Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Telstar
Telstar — Telstar müxtəlif rabitə peyklərinin adıdır. == Tarixi == 10 iyul 1962-ci ildə ilk kommersiya tipli rabitə peyki olan Telstar orbitə buraxılmışdır. O, 60 kanal üzrə ikitərəfli telefon əlaqəsini və ya bir televiziya proqramının yayımını təmin edirdi. Bir ildən daha az müddət sonra – 21 fevral 1963-cü ildə peykin sıradan çıxmasına baxmayaraq, o, indiyə qədər orbitdə qalmaqdadır. İlk iki Telstar peykləri eksperimental və təxminən eyni idi. Telstar-1, 1962-ci il iyulun 10-da Thor-Delta raketinin üstündə orbitə buraxılmışdır. Bu, yerə ilk televiziya şəkillərini, telefon zənglərini və teleqraf şəkillərini müvəffəqiyyətlə ötürür və ilk canlı transatlantik televiziya yayımını təmin edirdi. Telstar-2, 1963-cü il mayın 7-də orbitə buraxılmışdır. Telstar 1 və 2-də yer üzündə funksionallıqdadır. == Mənbə == Əliquliyev R. M., Salmanova P. M. İnformasiya cəmiyyəti: maraqlı xronoloji faktlar.
Adidas Telstar
Adidas Telstar — futbol topu Bu, FİFA-nın ilk rəsmi topudur. 32 panelli bu top (12 qara, 20 ağ) Futbol üzrə dünya çempionatı 1970-də Braziliyada istifadə olunub. Daha çox braziliyalılara uğur gətirən «Telstar» Pele və Jarzinyonun da parlamasında müstəsna rol oynayıb.
Dekster Qordon
Dekster Qordon (ing. Dexter Gordon, 27 fevral 1923[…], Los-Anceles, Kaliforniya – 25 aprel 1990[…] və ya 26 aprel 1990, Filadelfiya, ABŞ) tenor saksofon alətində hard bop janrının yaradıcılarından biri olan Amerikan caz saksofonçusu və aktyorudur. == Həyatı == Dekster Qordon 27 fevral 1923-cü ildə ABŞ Kaliforniya ştatında anadan olub. Atası, Dr. Frank Qordon, 1918-ci ildə Harvard Universitetinin Vaşinqton Tibb Məktəbini bitirib Los Ancelesə gələn ilk Afro Amerikalı həkimlərdən biri idi. Anası, Qvendolin Beyker, İspan-ABŞ müharibəsində İspan-ABŞ müharibəsində Şərəf medalı (ABŞ) ilə təltif olunmuş beş Afro amerikalıdan biri olan Edvard Li Beyker Jr qızıdır. Uşaqlıq yaşlarından musiqiyə həvəs göstərərək klarnet ifa etməyə başlayan Dekster 15 yaşında saksofona keçid edir.
Sekstus Empirikus
Sekstus Emprikus (yun. Σέξτος Εμπειρικός, 160-210) —skeptisizmin Roma dövrünün ən tanınmış nümayəndəsi, bu məktəbin ənənələrinin davamçısı. İskəndəriyyə, Afina və Romada yaşamışdı. Sekstus Emprikus ixtisasca həkim idi. O, “Pirron müddəaları” (yun. Πυῤῥώνειοι ὑποτύπωσεις) və “Riyaziyyatçılara qarşı” (yun. Πρὸς μαθηματικούς) kimi bir neçə kitabın müəllifi idi. Bu kitablarda o şübhəçiliyin tarixi, əsasları və nəzəriyyəsini vermişdir. == Fəlsəfəsi == Sekstus Emprikus skeptik baxışlarını tibb elmi ilə əlaqələndirirdi. O həm də, skeptisizmi başqa fəlsəfi məktəblərin təlimlərindən ayırır, onlarla qarışmağa qarşı çıxırdı.
07 Vestur
07 Vestur — Farer adalarını təmsil edən futbol klubu. 2007-ci ildə qurulmuşdur. Sandavóavur və Servoavur (Voar adası) şəhərlərini təmsil edir. == Tarixi == Klubun tarixi 1993-cü il dekabrın 18-də "Mivoavur" və "Sandavoavur" klublarının birləşməsi nəticəsində "Vaqar" klubunun yarandığı vaxtdan başlayır. 1998-ci ildə "Servoavur" klubuda onlara qoşuldu, nəticədə Voar adasında vahid komanda formalaşdı və tezliklə Farer çempionatının yüksək divizionuna yüksələ bildi, amma klub uzun müddət yüksək liqalarda yer tuta bilmədi və tezliklə oradan aşağı liqaya düşdu. Uğursuzluqlar nəticəsində klubdaxili parçalanmalar kəskinləşdi və 2004-cü ildə onlar, əvəllər olduğu kimi ayrı-ayrı komandalara ayrıldı. Buna baxmayaraq, Voar adasında vahid güclü klub yaratmaq ideyası ölmədi və 8 noyabr 2004-cü ildə vahid "Vagar 2004" klubu yenidən yaradıldı və 2007-ci ildə "Servoavur" klubu yenidən ona qoşuldu. Bu birləşmə nəticəsində klub indiki adı "07 Vestur" qəbul etdi və 6 noyabr 2007-ci il klubun rəsmi yaranma tarixi oldu.2008-ci ildə klub birinci liqanın qalibi oldu və Farer adalarının yüksək divizionu olan Vodafondaildində oynamaq hüququ qazandı. Yüksək Liqadakı ilk mövsümündən sonra klub birinci liqaya düşdü, lakin yenidən qalib gələrək 2011-ci ildə yenidən Yüksək Liqada oynamaq hüququ qazandı. 2011-ci il mövsümünün sonunda çempionatda 9-cu yeri tutdu və yenidən birinci liqaya düşdu.
Aleksandra Ekster
Aleksandra Aleksandrovna Ekster (Александра Александровна Экстер) (6 yanvar 1882 - 17 mart 1949) - rus suprematist, kubist rəssam. == Həyatı == 6 yanvar 1882-ci ildə Rusiya imperiyasının Belostok şəhərində (indi Polşa ərazisi) varlı Belarus ailəsində anadan olub. Onun atası Aleksandr Qriqoroviç varlı Belarus iş adamı, anası isə yunan idi. Gənc Aleksandra dil, musiqi və özəl rəsm dərsləri aldı. Tezliklə valideynləri Kiyevə köçdü. O, Kiyev gimnaziyasında və Kiyev Rəssamlıq Məktəbində Aleksandr Boqomazov və Aleksandr Arxipenko ilə təhsil aldı. Onun müəllimləri arasında Mikola Pimonenko var idi. Aleksandra 1906-cı ildə Kiyev Rəssamlıq Məktəbini bitirmişdir. 1908-ci ildə Aleksandra Qriqoroviç əmisi oğlu Kiyev vəkili Nikolay Evqenieviç Ekster ilə evlənmişdir. 1908-1924-cü illərdə o fasilələrlə Kiyev, Sankt-Peterburq, Odessa, Paris, Roma və Moskvada yaşadı.
Hestur adası
Hestur adası (far. Hestoy/Hestur) — Farer adalarına daxil olan ada. 2013-cü il məlumatına görə adada 21 nəfər yaşayır. Sahəsi 6.1 km²-dır. Farer dilindən tərcümədə Hestoy sözü anlamını verir. Ən yüksək nöqtəsi hündürlüyü 421 m-dir. Adanın cənub qutacağında mayak vardır.
Adidas Telstar 18
Adidas Telstar 18 – Rusiyada keçirilən 2018 FİFA Dünya Kubokunun rəsmi topudur. Bu top 1970-ci ildən bəri mundialın rəsmi top təchizatçısı Adidas şirkəti tərəfindən hazırlanmışdır. Bununla yanaşı, top Adidasın hazırladığı ilk mundial topunun konseptinin üzərində qurulub.Adidas Telstar 18 Lionel Messi tərəfindən Moskvada 9 noyabr 2017-ci ildə təqdim olundu.Veteran futbolçu Ronaldo Dünya Kubokunun açılış mərasimində 2018-ci ilin may-iyun aylarında Beynəlxalq Kosmik Stansiyada olmuş bu topla stadionda gəzmişdir.
Dekster Sent-Luis
Dexter St. Luis (21 mart 1968 — 16 may 2019) — Trinidad və Tobaqonu təmsil edən stolüstü tennisçi. == Karyerası == Dexter St. Luis Trinidad və Tobaqonu 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 49-cu pillənin sahibi olub. Daha sonra Dexter St. Luis Trinidad və Tobaqonu 2008-ci ildə Pekin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 65-ci pillənin sahibi olub.
Çində tekstil sənayesi
Çində tekstil sənayesi həm ümumi istehsalda həm də ixracatda dünyada ən böyükdür. Çin 2013-cü ildə 274 milyard dollarlıq tekstil ixrac etdi ki, bu həcm 40 milyard dollarlıq ixracatı ilə ikinci ən böyük ixracatçı olan Banqladeşdən təxminən yeddi qat çox idi. Bu, dünya geyim ixracatının 43,1% -ni təşkil edirdi. Pambıq ipliyi istehsalı sənaye 20-ci əsrin əvvəllərində böyüməyə başladı və Çinin ümumi müasir sənaye məhsulunun 20% -ni təşkil edirdi. Sənaye sahəsi II Dünya Müharibəsindən otuzuncu illərdəki depressiyaya qədər sürətlə genişləndi. Müharibə bir çox dəyirmanı və onların təchizat zəncirlərini məhv etdiyi İkinci Çin-Yapon müharibəsinə qədər yavaş olsa da böyüməyə davam etdi. 1950-ci illərə bir çox böyük maqnatların zülmə məruz qalmamaq üçün imperatorluqlarını Honqkonqa köçürdükləri müddətdə sənayenin qalan hissəsi hökumət tərəfindən inhisara alındı. Den Syaopin hakimiyyətə yüksəldikdən sonra Honqkonq şirkətlərini texnoloji cəhətdən inkişaf etmiş kapitalist şirkətlərin modelləri olaraq təyin etdi və onlar Çində qalan şirkətlərlə yenidən əlaqə qurmağı bacardılar. == Qlobal rəqabət == 1978–79-cu illərdə başlayan iqtisadi islahatlardan sonra Çin iqtisadiyyatının ilk mərhələlərində işçi qüvvəsinin aşağı qiyməti digər ixracatçı ölkələrə nisbətən ixrac bazar payının qazanılmasında vacib bir komponent idi. Mavi yaxalı işçilərin maaşları o dövrdən bəri sürətlə artdı və Çindən gələn tekstil məhsullarının aşağı əmək haqqı üstünlüyünü itirməsi səbəbindən artıq rəqabətə davamlı olmayacağı ilə bağlı proqnozlara səbəb oldu.
Daşkənd Tekstil və Yüngül Sənaye İnstitutu
Daşkənd Tekstil və Yüngül Sənaye İnstitutu (özb. Тошкент тўқимачилик ва енгил саноат институти) — Özbəkistanın paytaxtı Daşkənd şəhərindəki dövlət ali təhsil müəssisəsi. == Tarixi == Daşkənd Tekstil İnstitutunun əsası 1932-ci ildə qoyulmuşdur. İlk illərdə institutda iki fakültə: "Pambığın ilkin emalı" və "Mexanika texnologiyası" var idi. Tələbələr 4 ixtisas : pambığın ilkin emalı, toxuculuq, iplik və ipək texnologiyası üzrə məzun olurdular. 1932-33-cü illər ilk tədris ilində institutda 125 tələbə təhsil alıb. 1935-ci ildə institutun dördmərtəbəli binası istifadəyə verildi (bu gün 2-ci tədris binasıdır). O dövrdə institutda 6 istehsalat, 5 tədris laboratoriyası, 5 sinif otağı, idman zalı, kitabxana var idi. 1947-ci ildə institut qiyabi proqramlar üzrə tədrisə başladı; 1955-ci ildə - Mühəndis-iqtisadiyyatı sahəsi üzrə iqtisadi təhsil verməyə başladı. 1958-ci ildə institutda axşam təhsili fakültəsi açıldı.
Təkfur
Təkfur — Bizans İmperatorluğu zamanında qubernator səviyyəsində olan idarəçilərlə Anadolu və Rumelidəki xristian bəylərinə verilən ümumi addır. Təkfur erməni dilindən götürmə bir söz olub Osmanlı türkcəsində Xristian hökmdarlara verilən bir şandır. Əsli Takavor, mənası isə "tac daşıyan" dır. Bizans İmperatorluğunda mərkəz xaricindəki şəhərlərin müstəqil valilərinə Təkfur deyilərdi. Bunların inzibati və hərbi vəzifələri vardı. Türkiyə Səlcuqlular və Osmanlı Dövlətinin ilk zamanlarında Təkfurlarla çox möhkəm münasibət quruldu. Təkfurlar Türk axınlarından qorunub, müstəqilliklərini mühafizə etmək üçün Türklərə çox miqdarda vergi verərdilər. Təkfurların bəziləri vəziyyətlərini mühafizə edə bilmək üçün Türk komandan və bəylərilə qohum olma yollarına üstünlük verərdilər. Bu səbəbdən əksəriyyəti qızlarını Türk komandan və ya oğullarına gəlin verərdilər. Bu təkfurların içindən Müsəlman olanlar da oldu.
Təkasur Surəsi
Təkasur surəsi (ərəb. سورة التكاثر‎ — oxunuşu: ət-Təkasur — çoxluqla öyünmə). Quranın 102-ci surəsidir. Məkkədə nazil olmuşdur, 8 ayədir. Surənin 5-7-ci ayələrində yəqinin 2 mərhələsi — elmul-yəqin və eynul-yəqin barədə söhbət açılır.
Təkfur sarayı
Təkfur sarayı — İstanbulda olan Blaherne sarayı kompleksindən günümüzə qalan tək saray. İstanbulda, Fatih ilçəsi sərhədləri içərisində qalan Ədirnəqapı səmtində, quru surlarına bitişik olaraq inşa edilmiş, mövqe olaraq Ədirnəqapı və Əyriqapı arasında qalan qalın divarlı saray "Təkfur sarayı" olaraq adlandırılar. Təkfur sarayının nə zaman və kimlər tərəfindən inşa edildiyi mövzusunda dəqiq bir məlumat yoxdur. Bəzi tarixi mənbələrdə, İsanın doğumundan sonra onuncu əsrdə Bizans imperatoru Porfirogenetosun əmri ilə inşa etdirildiyi və arxa hissəsində olan böyük sarayın əlavə binası olduğu bildirilir. Bu məlumatı rədd edən digər tarixi qaynaqlar isə miladdan sonra XIIIvə XIV əsrlərdə "Blakhernai sarayı" olaraq bilinən sarayda yaşayan xidmətçilərin iqamət etməsi üçün inşa edildiyi deyilməkdədir. Fatih Sultan Mehmet tərəfindən İstanbulun fəth edilməsindən sonra Təkfur sarayı XVII əsrin sonlarına qədər metruk şəkildə qalmışdır. XVII əsrin sonlarında isə Təkfur sarayına zoopark qurulmuşdur. İstanbul şəhərinə səyyah olaraq gələn John Sandersonun rəvayətinə görə isə özündən qırx il əvvəl gələn Ogier Ghiselin də Busbecq, buradakı heyvanat bağçasında olan zürafəni görmək istəmiş lakin zürafə bir neçə gün əvvəl öldüyündən, dünyada heç bir ölkədə görə bilmədiyi bu canlını görmək və marağını aradan qaldırmaq üçün zürafənin məzarını qazdırmaq ilə marağını son vermişdir XVIII əsrin əvvəllərində dulusçuluq atelyesi olaraq istifadə Təkfur sarayı XIX əsrin ortalarından etibarən şüşə və şüşə məhsulları emalatxanasına çevrilmişdir. Dünyaca məşhur Qaşıqçı almazı isə Təkfur sarayının zibilliyində tapılmışdır. İndiki vaxtda isə yeni tarixi hadisələrə şahidlik etmək məqsədi ilə Təkfur sarayındakı arxeoloji qazıntılar davam etməkdədir.