Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Topaçiçək qoyunqulağı
Topaçiçək qoyunqulağı (lat. Silene compacta) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin qərənfilkimilər fəsiləsinin qoyunqulağı cinsinə aid bitki növü. Birillik və ya ikiillik bitkidir. Gövdəsi qalın, hündürlüyü (15) 30-60 (70) sm, sadə və ya yuxarı hissədə nadir və ya qısa budaqlıdır. Kökətrafı yarpaqları kürəkşəkilli-lansetvari, aşağı gövdə yarpaqları tərslansetvari, küt, növbətilər uzunsov-lansetvari və uzunsovvari, yuxarı yarpaqlar yumurtavarilansetvari və ya yumurtavari, küt və ya itidir. Çiçəkqrupu gövdənin yuxarısında sıx-qalxanvari olub, əsasında bir neçə sayda yumurtavari yuxarı yarpaqları vardır. Çiçəkaltlığı ağtəhər və ya bənövşəyi rəngli, ləçəkləri çəhrayıdır. Qutucuq uzunsov-silindrvari, toxumları böyrəkvari, qəhvəyitəhər, xırda qabarıqlıdır. Böyük Qafqazın qərbindəki rayonlarda orta dağ qurşağından yuxarı dağ qurşağına kimi yayılmışdır. Meşə talalarında, kolluqlarda, dağ çəmənlərində, qayaların üzərində, axınların və dağ çaylarının kənarlarında bitir.
Göyçiçək
Əli Topçiyev
Əli Rəhim oğlu Topçiyev — Azərbaycan-sovet dövlət xadimi, Azərbaycan SSR kommunal təsərrüfatı (1963–1979) və mənzil-kommunal təsərrüfatı (1979–1980) naziri , Azərbaycan SSR əməkdar kommunal və əhaliyə məişət xidməti işçisi (1980). Əli Topçiyev 1920-ci ildə qulluqçu ailəsində anadan olmuşdur. Azərbaycan Sənaye İnstitutunu bitirmişdir. 1944-cü ildən "Azneft" Birliyinin bir sıra neft mədənləri idarələrinin qaz-kompressor təsərrüfatlarında mexanik, stansiya rəisi, baş mühəndis, direktor olmuşdur. 1955-ci ildən Azərbaycan Dövlət Neft Sənayesi Müəssisələrini Layihələşdirmə İnstitutunda layihə baş mühəndisi vəzifəsində çalışmışdır. Əli Topçiyev 1957-ci ildən Azərbaycan qaz trestinin baş mühəndisi, Azərbaycan Elmi-Tədqiqat Neftçıxarma İnstitutu bölməsinin rəhbəri olmuşdur. 1962-ci ildən Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi Baş Qaz İdarəsinin rəisi vəzifəsində işləmişdir. 1963-cü ildə isə Azərbaycan SSR kommunal təsərrüfatı naziri təyin edilmişdir. 1966-cı ildən ildən Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvlüyünə namizəd olmuşdur. 22 yanvar 1991-ci ildə uzun illər səmərəli işlədiyinə, respublika mənzil-kommunal təsərrüfatının inkişafına köməyinə görə Azərbaycan SSR-in Fəxri fərmanı ilə təltif edilmişdir.