Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Crassula tillaea
Crassula tillaea (lat. Crassula tillaea) — dovşankələmikimilər fəsiləsinin dovşankələmi cinsinə aid bitki növü.
Typhlodromus tiliae
Typhlodromus tiliae (lat. Typhlodromus tiliae) — phytoseiidae fəsiləsinin typhlodromus cinsinə aid heyvan növü. == İstinadlar == Typhlodromus tiliae Catalogue of Life saytında Mites GSDs: PhytoseiidBase.
Tilla-Kari mədrəsəsi
Tilla-Kari mədrəsəsi (özb. Tillа Qori madrasasi — Qızıl mədrəsə) — Səmərqənddə Registan meydanında XVII əsrə aid dini, mənəvi, təhsil binasıdır. Meydanın ən son inşa edilən binasıdır və Uluqbəy mədrəsəsi və Şerdor mədrəsəsi ilə birlikdə ayrılmaz memarlıq ansamblı təşkil edir. 2001-ci ildə Səmərqəndin digər görməli yerləri kimi UNESCO-nun Dünya Mədəniyyət Mirasları siyahısına daxil edilmişdi. == Tarixi == Tilla-Kari mədrəsəsinin inşasına 1646-cı ildə, dağılmış vəziyyətdə olan Mirzoy karvansarasının yerinə onun təməl və divarlarından istifadə edilməklə özbək alçinlər qəbiləsindən gəlmiş Səmərqəndin hökmdarı (hakim) Yalanqtuş Bahadurun əmri ilə başlanmışdır. İnşaat başladığı zaman Səmərqənddəki məscidlər (Bibixanım və Alikə Kukeltaş) xarabalığa çevrildi və dizayn zamanı mədrəsə binasında ali dini məktəb və cümə məscidinin tikilməsinə qərar verildi. Mədrəsənin tikintisi 14 il davam etdi və 1660-cı ildə Yalanqtuş Bahadurun ölümündən sonra tamamlandı. Yəqin ki, bu səbəbdən də mədrəsənin bəzi elementlərinin dekorasiyası nəzərəçarpacaq dərəcədə etinasızlıqla aparılmış və Tilla-Kari məscidinin xarici günbəzi heç vaxt tamamlanmamışdır. === Bərpası === Tilla-Kari mədrəsəsinin inşası Reqistan meydanının dizaynını tamamlamış və burada yerləşən memarlıq ansamblına bitmiş bir görünüş vermışdir. XIX əsrdə (1817-1818-ci illər) mədrəsənin binası güclü zəlzələ nəticəsində zərər görmüşdür.