Vejnəli

Vejnəli və ya VecnəliAzərbaycan Respublikasının Zəngilan rayonunun Vejnəli kənd inzibati ərazi dairəsində kənd.[1]

Vejnəli
38°55′49″ şm. e. 46°33′01″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Rayon Zəngilan rayonu
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 980 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 0 nəf.
Xəritəni göstər/gizlə
Vejnəli xəritədə
Vejnəli
Vejnəli

Vejnəli kəndi dağətəyi ərazidədir. Bu oykonim inqilabdan əvvəlki ədəbiyyatda Vejner kimi qeyd olunmuşdur. Puşanlı tayfasına məxsus həmin qışlaqda vejnali tirəsi məskunlaşdıqdan sonra kənd həmin tirənin adi ilə adlanmışdır.[2]

1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. İşğal dövründə bu ərazidə kimyəvi terrorizm üzrə qruplar fəaliyyət göstərirdi.[3][4] Həmçinin Ermənistan kənd ərazisində yerləşən qızıl yataqlarını bu illər ərzində qeyri-qanuni istismar etmişdir.[5]

30 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.[6]

İqtisadiyyatı

[redaktə | mənbəni redaktə et]

Kəndin yaxınlığında Vejnəli qızıl yatağı yerləşir. 1993–2020-ci illər arasında kənd Ermənistan işğalı altında olarkən qızıl yatağı xarici vətəndaşlar tərəfindən, o cümlədən erməni əsilli xarici vətəndaşlar tərəfindən qanunsuz istismar edilmişdi. Azərbaycan dövləti vurulmuş ziyanın təzminatını almaq üçün işlər görür.[7]

  1. Əli bəy Azəri yazıçı,
  1. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı" (PDF) (az.). stat.gov.az. 2019. 2020-04-16 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-04-16.
  2. Vejnəli // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. II cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-156-0.
  3. Azərbaycan tarixi. Yeddi cilddə. VII cild (1941–2002-ci illər). Bakı. "Elm". 2008. səh. 269. Arxivləşdirilib 2022-06-26 at the Wayback Machine  (az.)
  4. "Azərbaycan" qəzeti, 15 yanvar 2003-cü il.  (az.)
  5. CBC TV. "Ermənistan Vecnəli qızıl yatağını istismar edib" (az.). Youtube.com. 30.10.2020. İstifadə tarixi: 2020-10-30.
  6. "Bu kəndlər də işğaldan azad edildi!". qafqazinfo.az (az.). 30 oktyabr 2020. 2020-11-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 oktyabr 2020.
  7. Sarıyeva, İradə. "Vejnəli qızıl yatağımızı on illərlə talan etmiş hər bir əcnəbi erməninin adı məlumdur - Baş Prokurorluğumuz nə edəcək..." Baki-Xeber.com (az.). 5 may 2022. 30 October 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 oktyabr 2022.