Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Tuskulan söhbətləri
"Tuskulan söhbətləri" (lat. Tusculanae disputationes) — Siseronun daha çox əxlaqi məsələləri əhatə edən fəlsəfi kitablarından biri. Təxminən m.ö. 45 ildə tamamlanmışdır. Bu kitab Sisero yaradıcılığının ən uca zirvəsi sayılır. O, Sezara qəsd edən Markus Brutusa həsr olunmuşdur və beş kitabdan ibarətdir: “Ölümə qarşı biganə olmaq”; “Ağrıdan qurtarmağın yolu”; “Kədərdən təsəlli tapmaq”; “Ehtiraslar haqqında”; “Yetərli olan ərdəm haqqında”.Bu kitablarda Sisero çoxlu fəlsəfi və əxlaqi məsələlərə toxunmuşdur. Onun fikrincə fəlsəfi düşüncəyə yiyələnmək və müdriklik məqamına çatmaq həyatı məzmunla doldurur və bunlar qocalıq, ağrı, ölüm, itki kimi əzabları yüngülləşdirir. Bu əsərdə ölüm qarşısında qorxu hissi haqqında söhbət açılır. Həm də burada ölümün şər olub-olmaması və insan ruhunun mahiyyəti haqqında düşünülür. Ölüm şər ola bilməz, çünki demək olmaz ki, ölülər bədbəxtdirlər.