Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
The Common Linnets
The Common Linnets Niderlandı "Calm After The Storm" mahnısı ilə 2014 Avroviziya Mahnı Müsabiqəsində iki ifaçı (İlze DeLanj və Ueylon) və müşayiət edən digər musiqiçilərlə təmsil edən Niderland rok-qrupu. Avroviziya 2014-də yalnız avstriyalı Konçita Vurstdan geri qalaraq, “Calm After The Storm” adlı duet mahnısı ilə ikinci yerə (238 xalla) sahiblənmişdirlər. DeLanj və Ueylon dueti planlaşdırmadan əvvəl də tanış idilər. Hər ikisi də əslən Şərqi Niderlanddandır. Bu ərazinin əhalisini ədətən “heikneuters” adlandırırlar, bu da dat dilindən tərcümədə “kətanquşu” mənasını verir, ingiliscə isə “common linnet” deməkdir. Qrupu belə adlandıran dizayner Rens Dekkerdir, hansı ki sinqlın və qrupun debüt albomunun ərsəyə gəlməsində səy göstərib.