Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Torpedo FK
«Тorpedo» — Taqanroq şəhərində fəaliyyət göstərən sovet və rus futbol klubu. == Adları == 1920-ci illərin əvvəlləri — Artyom adına klub 1936—1946 — «Zenit» 1946—1953 — «Traktor» 1953—2004 — «Torteqo» == Tarixi == Klub ilk dəfə 1920-ci illərdə Artyom adına klub olaraq təsis edilmişdir. Sonradan «Zenit» (1936—1946) adı ilə fəaliyyət göstərir. Klub 1946—1953-ci illər «Traktor», 1953—2004-ci illər isə «Torpedo» adi ilə fəaliyyət göstərmişdir. Klub rəsmən öz fəaliyyətini 2004-cü ildə başa vurmuşdur. 1955-ci ildə Taqanroq kombayn zavodunun direktori Aleksandr Matveeviç Merkulov «Torpedo» klubuna Moskvadan Qeorqi Vasileviç Mazanovu məşqçi qismində dəvət edir. Artıq növbəti il 1956-cı ildə «B» dəstəsində ikinci yeri tutur. Onlar peşəkar liqaya düşməkdə 1 xal minsk klubuna uduzurlar. == Nəticələri == RSFSR çempionu (1955). RSFSR çempionatının gümüş medalçısı (1954).
Torpedo aparatı
Torpedo aparatı və ya Torpedo borusu üfüqi istiqamətdə torpedoları işə salmaq üçün işlədilən bir cihazdır. Torpedo borularının və ya aparatının iki əsas növü var: Sualtı gəmilərə və bəzi suüstü gəmilərə quraşdırıla bilən suyun səviyyəsindən aşağıda işləmək üçün hazırlanmış rampalar. Yalnız suüstü gəmilərdə göyərtəyə quraşdırıla bilən rampalar.
Torpedo gəmisi
Torpedo gəmisi — torpedoları döyüşdə daşımaq üçün hazırlanmış nisbətən kiçik və sürətli bir döyüş gəmisidir. Ən erkən dizaynlar bomba yüklü bir torpedonun gəmidə aparılaraq digər gəmiyə çırpılmasına əsaslanır. İkinci nəsil dizaynlar isə torpedo borularından özüyeriyən torpedaları işə sala biləcək sistemlərdir. (Bu növ torpedonu dünyada ilk dəfə istifadə edən sualtı qayıq Əbdülhəmid sualtı qayığı olub.) Torpedo gəmiləri sürət və çeviklik baxımından ondan daha ağır və yavaş döyüş gəmilərini məhv etmək üçün hazırlanmışdır. Bir sıra ucuz qayıq və gəmilərdən ibarət torpedo qayıqları, güclü silahlanmış və bahalı döyüş gəmilərinə qarşı uğur qazandı. Bu şəkildə ucuz bir torpedo gəmilərindən ibarət olan donanma özünün kiçik ölçüləri və məhdud yanacaq tutumuna görə yalnız kiçik sahilboyu əraziləri özündən çox daha böyük və daha bahalı donanmalara qarşı uğurla müdafiə edə bilirdi. 19-cu əsrin sonlarında sürətli torpedo gəmilərinin tətbiqi dövrün dəniz qüvvələri üçün ciddi narahatlıq yaratdı. Buna cavab olaraq böyük gəmilərdən ibarət donanmalar təhlükəyə qarşı kiçik gəmilərlə təchiz edilməyə başlanıldılar. Əslində bunlarda qarşılaşdıqları torpedo gəmilərinə bənzəyirdiləe, lakin torpedonun əvəzinə bunlarda yüngül silahlar quraşdırılmışdı. Dizaynlar və ehtiyaclar yaxşılaşdıqca “torpedo gəmisi destroyeri” istehsal edilməyə başlanıldı.
Torpedo Kutaisi FK
Torpedo — Gürcüstanın futbol klubu. == Tarixi == 1946-cı ildə yaranmışdır.
Torpedo Taqanroq FK
«Тorpedo» — Taqanroq şəhərində fəaliyyət göstərən sovet və rus futbol klubu. == Adları == 1920-ci illərin əvvəlləri — Artyom adına klub 1936—1946 — «Zenit» 1946—1953 — «Traktor» 1953—2004 — «Torteqo» == Tarixi == Klub ilk dəfə 1920-ci illərdə Artyom adına klub olaraq təsis edilmişdir. Sonradan «Zenit» (1936—1946) adı ilə fəaliyyət göstərir. Klub 1946—1953-ci illər «Traktor», 1953—2004-ci illər isə «Torpedo» adi ilə fəaliyyət göstərmişdir. Klub rəsmən öz fəaliyyətini 2004-cü ildə başa vurmuşdur. 1955-ci ildə Taqanroq kombayn zavodunun direktori Aleksandr Matveeviç Merkulov «Torpedo» klubuna Moskvadan Qeorqi Vasileviç Mazanovu məşqçi qismində dəvət edir. Artıq növbəti il 1956-cı ildə «B» dəstəsində ikinci yeri tutur. Onlar peşəkar liqaya düşməkdə 1 xal minsk klubuna uduzurlar. == Nəticələri == RSFSR çempionu (1955). RSFSR çempionatının gümüş medalçısı (1954).
Tornado
Tornado və ya Amerika qasırğası − topa yağış buludları ilə əlaqəli şəkildə fırlanan sütunşəkilli hava axınıdır. Tornado buludlardan yerə qədər uzanır və böyük dağıdıcı gücə sahib olan təbii fəlakətdir. Əksər tornadoların hərəkət sürəti 65–180 km/saat arasında dəyişir, eni 75 metrə bərabər olur və bir neçə kilometr hərəkət edir. Xüsusi təhlükəli tornadolar isə 450 km/saatdan artıq sürətə, 1,5 km-dən böyük enə malik olmaqla yanaşı, yerdə 100 km-dən artıq yol qət edə bilirlər. Tornado haqqında ilk elmi nəzəriyyə 1917-ci ildə Alfred Vegener tərəfindən irəli sürülmüş və indiyədək doğru olaraq qəbul edilməkdədir. Su hövzəsinin üzərində meydana gələn hava burulğanı, yerdən çəkdiyi sular ilə su tornadosu yarada bilər. == Həmçinin bax == ABŞ-Kanada tornadosu (1985) == Xarici keçidlər == Fotos von Tornados Arxivləşdirilib 2006-06-13 at the Wayback Machine Familie von Wasserhosen über dem Adriatischen Meer Arxivləşdirilib 2007-09-27 at the Wayback Machine European Severe Storms virtual Laboratory (ESSL) (englisch) European Severe Weather Database (ESWD) (englisch) The Tornado and Storm Research Organisation (TORRO) (englisch) NSSL: National Severe Storm Laboratory, USA (englisch) What is a Tornado? Essay von Charles A. Doswell, Cooperative Institute for Mesoscale Meteorological Studies, Norman (OK), USA (englisch) Was ist ein Tornado?
Turnedo
Turnedo — ispan mətbəxinin yeməklərindən biri == Tərkibi == Mal əti −600 qr Pomidor- 280 qr Toyuq qaraciyəri-200 qr Pendir "Brınza"- 80 qr Suxari(çörək qurusu)-120 qr Ağ şərab — 80 ml Pomidor sousu və ya tomat suyu-120 qr Kərə yağı — 4 xörək qaşığı Kartof Duz Qara çörək == Hazırlanması == Toyuq qaraciyəri kərə yağında qızardılır. Pendir qızardılmış qaraciyərlə birlikdə rəndədən keçirilir. Böyük bir pomidorun qapağı kəsilir, içi təmizlənir və qaraciyər-pendir qarışımı pomidorun içərisinə doldurulur. Üzərinə quru çörək qırıntıları (suxari) səpilir. Sonra pomidorun üzərinə bitki yağı tökülüb duxovkada bişirilir. Ət formasını itirməməsi üçün mətbəx ipi ilə şəkildəki kimi sarınır. Ət "Turnedo" hər iki tərəfdən tavada qızardılır. Qızardıldıqdan sonra ip çıxarılır. Qarnir üçün qızardılmış kartof daha yaxşı olar. Qara çörək ət qızardılmış tavada qızardılır(ləzzətli olması üçün), və yeməyin yanında süfrəyə verilir.
Toledo
Toledo (isp. Toledo) — İspaniyanın mərkəzi hissəsində yerləşən şəhər, Toledo və Kastiliya – La-Mança əyalətinin paytaxtı. Madriddən cənub-qərbdə Taxo çayının üzərində yerləşir. Əhalisinin sayı 2007-ci ildə 78 618 nəfər olub. 1986-cı ildə Toledo şəhəri Yuneskonun Ümumdünya irsi siyahısına daxil edilib.
Panavia Tornado
Panavia Tornado İtaliya, Böyük Britaniya və Almaniya tərəfindən birgə istehsal olunmuş iki mühərrikli, çoxməqsədli qırıcıdır. Tornado qırıcısının üç əsas variantı var: Tornado IDS döyüşçü-bombardmançı, Tornado ECR düşmənin hava hücumundan müdafiə sistemlərini üstələmək məqsədli radioelektron mübarizə və kəşfiyyat, Tornado ADV tutucu (interceptor) variantı. İlk uçuşunu 14 avqust 1974-cü ildə həyata keçirmiş, 1979-1980-ci illərdə silahlanmaya qəbul olunmuşdur. Səudiyyə Ərəbistanı bu döyüş təyyarəsinin üç istehsalçı ölkədən başqa yeganə ixracatçısıdır. Tornado qırıcıları indiyə qədər müxtəlif döyüş ərazilərində istifadə edilmiş, Bosniya, Kosovo, Suriya, İraq, Əfqanıstan kimi fərqli ölkələrdə döyüş tapşırığını uğurla yerinə yetirmişdir. == İstifadəçiləri == Almaniya: 64 ədəd IDS və 29 ədəd ECR variantı. İtaliya: 62 ədəd IDS və 16 ədəd ECR variantı. Böyük Britaniya: 80 ədəd GR4/GR4A. Səudiyyə Ərəbistanı: 82 ədəd IDS variantı.
Torfeno Branişte
Torfeno Branişte (bolq. Торфено бранище ) — Bolqarıstanda Bistrişko Branişte qoruğu ilə birlikdə təbiət qoruğudur. Qoruq 728.8 hektar əraziyə malikdir. Torfeno Branişte, 1935-ci ildə yüzlərlə mamır və yosun növləri ilə zəngin olan çim sahəsini qorumaq üçün yaradıldı. Çim səthi 0.6–2 m qalınlığındadır və hər il 1 mm artır. Qoruğa giriş qəti qadağandır, çünki Torfeno Branişte qoruq statusu ilə yanaşı içməli su mənbəyi olan çay hövzələrinin yerləşdiyi yerdir. == Ekologiya == Daimi nəm, turşu mühiti buradakı nadir ekosistemin inkişafına kömək etdi. Ərazisi söyüg, ardıc və qaragilə və dağ şamı kimi ağacabənzər kolluqlar istisna olmaqla demək olar ki ağacsızıdr. Torpaq florası əsasən cilkimilər ailəsindən olan bitkilərdən ibarətdir. Acıçiçək, qırmızı çınqılotu və daşdələn də nisbətən yayılmış bitkilərdir.
Toledo kafedralı
Toledo kafedralı (isp.Catedral de Santa María de Toledo) - İspaniyanın Kastiliya-La Mança bölgəsində, Toledo şəhərində yerləşən kafedral. Müqəddəsi Məryəmdir. Hündürlüyü 120 metr, genişliyi 59 metrdir. == Haqqında == Kafedral qotika üslubunda inşa edilmişdir. Kafedralın oxşarı Fransada yerləşən Burqs kafedralıdır. Kafedralın əsasını 1226-cı ildə Kastiliya və Leon kralı III Ferdinand tərəfindən qoyulmuş, inşası isə 1493-cü ildə tamamlanmışdır. 1986-cı ildə Toledo kafedralı şəhərin qədim hissəsi ilə birlikdə YUNESKO-nun Dünya irsi siyahısına salınmışdır.
Toledo metrostansiyası
Toledo metrostansiyası — Neapol metropolitenində stansiya. == İnteryeri == Buranı gözəlləşdirən işıq panelləridir. == Maraqlı fakt == Bu metrostansiya həmçinin dünyanın ən dərin metrostansiyalarından biri hesab olunur.
Toledo şəhəri
Toledo (isp. Toledo) — İspaniyanın mərkəzi hissəsində yerləşən şəhər, Toledo və Kastiliya – La-Mança əyalətinin paytaxtı. Madriddən cənub-qərbdə Taxo çayının üzərində yerləşir. Əhalisinin sayı 2007-ci ildə 78 618 nəfər olub. 1986-cı ildə Toledo şəhəri Yuneskonun Ümumdünya irsi siyahısına daxil edilib.
9A52-4 Tornado
9A52-4 Tornado - reaktiv yaylım atəşi sistemi, bənzəri olan “Smerç” reaktiv yaylım atəşi sistemlərindən daha uzaq məsafəni vura bilir. Bu sistemin bir yaylım atəşi ilə yüz futbol meydançası böyüklükdə olan ərazini əhatə etmək olur. “Tornado-S” bir yaylım atəşi zamanı hədəfə bir neçə ton ağırlığında partlayıcı maddə “göndərə” bilir və bu da həmin silahı dağıdıcı gücünə görə atom bombasından sonra ikinci ən dəhşətli silaha çevirir. “Smerç” reaktiv yaylım atəşi sistemləri 70–90 km məsafədə hədəfləri vurur, “Tornado-S” isə 120 km. mənzilə malikdir. Perspektivdə raketlərin mənzili 200 kilometrə qədər artırılacaq. “Tornado-S” kompleksi 12 istiqamətləndirici ilə təchiz edilmiş əsas döyüş maşınından, eyni sayda raketlərdən ibarət konteyner daşıyan nəqliyyat-doldurucu maşından, komanda məntəqəsindən və raketlərin hədəfi vurmasını yoxlamaq üçün pilotsuz uçan aparatdan ibarətdir. “Tornado-S” sistemlərinin ilk partiyası “Motovilixinsk zavodları” tərəfindən Rusiya qoşunlarına 2017-ci ilin avqust ayında yola salınıb. Gözlənilir ki, 2020-ci ilə qədər “Tornado-S” sistemləri Rusiya ordusundakı “Smerç” reaktiv yaylım atəşi sistemlərini əvəzləyəcək. == Variantları == 9A52-4 Tornado sistemi yüngül reaktiv yaylım atəş sistemidir.
Cim Torpe
Cim Torpe (tam adı: Ceyms Frensis Torpe; 28 may 1888 – 28 mart 1953) — Amerikalı idmançı, müasir idman dünyasının çox istiqamətli atletlərindən biri sayılır. Olimpiadalarda "pentatlon" ve "dekatlon" (atletizmdə müsabiqə növləri) üzrə qızıl medal sahibi, eyni zamanda amerikan futbolunda kollec və peşəkar liqalarda ulduz oyunçu, Amerika milli beysbol liqasında oyunçu və basketbolda karyerası olan bir idmançıdır. Olimpiadalarda yarışmadan əvvəl ikinci beysbol liqasında iki mövsüm peşəkar olaraq oynadığı ortaya çıxanda həvəskar müsabiqə qaydalarına zidd olması səbəbindən medallarını itirmişdir. Ancaq ölümündən otuz il sonra 1983-cü ildə bu medallar ona təkrar verilmişdir. == İstinadlar == == Ədəbiyyat == The Best of the Athletic Boys: The White Man's Impact on Jim Thorpe, Jack Newcombe, 1975. Jim Thorpe, the Legend Remembered, Rosemary Kissinger Updyke, 1997 In the Matter of Jacobus Franciscus Thorpe, The 1912 Olympic Games - Results for All Competitors in All Events, with Commentary içinde, Bill Mallon and Ture Widlund, 2002. The Complete Book of the Summer Olympics (Sydney 2000 Edition) David Wallechinsky, 2000. Jim Thorpe: The World's Greatest Athlete Robert W. Wheeler, 2003 History Detectives: The Jim Thorpe Ticket PBS, 2005. == Həmçinin bax == Amerika futbolu Beysbol Atletika == Xarici keçidlər == Why Are Jim Thorpe's Olympic Records Still Not ...
Fernando Alvares de Toledo Alba
Fernando Alvares de Toledo i Pimentel (isp. Fernando Álvarez de Toledo y Pimentel; 29 oktyabr 1507 – 11 (21) dekabr 1582, Lissabon) — İspaniya dövlət xadimi, sərkərdə, hersoq. Üsyana qalxmış Niderlandın hakimi (1567–1573) olduğu zaman ölkədə diktatura yaratmış, minlərlə adamı ölümə məhkum etmişdir. Albanın başçılıq etdiyi İspaniya ordusu 1580-ci ildə Portuqaliyanı işğal etmişdir. == İstinadlar == == Əlavə ədəbiyyat == Hobbs, Nicolas. "Grandes de España" (ispan). 2007. İstifadə tarixi: 15 October 2008. Instituto de Salazar y Castro. Elenco de Grandezas y Titulos Nobiliarios Españoles (ispan).