Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Timsahın göz yaşları
"Timsahın göz yaşları" - saxta kədər göz yaşları tökən, ikiüzlü və qeyri-səmimi insanlar haqqında işlədilən ifadədir. == İfadənin yaranması == Timsahlar bir şey yeyəndə gözlərindən yaş gəlir.Bəzi sadəlövh adamlar elə düşünürlər ki, timsah yediyi heyvanın halına acıyır. Yəni ağlaya-ağlaya yeyir.Təbii ki, bu, düz deyil. Sadəcə, timsah ağzını çox geniş açdıqda çənə əzələləri gücə düşdüyündən gözündən su gəlir. Bunun nə ağlamaqla, nə də rəhmdilliklə əlaqəsi var. Məhz buna görə də “timsahın göz yaşları” ifadəsi məsəl kimi işlədilir. Bir nəfər başqasına zülm edəndə, sözdə isə yalandan onun halına acıyanda deyirlər: “Filankəs timsah kimi göz yaşı tökür”. == Mənbə == http://e-derslik.edu.az/books/122/units/unit-1/page68.xhtml Ancaq başqa insanlar bunu başqa mənalardada da istifadə edir.