Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Horbadıq
Horbadeğ, Orbatex — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Keşişkənd (Yeğeqnadzor) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 13 km şimal-qərbdə, Erdəpin kəndinin yaxınlığında yerləşir. Kəndin adı erməni mənbələrində Xorvadeğ formasında da qeyd edilir. Fikrimizcə, kəndin adı türk dilində "çuxur, xəndək", "yarğan" mənalarında işlənən or sözü ilə , fars dilində "kənd, qışlaq" mənasında işlənən değ (dex) sözünün birləşməsindən əmələ gəlmişdir. Türk dilində "yarğan, çuxur", "xəndək" mənasında işlənən or (hor) sözü erməni dilində xor, xorf formalarında işlənir. Toponimin əvvəlindəki "h" samiti əlavə edilmiş səsdir. Or (hor) və değ sözlərinin arasındakı "ba" isə bitişdiricidir. Quruluşca mürəkkəb toponimdir. == Əhalisi == Kənddə 1831-ci ildə 35 nəfər, 1873-cü ildə 263 nəfər, 1886-cı ildə 342 nəfər, 1897-ci ildə 406 nəfər, 1904-cü ildə 592 nəfər, 1914-cü ildə 651 nəfər, 1916-cı ildə 503 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə kənd ermənilərin təcavüzünə məruz qalaraq sakinləri deportasiya olunmuş və kəndə xaricdən köçürülən ermənilər yerləşdirilmişdir.
Zorbalıq
Zorbalıq, bəzən bulliyinq (həmçinin bullinq, ing. bullying) və ya təkləmək kimi qeyd olunur — hər hansı bir şəxsə və ya qrupu qarşı güc tətbiq etmə, təhdid və ya sui-istifadəyə məcbur etmə, hədələmə və ya təcavüzkarlıqla idarə etmə. Davranış tez-tez təkrarlanır və adi olur. Zorbalıq, zorba və ya başqaları tərəfindən, münaqişəyə qarşı zorakılığı fərq edən bir sosial və ya fiziki güc balansındakı qavrayışdır. Hökmran davranışlara şifahi təcavüz və ya təhdid, fiziki hücum və ya zorlama daxil ola bilər və bu cür hərəkətlər təkrarlanaraq xüsusi hədəflərə yönəldilə bilər.Zorbalıq müxtəlif izah olunur. Birləşmiş Krallıqda zorbalığın hüquqi izahı olmasa da, ABŞ-nin bəzi ştatlarında zorbalığa qarşı qanunlar var. Zorbalıq əsas dörd növə bölünür - emosional (bəzən əlaqəli kimi qeyd olunur), şifahi, fiziki və kiber.Zorbalıq fərdi və ya qruplaşma forması ala bilər. Zorbalıq mədəniyyəti insanların bir-biri ilə qarşılıqlı olduğu hər hansı bir kontekstdə inkişaf edə bilər. Zorbalıq adətən məktəbdə, ailədə, iş yerində, evdə və qonşuluqda mövcüd olur. Zorbalıq üçün əsas platforma sosial şəbəkə saytlarıdır.İndividual zorbalıq 4 növə sinifləndirilə bilər.
Torbalı
Torbalı (türk. Torbalı) — İzmir ilinin ilçəsi. İzmirin cənub-şərqində yer alır. İl mərkəzinə uzaqlığı 36 km-dir. İlçənin şimalında Buca və Kamalpaşa, şərqində Bayındır və Tirə, cənubunda Səlcuq, qərbində isə Menderes ilçələri yerləşir. İlçənin sahəsi 577 km2-dir. 2019-cu ilin statistikasına əsasən ilçə əhalisi 185,908 nəfərdir.
Duz torbası
Duz torbası (Duzluq, Duzqabı) — duz saxlamaq üçün istifadə edilən torba. Duz torbasından Azərbaycan və Türkmənistanda duzu müəyyən müddət saxlamaq və həmçinin daşımaq üçün istifadə edilirdi.Xüsusi naxış və ornamentlərlə bəzədilmiş duz torbası uzun, dar boğazlı olmaqla müxtəlif rəngli yun, pambıq və həmçinin ipək ipliklərdən Zili (Qayıq) toxunuşla toxunmuş olur.Müasir zamanda duz müxtəlif ölçülərdə müxtəlif növ kisələrdə saxlanır və daşınır. Müasir duzqabı (nəməkdan) isə içinə duz tökmək üçün kiçik qab olmaqla saxsı, şüşə, plasmas və digər materialdan hazırlanır.
Tolbaçik
Tolbaçik — Kamçatkanın ərazisində yerləşən vulkanik massiv, Klyoçev vulkanları qrupunun cənub-qərbində yerləşir. Bölgədə beş yaşayış məntəqəsi vardır. Klyoçi, Mayskoe, Kozırevsk, Lazo və Atlasovo kimi yaşayış məntəqələrində ümumilikdə 8,1 min nəfər insan yaşayır. Petropavlovsk-Kamçatski şəhərindən 343 km aralıda yerləşir. Vulkanın hündürlüyü 3682 metrdir. Stratovulkanın tərkibinə Ostrıy Tolbaçik (3682 m) və Ploski Tolbaçik (3140 m) adlı iki vulkan krateri yerləşir. Ostrıy Tolbaçik sönmüş stratovulkandır və zivəsi dağılmiş formadadır. Ploski Tolbaçik isə stratovulkan olmaqla yanaşı aktivdir və zirvəsində iki kaldera vardır. İri kalderanın diametri 3 km-dir. Kiçik kalderanın diametri isə 1,8 km təşkil edir.
Şorbaçı
Yaşayış məntəqələri Şorbaçı (Hacıqabul) — Azərbaycanın Hacıqabul rayonunda kənd. Şorbaçı (Cəlilabad) — Azərbaycanın Cəlilabad rayonunda kənd. Şorbaçı bələdiyyəsi — Azərbaycan Respublikasının Cəlilabad rayonunda bələdiyyə.
Şorbaçı (Cəlilabad)
Şorbaçı — Azərbaycan Respublikasının Cəlilabad rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Şorbaçı kəndi Azərbaycan Respublikasının Cəlilabad rayonun ərazisində, rayon mərkəzindən təxminən 20 km aralıda yerləşir. Şorbaçı kəndi eyni adlı ərazi icra nümayəndəliyində kənddir. Şorbaçı ərazi icra nümayəndəliyinə Şorbaçı kəndi, Məmmədrzalı kəndi, Mədətli kəndi daxildir. Kəndin ətrafında Təklə kəndi, Mədətli kəndi Babalı kəndi və Məmmədrızalı (Pornəyimdə deyilir) kəndi yerləşir. Kənd ərazisində Şorbaçı kənd tam orta məktəbi (11 illik) bələdiyə idarəsi və xəstəxana var . Şorbaçı kəndi ərazisində keçməklə yeni yolun tikintisinə başlanılmışdır. Bu yollara Şorbaçı-Məlikqasımlı yolu, Şorbaçı-Məmmədrzalı yolu aiddir. Şorbaçı kəndi ərazisində 2021-ci ildə modul tipli məktəb tikilmiş və il sonuna yaxın istifadəyə verilmişdir. Şorbaçı kəndi üzrə 15 nəfərdən çox şəxs 2-ci Qarabağ müharibəsində iştirak etmişdir.
Şorbaçı (Hacıqabul)
Şorbaçı — Azərbaycan Respublikasının Hacıqabul rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == == Toponimikası == Kənd Pirsaat çayının sahilində, Qobustandadır. Yaşayış məntəqələri qaraqaşlı tayfasının şorbaçı tirəsinin adını daşıyır. Şorbaçılar XIX əsrin ortalarında 64 ailədən ibarət olub, Pirsaat çayı sahillərində köçəri həyat keçirirdilər. Sonralar bu ailələr özlərinin yaylaq yerlərində oturaqlaşmışlar. Keçən əsrin əvəllərində Cəlilabad r-nunda Yuxan Şorbaçı və Aşağı Şorbaçı adlı iki kənd olmuşdur. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 487 nəfər əhali yaşayır. == İqtisadiyyatı == 2011-ci ildə kəndə ilk dəfə təbii qaz verilməsinə başlanılıb. == Din == Kənddə "Cümə" məscidi dini icması fəaliyyət göstərir.
Şorbaçı bələdiyyəsi
Cəlilabad bələdiyyələri — Cəlilabad rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.