Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Duzluluq
Duzluluq — təbii suların tərkibində olan güclü turşularla (Cl, SO4 və b.) əsasların (K, Na, Ca, Mg və b.) birləşməsi nəticəsində yaranan xassədir == Haqqında == Suyun duzluluq dərəcəsi quru qalıq, ionların mq-ekv çəkisinin cəmi və ya Bome dərəcilərilə ifadə olunur. Duzluluq suyun Palmer təsnifatında istifadə olunan göstəricilərdən biridir. Bu təsnifata görə, suyun ekv- %-lə ifadə olunmuş birinci, ikinci və üçüncü duzluluq ayrılır. Güclü turşu anionlarının güclü əsaslar (K, Na və b.) ilə birləşmələri birinci, zəif əsaslarla (Ca, Mg və b.) birləşmələri ikinci və çox zəif əsaslarla (Fe, Cu, Al və b.) və hidrogenlə birləşmələri isə suyun üçüncü duzluluğunu verir. == Duzluluq indikatorları == Duzluluq indikatorları çöküntütoplanma hövzələrinin duzluluq dərəcəsini (şirin su, şorumtul, normal duzlu, çoxduzlu-rapa) tam qətiyyətlə təyin etməyə imkan verən çökmə süxur komponentləridir. Şirin su hövzələri əsas etibarilə fauna (Unio, Paludina, Valvata və b.) qalıqlarına görə müəyyən edilir; bu hövzələrin çöküntülərində çox vaxt vivianitə rast gəlinir; autigen qlaukonit olmur. Şorumtul su çöküntüləri üçün normal dəniz formalarının dəyişilməyə uğramış spesifik - növ tərkibi kasıb, lakin fərdlərin sayına görə zəngin olan ikitayqabıqlı və qastropod faunası səciyyəvidir. Bu çöküntülərdə stenoqalin formalar (mərcan, krinoideya, dəniz kirpisi, ammonit, braxiopoda və b.) rast gəlmir. Krım-Qafqaz vilayətinin pliosen və pleystosen çöküntüləri üçün dreysenziya, didakna, monodaknalar, potamidlər, hidrobilər və s. səciyyəvidir.
Uyumluluq
Uyumluluq (ing.Compatibility) — kompüterin, qurğunun, verilənlər faylının və ya proqramın başqa kompüter, qurğu və s. ilə birgə işləyə bilməsi bacarığı, yaxud eyni komandaları, formatları və dilləri “başa düşmələri”. Uyumluluq istifadəçilərin hamısının ümumi maraq predmetidir, aparat və proqram təminatlarının standartlaşdırılması üçün edilən bütün cəhdlərin əsasında dayanır. Kompüterlərin və onlarla əlaqəli avadanlıqların uyumluluğunun iki anlamı var: birincisi, bu, iki maşının işinin uzlaşma dərəcəsidir, ikincisi isə müəyyən standartlarda uyğunluq dərəcəsidir. Birinci halda uyumluluq (və ya uyumsuzluq) maşınların birləşə bilməsi, verilənlərdən birgə istifadə edilməsi və ya eyni proqramları çalışdıra bilməsi imkanın olub-olmamasını müəyyənləşdirir. Məsələn, Apple Macintosh və IBM PC kompüterləri, ümumiyyətlə, uyumlu deyil, çünki onlar yardımçı aparat və proqram vasitələri olmadan bir-biri ilə birləşə bilmir və ya verilənlərdən birgə istifadə edə bilmirlər. Standartlara gəldikdə isə, kompüterlərin və başqa avadanlıqların hər hansı geniş yayılmış modellərlə uyumluluğunun nəzərə çarpdırılması qəbul olunub: məsələn, kompüterlər IBM-uyumlu, modemlər isə Hayes-uyumlu adlandırılır. Bu anlamda uyumluluq onu bildirir ki, verilmiş maşın tamamilə əsaslandığı standart kimi işləyir. Proqram təminatının uyumluluğu da kompüterlər arasında, proqram məhsulları arasında, eləcə də kompüterlərlə proqramlar arasında uzlaşmanın olmasını, ancaq problem-yönlü səviyyədə olmasını bildirir. Kompüterlərin proqram-uyumlu hesab edilməsi üçün onlar başqa model və ya markalar üçün hazırlanmış proqramları çalışdıra bilməlidir, məsələn, Apple Macintosh və IBM PC maşınlarında eyni bir proqram diskini istifadə etmək mümkün olsaydı, onlar proqram-uyumlu olardı.
Tumulus
Tumulus latınca sözü olub, içində qəbir və ya qəbiristanlıq olan və torpaq yığını ilə əmələ gələn kurqanlara verilən addır. Höyük və ya kurqan (Mərkəzi Asiyada) adlandırılan tumulus hazırlamaq ənənəsi olan xalqlar çox deyildirlər. Onlara daha çox Anadolu, Trakya, Mərkəzi Asiya, Rusiya və Meksikada rast gəlinir.