Üçbucaq formaya malikdir. Adanın sahəsi 5,7 km²-dir. Maksimal hündürlüyü 256 metrdir. == Tarixi == Adanın sakinləri 1838-ci ildə xristianlaşdırılmışdır. Adanı ilk dəfə 1797-ci ildə ingilis Vilson kəşf etmişdir. == İnzibati bölgüsü == İnzibati baxımından Qambe kommunasına daxildir.
Taştamak (Auırqazı)
Daştamaq (başq. Таштамаҡ, rus. Таштамак) — Başqırdıstan Respublikasının Avurğazı rayonunda yerləşən kənd. Kənd Daştamaq kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Talbazı): 11 km, ən yaxın dəmiryol stansiyasından (Ağ Göl stansiyası): 41 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kəndidə çuvaşlar (92%) üstünlük təşkil edir. == Rus Provaslav kilsəsi == Şəhid Valentinanın şərəfinə məbəd.
Yaramaz (dəqiqləşdirmə)
Yaramaz (film, 1988)
Zaramaq SES
Zaramaq Su Elektrik Stansiyaları — Şimali Osetiyanın Alagir bölgəsindəki Ardon çayı üzərində bir-biri ilə əlaqəli iki su elektrik stansiyasından — mövcud Qolovnoy SES və tikilməkdə olan Zaramaq SES ibarət su elektrik stansiyasından ibarətdir. Kompleksin inşasına 1976-cı ildə başlanılıb, 2019-cu ildə başa çatdırılması planlaşdırılır. Layihə çətin təbii şəraitdə həyata keçirilir və Rusiya hidroenergetika sənayesinə xas bir sıra texniki həllər ilə fərqlənir — xüsusən, Zaramaq SES-1 Rusiyada ən böyük başlığa, ən güclü soba hidrolik turbinlərinə və ən uzun törəmə tunelə sahib olacaqdır. İnşaatın idarəedilməsi PAS RusHidro şirkətinin törəmə şirkəti olan Zaramaq SES-lər tərəfindən həyata keçirilir. == Ətraf mühitə təsiri == Bərpa olunan enerji mənbəyi olmaqla, Zaramaq Su Elektrik Stansiyaları işə düşəndən sonra Şimali Qafqazın yanacaq balansından təxminən 270 min ton standart yanacaq çıxarmağa imkan verəcəkdir. Bunun illik azot oksidlərinin 3,5 min ton, kükürd oksidlərinin — 8,2 min ton, külün — 3 min ton, karbon qazının 420 min ton miqdarında tullantıların qarşısını alacağı gözlənilir. Su anbarının kiçik olması səbəbindən mikroiqlimə təsiri azdır, onu yalnız sahildən 100 metr radiusda görmək mümkündür. Tədqiqatlara görə, su anbarı Tibski mineral su yatağına, eləcə də Kudzaxtanın və Nara qrupunun bulaqlarına təsir göstərməyəcəkdir. Zaramaq SES-nin inşası layihəsi Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi prosedurundan keçmişdir. == İnşası == 2015-ci ildə tikinti yenidən quruldu, obyekt yenidən RusHidro investisiya proqramına daxil edildi, Zaramaq SES-1-in istifadəyə verilməsi 2018-ci ilə planlaşdırılır.2015-ci ilin əvvəlinə stansiya hazırlığı 60% qiymətləndirilmişdir.
Hikmət Karaman
Hikmət Karaman (9 mart 1960) — türkiyəli məşqçi. 1994-1997-ci illər arasında Kocaelispor və Qalatasaray klublarında məşqçi kimi çalışıb. 1998-ci ildən müxtəlif futbol komandalarının baş məşqçisidir. O , 2002-03 mövsümündə "Çaykur Rizəspor"u, 2007-08 mövsümündə isə “Antalyaspor”u Superliqaya yüksəltməyə nail olub. 2001-02 mövsümündə Türkiyə Kubokunu öz muzeyinə aparan "Kocaelispor"un məşqçisi olub.
İbrahim Toraman
İbrahim Toraman (20 noyabr 1981 və ya 20 oktyabr 1981, Sivas) — Stoper bölgəsində oynamış türk keçmiş milli futbolçudur. == Klub karyerası == === Sivas DSİ Spor === İbrahim Toraman futbola Sivas DSİ Sporda başlayıb və 6 il həvəskar kimi çıxış edib. Burada oynayarkən həvəskar komandalar əsasında Qaziantepspor, MKE Ankaragücü və Gençlerbirliği kimi klubların diqqətini çəkib. === Qaziantepspor === O, əvvəlcə "Qaziantepspor" a gedib və təxminən 7 il Qaziantepdə qalıb. Qaziantepsporun bütün gənclərdən ibarət komandalarında çıxış edib. === Beşiktaş === 2004–2005Bir çox böyük komandanın transfer siyahısında birinci olan İbrahim Toraman 2004–2005 mövsümündən əvvəl "Beşiktaş" la 3 illik müqavilə imzalamışdı. Həmin mövsüm liqada 25 matçda 1 qolla, 1 kubokda və 2 UEFA kubokunda matça çıxıb. 2005–20062005–06 mövsümündə liqanın ilk həftəsində Kayseri Erciyesspor ilə ilk oyununu keçirdi. O, ilk qolunu "Diyarbakırspor" və Mustafa Doğana vurub və Kürşat Duymuş müdafiənin ürəyindəki ad oldu. Mövsüm ərzində o, 16 liqa oyununa çıxıb və 3 qol vurub.