Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Mural
Panno (fr. panneau, lat. pannus sözündən — "parça") — divarın və ya tavanın (plafon) tam və ya qismən örtülməsi üçün nəzərdə tutulmuş dekorativ xarakterli rəsm əsəri, yaxud barelyef, yonma, yapma və ya keramik kompozisiya. Bayır divarlarda freska texnikası ilə rəngli plitələrdən hazırlanmış pannoları bəzən mural adlandırırlar.
Uşaral
Uşaral (qaz. Үшарал) — Qazaxıstanda şəhər, Almatı vilayətinin Alakol rayonunun regional mərkəzi. Şəhər Tentek çayının üstündə, Alakol gölündən 40 km qərbdə yerləşir. Təbii şərait heyvandarlıq və bitki becərilməsi üçün əlverişlidir. Şəhər Cunqar Alatau ilə Tarbagatai silsiləsi arasındakı Balxaş-Alakol çökəkliyindədir. Kadastr kodu 271-dir. == Tarixi == 1971-ci ildə SSRİ Müdafiə Nazirliyinin Xüsusi Tikinti Baş İdarəsi (GUSS MO) 146 ODSBR qurdu və uzunluğu 373,5 km olan A-7 Aktogay - Uçaral - Beskol - Koktuma - Drujba avtomobil yolunun tikintisinə göndərdi. Tikinti 1977-ci ildə başa çatmışdır. Briqadanın rəhbərliyi (qərargahı) Uçaralda yerləşdi. 1984-cü ildə şəhər statusu və yeni bir ad - Uçaral aldı.
Maral
Marallar (lat. Cervidae) — cütdırnaqlılar dəstəsiə aid fəsilə. 40 növə malikdir. Avrasiya, Şimali Amerika, Cənubi Amerikada yayılıb, eləcə də insanlar tərəfindən Avstraliya və Yeni Zelandiyaya gətirilib. Azərbaycan folklorunda adı ən çox hallanan heyvanlar arasında maral sözsüz ki, birincilər sırasındadır. Lap qədim dövrlərdən indiyə kimi həmişə insanın bu "dağlar və meşələr gözəli"nə xüsusi marağı olub. Ona görə də məişət və təsərrüfat fəaliyyətində maraldan zaman-zaman istifadə ediblər. Maralın qidalığına görə əti və südü, sənaye əhəmiyyətinə görə isə dərisi və buynuzu əvəzsiz sayılıb. Maral estetik baxımdan və mənəvi tələbatı ödəmək cəhətdən müqayisəolunmazdır. Gözəl təbiət müşahidəçisi, yazıçı-ekoloq Zaman Novruz onu bu cəhətdən belə ifadə edirdi: "Təbiətcə çox da sakit olmayan maralın görkəmindəki zəriflik, baxışlarındakı mehribanlıq, cəlbedicilik, duruşundakı vüqar, əzəmət və incəlik onu gözəllik rəmzi kimi dilə-dişə salmış, adı nağıllara, dastanlara, şeirlərə düşmüş, neçə-neçə maral ünvanlı əfsanə yaranmışdır".
Murad
Murad — Azərbaycan kişi adı və təxəllüs. I Murad — Osmanlı Dövləti’nin üçüncü padşahı. II Murad — Osmanlı sultanı I Mehmedin oğlu III Murad — Osmanlı sultanı II Sultan Səlimin oğlu IV Murad — 1623–1640-cı illərdə Osmanlı sultan I Əhmədin oğlu V Murad — Osmanlı sultanı. Əbdülməsidin oğlu Murad Dadaşov — azərbaycanlı aktyor, aparıcı, şoumen. Murad Sebastatsi — erməni qulduru, dəstə başçısı, Ermənistanın milli qəhrəmanı. Murad Rəhimov — ABŞ Silahlı Qüvvələrinin Azərbaycan əsilli əsgəri. Murad bəy — Misir məmlüklərinin rəhbəri, süvari dəstəsinin komandiri. Murad Ömərov — texniki elmləri doktoru, professor.
Muran
Rəhimli-i Muran (Germi) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. Təzəkənd-i Muran (Germi) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd.
Murla
Murla (isp. Murla) — İspaniyada yerləşən bələdiyyə. Bələdiyyə Marina-Alta ərazisinin 5,81 km² hissəsini əhatə edir. 2010-cu ildə hesablamalara görə əhali 629 nəfərə çatmışdır. Əyalət paytaxt şəhərindən 23 km uzaqlıqda yerləşir.
Uaral
1996-cı ildə qurulan Uaralın qrup üzvləri qohum (əmioğlu) və dost olan Aciago və Caudaldır. Ağlayan vokalda Caudal, ağladan alətlərdə isə Aciago var. Fərqli həyatlara sahib olmalarına baxmayaraq təzyiq altında olduqları ailə həyatları, yaşadıqları cəmiyyətin təzyiqi və çətinliyini birgə musiqilərinə əks etdirdilər. 1997-ci ildə hazırladıqları bir musiqi nümayişi ilə ilk işlərinə başlayan qrup, Bruma ön sözü adı altında yazılan əsərlərinə Surrended To The Decadence adı verdi. Bu dövrdə qrupun yaşadığı müxtəlif itkilərə baxmayaraq, yorulmadan yeni simfoniyalar yaratmağa davam etdilər. Düşüncələrini şeir, akkord və alətlərinin melanxoliyası izlədi. Musiqi cəhətdən inkişaflar göstərən qrup ikinci qeydlərini etmə mərhələsinə çatdı. Özləriylə eyni ideologiyaları və hissləri paylaşan bir qrup ilə 2003-cü ildə From The Agony To The Hopelessness adlı bir qeyd edildi. Təsadüfən OMG musiqi şirkətinin bu qeydi dinləməsi və bəyənib qrupla əlaqəyə keçməsi ilə Uaral qrupuna əsəri qeyd etmək üçün təklif etdi. Qrup musiqidə məqsədlərinin ifadələrinin və ideologiyalarının nümayiş edilməməsi şərti ilə bu müqaviləni qəbul etdi.
Umara
Umara adası — Oxot dənizində, Odyan körfəzi ərazisində, Koni yarımadası yaxınlığında yerləşən ada. Ada sahil ilə çəkilmə zamanı qumlu bərzəxlə birləşir. Sahəsi 0,3 km², uzunluğu isə 0,9 km təşkil edir. Kni yarımadası iləarasında məsafə 1 km-dir. Bitki örtüyü nisbətən zəngindir. Burada 145 növ bitkiyə rast gəlmək olur. Dəniz quşlarının kütləvi şəkildə yuva qurduğu ərazi vardır. Ada təqribi olaraq 5-6 min il öncə meydana gəlmişdir. Yaxınlığında qərarlaşan kiçik Vdovuşka və Şelikan adası ilə birlikdə materikə yaxın yerləşir.
Umbra
Umbra (lat. Umbra) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin durnabalığıkimilər dəstəsinin umbralar fəsiləsinə aid heyvan cinsi.
Balaenoptera omurai
Balaenoptera omurai (lat. Balaenoptera omurai) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin zolaqlı balinalar fəsiləsinin zolaqlı balina cinsinə aid heyvan növü. Müstəqil növ olaraq 2003-cü ildə molyekulyar-genetik araşdırmalar nəticəsində müəyyənləşmişdir. Bu növün aşkarlanmasında yapon Hideo Omurinin (大村 秀雄) şərəfinə adlandırılmışdır. == Növün qeydə alınması == Növün təstiqlənməsi 20 noyabr 2003 ildə "Nature" jurnalında dərc olunmuşdur. Yapon zooloqları Siro Vada, Masayoki Oisi və Tadasu Yamada muzeylərdə olan Brayde zolaqlı balina və İden zolaqlı balina skeletlərini araşdırdıqdan sonra yeni növün aşkarlanmasını qeydə alırlar. 2015-ci ilin oktyabrında beynəlxalq araşdırmaçılar Madaqaskar sahillərində bir qrup Omuri balinasını aşkarlamışlar. Bu zaman ilk dəfə olaraq növün xüsusiyyətləri müəyyənləşdirilmişdir. == Areal == Əsasən Sakit okeanın Yaponiya adaları sahillərində yayılmışlar.
Fətəliyev Səmural
Səmural Ayaz oğlu Fətəliyev (13 mart 1997, Əlibəyqışlaq, Quba rayonu – 5 oktyabr 2020, Yuxarı Seyidəhmədli, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələri, Əsgər, İkinci Qarabağ müharibəsin şəhidi. == Həyatı == Səmural Fətəliyev 13 mart 1997-ci ildə Azərbaycan Respublikasının Quba rayonunun Əlibəyqışlaq kəndində anadan olmuşdur. 2003-cü ildə Quba rayonu Əlibəyqışlaq kəndində yerləşən Musa Qonaqov adına tam orta məktəbin 1-ci sinfinə getmişdir. 2012-ci ildə həmin məktəbin 9-cu sinfini bitirmiş və daha sonra Quba şəhəri Azad Məmmədov adina 2 saylı liseyə daxil olub və təhsilini orada davam etdirmişdir. Səmural Fətəliyev kiçik yaşlarından taekvondo idman növü ilə də məşğul olmuşdur. 15-16 avqust 2003-cü ildə Azərbaycan Respublikası Qusar şəhərində keçirilmiş taekvondo üzrə 20 kq çəkidə 3-cü yeri tutmuşdur. Səmural Fətəliyev 2014-cü ildə Azərbaycan Memarlıq və İnşaat Universitetinin Tikinti-İqtisad fakültəsinin "Sənayenin təşkili və idarə edilməsi" ixtisasına daxil olmuş və 2018-ci ildə həmin universiteti bitirmişdir. Səmural Fətəliyev universitetdə oxuduğu müddət ərzində bir çox sahələrdə könüllü kimi iştirak etmiş və nailiyyətlər əldə etmişdir. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi — "1 saylı ASAN xidmət" mərkəzində 20.12.2016-20.02.2017-ci il tarixində könüllü olaraq fəaliyyət göstərmişdir. Daha fəal iştirak etdiyinə görə müsbət xasiyyətnamə və birinci dərəcəli şəhadətnamə ilə təltif edilmişdir.
Galium murale
Galium murale (lat. Galium murale) — bitkilər aləminin acıçiçəklilər dəstəsinin boyaqotukimilər fəsiləsinin qatıqotu cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Aparinanthus muralis (L.) Fourr.
Keniçi Uemura
Keniçi Uemura (d. 22 aprel 1974) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 4 oyun keçirib.
Naomi Uemura
Naomi Uemura (植村 直己, Uemura Naomi) 12 fevral 1941, Hyoqo prefekturası – fevral 1984, Mak-Kinli dağı, Alyaska – Yaponiya macərapərəsti və alpinisti. O, təkbaşına çıxdığı macəralara görə tanınmışdır. Beş qitənin ən hündür zirvələrini fəth edən və Şimal qütbünə təkbaşına çatan ilk şəxs, eləcə də, Everest dağını fəth edən ilk yapondur. == İlk illəri == Naomi Uemura 1941-ci ildə düyü fermerinin altıncı oğlu kimi Yaponiyanın Hyoqo prefekturasında dünyaya gəlmişdir. Meyci Universitetində təhsil aldığı dövrdə alpinizmə maraq göstərməyə başlamış və Alpinizm klubuna daxil olmuşdur. Məzun olduqdan sonra özünü alpinizmə həsr etməyə qərar vermiş və 1966-cı ildə Monblan dağına dırmaşmışdır. Uemura Elbrus, 1966-cı ildə Kilimancaro, 1968-ci ildə Akonkaqua və 1970-ci ildə Denali (dağ) dağlarını təkbaşına fəth etmişdir. O, 1970-ci ildə Everest dağının zirvəsinə Yaponiya bayrağını sancan ilk şəxs olmuşdur. Uemura təkbaşına 53 gün ərzində Yaponiyada 2816 kilometr gəzmiş, 1968-ci ildə 2 ay ərzində Amazon çayı boyunca 6000 kilometr üzmüş və 363 gün ərzində it xizəyi ilə Qrenlandiyadan Alyaskaya 12.000 kilometr səyahət etmişdir. O, sal üzərində Amazon çayı boyunca təkbaşına səyahət edən ilk şəxs olmuşdur.
Nəimi Əmiral
Nəimi Əmiral (ing. John Naimi Amiral) — ABŞ Hərbi Donanmasında xidmət edən Azərbaycan əsilli zabiti, Pentaqonda ABŞ Dəniz Qüvvələrinin baş ofisində şərqi Avropa və NATO Əlaqələri şöbəsinin rəisi. == Həyatı == Nəimi Əmiral Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Nehrəm kəndində anadan olub. Bir övladı var. Nyu-York Dövlət Universitetini iki magistr dərəcəsi – İqtisadiyyat və Siyasi Əlaqələr üzrə bitirib. Azərbaycan, İngilis, Rus və İtalyan dillərini mükəmməl bilir. 2001-ci ildə 11 sentyabr hadisələrindən qısa müddət sonra ABŞ hərbi donanmasında xidmətə başlayıb və daha sonra 2005-ci il avqust ayında ABŞ Dəniz Donanmasının zabit məktəbini bitirdikdən sonra prezident Corc Buşun sərəncamı ilə zabit rütbəsi alıb. Nəimi Əmiral hazırda Amerika Birləşmiş Ştatları Donanmasının Avropa və Afrika qüvvələri baş qərargahında Xarici Əlaqələr Zabiti olaraq xidmətdədir. == Fəaliyyəti == Gənc zabit olan Nəimi Əmiral ilk olaraq İdarəolunan Raket əleyhinə USS ARLEIGH BURKE - (DDG-51) gəmisində diviziya rəhbəri və helikopterlərə nəzarət mütəxəssisi kimi xidmət edib. Gəmi xidmətindən sonra Əmiral İnteqrallaşdırılmış Loqistik Dəstək bölməsinin rəhbər müavini və Dövlət Satın Alma Rəsmisi kimi xidmət edib, Corc Buş aviadaşıyıcısının tikintisi və ABŞ hərbi donanmasının gəmiləri üçün milyon dollarlarla vəsaiti idarə edərək loqistik dəstək göstərib.
Qumral Sadıqzadə
Qumral Sadıqzadə (tam adı: Sadıqzadə Qumral Seyid Hüseyn qızı) (1929-2010) — Seyid Hüseyn Sadiqin qızı. 1929-cu il dekabrın 7-də Bakıda, İçərişəhərdə ziyalı ailəsində anadanolub. 1947-ci ildə Bakı Energetika Texnikumunu, 1953-cü ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakultəsini bitirib. 1960-cı ildən etibarən dövri mətbuatda rus dilindən tərcümələri ilə çıxış edib. == Yaradıcılığı == Yazıçını ədəbi mühitə tanıtdıran ilk əsəri dövrünün görkəmli publisisti, tənqıdçisi, nasiri olan atası Seyid Hüseyndən, Azərbaycanın ilk ziyalı xanımlarından olan anası şairə Ümmügülsümdən, ümumiyyətlə nəslinin tarixindən bəhs olunan iki hissədən ibarət "Son mənzili Xəzər oldu” adlı tarixi-sənədli romandır. Müəllifin 2002-ci ildə çap etdirdiyi "Mənim nakam qardaşım” romanı bu nəslin tarixinin davamıdır. Əsər Seyid Hüseyn – Ümmügülsüm ailəsinin 37-ci il repressiyasından sonrakı dövrünü əhatə edir. 2000-2009-cu illər Qumral Sadıqzadənin həyatında bədii yaradıcılıq baxımından ən məhsuldar dövrdür. Bu illər ərzində dövri mətbuatda ədibin bir-birindən maraqlı povest və hekayələri ("Analar tək qalmasın”,"Uzunçu”, "Deyingən”,"Təranə” və s.) çap olunub. Yazıçının qələmi bu gün də öz itiliyini saxlayır və fəaliyyətini davam etdirir.
Qumral palıd
== Ümumi yayılması: == Qafqazda və Rusiyada (Krım) təbii arealı vardır. == Azərbaycanda yayılması: == Şərqi Böyük Qafqazda – Quba, Qusar, Dəvəçi, İsmayıllı, Qəbələ, Goranboy, Xankəndi, Lənkəran, Lerik rayonlarının meşələrində dəniz səviyyəsindən 500–1000 m yüksəklikdə yayılmışdır. == Statusu: == Azərbaycanın nadir bitkisidir.DD. == Bitdiyi yer: == Orta dağ qurşağında meşələrdə rast gəlinir. == Təbii ehtiyatı: == Təbii arealı çox geniş deyildir. == Bioloji xüsusiyyətləri: == Təbiətdə hündürlüyü 30 m, diametri 60 sm-ə çatan uzunömürlü ağacdır. Qumral palıdı gürcü palıdından fərqləndirən əsas əlamətlərdən başlıcası onun yarpaqlarının alt tərəfində damarların ol-masıdır. Gürcü palıdının yarpaqları isə çılpaq olur. Qumral palıdın yar-paqlarında yan damarlar 5-7 ədəd, gürcü palıdında isə yan damarları bir qədər artıq olur. Qumral palıdın yarpaqları nazik, uzunsov və ensiz, tərs ovalvarı olduğu halda, gürcü palıdının yarpaqları isə tərs oval və ya uzunsov oval, üstdən parıldayan tünd-yaşıl rəngli olmaqla möhkəm dərivarıdır. Bitkinin zoğları boz sıx keçə tüklüdür və sonralar tədricən çıl¬paq-laşır.
Qumral əvəlik
Qumral əvəlik (lat. Rumex crispus) — qırxbuğumkimilər fəsiləsinin əvəlik cinsinə aid bitki növü. Çəmənliklərdə və sahələrin kənarında, çay kənarlarında, su arxları və yolların kənarında alaq otu kimi bitir. == Botaniki təsviri == Hündürlüyü 50-100 sm olan çoxillik ot bikisidir. Gövdəsi bərk, çılpaq və azacıq şırımlıdır. Qalın və lansetvari cod yarpaqları saplaqlı, uzunsov- lansetvari və ya uzunsov-xəttvaridir. Saplaq tərəfi yumru və ya ürəkvari şəkildə daralmış, ucları iti, qıraqları burulmuş-dalğavaridir. Çoxçiçəkli dəstə kimi birləşən çiçəkləri dar uzun süpürgəvarı çiçəkqrupu əmələ gətirir. Meyvələri 2 mm uzunluğunda tünd mixəyi rəngli, parıltılı, iti üçkünc qozcuqlardır. May-iyul aylarında çiçəkləyir və meyvə verir.
Səmural Fətəliyev
Səmural Ayaz oğlu Fətəliyev (13 mart 1997, Əlibəyqışlaq, Quba rayonu – 5 oktyabr 2020, Yuxarı Seyidəhmədli, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələri, Əsgər, İkinci Qarabağ müharibəsin şəhidi. == Həyatı == Səmural Fətəliyev 13 mart 1997-ci ildə Azərbaycan Respublikasının Quba rayonunun Əlibəyqışlaq kəndində anadan olmuşdur. 2003-cü ildə Quba rayonu Əlibəyqışlaq kəndində yerləşən Musa Qonaqov adına tam orta məktəbin 1-ci sinfinə getmişdir. 2012-ci ildə həmin məktəbin 9-cu sinfini bitirmiş və daha sonra Quba şəhəri Azad Məmmədov adina 2 saylı liseyə daxil olub və təhsilini orada davam etdirmişdir. Səmural Fətəliyev kiçik yaşlarından taekvondo idman növü ilə də məşğul olmuşdur. 15-16 avqust 2003-cü ildə Azərbaycan Respublikası Qusar şəhərində keçirilmiş taekvondo üzrə 20 kq çəkidə 3-cü yeri tutmuşdur. Səmural Fətəliyev 2014-cü ildə Azərbaycan Memarlıq və İnşaat Universitetinin Tikinti-İqtisad fakültəsinin "Sənayenin təşkili və idarə edilməsi" ixtisasına daxil olmuş və 2018-ci ildə həmin universiteti bitirmişdir. Səmural Fətəliyev universitetdə oxuduğu müddət ərzində bir çox sahələrdə könüllü kimi iştirak etmiş və nailiyyətlər əldə etmişdir. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi — "1 saylı ASAN xidmət" mərkəzində 20.12.2016-20.02.2017-ci il tarixində könüllü olaraq fəaliyyət göstərmişdir. Daha fəal iştirak etdiyinə görə müsbət xasiyyətnamə və birinci dərəcəli şəhadətnamə ilə təltif edilmişdir.
Çərpələng uçuran
Çərpələng uçuran (ing. The Kite Runner) — əfqan əsilli amerikalı yazıçı Xalid Hüseyninin 2003-cü ildə çapdan çıxmış ilk romanı. == Məzmun == Xalid Hüseyninin bu debüt romanını artıq yeni əsrin baş romanı, müəllifini isə canlı klassik hesab edirlər. “Çərpələng uçuran” bu an yaşanan müstəmləkəçilik sonrası yeni müstəmləkəçilik (neokolonial), qloballaşma, mədəniyyətlərarası müharibə, vətəndaş müharibəsi və miqrasiya kimi mövzulara bədii baxış bucağı gətirir. Bundan əlavə, müəllif xatirələr, aydınlaşdırma, cinsi münasibətlər kimi qavrayışlara da toxunur. Kitab sözün əsl mənasında dostluq, sədaqət, xəyanət, günahlardan təmizlənmə haqqındadır və Xalid Hüseyninin bu incə, canayaxın, ironik və sözün yaxşı mənasında sentimental romanı doymadan və göz çəkə bilmədən baxdıqca baxılan möhtəşəm bir rəsm əsərinə bənzəyir. Müəllif, əsərin adından da göründüyü kimi, Əfqan uşaqlarının çərpələng uçurmaq əyləncəsini yada salır. Bu yarışlardan birində əsərin qəhrəmanlarından biri – Həzara (Xəzər) oğlu Həsənin başına dəhşətli hadisə gəlir, o bu hadisəyə dostu bildiyi Əmirin naminə razı olur, ancaq onu kədərləndirmək haqda düşünmür. Həmin dost isə bu dəhşəti kənardan görür, lakin gizlənib səsini çıxarmır. Bununla da faciə böyüyür, getdikcə davam edir.
Elia Smiral
Elia Devid Smiral (ing. Elia David Cmíral, /ˈsmɪrəl/; 1 oktyabr 1950, Zlin) — Çexiya əsilli ABŞ bəstəkarı. O, film, televiziya, balet və video oyunları üçün musiqi bəstələmişdir. Smiral bir çox janrlarda çoxsaylı layihələr üzərində çalışmışdır. == Erkən həyatı == Elia Devid Smiral 1 oktyabr 1950-ci ildə Çexoslovakiyada, aktrisa və rejissorun ailəsində anadan olmuşdur. O,Antonin Dvorjakın şagirdlərindən birinin nəvəsi olmuşdur. Cmiral Praqa Konservatoriyasında təhsil almış, burada bəstəkarlıq və kontrabas oxumuşdur. O, İsveçə mühacirət etdi, burada bir sıra Avropa filmləri, televiziya şouları və səhnə əsərləri üçün bəstələmişdir. 1987-ci ildə ABŞ-aa köçmüş və burada Cənubi Kaliforniya Universitetində oxumuşdur.
Şmeral Boqumir
Şmeral Boqumir — (25.10.1880, Trşebiç-8.05.1941, Moskva) Çexoslovakiya və beynəlxalq fəhlə və komunist hərəkatı xadimi. Hüquq doktoru (1904). 1897 ildən Çexoslovakiya S.-D. Fəhlə Partiyasının (ÇSDFP) üzvü; 1914-1917 illərdə ÇSDFP-nin sədri olmuşdur. Çex torpaqlarında Oktyabr ümumi siyasi tətilinin (1918) təşkilatçılarından biri idi. 1920 ildə Sovet Rusiyasında olmuş, V.İ.Leninlə görüşmüşdür. “Sovet Rusiyası haqqında həqiqət” kitabında (1920, Praqa) Böyük Oktyabr sosialist inqilabının beynəlxalq əhəmiyyətini göstərmişdir. Ş. Çexoslovakiya Kommunist Partiyasının (ÇKP;1921) bani və rəhbərlərindəndir. 1920-1929 illərdə Milli məclisin deputatı, 1935-1938 illərdə senator olmuşdur. 1922-1935 illərdə Kominternin İçraiyyə Komitəsinin və onun Rəyasət Heyətinin, 1935 ildən isə Kominternin Beynəlmiləl Nəzarət Komissiyasının üzvü idi. 1938 ildə ÇKP MK-nın qərarı ilə ÇKP-nin rəhbər mərkəzində işləmişdir.
Qumral Abdal
Ərtoğrul Qazi və Osman Qazinin yoldaşlarından və Şeyx Ədəbalının mürüdlərindən biri olmuşdur. Təvarix-i Ali Osman (Aşıkpaşazade) əsərində əsl adının Durut və ya Turqut olduğu bildirilir. Bozüyükün mənəvi yaradıcılarından biridir.
Triticum murale
Hordeum murinum (lat. Hordeum murinum) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin qırtıckimilər fəsiləsinin arpa cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Critesion murinum (L.) Á.Löve Hordeum leporinum var. murinum (L.) Lojac. Triticum murale Salisb. Zeocriton murinum (L.) P.Beauv. == Yarımnövləri == Hordeum murinum subsp. glaucum (Steud.) Tzvelev Hordeum murinum subsp. leporinum (Link) Arcang. Hordeum murinum subsp.
Ural
Ural — Fin və ya qədim Türk dilində "aydın gecə" mənasını ifadə edir. Ural dağları — Ukrayna, Rusiya, Qazaxıstan və Qırğızıstanın ərazisində olan dağ silsiləsi. Ural çayı — Şərqi Avropada çay. Rusiya və Qazaxıstandan keçib Xəzər dənizinə tökülür. Ural Federal Dairəsi — Rusiya Federasiyası federal dairələrindən biri. Ural dilləri — fin-uqor və samodi dillərini birlşdirən dil ailəsi. Ural nefti — Ural Avtomobil Zavodu — URAL nəqliyyat markası — Rusiyada maşın. Ural (Krasnodar vilayəti) — FC Ural — Sverdlovski vilayətində futbol klubu.
Alva Mürdal
Alva Myurdal (31 yanvar 1902[…], Uppsala[d][…] – 1 fevral 1986[…], Danderyud[d], Stokholm leni[d]) — İsveçli diplomat, nazir və siyasətçi. 1982-ci ildə meksikalı Alfonso Qarsiya Robleslə birlikdə Nobel sülh mükafatına layiq görülmüşdür. == Həyatı == 1949–1950-ci illərdə BMT-də Sosial Rifah Şöbəsinin rəhbəri olmuşdur. 1951-ci ildə UNESCO Sosial Elmlər Şöbəsinin rəhbərliyinə təyin olundu. 1955-1961-ci illərdə Hindistan, Myanmar və Seylonda əvvəlcə konsul, daha sonra isə səfirlik etdi. 1961-ci ildə İsveç xarici işlər nazirinə silahsızlandırma məsələsində məsləhətçi oldu. Növbəti ildə İsveç Sosial-Demokrat Fəhlə Partiyasından parlamentə millət vəkili seçildi və Cenevrə Silahsızlandırma Konfransında İsveç heyətində rəhbərlik etdi. 1966-cı ildə silahsızlandırma və kilsə məsələlərindən məsul dövlət naziri oldu və 1973-cü ilə kimi bu vəzifəsində qaldı. Silahsızlandırma mövzusunda bir sıra yazılar yazan Alva Myurdal 1982-ci ildə Nobel sülh mükafatına layiq görüldü. Bundan başqa həyat yoldaşı olan məşhur iqtisadçı Qunnar Myurdalla birlikdə 1970-ci ildə Qərbi Almaniya Sülh mükafatına layiq görülmüşdür.