Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Ayna Ulmane
Ayna Ulmane (latış. Aina Ulmane‎: d. 20 sentyabr 1939) -İqtisadçı, dövlət məmuru, Latviyanın 1-ci Birinci xanımı (1993–1999). == Həyatı == Ayna Ulmane 1939-cu il sentyabrın 20-də Valmier rayonunda anadan olub. == Ailəsi == Ayna Ulmanis 1993–1999-cu illərdə Latviya Prezidenti olan Quntis Ulmanis ilə ailəlidir, Alvis adında oğul, Qunta adında isə qız övladı var.
Unimak adası
Unimak (ing. Unimak Island) — Aleut adaları qrupuna daxil olan ən şərqdə yerləşən və ən iri adasıdır. Adanın sahəsi 4069,9 km² təşkil edir. Üstəlik ABŞ-yə məxsus olan 9-cu, dünyada isə 132-cidir. Adada altı vulkan vardır. Üstəlik adada dünyanın ilk onluğuna daxil olan vulkandan biri burada yerləşir — Şişaldin vulkanı (aleutca adı — Xaqinak). İnzibati cəhətdən Amerikanın Alyaska ştatı ərazisinə daxildir. Əhalisi cəmi 64 (2000) nəfər təşkil edir. Yeganə yaşayış məntəqəsi Fels-Pass qəsəbəsidir. 1903-ci ildə adada mayak inşa edilmişdir.
Unimak boğazı
Unimak boğazı - Berinq dənizində yerləşir, Kreniçin və Unimak adalarını ayırır. Boğaz Aleut, Komandor adaları hövzəsinin şərqində yerləşir. Boğazın eni 19,6 km, dərinliyi isə 72 m təşkil edir. Ərazisi 1,18 km² təşkil edir. Boğazın suyunun temperaturu 3,5 °C-dən aşağı düşmür. Suyun duzluluğu isə 32‰ təşkil edir.
Make
Make - faylların bir formadan başqa bir formaya çevrilməsi prosesini avtomatlaşdıran utilit. Çox zaman bu, ilkin kodun (SOURCE CODE) obyekt fayllarına (OBJECT CODE) kompilyasiyası və onların sonradan icra fayllarında, yaxud kitabxanalarda yığılması olur. Bu utilit faylların bir-birindən asılılığının və onların ödənilməsi qaydalarının göstərildiyi xüsusi make-fayllarından istifadə edir. Hər bir fayldakı son dəyişiklik haqqında informasiya əsasında make zəruri olan proqramları müəyyənləşdirir və başladır. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
DJ Snake
Uilyam Qreqeçin və ya DJ Snake – fransız DJ, hip-hop və elektronik musiqi yaradıcısı. DJ Snake, Qremmi mükafatı almış produserdir ki, onun debüt sinqlı "Turn Down for What"dır.
Umnak adası
Umnak (aleut. Unmax, Umnax, ing. Umnak Island) — Aleut adaları qrupuna, Tülkü adalarına daxil olan ada. Unalaşka adası adasından Umnak boğazından ayrılır. Sahəsi 1776,77 km²-dir. Adada 39 nəfər yaşayır (2000). Əhali Nikolski kəndində yaşayır. Adada Reçeşnı (1984 m), Okmok (1253 m) və Visevidovo (2149 m) Sonuncusu son 200 il idi ki, yatmışdı. 9 mart 1957-ci ildə Andreyanov adalarında baş vermiş zəlzələdən sonra aktivləşir. 1758-cu ildə Stepan Qlotov «Müqəddəs İulian» botunda adaya çatır.
Umak adası
Umak adası (ing. Umak Island, aleut. Uhmax̂) — Aleut adaları qrupuna, Andreyanov adalarına daxil olan ada. İnzibati baxımından Alyaska ştatı, Qərbi Aleut adaları rayonuna daxildir. Kiçik tanaqa adasından şimal-şərqdə yerləşir. 11,7 metr uzunluğa, 7,8 km enə malikdir. İlk dəfə 1852-ci ildə Mixail Tebenkov tərəfindən xəritəyə salınmışdır.
The Way You Make Me Feel
The Way You Make Me Feel — Maykl Ceksonun "Bad" albomundakı mahnılardan biri.
Ümamə binti Zeynəb
Ümamə binti Əbu əs bint əl-Rabi (ərəb. أمامة بنت ابو العاص بن الربيع‎) İslam peyğəmbəri Məhəmməd və Xədicə binti Xüveylidin nəvəsi. O da səhabələrdən sayılır. O, Məhəmmədin ən böyük qızı Zeynəbin və Əbu əl-Əs ibn al-Rabinin qızı idi. Ölüm yatağında olan xalası Fatimə övladları Həsənə, Ümmü Gülsümə, Zeynəbə və xüsusilə Hüseynə çox sıx bağlı olduğu və sevdiyi üçün Ümaməyə həyat yoldaşı Əliyə ərə getməyi təklif etdi. Onun bir qardaşı Əli ibn Zeynəb idi. Xalaları arasında Peyğəmbərin qızları Ruqəyyə bint Məhəmməd və Ümmü Gülsüm bint Məhəmməd də var. Uşaq olanda Məhəmməd ibadət edərkən onu çiynində daşıyırdı. O, səcdəyə gedir və sonra qalxdıqda onu yenidən götürürdü. Məhəmməd bir dəfə kimi çox sevirsə ona aqat boyunbağı verməyi vəd etdi.
Əbu Umamə əl-Bəhili
Əbu Umamə əl-Bəhili (620-ci illər, Ərəbistan yarımadası – 705, Homs, ərəb. أبو أمامة الباهلي‎) — Məhəmməd peyğəmbərin səhabələrindən biri. Gənc olmasına baxmayaraq, onun çağırışına cavab verən və İslamı qəbul edən qəbilə yoldaşlarının hörmətindən zövq alırdı. Bəzi məlumatlara görə o, Xudeybiyyədə bir ağacın altında beyyət etmişdir. Misirdə yaşamışdır. Siffeyn döyüşündə xəlifə Əli ibn Əbu Talibin tərəfində olmuşdur. Sonra Suriyada (Homs) məskunlaşır. O, Məhəmməd peyğəmbərin, Ömər ibn Xəttabın, Osman ibn Əffanın, Əli ibn Əbu Talibin, Muaz ibn Cəbəlin, Əbu Übeydə ibn Cərrahın və başqalarından çoxlu hədislər söyləmişdir. Onun Şəddad, Əbu Əmmar, əl-Qasim ibn Abdu-r-Rəhman və başqalarından rəvayət etdiyi 250-yə yaxın hədisləri Əl-Buxari və Müslümdən “Səhih” hədislər siyahısına daxil olmuşdur. 705-ci ildə vəfat etmişdir.