Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Accipiter toussenelii
Accipiter toussenelii (lat. Accipiter toussenelii) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin əsl qırğı cinsinə aid heyvan növü.
Sous
Sous, tərbiyə ya da yemək şirəsi — toxumlardan, tərəvəzlərdən, bitkilərdən xususi üsul ilə hazırlanmış maye ədviyyat. Fransızların dediyi kimi çox gözəl yemək bişirməyi və hazırlamağı öyrənə bilərsən, lakin sous düzəltmək Allahın verdiyi vergidir. Sous sözü də digər bir çox sözlər kimi bizim dilimizə fransızlardan keçmişdir və latın sözü sayılır. Salsa sözü qədim romalılarda duzlu məhlul, yəni bir sözlə izah etsək sous sözünü ifadə edirdi. Fransanın özündə souslar kulinariyanın ən yüksək zirvəsini qət edə bilmişdir, nəticədə fransız dilində sauce kimi ifadə olunan bu söz dünya ədəbiyyatında daxil olmuşdur. Birinci məşhur sous qarum adlandırılırdı və bu sous daha çox balıq yeməklərində, iksusda istifadə edilirdi. Qarumu daha çox kübar ailələrin nümayəndələri istifadə edirdi, çünki bu qida ən çətin hazırlanan xörəklər siyahısında yer alırdı. Ət və balıq məhsullarından hazırlanan yeməklərdə əlavə sous kimi istifadə edilirdi. Sousu çox vaxtlar duzun yerinə istifadə edirdilər. Qarum iri yırtıcı balıqlardan və skumbriya balığının günəşin altında qurudulmuş halından hazırlanırdı, eyni zamanda qızardılmışından da istifadə edilə bilərdi.
Otus
Meşə bayquşcuğu (lat. Otus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin bayquşkimilər dəstəsinin bayquşlar fəsiləsinə aid heyvan cinsi.
Tos
Tos - İrəvan quberniyasının Eçmiədzin qəzasında, kənd. İrəvan xanlığının Karpibasar mahalında kənd adı [159]. XIX əsrdə Eçmiadzin qəzasında Tos (133, 246), 1590-cı ilə aid türkcə mənbədə Tus kimdir (169, 79). 1728-ci ilə aid mənbədə də Tos çəkilir [170, 47] və onun Abdullah adlı mülkədara məxsus olması qeyd edilir. 1918-ci ildə kəndin əhalisi qovulmuş və kənd dağıdılmışdır. XIX əsrdə Kutais quberniyasının Şaropan qəzasında Tusi, Şimali Qafqazda Tus-Xoroy kənd adları (133, 249) ilə eynidir.
Tus
Tus (fars. توس‎ və ya طوس) — İranın Rəzəvi Xorasan ostanında yerləşən şəhər. Qədim yunanlar buranı Susia (yun. Σούσια) adlandırırdılar. Tarixi qeydlərə görə e.ə. 330-cu ildə Makedoniyalı İsgəndər şəhəri ələ keçirmişdir. Şəhər 1220-1259-cu illər monqol istilaları zamanı demək olar ki, tamamilə məhv edilmişdir. 808-ci ildə Xorasan iğtişaşlarını yatırmaq üçün yola çıxan xəlifə Harun ər-Rəşid Tus şəhərində xəstələnərək vəfat etmişdir. Tusun ən məşhur sakinləri arasında Firdovsi, Nəsirəddin Tusi, Əl-Qəzəli, Nizamülmülk, Cabir ibn Həyyan, Əsədi Tusi və Əbu Cəfər əl-Tusinin adlarını çəkmək olar. Firdovsinin minillik yubileyi ərəfəsində (1934) Tus şəhərində onun məqbərəsi inşa olunmuşdur.
Asio otus
Adi qulaqlı bayquş (lat. Asio otus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin bayquşkimilər dəstəsinin bayquşlar fəsiləsinin qulaqlı bayquş cinsinə aid heyvan növü.
Otus gurneyi
Qırmızıqulaq meşə bayquşcuğu (lat. Otus gurneyi) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin bayquşkimilər dəstəsinin bayquşlar fəsiləsinin meşə bayquşcuğu cinsinə aid heyvan növü.
Pendirli sous
Pendirli sous -Hindistan mətbəxi. == Hindistan mətbəxi == Mətbəxin ən çox istifadə edilən ədviyyatları sarıkök, acı bibər, qara xardal tozu, zəncəfil, sarımsaq, hind zəfəranıdır. Hind mətbəxi şimal, cənub, şərq və qərb mətbəxləri olmaqla dörd hissəyə ayrılır. Hər mətbəxin özünəxas xarakteristikaları vardır. Şimali Hind mətbəxi süd məhsullarından çox istifadə edilməsi ilə digərlərindən fərqlənir. Qatıq, yağ və süddən geniş istifadə edilir. Şimali Hind mətbəxinin əsas yeməkləri mirch bada, buknu, bhujiya, Chaat, kachori, imarti sayılır. Qərb Hind mətbəxində balıq, hindistan qozu və düyüdən çox istifadə edilir. Cənubi Hind mətbəxi düyü, hindistan qozu, müxtəlif turşularla məşhurdur. Samosa: Şimali Hind mətbəxinə aiddir.
Rendez-Vous
Rendez-vous — elektron musiqiçi və bəstəkar Jan Mişel Jarrın 5 aprel 1986-cı ildə Polydor lisenziyalı Disques Dreyfus-da buraxılmış səkkizinci studiya albomudur. Bu, onun bu günə qədər Fransa hit-paradlarına başçılıq edən son studiya albomudur.Albomun təsviri uzun müddətdir əməkdaşlıq edən Mişel Qrencer tərəfindən yaradılmışdır. Albomdakı son trekdə əvvəlcə astronavt Ron McNair tərəfindən Space Shuttle Challenger- də yazılmış saksafon parçasının yer alması planlaşdırılırdı ki, bu da onu kosmosda yazılan ilk musiqi parçası edəcəkdi. Bununla belə, 28 yanvar 1986-cı ildə, havaya qalxdıqdan 73 saniyə sonra Çellencer parçalandı və bütün Challenger ekipajı həlak oldu.Trek McNair və Challenger- dəki digər astronavtlara həsr olunmuşdu. Albomdakı saksafon partiyasını saksofonçu Pierre Gossez ifa edir. Albom 1987-ci ildə "Ən Yaxşı Yeni Dövr Albomu" nominasiyasında Grammy Mükafatına namizəd olsa da, mükafatı qazana bilməd.
Sixteen Tons
Sixteen Tons (azərb. On altı ton‎) — kömürçü-şaxtaçıların ağır əməyindən və kasıblığından bəhs edən populyar mahnı. İlk dəfə 1946-cı ildə amerikalı kantri müğənnisi Merl Trevis tərəfindən yazılmış və növbəti il onun "Folk Songs of the Hills" albomuna daxil edilmişdir. 1955-ci ildə Tennessi Erni Fordun "You Don’t Have to Be a Baby to Cry" albomuna daxil olan ifa ABŞ-də Billboard çartlarında birinci yerə yüksəldi və 10 həftə boyunca yerini qorudu. Eyni zamanda Böyük Britaniyada Frenki Leynin ifasındakı versiya populyar idi. Sonrakı dövrlərdə mahnı çoxsaylı ifalarla yadda qalmış və mahnı yazılmış 20 milyon nüsxə val satılmışdır. == Kaver versiyalar == Ən məşhur kaver versiyaları sırasında 1957-ci ildə "The Platters" qrupunun, 1966-cı ildə Stivi Uanderin, 1967-ci ildə Tom Consun, 1987-ci ildə Conni Keşin, 2012-ci ildə LeAnn Raymsın və 2013-cü ildə Robbi Uilyamsın ifalarını qeyd etmək olar.
Taus Baqurayev
Taus Baqurayev (17 noyabr 1964, Mekanskaya, Çeçen-İnquş MSSR – mart 2000) — Çeçen İçkeriya Respublikası Silahlı Qüvvələrinin briqada generalı, Naurski rayonunun rəhbəri (1998-ci il oktyabrın sonundan). ÇİR Silahlı Qüvvələrinin "Borz" xüsusi təyinatlı batalyonunun komandiri, ÇİR Silahlı Qüvvələrinin Milli Qvardiyasının Naur batalyonunun komandiri. Çeçen İçkeriya Respublikasının "Millət Şərəfi" ordeninin şövalyeri. == Bioqrafiyası == Taus Baqurayev 17 noyabr 1964-cü ildə (digər məlumatlara görə, 1965-ci ildə) Çeçen-İnquş MSSR-in Naurski rayonunun Mekenskaya kəndində anadan olmuşdur. Birinci Çeçenistan müharibəsinin əvvəlindən İkinci Çeçenistan müharibəsinin ilkin mərhələsinə qədər Çeçenistan ərazisindəki döyüş əməliyyatlarının iştirakçısı olmuşdur. O, briqada generalı rütbəsinə qədər yüksəlir. Taus Baqurayev, özünü vətənpərvər hesab edirdi. Çeçenistanın müstəqilliyinin qatı tərəfdarı idi və Rusiyaya qarşı barışmmaz mövqe sərgiləyirdi. ÇİR prezidenti Cövhər Dudayevin etimadından bəhrələnir. O, Şamil Basayevin tərəfdarı olur, onda qəhrəman və güclü insan siması görürdü.
Toqus-Teymur
Usxal xan, Usxal xaqan və ya Toqus-Teymur xan (monq. Усхал хаан; Төгстөмөр хаан; 1342-1388) - Şimali Yuan sülaləsinin 2-ci, ümumilikdə Yuan sülaləsinin 14-cü, de-yure olaraq isə Monqol imperiyasının xanı. == Bioqrafiyası == 1378-ci ildə böyük qardaşı Ayuşridaranın ölümündən sonra Toqus-Temur Usxal Xan adı altında Yuan-Monqol xan taxtını aldı. Yuan sülaləsini bərpa etmək üçün Çin İmperiyasına qarşı hərbi əməliyyatlar keçirməyə davam etdi. Usxal xan, Monqolların yaxınlıqdakı Çin əyalətlərinə yeni hücumlar etməyə başladığı yerdən İnchan və Qaraqoruma böyük hərbi qüvvələr topladı. 1380-ci ildə Ming imperatoru Çju Yuançjan Monqolustanda daha bir böyük hərbi yürüş təşkil etdi. 1380-ci ilin yazında Muinin başçılıq etdiyi Çin ordusu çölləri keçərək Qaraqorumu aldı. Paytaxt divarları altındakı döyüşdə Monqollar sarsıdıcı bir məğlubiyyəti qızdırdılar. Üç monqol komandiri əsir götürüldü. Qaraqorum tamamilə məhv edildi və Monqollar tərəfindən əbədi olaraq tərk edildi.
Liz Trus
Meri Elizabet Trass (ing. Mary Elizabeth Truss; 26 iyul 1975, Oksford, Birləşmiş Krallıq) — Mühafizəkarlar Partiyasının sədri (5 sentyabr–24 oktyabr 2022) olan Britaniyalı siyasətçi, Böyük Britaniyanın Baş naziri (6 sentyabr–25 oktyabr 2022). O, 2021-ci ildən Xarici İşlər, Birlik və İnkişaf Məsələləri üzrə Dövlət Katibi, 2019-cu ildən isə Qadınlar və Bərabərlik Naziri vəzifələrində çalışır. Mühafizəkarlar Partiyasının üzvü, 2010-cu ildən bəri Cənub-Qərbi Norfolkda Parlament üzvü (MP) kimi fəaliyyət göstərir. O, baş nazirlər Devid Kemeron, Tereza Mey və Boris Consonun rəhbərliyi altında Nazirlər Kabinetində müxtəlif vəzifələrdə çalışıb. Trass 5 sentyabr 2022-ci ildə Mühafizəkarlar Partiyasının liderliyi seçkilərində rəqibi Rişi Sunakı məğlub edərək qalib gəldi. O, sentyabrın 6-da baş nazir vəzifəsinə başladı və bu vəzifədə işləyən üçüncü qadın oldu. Truss Oksforddakı Merton Kollecində oxuyub və Oksford Universitetinin Liberal Demokratlar Partiyasının prezidenti olub. 1996-cı ildə o, həm məzun olub, həm də Mühafizəkarlar Partiyasına qoşulub. Shell və Cable & Wireless-da işləyib və Reform beyin mərkəzinin direktor müavini olub.
Otus scops
Adi meşə bayquşcuğu (lat. Otus scops) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin bayquşkimilər dəstəsinin bayquşlar fəsiləsinin meşə bayquşcuğu cinsinə aid heyvan növü. Bədənlərinin uzunluğu 15-20 sm, kütləsi 60-130 q, qanadlarının uzunluğu 50 sm-ə qədər olur. Rəngi kürək lələklərində xalları olan boz-qəhvəyi olur.
TOS-1
TOS-1 (rus: ТОС-1 – тяжёлая огнемётная система, ing: Heavy Flamethrower System) 220 mm-lik, 30 və ya 24 borulu Sovet istehsalı ağır odsaçan artilleriya sistemi. İlkin versiyası 1988-ci ildə hazırlanıb. T-72 tankının şassisi üzərində yerləşir. TOS-1 açıq və ya qapalı ərazidə yerləşən düşmənin istər şəxsi heyətini, istərsə də zirehli texnikasını məhv etmək üçün hazırlanmışdır. İlk döyüş testləri 1988-1989-cu illərdə Sovet ordusu tərəfindən Əfqanıstan müharibəsində yerinə yetirilib. TOS-1 ilk dəfə 1999-cu ildə Omsk şəhərində ictimaiyyətə təqdim olunmuşdur. == Döyüş keçmişi == TOS-1 ilk dəfə SSRİ tərəfindən Əfqanıstanın Pancşir vadisində istifadə olunub. Daha sonra, 1999-cu ildə Rusiya ordusu tərəfindən çeçenlərə qarşı Qroznı döyüşündə istifadə olunmuşdur. TOS-1A odsaçan sistemləri isə ilk dəfə 24 oktyabr 2014-cü ildə İraqda Curf Əl Səxər şəhərinin İŞİD terrorçularından geri alınması əməliyyatında istifadə olunub. 2015-ci ilin sentyabrında ATƏT-in verdiyi məlumata əsasən, TOS-1 odsaçan sistemi Ukraynanın şərqində rusyönümlü separatçıların təlimlər keçdiyi ərazidə görünüb.
Dangerous World Tour
Dangerous — Maykl Ceksonun albomu.
Toqus-Teymur xan
Usxal xan, Usxal xaqan və ya Toqus-Teymur xan (monq. Усхал хаан; Төгстөмөр хаан; 1342-1388) - Şimali Yuan sülaləsinin 2-ci, ümumilikdə Yuan sülaləsinin 14-cü, de-yure olaraq isə Monqol imperiyasının xanı. == Bioqrafiyası == 1378-ci ildə böyük qardaşı Ayuşridaranın ölümündən sonra Toqus-Temur Usxal Xan adı altında Yuan-Monqol xan taxtını aldı. Yuan sülaləsini bərpa etmək üçün Çin İmperiyasına qarşı hərbi əməliyyatlar keçirməyə davam etdi. Usxal xan, Monqolların yaxınlıqdakı Çin əyalətlərinə yeni hücumlar etməyə başladığı yerdən İnchan və Qaraqoruma böyük hərbi qüvvələr topladı. 1380-ci ildə Ming imperatoru Çju Yuançjan Monqolustanda daha bir böyük hərbi yürüş təşkil etdi. 1380-ci ilin yazında Muinin başçılıq etdiyi Çin ordusu çölləri keçərək Qaraqorumu aldı. Paytaxt divarları altındakı döyüşdə Monqollar sarsıdıcı bir məğlubiyyəti qızdırdılar. Üç monqol komandiri əsir götürüldü. Qaraqorum tamamilə məhv edildi və Monqollar tərəfindən əbədi olaraq tərk edildi.
Tour d'Azerbaïdjan
Azərbaycan Turu, Tour d'Azerbaïdjan (tələffüzü: Tur dö Azerbaycan) və ya Heydər Əliyevin xatirəsinə həsr olunan beynəlxalq velotur (ing. Heydar Aliyev Anniversary Tour) — "BVİ Avropa Turu" çərçivəsində hər il may ayında Azərbaycanda keçirilən 2.1 çoxmərhələli velosiped yarışı. İştirakçılar hər gün yarışın yeni bir mərhələsinə start verir. Velotur Azərbaycanın 7 regionunda keçirilir və ölkənin paytaxtı olan Bakı şəhərində sona çatır. Veloturun keçirildiyi digər şəhərlər arasında Oğuz, Mingəçevir, Sumqayıt, Şamaxı, İsmayıllı, Qəbələ və Şəki var. 2018-ci ildə keçiriləcək "Azərbaycan Turu" maliyyə səbəblərindən ləğv edilmişdir. Yarış 2019-cu ildə də keçirilməmişdir. == Turlar == === 2012-ci il turu === 2012-ci il Heydər Əliyevin xatirəsinə həsr olunan beynəlxalq velotur 2012-ci ilin may ayının 9-dan 13-nə qədər keçirilmişdir. Bu, ilk "Azərbaycan Turu" olmuşdur. Velotur 2011-ci ildə keçirilmiş "Big Caucasus" (azərb.
Tour de France
Tur de Frans (fr. Tour de France) — Fransada 1903-cü ildən keçirilən dünyanın ən məşhur və nüfuzlu velosiped yarışması. == Yarışmanın prinsipləri == Tur de Frans 21 mərhələdən ibarətdir: Hər mərhələ bir gün davam edir. Hər bir yarışçı mərhələni bitirməlidir ki, onun vaxtı qeydə alınmış və toplanmış olsun. Yarışın tam uzunluğu — 3000-4000 km arasındadır (yollar və mərhələlərin ölçüsü hər il dəyişilir). Baş təsnifat — toplam vaxta əsasən yarışçıların iştirakının qiymətləndirilməsidir. Ən qısa vaxtda yarışı başa vuran velosipedçi turnirin qalibi olur. Ən qısa vaxta görə qələbədən başqa iştirakçılar üçün bu nominasiyalar da mövcuddur: ən yaxşı sprinter; ən yaxşı dağlıq ərazi yarışçısı; ən yaxşı gənc yarışçı. Bu nominasiyaların liderləri müəyyən rəngli köynəklər geyinirlər. == Köynəklər == === Sarı köynək Le maillot jaune === Sarı köynəyi Tur de Fransın ən yaxşı vaxta sahib olan lideri geyinir.
Kristina Lous Lange
Kristian Lous Lanqe — (17 sentyabr 1869[…], Stavanqer[d], Ruqalann[d] – 11 dekabr 1938[…], Oslo) Norveçli tarixçi, müəllim və politoloq. O, internasionalizm nəzəriyyəsi və praktikasının dünyadakı ən qabaqcıl təmsilçilərindən biri idi. == Həyatı == Kristian Lanqe Stavanqerdə anadan olub. Onun atası hərbi mühəndis idi və tarixçi Kristian Kristof Andreas Lanqenin nəvəsi idi. O,1887-ci ildə orta məktəbi bitirdikdən sonra, səyahət etməyə və Oslo Universitetində tarix, ingilis və fransız dillərini öyrənməyə davam etdi. 1893-cü ildə filologiya elmləri namizədi dərəcəsinə yiyələndi. Uzun illər orta məktəblərdə müəllimlik etdi və doktorluq dərəcəsinə yiyələnmək üçün Oslo Universitetinə müraciət etdi. == Karyerası == 1899-cu ildə, Parlamentlərarası Birliyin Oslo konfransını təşkil edən komitənin katibi təyin edildikdə, müxtəlif ölkələrin parlamentariləri arasında müzakirələrin aparılmasına həsr olunmuş təşkilatın, internasionalist hərəkatının ilk rəsmisi oldu. Növbəti il,Norveç Parlamentinin Nobel Komitəsinin katibi elan edildi və 1909-cu ildə vəzifəsindən imtina etməsinə baxmayaraq,Norveç Nobel İnstitutunun ilk günlərində əsas rol oynayacaqdı. Bu müddət ərzində İkinci Haaqa Sülh Konfransının Norveç texniki nümayəndəsi oldu.
Magical Mystery Tour
Magical Mystery Tour — Böyük Britaniyanın "The Beatles" rok qrupunun studiya albomu.
Mahmud Əfşar Tus
Mahmud Əfşar Tus — Azərbaycan əsilli İranlı general və baş nazir Məhəmməd Musəddiq hökuməti zamanı polis rəisi. O Müsəddiq əlehidarları olan və MI6 kəşfiyyatçıları tərəfindən idarə olunan qrup tərəfindən oğurlanaraq, qətl edilibdir. Hesab olunur ki, Mahmud Əfşarın öldürülməsi 1953-cü ildə baş vermiş dövlət çevrilişinə cəhd üçün şərait yaradıb. == Həyatı == Atası Həsən xan Əfşar Tus (Şiblüssəltənə), Əmir İsa xhan Vəli Ehtişamüddövlənin altıncı oğlu və Əmir Məhəmməd Qasım xan Qovanlı Qacarın nəvəsi idi. Mahmud Əfşar Tusun anası Fatimə Soltan xanım kürd əsilli idi. Onun atası Ağa Mirzə Zaman Xan Kürdəstani əslən Zərrin tayfasından, olub, Nəsirəddin şah Qacar dönəmində Şah mühafizəçilərinin rəisi təyin edilib, Şahin bacısı qızı Pəri Sultan xanımla evlənmişdir. Mahmud Əfşar Tus 1907-ci ildə Tehranda doğulub. O zabitlər akademiyasının məzunu olub. Eyni zamanda, Mahmud Əfşar Tus Şah Rza Pəhləvinin üçüncü arvadı Qəmər-əl-Mülükün də qohumudur.
Back for Good Tour
Back for Good Tour - Modern Talking qrupunun ilk konsertidir. Konsert 7 may 1998-ci ildə Almaniyanın Maqdelin şəhərində baş tutmuşdur. 31 dekabr 1998-ci ildə Rusiyanın paytaxtı Moskva şəhərində başa çatmışdır.
The Fame Ball Tour
The Fame Ball Tour — Lady Gaga-nın The Fame Monster albomundakı mahnılara verilmiş konsert turu. Bu tur indiyə kimi ən yaxşı keçirilmiş turlardan bir hesab olunur. Həm də bu tur təzə çıxan müğənninin ən çox qazanc gətirmiş turu hesab olunur. == Haqqında == Tur 27 noyabr 2009-da başlamış,6 may 2011-ci ildə sona çatmşdır. Bu vaxt ərzində 119 şov baş tutmuşdur. Bunlardan 6-ü Avropa-da, 15-i Okeaniya-da,4-ü Asiya-da baş tutub. Bu vaxt ərzində Gaga 227.4 milyon ABŞ dolları gəlir əldə edib.
Tour d'Azerbaidjan (İran)
Tour d'Azerbaïdjan (İran) — 1986-cı ildən İran Azərbaycanında keçirilən BVİ 2.1 çoxmərhələli velosiped yarışı. Bu tur İranda ən prestijli, Asiyada isə ən qədim veloturdur. Tur marşrutları İran Azərbaycanının ən böyük şəhəri olan Təbrizdən başlayır və Urmiya gölü , Urmiya , Culfa , Meşginşəhr , Səreyn və Kəleybərdən keçərək yenidən Təbrizdə başa çatır. == Tarixi == Azərbaycan Turu (İran) "Tur de Urmiya gölü" adı ilə 1986-cı ildə Əsgər Xodayari və Əkbər Qoharxani tərəfindən yaradılmışdır. Turun mərhələləri bir neçə dəfə dəyişdirilmişdir. 2010-cu ildə turun bir mərhələsi Azərbaycanın muxtar respublikası olan Naxçıvanda keçirilmişdir. 2013-cü ildə Azərbaycan Beynəlxalq Velosiped Turu adı dəyişdirilərək Tur Azərbaycan (İran) adlandırıldı. 2016-cı ildə ilk dəfə ABŞ-dən olan "Team Illuminate" velosiped komandası yarışa qatılacaqlarını elan etdi. Onlar "velosipedin insanları necə birləşdirə biləcəyini" göstərmək istədiklərini bildirdilər. İranda prezident seçkiləri ərəfəsində seçkilər ilə üst-üstə düşməməsi üçün turun 32-ci buraxılışı maydan oktyabr ayına dəyişdirildi.
Tour d'Azerbaïdjan (Azərbaycan)
Azərbaycan Turu, Tour d'Azerbaïdjan (tələffüzü: Tur dö Azerbaycan) və ya Heydər Əliyevin xatirəsinə həsr olunan beynəlxalq velotur (ing. Heydar Aliyev Anniversary Tour) — "BVİ Avropa Turu" çərçivəsində hər il may ayında Azərbaycanda keçirilən 2.1 çoxmərhələli velosiped yarışı. İştirakçılar hər gün yarışın yeni bir mərhələsinə start verir. Velotur Azərbaycanın 7 regionunda keçirilir və ölkənin paytaxtı olan Bakı şəhərində sona çatır. Veloturun keçirildiyi digər şəhərlər arasında Oğuz, Mingəçevir, Sumqayıt, Şamaxı, İsmayıllı, Qəbələ və Şəki var. 2018-ci ildə keçiriləcək "Azərbaycan Turu" maliyyə səbəblərindən ləğv edilmişdir. Yarış 2019-cu ildə də keçirilməmişdir. == Turlar == === 2012-ci il turu === 2012-ci il Heydər Əliyevin xatirəsinə həsr olunan beynəlxalq velotur 2012-ci ilin may ayının 9-dan 13-nə qədər keçirilmişdir. Bu, ilk "Azərbaycan Turu" olmuşdur. Velotur 2011-ci ildə keçirilmiş "Big Caucasus" (azərb.
Apus apus
Qara uzunqanad (lat. Apus apus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin uzunqanadkimilər dəstəsinin uzunqanadlar fəsiləsinin uzunqanad cinsinə aid heyvan növü. Avropada, Asiyada və Afrikada yayılıb. Natamam sinantropdur. Köçəri növdür, ölkəmizdə yazda bala çıxarmaq üçün gəlir və qışı Afrikada keçirmək üçün payızda köçür. Bu quşlar ömrünün böyük əksəriyyətini (ilin 10 ayını) havada keçirirlər. Havada olarkən qidalanır, su içir, yatır və hətta havada cütləşir. Yerdən havalana bilmirlər. Belə olan halda onları yüksək bir yerdən buraxmaq və ya havaya atmaq lazımdır. Yalnız balalamaq üçün yuvalarına "qonurlar".
Boum-Boum
Boum-Boum – Enigma musiqi layihəsi adından 2004 – cü ildə çıxarılmış sinql. Mahnı Voyageur albomundan çıxarlmış sonuncu sinqldır. Mahnının vokal ifaçıları Andru Donalds və Ruth-Ann Boyledur.
ASUS
ASUSTeK Computer Inc. — 1989-cu ildə qurulmuş Tayvan mərkəzli bir kompüter və təchizat istehsalçısıdır. Dünyanın ən keyfiyyətli anakart istehsalçılarından biridir. ASUS 2005-ci ildə cəmi 50 milyon anakart ixrac etmişdir. Bu 2005-ci ildə hər üç fərdi kompüterdən birinin ASUS marka anakart istifadə etdiyi mənasını verməkdədir. ASUS anakartın yanında, Ekran Kartı, LCD Panel,Mobil telefon, kassa, UMPC, dizüstü kompüter sahələrində də məhsullar təqdim etməkdədir. Anakart istehsalının yanında Dizüstü Kompüter istehsalı sahəsində də olduqca müvəffəqiyyətli bir markadır.
Apus
Uzunqanad (lat. Apus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin uzunqanadkimilər dəstəsinin uzunqanadlar fəsiləsinə aid heyvan cinsi.
Boks
Boks — iki adamın müəyyən qaydalar çərçivəsində, hücum və müdafiə məqsədi ilə yumruqlarından istifadə edərək bir-birinə həmlə etdikləri bir idman növüdür. Boks qarşılaşmaları dünyanın çox ölkəsində maraqla izlənilir. Amma şiddət ehtiva etməsi səbəbiylə bu idmanın qadağan edilməsi lazım olduğunu düşünənlər də vardır. Boks qarşılaşmaları rinqdə keçirilir. Rinq, üç sıra kəndirlə bağlı və yerdən yüksəkdə kvadrat formasında bir sahədir. Peşəkar boksda rinqin böyüklüyü 5–6 m², həvəskar boksda isə ən az 3–6 m²dir. Boks qarşılaşmalarında, hər iki boksçu da eyni çəkidə (ağırlıqda) olmalıdır.Məşq üçün "armud" adlı alətdən istifadə olunur. Peşəkar və həvəskar boksun qaydaları bir-birindən fərqlidir. Həvəskar boksçular 227 qr ağırlığında, peşəkar boksçular isə ağırlığı 170–283 qr arasında dəyişən əlcəklər istifadə edirlər. Peşəkar boksçular yalnız şort, həvəskar boksçular isə şort və atlet geyirlər.
Aruş
Aruş — Azərbaycan Respublikasının Xocavənd rayonunun inzibati ərazi vahidində kənd. Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən 1993-ci ildə işğal edilmişdir. Kənd ərazisi 2020-ci ildə işğaldan azad olunub. == Tarixi == Burovar silsiləsinin ətəyində yerləşir. Oykonimin Ərus variantı da mövcuddur. Mənbələrin verdiyi məlumata görə, həmin kənd Mirimli, Tapırlı, Məlikli və Aruslu adlanan dörd məhəllədən ibarətdir. XIX əsrin II yarısına aid mənbələrdə də Lənkəran qəzasında mənşəcə qıpçaqlardan olan ərus tayfasının yaşadığı göstərilir. Arus sözü qədim türklərdə "uzun, hündür adam deməkdir. Arus sözü "Kitabi-Dədə Qorqud" abidəsindəki Qazan xanın dayısı Qoca Aruzun adı ilə bağlıdır.Yardımlı ərazisindəki Məlikli, Arus, Ərsilə kimi yaşayış məntəqələri, o cümlədən Bolqarçay və Quludaş boyunca yayılmış bir çox yer adları (Burlaqxatun təpəsi, Qazanköşk zirvəsi, Qaracadağ, Tülün, Deman və s.) möhtəşəm "Kitabi-Dədə Qorqud" dastanlarında cərəyan edən hadisələrin bu bölgədən yan keçmədiyini bir daha təsdiq edir. Azərbaycan ərazisində Məlik adıyla əlaqədar 10-dan şox yaşayış məntəqəsi mövcuddur.