Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Termogen bakteriyalar
Termogen bakteriyalar – böyümə və fəaliyyəti prosesində özündən ətraf mühitə xeyli istilik (+70-80 °C-dək) ayıran bakteriyalar. Termogen bakteriyalara yüksək temperaturda inkişaf edən bakteriyalar aiddir. Üzvi maddələrlə zəngin olan torf, meşə döşənəyi, peyin və quru otda çoxalır, onların populyasiyalarının ən intensiv böyüməsi 50 °C-dən yüksək temperaturda gedir. Termogen bakteriyalar öz mühitinin yanmasına özü «səbəbkar»” ola bilər.
Texnogen
Texnogenez (yun. Techne — incəsənət) – təbii mühiti dəyişərək süni (texnogen) təbiət yaradan insanın qlobal texniki fəaliyyəti. Bunun nəticəsində relyefin texniki formaları (kurqan və terrikonlar, xəndək və daş, qum karxanaları, bəndlər), texnogen landşaftlar (şəhər, sənaye, kənd təsər.), texnogen səhralar və akvatoriyalar, həmçinin süni bitki sortları və heyvan cinsləri əmələ gəlir. Texnogenez məqsədyönlü aparılaraq bəşəriyyətin həyat şəraitini yaxşılaşdırmaq üçün yerinə yetirilir. Lakin qabaqcadan görünməyən və arzu olunmaz nəticələri təbiətə böyük ziyan vurur, bir çox bitki və heyvan növlərinin məhv olmasına, landşaftın kasatlaşmasına, geniş ərazilərin səhralaşmasına, – həyat mühitinin kasatlaşması, çirklənməsi və dağılmasına səbəb olur. Planetdə texnika artdıqca həyat azalır. XX əsrdə Texnogenez genişlənərək yerətrafı kosmosa çataraq, nəinki planetar, həm də kosmik hadisəyə çevrilmişdir. Texnogenezin təsiri nəticəsində yeni-texnosfer formalaşır == Texnogenez haqqında alimlərin fikirləri == 1. Fersmana görə, yer qabığının yuxarı hissələrində insanın texnogen fəaliyyəti ilə əlaqədar təzahür edən mineraloji və geokimyəvi proseslər. Texnogenez insanın təsərrüfat-texnogen fəaliyyətinin rəngarəngliyi və müxtəlif istiqamətli olmasını nəzərə almaqla, bu fəaliyyətin təsiri altında yer qabığının yuxarı hissəsində baş verən bütün geokimyəvi, mineraloji, hidrogeoloji, mühəndisi-geoloji və i.a.
Kerogen
== Kerogen == Neftin mənşəyi, eləcə də miqrasiya və akkumilyasiyası ilə bağlı ikili problemin dəqiq təfərrüatları hələ də tam surətdə aydınlaşdırılmamışdır. Analitik kimya və geokimyada son zamanlar əldə edilən uğurlar bu istiqamətdə bilikləri və dərk olunmanı artırmağa kömək etmişdir, lakin mübahisəli məsələlər həll edilməmiş qalmaqdadır. Buna görə də neft elmindən bəhs edən hər hansı bir mətndə kerogen ilə bağlı bölmənin olması vacibdir. Neft sahəsində çalışan alimlər həmişə çöküntülü hövzələrdə tapılan karbohidrogenlərin mənşəyi ilə bağlı qiymətli dəlilləri əldə etmək üçün yeni etibarlı texnologiyalar axtarışında olmuşlar. Neft sistemlərinin bugünkü analizi geokimya ilə birbaşa vəhdətdə yerinə yetirildikdə, xam neft və təbii qaz toplantılarının bioloji mənşəyə malik olması haqda nəzəriyyəni dəstəkləyir. Neft və qazın biogenik sələfinin (prekursorunun) kerogen olması ehtimal edilir. Kerogen təbiətdə tapılan, bərk, həll olmayan üzvi maddə olaraq, daş mənbə süxurlarında rast gəlinir və qızdırıldıqda neft əmələ gətirə bilir. Kerogenin tipik üzvi tərkib hissələri dəniz yosunu və ağac mənşəli bitki materialıdır. Kerogen bitum və ya həll olan üzvi maddəyə nisbətən yüksək molekul kütləsinə malikdir. Bitum neftin yaranması zamanı kerogendən əmələ gəlir.
Terrigen çöküntülər
Terrigen çöküntülər-(lat.terra-quru, yer) Dənizlərin və okeanların materik dayazlığında çökən qırıntı çöküntülərinə deyilir. Terrigen çöküntülər həm kontinental həm də dəniz mənşəli olub,qum,gil və lildən ibarətdir.
Terrigen çöküntüsü
Materik dayazlığında və materik yamacında qurudan çayların gətirdiyi qırıntı materiallarından və ləpədöymə nəticəsində sahilin dağılmasından əmələ gələn qırıntı materialından ibarət dəniz çöküntüsüdür.
Texnogen landşaft
Texnogen landşaft — müasir güclü texnikadan istifadə etməklə strukturası və forması insanın təsərrüfat fəaliyyəti nəticəsində yaranan antropogen landşaftın müxtəlif növləridir. İnsanın təsiri birbaşa (torpağın, bitkinin, yerin üst qatının, sənaye, məişət, tikinti, neft tullantıları ilə yerin səthin tutulması, su ilə basdırılması) və dolayı yolla (suyun, torpağın, atmosferin sənaye tullantıları ilə çirklənməsi və dəyişməsi) ola bilər.
Texnogen qəza
Texnogen qəza (ing. Industrial disaster) — texnogen obyektdə böyük həcmli qəzalardır ki, nəticədə çoxlu sayda insan tələfatına və hətta ekologi dəyişikliklərə səbəb ola bilər. Qəza dedikdə müəyyən şərtlər daxilində insanın həyat fəaliyyətinə zərər vura bilən hadisə və proseslər nəzərdə tutulur.
Texnogen qəzalar
Texnogen qəza (ing. Industrial disaster) — texnogen obyektdə böyük həcmli qəzalardır ki, nəticədə çoxlu sayda insan tələfatına və hətta ekologi dəyişikliklərə səbəb ola bilər. Qəza dedikdə müəyyən şərtlər daxilində insanın həyat fəaliyyətinə zərər vura bilən hadisə və proseslər nəzərdə tutulur.
Texnogen təhlükələr
Texnogen qəza (ing. Industrial disaster) — texnogen obyektdə böyük həcmli qəzalardır ki, nəticədə çoxlu sayda insan tələfatına və hətta ekologi dəyişikliklərə səbəb ola bilər. Qəza dedikdə müəyyən şərtlər daxilində insanın həyat fəaliyyətinə zərər vura bilən hadisə və proseslər nəzərdə tutulur.
Hemogen çöküntülər
Erogen zona
Erogen zona — insan bədəninin bir hissəsi hesab edilir. Erogen zonalar insan orqanizmində cinsi həssaslığı artıran hissələr sayılır. Cinsi fantaziyalar, cinsi oyanma və orqazm kimi cinsi reaksiyalar yarada bilər. Başqasının erogen zonasına toxunmaq fiziki yaxınlıq aktı hesab olunur.
Litosferə texnogen təsirlər
Yerin sahəsinin təxminən 60%-i 10 km dərinliyə qədər antropogen təsirə məruz qalmışdır. Litosferə antropogen təsirin nəticələri bunlardır: münbit torpaqların sıradan çıxması, süni səth və yeraltı strukturların yaranması, böyük həcmdə süxurların yerdəyişməsi, relyefin dəyişməsi, qruntların geodinamik tarazlığının pozulması; texnogen zəlzələlər, karst, torpağın oturması (enməsi), eroziyası, sürüşmələr, donuşluq rejiminin pozulması, torpaqların kimyəvi və radioaktiv çirklənməsi və s. == Texnogen təsirlər == Texnogen təsirlər – faydalı qazıntıların yeraltı yuyulmalarla çıxarılması, yeraltı tikinti, yeraltı suların intensiv istifadəsi, bitki örtüyünün məhv edilməsi, axıntı sularının atılması və s. karst əmələgəlmə proseslərini yaradır və onların yaranmasına kömək edir. Texnogenezlə gücləndirilmiş (oyadılmış, hərəkətə gətirilmiş) karst təbii karstdan inkişafının sürəti ilə və baş verməsinin intensivliyi ilə, sahəsinin azlığına və yayılma dərinliyinə görə fərqlənir. Texnogen karst karbonat, gips – anhidrid və duz süxurlarında geniş yayılmışdır. Texnogen təsirlər həmçinin külək eroziyasının inkişafına səbəb olur, burada deflyasiyanın (sovurub-çıxarmanın) aparıcı rolu vardır. Eol fəaliyyəti başlıca olaraq insanın həyat mühitinə məxsusdur, çunki texnogenez – bitkilərin məhvi, torpaqların şumlanması, qruntların qurudulması, terrasların düzəldilməsi və s. küləyin işini gücləndirir. Eol proseslərinin inkişafı üçün əlverişli olan çox böyük ərazilər vardır.