TƏƏSSÜR

is. [ ər. ]
1. Bir şeyin təsiri altında olma, təsirini hiss etmə, duyma, mütəəssir olma.
2. Hiss, təəssürat, ruhi iztirab (hiddət, qeyz, qorxu, sevinc və s.); emosiya.
Evinə çatmadan altı aydan bəri [Qurbanlıda] doğan hisslər və təəssürlər tamamilə silinib getdi. Çəmənzəminli.

TƏƏSSÜFLƏNMƏK
TƏƏSSÜRAT
OBASTAN VİKİ
Təəssürat, günəşin doğuşu
Təəssürat, günəşin doğuşu (fr. Impression, soleil levant) — Klod Mone tərəfindən çəkilmiş və ilk dəfə 1874-cü ilin aprelində Parisdə "İmpressionistlərin sərgisi"ndə nümayiş olunmuş rəsm əsəri. Belə ki, sərginin adından başa düşüldüyü kimi bu əsər impressionizm cərəyanının təsirinə məruz qalmışdır. Mone "Təəssürat, günəşin doğuşu" əsərində özünün doğulduğu şəhər olan Havr şəhərinin limanını təsvir etmişdir. Hal-hazırda bu əsər Marmottan-Mone muzeyində (Paris) sərgilənməkdədir. == Tarix == Mone 1872-ci ildə Fransanın şimal-qərbində yerləşən, doğulduğu şəhər olan Havr şəhərinə gəlir və burada yaradıcılığına Havr şəhərinin limanını təsvir etdiyi şəkillərlə davam edir. Onun çəkdiyi müxtəlif rəsmlərdən limanın "günün sübh, gündüz, alatoranlıq, qaranlıq periodlarında və fərqli görüş nöqtələrindən - suyun özündən və ya otel otağından" təsvir edildiyi aydın olur. "Təəssürat, günəşin doğuşu" əsəri 1874-cü ildə Parisdə keçirilən "Rəssamlar, Heykəltaraşlar, Həkkaklar və s." sərgisində nümayiş etdirildikdən sonra yuxarıda qeyd olunan əsərlər içərisində ən məşhuru olmağı bacardı. Otuz iştirakçı olmasına baxmayaraq sərgiyə, əsasən, Mone, Edqar Deqa, Kamil Pissarro, Pyer-Ogüst Renuar, Alfred Sisley rəhbərlik edirdi və burada təqribən 200-ə yaxın əsər 4000-dən çox insana nümayiş olundu. Hətta sərgidəki həmin əsərlərin bir qisminin sərt təndiqlərə məruz qalması da aşkardır.
Təəssürat konserti (albom)
Təəssürat konserti – Azərbaycan Respublikasının xalq artisti, musiqiçi Ənvər Sadıqovun sayca dördüncü albomu. Alboma 19 musiqi nömrəsi daxildir. == Albom haqqında == 2016-cı ilin 23-24 may tarixlərində Beynəlxalq Muğam Mərkəzində Ənvər Sadıqovun “Təəssürat” adlı konserti baş tutmuşdur. “Qaytağı” instrumental ansamblının müşayiəti ilə təqdim edilən konsertdə Azərbaycan ilə yanaşı, dünya bəstəkarlarının əsərlərindən ibarət kompozisiyalar səsləndirilib. 2020-ci ildə konsertdə səslənən ifaların audio versiyası albom şəklində buraxılmışdır.
Yay təəssüratları üzərində qış xatirələri
Yay təəssüratları üzərində qış xatirələri (rus. Зимние заметки о летних впечатлениях) — Dahi rus yazıçısı Fyodor Dostoyevskinin 1862-ci ildə Avropa səyahəti əsnasındakı təəssüratlarını qələmə aldığı xüsusi qeydlərdən ibarət kitabıdır. İlk dəfə "Vremya" adlı jurnalda məqalə şəklində nəşr olunan bu qeydlər, daha sonra 1863-cü ildə kitablaşdırılmışdır.

Digər lüğətlərdə

индонези́йка обособле́ние островитя́нка стори́чный термобигуди́ храпе́ть шипу́чее брюне́тик заявле́ние кры́лья носа пла́тный позуме́нтный пу́ля сыро́й глива кнафлик Anglo-American chary GI girdle newspeak trochoid whipping-cart овёс фильтрация