Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Action/RPG
Döyüş rol oyunu, Ekşen rol oyunu (ing. Action role-playing game, Action RPG, Action-RPG) və ya ARPO (ing. ARPG) — rol-pleyinq və aksiya elementlərinin birləşdiyi rol videooyunu altjanrı. Belə oyunlar növbə-əsaslı və menyu-əsaslı döyüş yerinə, gerçək-zamanlı döyüşə vurğulanırlar. Başqa bir sözlə, ənənəvi rol oyunlarında oyunçunun döyüş vəziyyətində müvəffəqiyyətli olması onun idarə etdiyi personajın şəxsi xüsusiyyətlərindən asılıdır, döyüş rol oyunlarında isə bu, oyunçunun öz təcrübəsi və sürətindən də asılı olur. Bu cür oyunlar adətən hack and slash və atıcı oyunlarına bənzər bir döyüş sistemindən istifadə edirlər. Üslub baxımından, altjanr hack and slash oyunlarını xatırladır, fəqət bu oyunlar süjet xəttinə və personajlara daha çox diqqət yetirir. Hack and slash oyunlarında oyunçu əsasən tək bir personajı idarə edir və bütün vurğu döyüş sistemində olur, döyüş rol oyunlarında isə çoxlu dialoq olur. Döyüş rol oyunları RPG mexanikaları və tapşırıq sistemi olan döyüş-macəra oyunları və ya gerçək-zamanlı döyüş sistemindən istifadə edən kütləvi çoxnəfərli rol-pleyinq oyunları ("MMORPG"lər) ilə səhv salına bilərlər.
Extraction (flim, 2020)
Xilasetmə (ing. Extraction) — ABŞ istehsalı triller filmi. Film 24 aprel 2020-ci ildə Netflix-də yayımlanmışdır. == Mövzu == Muzdlu əsgər Tayler Reyk, Hindistanın ən böyük narkotik alverçisinin qaçırılan oğlu Ovi Mahacanı Banqladeşin Dəkkə şəhərindən xilas etmək üçün tapşırıq alır. Ovini xilas etdikdən sonra şəhərin ən böyük narkotaciri Əmir şəhəri bağladır. Tayler artıq hər addımında düşmənlə üz-üzə gələcək. Yolboyu Taylerin kiçik yaşda itirdiyi oğlu ağlına gəlir və Oviyə qarşı yaxınlıq hiss edir. Ovinin atasının sağ qolu Sacu xidmət haqqını ödəməmək üçün uşağı tək başına xilas etməyə cəhd edir. Hər nə qədər Sacu və Tayler bir-biriləri ilə dalaşıb Ovini xilas etməyə cəhd etsələr də şərtlər ikisini də əsgərlər və polislər ilə döyüşüb şəhərdən çıxmağa məcbur edir. Sacu döyüş zamanı ordu lideri tərəfindən öldürülür.
Man of Action
Man of Action Entertaintment - fəaliyyəti televiziya, komiks, animasiyalar və filmlərdən ibarət və müxtəlif media markalarında Amerikan spefikasiya yazıçı kollektividir. Studiya animasiyaları, ekşn şouları, superqəhrəman dramları, komiks kitabları, Ben 10, Qəhrəmanlar şəhəri, Generator Reks, və Qormiti Təbiət Sərbəstdir kimi layihələri ilə məşhurdur. Man of Action Entertaintment 2000-ci ildə quruldu. Şirkət şəxsidir və Komiks kitab yazıçıları, aktyor olan Coy Kasey, Coy Kelli, Dunkan Ruliu və Stivin T. Siql tərəfindən qurulmuşdur.
Man of Action Entertaintment

Total Nonstop Action Wrestling
Total Nonstop Action Wrestling (TNA),amerikan peşəkar güləş federasiyasıdır.Jeff Jarrett və atası Jerry Jarrett tərəfindən 2002 Mayında təsis edilmişdir.TNA əvvəl NWA'nın üzvü idi və bu səbəbdən adı NWA-TNA idi.Amma TNA,2007 Mayında NWA'dan ayrıldı.WWE'nin tək rəqibi sayılır.Hər həftə 1300 nəfərlik studiyada TNA Impact adı ilə,Destination America kanalında şou təqdim edir.