Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Vənlik
Vənlik — Azərbaycan Respublikasının Cəlilabad rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Gözbulağın cənub-şərqində olan Vənlik kəndi XIX əsrin ikinci yarısında salınmışdır. Əhalinin əsas məşğuliyyəti maldarlıqdır. Ağacan bəy Şirinbəy oğlu adlı bir şəxs tərəfindən salınmış bu kəndin əhalisi demək olar ki, bir ailənin övladlarından əmələ gəlmişdir. 1907-ci ildə vəfat etmiş Ağacan bəy öz vəsiyyətinə görə bu kəndin mərkəzində yerləşən doğma mülkünün həyətində dəfn olunmuşdur. Ailənin digər üzvlərinin məzarları isə Pirhəsən və Ağdaş qəbristanlığındadır. == Toponimikası == Vənlik oyk., düz. Cəlilabad r-nunun Ağdaş i.ə.v.-də kənd. Fətullaqışlaq çayının sahilində, Burovar silsiləsinin ətəyindədir. Yaşayış məntəqəsi vən (göyrüş) sözündən və -lik şək.-sindən ibarət olub, “vən ağacı bitən yer, göyrüşlük” mənasındadır.
Sultan Mahmud Qəznəli
Sultan Mahmud Qəznəvi (971–1030) — Qəznəvilər dövlətinin ən qüdrətli hökmdarı. Hakimiyyət illəri:(99)-1030) == Atasının dövründə == 2 oktyabr 971-ci ildə, Səbuk Təkinin və Zabulistanlı bir türk əsilzadənin oğlu olaraq doğulmuşdu. 994-cü ildə Samanilər dövlətinə xidmət edən Mahmud II Nuh tərəfindən Xorasan hakimliyini almışdı. == Hakimiyyəti == Qardaşı İsmail Qəznəvini digər qardaşı Nurəddin və əmisi Buğracoq ilə birlikdə devirərək hakimiyyətə gəldi. Tarixdə ilk dəfə «sultan» titulu Mahmuda verilmişdir. Samanilər dövləti 999-cu ildə dağıldı, onun ərazisi Qəznəvi və Qaraxanlı dövlətləri arasında bölüşdürüldü. Nəticədə keçmiş Samani torpaqları olan Xorasan, Xarəzm, Sistan və indiki Əfqanıstan Qəznəvi dövlətinə qatıldı. Mahmud Qəznəvi 1001-1026-cı illərdə 17 dəfə Hindistana hücum etmişdi. Onun şimal və şimal-şərq torpaqlarını, yəni Kəşmir, Pəncab, Qucarat vilayətlərini Qəznəvi dövlətinə qatmış, Hindistandan çoxlu qənimət əldə etmişdi. Mahmud hakimiyyətini qərbi İranda yaymaq məqsədilə 1029-cu ildə Rey, Həmədan və İsfahan əyalətlərini, az sonra Gur əyalətini tutdu.
Vejnəli
Vejnəli və ya Vecnəli — Azərbaycan Respublikasının Zəngilan rayonunun Vejnəli kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Vejnəli kəndi dağətəyi ərazidədir. Bu oykonim inqilabdan əvvəlki ədəbiyyatda Vejner kimi qeyd olunmuşdur. Puşanlı tayfasına məxsus həmin qışlaqda vejnali tirəsi məskunlaşdıqdan sonra kənd həmin tirənin adi ilə adlanmışdır.1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. İşğal dövründə bu ərazidə kimyəvi terrorizm üzrə qruplar fəaliyyət göstərirdi. Həmçinin Ermənistan kənd ərazisində yerləşən qızıl yataqlarını bu illər ərzində qeyri-qanuni istismar etmişdir.30 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == İqtisadiyyatı == Kəndin yaxınlığında Vejnəli qızıl yatağı yerləşir. 1993–2020-ci illər arasında kənd Ermənistan işğalı altında olarkən qızıl yatağı xarici vətəndaşlar tərəfindən, o cümlədən erməni əsilli xarici vətəndaşlar tərəfindən qanunsuz istismar edilmişdi. Azərbaycan dövləti vurulmuş ziyanın təzminatını almaq üçün işlər görür.
Vejnəli qızıl yatağı
Vejnəli qızıl yatağı — Zəngilan rayonunun Vejnəli kənd inzibati ərazisində yerləşən qızıl yataği. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. İşğal dövründə bu ərazidə kimyəvi terrorizm üzrə qruplar fəaliyyət göstərirdi. Həmçinin Ermənistan kənd ərazisində yerləşən qızıl yataqlarını bu illər ərzində qeyri-qanuni istismar etmişdir. 30 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.Vejnəli qızıl yatağında səhmi olab şirkətlərdən biri Anglo Asian Mining PLC dir.