Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Balililər
Balililər — İndoneziyada Avstroneziya xalqı. Bali, Nusapenida və Lombok adalarının əsas əhalisi. Sayları 4,2 mln. nəfərdir. 7 min nəfər Sulavesinin cənubunda yaşayır. Avstroneziya dillərinin Bali-sasak qrupuna daxil olan Bali dilində danışırlar. İndiki yazı sistemi latın qrafikası əsasındadır. Dindarları əsasən, hinduistdir. == Tarix == Eramızın 1-ci minilliyinin sonunda Balidə ilk dövlətlər meydana gəlmişdir. Bali hind-Yava mədəniyyətinin təsiri altına düşmüş, 1343-cü ildə Macapahit imperiyasına qatılmışlar; onun süqutundan sonra Bali İndoneziyada hinduizmin əsas dayağı olaraq qalmışdır.
Baltilər
Baltilər - Şimali Hindistanda və Pakistanda xalq. Baltistanda (Şayok və Şiqar çaylarının Hind çayı ilə qovuşduğu rayon) Ladakxda (Hindistanda Camma və Kəşmirdə) məskunlaşmışlar. Onlar həmçinin Pakistanın Lahor, Karaçi və İslamabad kimi iri şəhərlərində də yaşayırlar. Baltilərin sayı 300 min nəfərə yaxındır. Baltilər tibet dilləri qrupuna aid olan balti dilində danışırlar. Onlar islam dininin şiə məzhəbinə etiqad edirlər, aralarında buddistlər də vardır. Dillərinə və fiziki xüsusiyyətlərinə görə baltilər tibetlilərlə qohumdurlar, lakin eyni zamanda iqtisadi və mədəni əlaqələrinə görə Şimali Hindistan xalqları ilə sıx əlaqələrə malikdirlər. Baltilərin əsas məşğuliyyəti əkinçilik, bağçılıq və köçəri maldarlıqdır.
Varlılar da ağlayır (teleserial, 1979)
Varlılar da ağlayır (isp. Los Ricos También Lloran) — Meksikada 1979-cu ildə istehsal olunmuş telenovella. == Məzmunu == Marianna Vilyareal atasını itirəndən sonra, ögey anası onu evdən qovur. Böyük bir sərvətin varisi olduğundan xəbərsiz olan bu biçarə qız səadəti üçün paytaxta gəlir. Sadəlövh Mariannanın başına min cür müsibətlər gəlir. Bütün Latın Amerikan seriallarında olduğu kimi, bu dəfə də baş qadın qəhrəmanı kişilər aralarında bölə bilmirlər. == Təsiri == "Marianna" serialı dünya miqyasında da serial sektorunun inkişafında bir trampilin rolunu oynadı. Hazırda serial bazarında özünəməxsus yer tutan Türkiyədə də o vaxtlar bu serial geniş izlənilirdi, hətta bir neçə faciəyə belə səbəb olmuşdu. Bu barədə Orxan Pamuk "Qar" romanında yazıb: Qarsda dindar qızlar baş örtüsü geyindiklərinə görə universitetə buraxılmırlar. Artıq qızlardan bəziləri intihar etmişdir.