have1
n pl the ~s and the have-nots varlılar və kasıblar (xalq, ölkə haq.)
have2
v I 1. malik / var olmaq; The door has no key to it Bu qapıya düşən açar yoxdur; Have you time to come with me? Mənimlə getməyə vaxtın / vaxtınız varmı?; Do you have time for reading? Sənin / Sizin oxumağa vaxtın / vaxtınız varmı?; 2. almaq, tutmaq, eşitmək, əldə etmək; They had no news of him Onlar onun haqqında heç nə eşitməyiblər; Let me have his order as soon as possible Onun sifarişini mümkün qədər tez mənə göndər / göndərin; to ~ one’s wish istədiyini almaq / əldə etmək; You may have it for five pounds Sən / Siz bunu beş funta ala bilərsən / bilərsiniz, 3. baş vermək, vaqe olmaq, əmələ gəlmək; We had an earthquake last month Keçən ay bizdə zəlzələ oldu / baş verdi; 4. bilmək, bacarmaq, əlindən gəlmək; He has small Latin and less Greek O, latın dilini pis, yunan dilini isə ondan da pis bilir; 3. d.d. başa düşmək, anlamaq; Now I have your idea İndi sənin / Sizin fikrini / fikrinizi başa düşürəm, İndi fikrin /fikriniz mənə çatır; You have me? Məni başa düşdün? / düşdünüz?; 6. qalib / üstün gəlmək, məğlub etmək; He had you in the first round Birinci raundda o səni / sizi məğlub etdi; 7. vaxt keçirmək; He wants to have a pleasant evening O, axşamı xoş keçirmək istəyir; 8. qida qəbul etmək, yemək, içmək; I have dinner at three Mən saat üçdə nahar edirəm; What will you have? Nə yeyəcəksən? / içəcəksən?; Let me have some more meat Mənə bir az da ət ver / verin; 9. başına gəlmək, çəkmək, görmək, dözmək, qatlaşmaq; They had quite an adventure Onların başına əsl macəra gəldi; She has a lot of trouble Onun başı bəlalar çəkir, Onun başı qovğadadır; 10. hiss etmək, ağrımaq, xəstəlik keçirmək; He has measles O qızılca çıxarıb / tutub; He had a bad cold in the head O, ağır zökəm keçirdi; 11. göstərmək (qayğı, rəhm, mərhəmət və s.); to ~ pity for smb. bir kəsə yazığı / rəhmi gəlmək; He has patience with children O, uşaqlarla səbrlə davranır; Have no doubt Şübhə etmiyə bilərsən / bilərsiniz; 12. nəticələnmək; təsir etmək / göstərmək; This policy had the desired effect Bu siyasət arzu olunan nəticəni verdi; 13. doğmaq, balalamaq; dünyaya övlad gətirmək; She is going to have a baby Onun uşağı olacaq; 14. arvad almaq; ərə getmək; And now the man won’t have her İndi də kişi onunla evlənmək istəmir; 15. bir kəsi qonaq kimi qəbul etmək, bir kəsi dəvət etmək / çağırmaq (evə); to ~ smb. in to dinner bir kəsi evinə nahara dəvət etmək; I had the doctor in Mən həkimi evə çağırdım / dəvət etdim; to ~ a swim / a walk / a wash / a dance / a smoke bir az üzmək / gəzmək / yuyunmaq / rəqs etmək / papiros çəkmək; to ~ a look nəzər salmaq / yetirmək; to ~ smb. (to) do / doing smth. bir kəsi bir şeyi etməyə məcbur etmək; I will have him come Mən onu gəlməyə məcbur edəcəyəm; He had his hair cut O, saçını / başını qırxdırdı; We had our photos taken Biz şəklimizi çəkdirdik; I had my money stolen Pulumu oğurladılar; He had his leg broken O, qıçını sındırdı; to ~ to do with smb. /smth. bir kəsə / şeyə dəxli olmaq, aid olmaq; This has nothing to do with you Bunun sənə / sizə heç bir dəxli / aidiyyəti yoxdur; to ~ smth. about / on üstündə / yanında bir şey olmaq; He hadn’t any money about / on him Onun üstündə / yanında pulu yox idi; to ~ rather daha yaxşı / üstün olmaq; I had rather do it myself Bunu mən özüm etsəydim, daha yaxşı olardı; one won’t/ can’t ~ smth. / smth. done yol / imkan verməmək, dözməmək; I won't have such conduct Mən bu cür rəftara dözmərəm; one won’t / can’t ~ smb. do / doing smth. bir kəsə bir şeyi etməyə imkan verməmək / dözməmək; I won't have you say / saying such things Mən sənə /sizə imkan vermərəm ki, belə sözlər danışasan / danışasınız; to ~ it out (with smb.) (bir kəslə) hər hansı bir məsələni aydınlaşdırmaq / müəyyənləşdirmək; He decided suddenly to call upon... Miss Barlow and have the matter out with her O, birdən qərara aldı ki, xanım Barloya baş çəksin və məsələni onunla aydınlaşdırsın
v II modal fel kimi: zərurilik, lazımlılıq, labüdlük, vaciblik bildirir: He has (got) to help us O bizə kömək etməlidir; You will have to wait a moment Sən / Siz bir an gözləməli olacaqsan / olacaqsınız;
◊ to ~ in mind düşünmək, fikrində tutmaq; nəzərə almaq; niyyətində olmaq; to ~ it off / away with smb. bir kəslə cinsi əlaqəyə girmək / əlaqədə olmaq; to ~ the law on smb. bir kəsi məhkəməyə vermək; to ~ a go / a shy / a shot / a bash / a stab at cəhd etmək, gücünü sınamaq; to ~ it qalib gəlmək; to ~ at smb. bir kəsin üstünə cummaq / şığımaq / atılmaq; Let us have at him Gəlin onun üstünə cumaq