DÜŞKÜN

sif.
1. Xoşbəxtliyini, rifahını itirmiş, yazıq, bədbəxt, zavallı.
Düşkün halın sitəmkara deməyin; Yalvarıbən varə-varə deməyin. Aşıq Həsən.
Olmasaydı əgər bu üç xoş gün; Mənim ömrüm olurdu pək düşkün. A.Səhhət.

// Ruhdan düşmüş, naümid, məyus, kədərli.
Anar o dəmləri mən şimdi müztərib, düşkün; Kəmali-yəslə tiflanə ahüzar edərəm. H.Cavid.
Doğrudan da qız çox düşkün və kədərli idi. M.İbrahimov.

2. Zəif, cansız, əldən düşmüş, üzgün, xəstə.
Tərlanım, tərlanım, gözəl tərlanım; Sənə qurban olsun bu düşkün canım. S.Vurğun.

// Qoca, ahıl.
3. is. Mübtəla, düçar. Qadın düşkünü. Şəhvət düşkünü. Qumar düşkünü.
– Sinfə girdiyi zaman içki düşkünü olan Nikolay Petroviçi spirt qoxusu tamamilə sərxoş etdi. A.Şaiq.

// Bir şeyin hərisi olan, həddən artıq bir şeyin aludəsi olan. Rəyasət düşkünü. Böyük vəzifə düşkünü.
// Vurğun, aşiq.
Nə olur danmaqdan, daldalanmaqdan; Düşkününəm aləm-aşikar sənin. Q.Zakir.
Səhər-səhər durub qıya baxanda; Düşkünüyəm mən o ala gözlərin. Aşıq Məhəmməd.
Əkbər elm adamı, kitab düşkünü də deyildi. Mir Cəlal.

4. Mənən düşmüş, rəzil, alçaq.
Cahangir ağa zəif iradəli, naqis ağıllı, düşkün fikirli bir adam idİ. Ə.Vəliyev.

5. Yoxsullaşmış, kasıblaşmış, yoxsul, kasıb.
// Yazıq, fəqir, binəva.
// İs. mənasında. [Kərəm:] Kərəm eylə, bircə yapış əlimdən; Yetir muradına sən də düşkünü! “Əsli və Kərəm”.

Sinonimlər (yaxın mənalı sözlər)

  • DÜŞKÜN zəif — cansız — üzgün — xəstə
  • DÜŞKÜN mübtəla — düçar
  • DÜŞKÜN yoxsul — kasıb — fəqir
  • DÜŞKÜN rəzil — alçaq
  • DÜŞKÜN yazıq — bədbəxt — zavallı

Antonimlər (əks mənalı sözlər)

  • DÜŞKÜN DÜŞKÜN – BƏXTƏVƏR Olmasaydı əgər bu üç xoş gün; Mənim ömrüm olurdu düşkün (A.Səhhət); Bəxtəvər başıma, yaxşı tapmışam xoşbəxtliyin yolunu (M

Etimologiya

  • DÜŞKÜN Güman ki, sözün kökü “kənarlaşmaq” mənasını verən daş (dış) kəlmə­sin­dən ibarətdir. “Ruhdan düşmək”, “həvəsdən kənar olmaq” deməkdir
DÜŞHADÜŞ
DÜŞKÜNLƏŞMƏ
OBASTAN VİKİ
Edvard Barnardın ruh düşkünlüyü (kitab)
"Edvard Barnardın ruh düşkünlüyü" (ing. The Fall of Edward Barnard) — Uilyam Somerset Moemin Akif Abbasov tərəfindən ingilis dilindən tərcümə edilmiş povesti. Tərcümənin redaktoru filologiya elmləri doktoru, professor Zeydulla Ağayevdir. == Məzmun == Povestdə insanın öz qüvvəsinə inamı, var-dövlətə bir başqasının hesabına deyil, öz zəhməti ilə çatmaq arzusu, mənafe güdmədən evlənmək məramı parlaq boyalarla verilmişdir. Düşdüyü çətin vəziyyət, ağır maddi durum Edvard Barnardı sarsıtsa da, özündə qüvvə tapıb Çikaqodan Taitiyə gedir ki, işlərini yoluna qoysun. Varlı ailənin qızı İzabella ona xeyir-dua verir, yolunu səbirsizliklə gözləyir, onu sevməyə davam edir. Lakin Edvard Barnard geri qayıtmaq barədə düşünmür.

Digər lüğətlərdə

демаски́рование засёдланный пересви́стывание поле́нище растра́та стропти́вая широкоборо́дый за грани́цей похва́льность синю́ха маскировать ascigerous ice-cream parlour in invitum larvivorous prevention reporting rock bottom sinistrous tracksuit окислять пролить рекордсмен утёсистый флюгарка