1. Bir şeyin, ya adamın xarici görünüşü; sifət, surət. Uşaq böyüdükcə şəklini dəyişirdi.
□ Şəkli düşmək – hamar, parlaq səth üzərində surəti, əksi düşmək (görünmək). Suya ağacların şəkli düşmüşdür.
2. Bir şeyin və ya şəxsin əl və ya foto ilə çəkilmiş surəti; tablo, rəsm. Əsgər şəkli. Divardan böyük bir şəkil asılmışdı.
□ Şəkil çəkmək – 1) rəsm çəkmək;
2) fotosurətini çıxarmaq.
Şəklini çəkdirmək – fotoqrafiya üsulu ilə öz əksini çıxartdırmaq.
// Surət, obraz, təsvir, bənzər, timsal. Onun şəkli indi də gözümün qabağından getmir.
3. məc. Öz xarici gözəlliyi, bədiiliyi ilə adamı heyran edən şey haqqında. İnsan deyil, bir şəkildir.
□ Şəkil kimi – gözəl, göyçək qəşəng (adam haqqında). [Gülgəz:] Mənim oğlum Bakı kimi yerdə oxuyur.
4. Dram əsərlərində ayrıca dekorasiya tələb edən pərdənin bir hissəsi. “Vaqif” pyesi 5 pərdə 11 şəkildir.
5. məc. Mənzərə, təsəvvür olunan şey. Gələcək şəhərin şəklini göz qabağına gətirmək. Qürubun valehedici şəklinə tamaşa etmək.
6. Kinofilm. Dünən klubda maraqlı bir şəkil göstərdilər.
7. Vəziyyət, hal, forma, xarakter.
□ Şəklə düşmək (girmək) – bu və ya başqa bir şəkil almaq, dona girmək, şəklini dəyişmək. Bu halda bir qoca ağsaqqal kişi əlində ağac və bir neçə jandarm daxil olurlar. Onlardan biri deyir: “Qanun hökmünə görə dustaq edərəm sizi”.