Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Traktor
Traktor (lat. tractor – "dartıcı") — kənd təsərrüfatında dartıcı kimi tətbiq edilən təkərli nəqliyyat vasitəsidir. Öz kiçik sürəti və yüksək dartma gücü ilə fərqlənir. Əkinçilik işlərinin yerinə yetirilməsində və çətin keçilən yerlərdə geniş tətbiq tapır. Traktorlar arxa hissədə asılmış və ya çarxlar üzərində hərəkət edə bilən kənd təsərrüfatı, tikinti və ya sənaye mexanizmləri ilə təchiz olunurlar. Bu zaman lazım olan aqreqat traktorun arxa hissəsindəki işçi valla və müxtəlif qaldırıcı qollarla birləşdirilir. İş zamanı işçi həmin mexanizmi traktorun içərisindən hidravlik idarəetmə sisteminin köməyi ilə hərəkət etdirir. Traktorlar çətin şəraitdə tərbiq olunduğundan onların təkərlərinin hamısı aparıcıdır. Təkərlərə iri dişli rezin üzlüklərin keçirilməsi ilə çətin yolları qət etmək olur. Traktorlar müxtəlif sahələrdə tətbiq olunduğundan onların sürətlərinin tənzimlənməsi lazım gəlir.
Traktor FK
Traktor Təbriz Futbol Klubu, həmçinin Tirəxtur və ya Traxtur (farsca rəsmi adı: باشگاه فرهنگی ورزشی اقتصادی تراکتور‎, Bâšgâh-e Farhangi Varzeši Eqtesâdi-ye Terâktor, Mədəni-İdman İqtisadi Klubu) — Cənubi Azərbaycanın Təbriz şəhərinin İran milli futbol çempionatında iştirak edən futbol komandası. 1968-ci ildə Təbrizin ən böyük zavodlarından biri olan Traktor zavodu nəzdində yaradılmış, 2011-ci ildən müstəqil klubdur. Bu klub öz tarixində Kərim Baqiri, Sirus Din Məhəmmədi, Hüseyn Xətibi, Rəsul Xətibi və s. kimi məşhur futbolçular yetişdirmişdir. == Tarixi == === İran islam inqilabından öncə === Komanda 1970-ci ildə yaradılmışdır. Traktor 1975-ci ildə İranın Təxticəmşid adlı birinci divizion çempionatına yüksəldi. Həmin il 16 klub arasında 16-cı yeri tutur və ikinci diviziona düşür. Ancaq Traktor kulubu 1977-ci ildə yenə birinci diviziona yüksələ bilir və 5-ci yeri tutur. Traktor 1978/79 mövsümündə də TəxtiCəmşid çempionatında hazır idi və İran islam inqilabı baş verən zamanadək 9-cu yeri tuturdu. 1978-ci ildə İranın Federasiya çempionatında ilk dəfə bu yarışmalar keçirilirdi- ikinci yeri qazandı.
Traktor Klubu

Minsk Traktor Zavodu
«Minsk Traktor Zavodu» Açıq Tipli Səhmdar Cəmiyyəti — Belarusda traktor istehsal edən müəssisə. Kənd təsərrüfatı texnikasının istehsalına görə dünyada ilk səkkizliyə daxildir. Müəssisə Lenin ordeni, "Oktyabr inqilabı" ordeni və Belarusun bir çox təltiflərinə layiq görülmüşdür. «Minsk Traktor Zavodu» 29 may 1946-cı ildə təşkil edilmişdir. 2013-cü ilə olan məlumata görə burada 21 min insan çalışır. Zavodda buraxılan traktorlar həm təkərli həmdə tırtıllı variantlara sahibdir. 2008-ci ilə olan məlumata görə burada 3,7 mln traktor hazırlanmışdır ki, onun 2,6 mln dünyanın yüzdən çox ölkəsinə ixrac edilmişdir. Burada 62 növ müxtəlif maşın istehsal edilir. Traktorların böyük qismi dizel mühərtikləri ilə təmin edilir. Onlarda Minsk Motor Zavodunda istehsal edilir.
Traktor Sazi FK
Traktor Təbriz Futbol Klubu, həmçinin Tirəxtur və ya Traxtur (farsca rəsmi adı: باشگاه فرهنگی ورزشی اقتصادی تراکتور‎, Bâšgâh-e Farhangi Varzeši Eqtesâdi-ye Terâktor, Mədəni-İdman İqtisadi Klubu) — Cənubi Azərbaycanın Təbriz şəhərinin İran milli futbol çempionatında iştirak edən futbol komandası. 1968-ci ildə Təbrizin ən böyük zavodlarından biri olan Traktor zavodu nəzdində yaradılmış, 2011-ci ildən müstəqil klubdur. Bu klub öz tarixində Kərim Baqiri, Sirus Din Məhəmmədi, Hüseyn Xətibi, Rəsul Xətibi və s. kimi məşhur futbolçular yetişdirmişdir. == Tarixi == === İran islam inqilabından öncə === Komanda 1970-ci ildə yaradılmışdır. Traktor 1975-ci ildə İranın Təxticəmşid adlı birinci divizion çempionatına yüksəldi. Həmin il 16 klub arasında 16-cı yeri tutur və ikinci diviziona düşür. Ancaq Traktor kulubu 1977-ci ildə yenə birinci diviziona yüksələ bilir və 5-ci yeri tutur. Traktor 1978/79 mövsümündə də TəxtiCəmşid çempionatında hazır idi və İran islam inqilabı baş verən zamanadək 9-cu yeri tuturdu. 1978-ci ildə İranın Federasiya çempionatında ilk dəfə bu yarışmalar keçirilirdi- ikinci yeri qazandı.
Təbriz traktor zavodu
İran Traktorqayırma Şirkəti (fars. شرکت تراکتورسازی ایران‎, ing. Iran Tractor Manufacturing Company) — baş ofisi Təbrizdə yerləşən traktorqayırma şirkəti. Zavod 1966-cı ildə Rumıniya ilə bağlanan dövlətlərarası müqavilə əsasında 1968-ci ildə yaradılıb. Zavodun ilk məqsədi tək və cüt differensial sürət qutusuna, 45-65 at gücünə malik 10000 ədəd traktor istehsal etmək idi. Təbriz traktor zavodu Yaxın və Orta Şərqin ən böyük traktor zavodudur. Burada istehsal, demək olar ki, bütünlüklə yerli ehtiyat hissələrinə əsaslanır. 1976-cı ildən Massey Ferguson tərəfindən ildə 13000 ədəd traktor yığılır. Hazırda şirkətin istehsal gücü illik 30000 ədədə qədər artıb. 1987-ci ildə zavod müxtəlif sənaye sahələri üçün tökmə məhsulları istehsal edə biləcək tökmə potensialının artırılmasna başladı.
Qabaqcıl Traktor Briqadasında (1953)
== Məzmun == Elmi-kütləvi filmdir. Burada qabaqcıl traktor briqadasının təsərrüfat işlərində elmin yeni nailiyyətlərindən səmərəli istifadə etməsindən danışılır.
Traktor FK məşqçilərinin siyahısı
Traktor Sazi FK məşqçilərinin siyahısı — Traxtor Sazi FK klubu 1970-ci ildə yaradılmışdır. İran milli futbol çempionatında Təbriz şəhərini təmsil edir. Klubun yarandığı gündən indiyə qədər 29 baş məşqçisi olmuşdur. Birinci baş məşqçi Məhəmməd Bayati olmuşdur. Hal-hazırkı baş məşqçisi Corc Likensdir.
Qabaqcıl traktor briqadasında (film, 1953)
== Məzmun == Elmi-kütləvi filmdir. Burada qabaqcıl traktor briqadasının təsərrüfat işlərində elmin yeni nailiyyətlərindən səmərəli istifadə etməsindən danışılır.
Traktor Sazi FK məşqçilərinin siyahısı
Traktor Sazi FK məşqçilərinin siyahısı — Traxtor Sazi FK klubu 1970-ci ildə yaradılmışdır. İran milli futbol çempionatında Təbriz şəhərini təmsil edir. Klubun yarandığı gündən indiyə qədər 29 baş məşqçisi olmuşdur. Birinci baş məşqçi Məhəmməd Bayati olmuşdur. Hal-hazırkı baş məşqçisi Corc Likensdir.
Request Tracker
Request Tracker — sorğuları işləmək üçün pulsuz sistemdir. Request Tracker anlayışını müxtəlif cür konfiqurasiya etmək olar. Request Tracker e-poçtla göndərilən insident məlumatını avtomatik qeydiyyata alır və bu məlumatı göndərən istifadəçiyə bilet verir. İnformasiya verilənlər bazasında saxlanılır.
Con Taytor
Con Taytor (ing. John Titor) — 2036-cı ildən gəldiyini iddia edən şəxs. 2000-2001-ci illərdə müxtəlif internet xəbər saytlarında qeyri-müəyyən, bir çoxunun yanlışlığı sübut edilə bilən məlumatlar yollamış, yaxın gələcək haqqında proqnozlar və yaşadığı zaman haqqında məlumatlar vermişdir. Belə ki, göndərdiyi yazılar 2000-2037-ci illər arasında "baş verən" bir sıra hadisələrlə bağlıdır. İddiaları arasında diqqəti cəlb edən məlumatlardan biri 2015-ci ildə Üçüncü dünya müharibəsinin baş verəcəyini bildirməsi olmuşdur. Con Taytorun söylədikləri dünyada bir çox mübahisələrə səbəb olmuşdur. == Populyar mədəniyyətdə == 2003-cü ildə Con Taytor Fondu "Con Taytor: Zaman səyahətçisinin nağılı" adlı kitab (ISBN 1-59196-436-9) nəşr etmişdir. Kitabda Con Taytorun iddiaları müzakirə olunur. 2004-cü ildə ABŞ-də Con Taytorun hekayəsinə əsaslanan "Zaman səyahətçisi Sıfır" adlı tamaşa səhnələşdirilmişdir. 2009-cu il istehsalı və əsasında 2011-ci ildə anime serialı da çəkilən "Steins;Gate" adlı vizual roman Con Taytor və onun hekayələrindən bəhs edir.
Cisco Packet Tracer
Cisco Packet Tracer — Şəbəkə simulyasiya proqramı. Heç bir fiziki qurğu istifadə etmədən qarışıq sistemlərin simulyasiyasının aparıldığı proqram təminatı. Proqram istifadəçilərə simulyasiya edilmiş komanda xətti interfeysindən istifadə edərək Cisco marşrutlaşdırıcılarının və açarlarının konfiqurasiyasını simulyasiya etməyə imkan verir. Packet Tracer istifadəçilərə simulyasiya edilmiş şəbəkə cihazlarını uyğun gördükləri kimi əlavə etmək və silmək imkanı verən sürükləyib buraxan (Drag and drop) istifadəçi interfeysindən istifadə edir. Proqram təminatı əsasən Cisco Şəbəkə Akademiyası tələbələrinə fundamental CCNA-nı öyrənməyə kömək etmək üçün tədris vasitəsi kimi diqqət mərkəzindədir. Əvvəllər CCNA Akademiyası proqramında qeydiyyatdan keçmiş tələbələr bu aləti pulsuz yükləyə və təhsil məqsədləri üçün istifadə edə bilərdilər. == Üstünlükləri == Cisco Packet Tracer də, əsasən CCNA kurikulum mövzuları ilə bağlı modelləşdirmələr yer alıb. Sadə Lan dizaynı, OSPF, RIP, EIGRP və.s kimi mövzuların realizəsini aparmaq mümkündür. Proqram Windows və Linux platformalarında 6 dildə yayılır. == İstifadəsi == Proqram təminatı əsasən təhsildə tətbiq olunur.
Lockheed Martin F-22 Raptor
"F-22 Raptor" – Amerika Birləşmiş Ştatlarının Lockheed Martin, Boeing və "General Dinamics" şirkətlərinin birgə layihəsi əsasında istehsal edilən çoxməqsədli, iki mühərrikli hərbi döyüş təyyarəsi. “F-22 Raptor” qırıcıları hal-hazırda dünyada yeganə fəaliyyətdə olan beşinci nəsil qırıcı təyyarələrdir. Radarlar tərəfindən tutulması çətin olan bu bir nəfərlik qırıcı təyyarə yerdəki hərbi obyektləri məhv etmək, kəşfiyyat və radioelektron mübarizəsi aparmaq imkanına malikdir. ”F-22”-nin bortunda iki ədəd yaxın məsafəli “AIM-9X” və altı ədəd “AIM-120” zenit raketləri yerləşdirilib və bu təyyarələr “hava-yer” tipli raketlər də daşıya bilir. ”F-22” təyyarələri qurudakı hədəfləri vurmaq üçün radarlardan yayınma qabiliyyətinə malikdir. ”F-22”də olan müxtəlif cihazlar kompleksi onun kəşfiyyat məlumatları toplamasına və düşmənin radio siqnallarını tutmağa köməklik göstərəcək. Düşmənin radiolokasiya sistemi onun yerini müəyyənləşdirənədək “F-22”-lər istənilən məlumatı əldə edərək təhlükəli sahəni çoxdan tərk edə bilər. == Tarixi == 1978-ci ildə Amerikanın kəşfiyyat peykləri SSRİ ərazisində hərbi bazada uçuş zolaqlarında 2 yeni müəyyən edilməmiş təyyarə aşkarlayır, və sonradan bəlli olur ki, bu təyyarələr SSRİ-nin ən qabaqcıl Su-27 və Miq-29 təyyarələridir. Hər iki yeni təyyarənin müasir Amerikan təyyarələrinin manevrlilik üstünlüyünü kəskin şəkildə azaldacağı gözlənilirdi. Artıq 1981-ci ildə HHQ hələ yenicə orduya qəbul olunmuş F-15-lərin əvəzlənməsi üçün aerokosmik kompaniyalara TTD proqramındakı təyyarənin malik olmalı xüsusiyyətlər barədə məsləhət almaq üçün müraciət etdi.