Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Tuskulu
Tuskulu — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indiki Basarkeçər (Vardenis) rayonunda kənd. == Tarixi == Çay kənarında yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. II əsr müəllifı Klavdi Ptolomey Qafqaz dağları ilə Xəzər sahili arasında tuskların yaşadığını göstərir. Fikrimizcə, toponim həmin tayfa adı əsasında yaranmışdır. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Erm. SSR AS RH-nin 25. I. 1978-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Lusakunk qoyulmuşdur.
Tasua
Tasua(doqquzuncu gün)-İslami təqviminin ilk ayı olan Məhərrəmin 9-cu günü. Bu gün çünki İmam Hüseyn (s.ə) ordusunun böyük Generalı kimi qəhrəmanlıq edən Abbas ibn Əliyə həsr olunmuş.Abbas şiə mədəniyyətində qeyrət, cəngavərlik və sədaqət göstərən şəxsiyyətinin simvoludur. == Ədəbiyyatı == Litvak, Meir (1998). Shi'i Scholars of Nineteenth-Century Iraq: The Ulama of Najaf and Karbala. Cambridge University Press. ISBN 0-521-89296-1 al Musawi, Muhsin (2006). Reading Iraq: Culture and Power and Conflict. I.B.Tauris. ISBN 1-84511-070-6 al Mufid, al-Shaykh Muhammad (Dec 1982(1st ed.)). Kitab Al-Irshad.
Klaudiya Paskual
Klaudiya Rafaela Teixeira Paskual (port. Cláudia Rafaela Teixeira Pascoal; d. 12 oktyabr 1994, Qondomar, Portuqaliya) — Portuqaliya müğənnisi. O, "O jardim" mahnısı ilə Portuqaliyanı 2018 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. == Musiqi karyerası == Klaudiya Paskual 2010-cu ildə Portuqaliyada keçirilən Ídolos yarışmasında, 2013-cü ildə isə X Factor musiqi yarışmasında iştirak etmişdir. 2014-cü ildə Paskual SIC Radical telekanalında yayımlanan Curto Circuito tolk-şousunda aparıcılıq üçün keçirilən yarışmaya qatılmış və nəticədə üçüncü yerə layiq görülmüşdür. 2015-ci ildə o bir daha Ídolos yarışmasında iştirak etmişdir. 2017-ci ildə Paskual Portuqaliyanın The Voice səs yarışmasında iştirak etmiş və finaladək yüksələ bilmişdir. 2018-ci ildə Klaudiya Paskual "O jardim" mahnısı ilə Portuqaliyanın RTP telekanalının Avroviziya 2018 üçün təşkil etdiyi Festival da Canção müsabiqəsində iştirak edərək, qalib gəlmiş və Portuqaliyanın ev sahibliyi etdiyi müsabiqədə ölkəni təmsil etmək hüququ əldə etmişdir. May ayında keçirilən Avroviziya finalında mübarizəyə qoşulan Klaudiya səkkizinci səhnə almışdır.
Orchis mascula
Erkək səhləb (lat. Orchis mascula) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin səhləb cinsinə aid bitki növü.
Tahkuna burnu
Tahkuna burnu (est. Tahkuna) — Hiyumaa adasının ucqar şimal nöqtəsi. Burun Baltik dənizinə daxil olan Fin körfəzi sahilində yerləşir. Tahkuna burnu İkinci Dünya müharibəsinin qanlı döyüşləriunə şahidlik etmişdir. == Görməli yerləri == Burunda XIX əsrdə inşa edilmiş Estoniyanın ən hündür mayakı vardır. Burunda Estoniya paromunda həlak olmuşların xatirəsinə abidədə vardır.Bu abidə «Qəlb zəngi» adlanır.Fırtınba zamanı zəng səs salır. Xaç formasında olan abidə Bürün zəngin üzəri qara üzlü uşaqlarla bəzədilmişdir.
Taşbulat (Əbyəlil)
Taşbulat kəndi (başq. Ташбулат) - Rusiyanın Başqırdıstan Respublikası Əbyəlil rayonu Taşbulat kənd sovetliyinə daxil olan kənd. == Əhali == 2002-ci il ümumrusiya siyahıya alınmasına görə Başqırdıstan Respublikası Taşbulat kəndinin milli tərkibi: başqırdlar 97 %. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Askorovo): 46 km., ən yaxın dəmiryol stansiyasından (Taşbulat stansiyası): 7 km. == Tanınmış şəxsləri == Zinnur Ahmadieviç Nurqalin — ədəbi tənqidçi, Başqırdıstab Elmlər Akademiyasının fəxri akademik (2002), filologiya elmləri doktoru (1984), professor (1985), BMSSR-in əməkdar elm xadimi (1978). Radik Safarqaleeviç Valmuhametov — rus müğənnisi, Başqıdıstanın xalq artisti (2003). Rinat Yumoroviç Ataullin — rəssam, Başqırdıstan Respublikasının əməkdar artisti (2010). 1991-ci ildən SSRİ Rəssamlar İttifaqının üzvü. == İstinadlar == == Mənbə == Совет муниципальных образований Республики Башкортостан.
Tuskulan söhbətləri
"Tuskulan söhbətləri" (lat. Tusculanae disputationes) — Siseronun daha çox əxlaqi məsələləri əhatə edən fəlsəfi kitablarından biri. Təxminən m.ö. 45 ildə tamamlanmışdır. Bu kitab Sisero yaradıcılığının ən uca zirvəsi sayılır. O, Sezara qəsd edən Markus Brutusa həsr olunmuşdur və beş kitabdan ibarətdir: “Ölümə qarşı biganə olmaq”; “Ağrıdan qurtarmağın yolu”; “Kədərdən təsəlli tapmaq”; “Ehtiraslar haqqında”; “Yetərli olan ərdəm haqqında”. Bu kitablarda Sisero çoxlu fəlsəfi və əxlaqi məsələlərə toxunmuşdur. Onun fikrincə fəlsəfi düşüncəyə yiyələnmək və müdriklik məqamına çatmaq həyatı məzmunla doldurur və bunlar qocalıq, ağrı, ölüm, itki kimi əzabları yüngülləşdirir. Bu əsərdə ölüm qarşısında qorxu hissi haqqında söhbət açılır. Həm də burada ölümün şər olub-olmaması və insan ruhunun mahiyyəti haqqında düşünülür.
Datura tatula
Adi dəlibəng (lat. Datura stramonium) — bitkilər aləminin quşüzümüçiçəklilər dəstəsinin quşüzümükimilər fəsiləsinin dəlibəng cinsinə aid bitki növü. == Təbii yayılması == Cənub-şərqdə, Astraxan, Volqoqradda, az miqdarda Samarski və Saratovsk vilayətlərində yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 1,5-dək olan mil köklü, güclü budaqlı, birillik ot bitkisidir. Gövdəsi düzdayanan, çəngəlvari budaqlanmış, çılpaqdır. Yarpaqları növbəli, bütöv yumurtavari, iri oyuqlu-dişli, ucu biz, saplaqlı, üstü tünd yaşıl, alt tərəfi açıqdır. Ağ rəngli ucda və ya qoltuqda yerləşən iri, tək çiçəkləri qoxuludur. Ağ qıfvari büküklü çiçək tacı və kasacığı bitişik yarpaqlı, beş hissəlidir. İyun-avqustda çiçəkləyir. Meyvəsi-dörd yuvalı, dörd laylarla açılan, iynələrlə örtülmüş qutucuqdur.
Takuma Asano
Takuma Asano (10 noyabr 1994) — Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 3 oyun keçirib.
Takuya Honda
Takuya Honda (d. 17 aprel 1985) — Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 2 oyun keçirib.
Takuya Onişi
Takuya Onişi (yap. 大西 卓哉; 22 dekabr 1975, Nerima) — Yaponiya kosmonavtı.
Takuya Takaqi
Takuya Takaqi (d. 12 noyabr 1967) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 44 oyun keçirib, 27 qol vurub.
Takuya Yamada
Takuya Yamada (d. 24 avqust 1974) — Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 4 oyun keçirib.
Talula Rayli
Talula Ceyn Riley-Milbarn (ing. Talulah Jane Riley-Milburn; 26 sentyabr 1985, Hartfordşir) — ingilis aktrisa. Əsasən Talula Riley adı ilə tanınır. == Həyatı == Talula Riley təhlükəsizlik sistemləri şirkəti və PR agenti təsisçisi Una Riley ilə Birləşmiş Krallıq Beynəlxalq Cinayət Depertamentinin keçmiş müdürü Douq Milbarnın tək qızı olaraq dünyaya gəldi. Atası hal-hazırda ssenarist olaraq fəaliyyət göstərir. == Karyerası == === Televiziya === Talula Riley Poirot (2003), Marple (2006) və Doctor Who (2008) seriallarının bəzi bölümlərində yer almışdır. E4 kanalında göstərilən Nearly Famous (2017) serialında Lila Rid rolunu canlandırdı. HBO kanalındakı Westworld (2016) serialında birinci və ikinci mövsümdə Ancela rolunu canlandırdı. === Teatr === Talula Riley ilk dəfə tetar karyerasında The Old Vic-də Filip Berrinin The Philadelphia Story adlı teatr tamaşasında yer aldı. Bundan əlavə Tennessi Uilyamsın Summer and Smoke adlı teatr tamaşasında yer almışdır.
Talula Riley

İbn Makula
İbn Makula (tam adıː Əbu Nəsr Əli ibn Hibbətullah ibn Əli ibn Cəfər ibn Əli ibn Məhəmməd ibn Makula; 1030 – 1082, Qorqan) — mavlə, böyük əmir, alim, tarixçi, ədib, hafiz, tənqidçi, nəssəbə. == Həyatı == IX əsrdə Əbu Cəfər Məhəmməd ibn Həbib əl-Bağdadi tərəfindən əsası qoyulan "əl-Mütəlif və-l-Müxtəlif" ("Adların oxşar və fərqli cəhətləri") janrı ərəb-müsəlman ədəbiyyatında bioqrafik ədəbiyyatın bir qolu hesab edilir. Bu janr XI əsrin ikinci yarısından başlayaraq çiçəklənmə dövrünü yaşayır. "Əl-Mütəlif və-l-Müxtəlif" mövzusunda yazan çoxsaylı müəlliflər arasında İbn Makulanın özünəməxsus yeri var. Qərbi Avropa və rus alimlərindən K.Brokelman və İ. Kraçkovski dövrün bu janrda yazmış çoxsaylı müəllifləri arasında məhz İbn Makulanın adını xüsusi qeyd etmişlər. Akademik İ. Kraçkovski İbn Makulanı əs-Səmaninin (1113–1167) sələfi kimi qəbul edərək onun "Əsmə ər-Ricəl" ("Hədis bilicilərinin adları") haqqında yazdığını vurğulamışdır. Ərəb ədəbiyyatı tarixində mavlə, böyük əmir, alim, tarixçi, ədib, hafiz, tənqidçi, nəssəbə (genealogiya ilə məşğul olan alim) kimi məşhur olan Əbu Nəsr Əli ibn Hibbətullah ibn Əli ibn Cəfər ibn Əli ibn Məhəmməd ibn Makula öz dövrünün tanınmış simalarındandır. O, Bağdadda vəzirlər, qazılar yetişdirən hörmətli, sayılıb-seçilən bir ailədə doğulmuşdur. Makula adının mənası barədə ərəb müəllifləri məlumat vermir. Bununla maraqlanan İbn Xəllikan qeyd edir ki, o, bu sözün mənasını aça bilməmişdir.
Paskual Ortis Rubio
Paskual Ortis Rubio (isp. Pascual Ortiz Rubio; d. 10 mart 1877, Morelia, Meksika – 4 noyabr 1963, Mexiko, Meksika) — Meksikalı siyasətçi və Meksika prezidenti (1930–1932). Kalyes hökuməti elə bariz şəkildə nəzarəti altında saxlayırdı ki, Ortis Rubio 1932-ci ildə etiraz aksiyasında prezidentliyindən istefa vermişdi. == Həyatı == Ortis Rubio Miçoakan ştatının Morelia şəhərində hüquqşünas və mülkədar ailəsində anadan olmuşdur. O, elə həmin şəhərdə San Nicolás de Hidalgo Miçoakan Universitetində mühəndislik ixtisası üzrə təhsil almışdır. O, tələbəlik illərindən siyasi fəaliyyətə başlamış və 1896-cı ildə Porfirio Diasın yenidən seçilməsinə qarşı çıxmışdır. 1910-cu ildə Meksika inqilabının baş verməsi və 1911-ci ildə Fransisko İqnasio Maderonun seçilməsi ilə, Ortis Rubio federal qanunverici hakimiyyətə Miçoakanın nümayəndəsi kimi seçilmişdir. General Viktoriano Uerta, Madero və onun vitse-prezidentini istefaya göndərib, sonradan — 1913-cü ilin fevralında hər ikisini öldürdükdən sonra Ortis Rubionu həbs etmişdir. Uerta 1914-cü ildə bir neçə inqilabçı fraksiya tərəfindən devrilmiş və Federativ Ordu bu məğlubiyyətlə darmadağın edilmişdi.
Akula-zebr
Zebrli akula, akula-zebr (lat. Stegostoma fasciatum) — Zebrli akulalar fəsiləsinə aid yeganə balıq növü. Sakit və Hind okeanlarının tropik və subtropik sularında, bəzən isə Yapon dənizinin cənub hissələrində rast gəlinir. Zebrli akulasının uzunluğu 3,3 m-ə qədər çata bilər. Zəhər vəziləri olan kəskin tikanlı axçalara malikdir. Akula xərçəngkimilər və molyusklarla qidalanın və insan üçün təhlükəli hesab olunmur. Zebrli akula yumurta qoymaqla çoxalır.
Zebrli akula

Bulbophyllum absconditum subsp. hastula
Bulbophyllum absconditum (lat. Bulbophyllum absconditum) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü. == Arealı == Sumatradan Sakit okeanın cənub-qərb sahillərinə qədər ərazilərində yayılmışdır. == Sinonimləri == Bulbophyllum absconditum subsp. hastula J.J.Verm. (1993) Bulbophyllum neocaledonicum Schltr. (1906) Bulbophyllum ochrochlamys Schltr.
Fransisko Paskual Obama Asue
Fransisko Paskual Ayqu Obama Asue (fr. Francisco Pascual Eyegue Obama Asue; port. Francisco Pascual Eyegue Obama Asue; isp. Francisco Pascual Eyegue Obama Asue; 21 aprel 1949) — 23 iyun 2016-cı ildən etibarən Ekvatorial Qvineyanın Baş naziri vəzifəsini icra edən siyasətçi. == Fəaliyyəti == Baş nazir postunu tutmazdan öncə o, Səhiyyə və Sosial Təminat Naziri, eyni zamanda Ticarət Naziri olmuşdur. Ticarət Naziri olduğu müddətdə İspaniyanın idxalçı şirkətləri ilə işləyən qonşu ölkə Kamerunda istehsal olunan məhsulların idxalını qadağan etdiyi bilinir. 2015-ci ildə Baş nazir təyin olunandan bəri, dövlət idarəçiliyində korrupsiya artdı və prezident məsləhətçiləri və də daxil olmaqla, kabinet üzvlərinin əksəriyyəti ən yüksək vəzifələri daşıyan təcrübəsiz insanlardan təşkil edildi.
Datura stramonium var. tatula