Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Anilin
Anilin (aminobenzol, fenilamin) – C6H5NH2 formulasına malik olan üzvi birləşmədir, sadə aromatik amindir. == Ümumi məlumat == Rəngsiz, yağa bənzər maye olub xarakterik iyə malikdir. Suda yaxşı həll olmur, üzvi həlledicilərdə yaxşı həll olur. Havada tez oksidləşərək tünd qırmızı rəng alır. Zəhərlidir. “ Anilin “ sözü tərkibi “ İndigofera anil “ adlı bitkidən götürülüb (bitkinin müasir beynəlxalq adı “ İndigofera suffruticosa “-dır). == Tarixi == Anilin ilk dəfə 1826-cı ildə alman kimyaçısı Otto Unferdorben tərəfindən indiqo ilə əhəngin qovulmasından alınmışdır ki, o da ona “ kristalin “ adını vermişdir. 1834-cü ildə Fridlib Ferdinand Runge daş kömür qətranında anilini kəşf edib və “ kianol “ adlandırıb. 1840-cı ildə Yuliy Fritsşe indiqo ilə KOH məhlulunu qızdırmaqla anilin almışdır və “ anilin “ adlandırmışdır. 1841-ci ildə Nikilay Zinin nitrobenzolu (NH4)2S təsirində reduksiya etməklə anilin almışdır və onu “ benzidam “ adlandırmışdır.
Danidin
Danidin(ing. Dunedin,mao. Ōtepoti)– Yeni Zelandiyada, Cənub Adasının cənub-şərqində yerləşən şəhər,həmçinin Otaqo regionunun inzibati mərkəzidir. Şəhər 1848-ci ildə Şotlandiya azad kilsə icması tərəfindən salınmış,Edinburq şəhərinin (gel dilində – Dan Edinn,Dùn Èideann) şərəfinə adlandırılmışdır. Danidin, ölkənin dörd əsas mərkəzlərindən biri sayılır, baxmayaraq ki, əhali baxımından yalnız yeddincidir. == Tarix == Arxeoloji araşdırmalara əsasən, günümüzün Danidin ərazisində yaranan ilk insan qrupları burada 13-14-cü əsrin sonlarında sağ qalan moa axtarışında olan maorilər idi.Nəhəng quşların tükənməsindən sonra, maorilər, oturma həyatı yaşamış, balıqçılıq, ovçuluq və toplama ilə məşğul olmuşdur.İngilis dənizçilərin məlumatlarına görə, 19-cu əsrin əvvəllərində yerli əhali bu cənub adasında ən böyük idi. Otago Körfezi sahilində ilk ağ kişi, 25 Fevral - 5 Mart 1770-ci il tarixləri arasında buranı kəşf etmiş Ceyms Kuk idi.Gəminin jurnalında, Kuk yaxınlığında bir çox pinqvin və dəniz pişiklərini müşahidə etdiyinə diqqət çəkirdi.Axtarışa gəlmiş avropalı dənizçiləri və körfəzin sahillərində yaşayan aboriqenlər arasında tədricən qızışan münaqişələr, nəticədə 1810-1823-cü illərin "Pişik Müharibəsinə" (ing.Sealers' War) gətirib çıxardı.Mübahisələrin mövzusunun ortadan qalxmasından - pişiklərin məhv edilməsindən- sonra müharibə sona çatdı. 1815-ci ildə Vilyam Taker (İng. William Tucker) tərəfindən idarə olunan ingilis köçkünlərinin kiçik bir qrupu sahildə bir kənd qurdu.Əvvəlcə maorilərlə əlaqələri xeyirxah idi, Tucker hətta evinə yerləşən maori qızı ilə evləndi.Ancaq 1817-ci ilin dekabrında qonşu komandirlərdən biri əsgərləri ilə kəndə gəldi və kolonistlərdən xərac tələb etdi.Sakinlər onlara lideri məmnun edən əmlakı verdi və düşündükləri kimi təhlükə keçdi.Ancaq növbəti gün qəflətən sakinlərə hücum edildi.Yalnız bir qaçmaq və limanda ingilis gəmisinə çıxmağı bacardı.Taker da daxil olmaqla bütün qalanlar öldürüldü və yeyildilər. Maori Salnamələri hücumun səbəbi olaraq liderin hədiyyələrdən narazılığını göstərir.
Manilik
Manixeizm və ya Manilik ( bəzən Maniçilik də adlanır) — qnostik dini təlim olub, Mani (216-277) tərəfindən qurulmuşdur. III əsrdə Babildə ortaya çıxmış olan bu təlim bütün dünyada və xüsusilə Şimali Afrikada yayılmışdır. Xristianlıq başda olmaq üzrə; Məzdəkilik, Buddizm və Mesopotamiya dinlərindən bir çox ünsürləri içinə aldığından eyni zamanda sinkretik bir xüsusiyyət daşımaqdadır. Mani, dinini yaymaq üçün biri fars digər altısı süryani dilində olmaq üzərə yeddi kitab və yetmiş risalə yazmış, ayrıca Hindistan başda olmaq üzərə bir çox ölkəyə səyahətlər etmişdir. Manilik ən parlaq dövrünü 8-ci əsrdə Uyğur dövlətinin milli dini olaraq elan edilməsi ilə yaşamışdır. Mani sözü qədim Türk dilində "Mengü" və Çağatay türkcəsində "Tanrı" deməkdir. Manixeist Uyğurlar, ölümdən sonra ruhun bir başqa bədəndə həyatına davam etdiyini ("re-enkarnasiya" və ya "yenidən təcəssüm") qəbul edirdilər. Maniçilik əslində Zərdüşt dualizmi, Babil folkloru, Buddist əxlaq prinsipləri və xristian ünsürlərin qarışığından ibarətdir. Bu tərkibdə öndə gələn anlayış iki əzəli qanunun, yaxşı və pisin münaqişəsidir. Bu baxımdan din tarixi araşdırmaları, Maniçiliyi bir növ dini dualizm (ikiçilik) olaraq qeyd etmişdirlər.
Sanidin
Sanidin — mineral, kalium çöl şpatının (K, Na) [AlSi3O8] monoklinik modifikasiyası. Sanidin tərkibində kalium komponentinin miqdarı 38–100 mol % arasında dəyişir, lakin təbii sanidin bu miqdar adətən 67%-dən çox olur. CaO miqdarı 1,5%-ə qədər, qalan komponentlərin (Va, Fe3+, Rb, Mg, Li, Ti) miqdarı 1%-dən azdır. Şüşəli, şəffaflıq ikiləşmə çox vaxt karlsbad qanunu üzrə, bəzən baven və manebax qanunları üzrə. Pertit cücərtiləri olmur; −2V=15–500. Turş tərkibli effuzivlərdə, bəzən isə hipabissal süxurlarda. Cavan kaynozoy süxurların izotop yaşını (kalium-arqon üsulu), qədim süxurların yaşını (rubidium-stronsium üsulu) təyinində istifadə edilir. Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006, 679 səh.
Vazelin
Vazelin – neft emalı məhsulu; Bəzi bərk karbohidrogenlərin və ya onların qarışığının sürtkü yağlarında həll edib sulfat turşusu gillə təmizləməklə alınan məlhəməbənzər bircinsli kütlədir.
Abilin
Abilin — ABŞ-nin Kanzas ştatında şəhər. Abilin — ABŞ-nin Texas ştatında şəhər. Abilin gölü — ABŞ-nin Texas ştatında su anbarı. Abilin — ABŞ-də "Internet2" qeyri-kommersiya konsorsiumu tərəfindən yaradılmış eksperimental yüksək sürətli kompüter şəbəkəsi.
Vasili
Vasili — Rus kişi adı. Vasili Stalin Vasili Bartold — şərqşünas, türkoloq, tarixçi, akademik.
Vanil
Vanil- bir ədviyyə və dadvericidir.Səhləbkimilər fəsiləsinin Vanil cinsindən olan bitkidən əldə edilir.
Aleksandr Vasilkin
Aleksandr Andreyeviç Vasilkin (rus. Александр Андреевич Василькин; 17 iyun 1997-ci ildə anadan olub) — Rusiyanı təmsil edən kişi badmintonçu.
Aqios Vasilis
Şaxta baba (rus. Дед Мороз və ya Дедушка Мороз; belar. Дзед Мароз; ukr. Дід Мороз; serb. Деда мраз; bolq. Дядо мраз; sloven. Dedek Mraz; mak. Дедо мраз; xorv. Djed Mraz ) — Yeni il bayramının əsas nağıl personajı.
Vanilla domestica
Adi süsən (lat. Iris domestica) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin süsənkimilər fəsiləsinin süsən cinsinə aid bitki növü. Himalaydan Yaponiya və Filippinə qədər ərazilərdə yayılmışdır. Belamcanda chinensis (L.) DC. Belamcanda chinensis var. curtata Makino Belamcanda chinensis f. flava Makino Belamcanda chinensis var. taiwanensis S.S.Ying Belamcanda chinensis f. vulgaris Makino Belamcanda flabellata Grey Belamcanda pampaninii H.Lév. Belamcanda punctata Moench Bermudiana guttata Stokes Epidendrum domesticum L. Ferraria crocea Salisb. Gemmingia chinensis (L.) Kuntze Gemmingia chinensis f.
Vanqlis Platellas
Vangelis Platellas (14 aprel 1988 və ya 1 dekabr 1988, Afina) — Neftçi PFK-da çıxış edən Yunanıstan futbolçusu.
Vaqifin məqbərəsi
Molla Pənah Vaqifin muzey-məqbərə kompleksi və ya Vaqif türbəsi — 1982-ci il yanvarın 14-də ulu öndər Heydər Əliyevin bilavasitə təşəbbüsü və iştirakı ilə Azərbaycanın qədim mədəniyyət mərkəzi Şuşa şəhərində şair Molla Pənah Vaqifin məzarı üzərində ucaldılmış əzəmətli məqbərənin açılışı olmuşdur. 1967-ci ildə Şuşada olarkən Heydər Əliyev Vaqifin məzarını ziyarət etmək istəmiş, lakin məzarı tapa bilməmişdir. Onun göstərişi ilə məzar tapılmış və Vaqifin məzarı üstündə 1980-1981-ci illərdə abidə, türbə tikilmiş və 1982-ci ilin yanvar ayında Ulu öndərin iştirakı ilə təntənəli açılışı olmuşdu. 1992-ci il mayın 8-də Ermənistanın silahlı dəstələri işğala məruz qoyduqları Şuşa şəhərində mədəniyyət nümunələrinə qarşı vandalizm aktları törətmiş, Vaqifin məqbərəsini dağıtmışlar. Böyük Azərbaycan şairi Molla Pənah Vaqifin 300 illik yubileyinin layiqincə keçirilməsini təmin etmək məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 12 yanvar 2017-ci il tarixli sərəncam imzalamışdır. Türbə AMEA-nın həqiqi üzvü, sənətşünaslıq doktoru Əbdülvahab Salamzadə və əməkdar memar, memarlıq üzrə elmlər namizədi Eldar Kanukovun layihəsi əsasında tikilmişdir. Vaqif türbəsi Şuşanın cənub-qərb tərəfində, bayram şənlikləri və cıdır yarışları təşkil edilən məşhur Cıdır düzündə, şairin həlak olduğu və dəfn edildiyi qayalı təpədə ucalır. Şairin türbəsinin inşası məsələsi həll edilərkən, ətrafdakı dağ mənzərəsi və şəhərsalma xüsusiyyəti nəzərə alınmış, Azərbaycanın qülləvari türbələrinin kompozisiya quruluşundan istifadə edilmişdir. Türbənin inşasında müəlliflərin xalq memarlığının yerli ənənələrinə, monumental-dekorativ və tətbiqi plastika vasitələrinə geniş müraciət etmələri diqqəti cəlb edir. Vaqif türbəsində bədii memarlıq fikrinin son dərəcə aydınlığı və kompozisiyanın məntiqi sadəliyi konstruksiya və bədii surətinin ahəngdarlığı əldə edilmişdir.
Vavilon söyüdü
III Vasili
III Vasili İvanoviç (rus. Василий III Иванович; 25 mart 1479, Moskva, Böyük Moskva Knyazlığı – 3 dekabr 1533, Moskva, Böyük Moskva Knyazlığı) — Böyük Moskva knyazlığının knyazı (1505-1533), Büten Rusun hökmdarı. Onun hakimiyyəti dövründə Qızıl Orda süqut etdi və müstəqil Moskva knyazlığı qonşu əraziləri ilhaq edə bildi ki, bu da sonralar “rus torpaqlarının birləşdirilməsi” adlandırıldı. Mərkəzləşdirilmiş Rusiya dövlətinə (o zaman Moskva knyazlığı) Pskov, Smolensk və Ryazan daxil oldu.
II Vasili
Vasili Vasiliyeviç (rus. Василий Васильевич; 10 mart 1415 – 27 mart 1462-ci il, həmçinin II Kor Vasili (Василий II Тёмный) kimi tanınan Moskvanın Böyük Knyazı idi, onun hökmranlığı dövründə (1425–1462) Qədim Rusiya tarixinin ən böyük vətəndaş müharibəsi ilə üzləşdi. Vasili müharibədə düşmənləri tərəfindən ələ keçirilib kor edildi, lakin sonra taxt-tacını geri qaytara bildi. Ömrünün son illərində oğlu İvanı vəliəhd təyin etmişdir.
I Vasili
Vasili I Dmitriyeviç (rus. Василий I Дмитриевич; Rom: I Vasili Dmitriyeviç; 30 dekabr 1371, Moskva, Böyük Moskva Knyazlığı – 27 fevral 1425, Moskva, Böyük Moskva Knyazlığı) Moskvanın Böyük Knyazı (1389–1425), Dmitri Donskoyun (h. 1359–1389) varisi idi. O, 1389–1395-ci illərdə və 1412–1425-ci illərdə Qızıl Orda vassalı kimi hökm sürmüşdür. 1395-ci ildə türk-monqol əmiri Teymurun Volqa zonalarına basqını Qızıl Orda üçün anarxiya vəziyyəti və Moskvanın müstəqilliyi ilə nəticələnmişdir. O, 1392-ci ildə Litva Böyük Hersoqluğu ilə ittifaqa girmiş və Böyük Vitautanın yeganə qızı Sofiya ilə evlənmişdir.
Vasili Avenarius
Vasili Petroviç Avenarius (rus. Васи́лий Петро́вич Авена́риус) və ya Vilhelm Henrix Appolonius Avenarius (alm. Wilhelm Heinrich Appolonius Avenarius‎; 28 sentyabr (10 oktyabr) 1839 və ya 10 oktyabr 1839, Puşkin[d], Sankt-Peterburq quberniyası[d] – 9 noyabr 1923[…], Petroqrad) — Rusiya yazıçısı, uşaq və gənclər üçün əsərlərin müəllifi. Vasili Petroviç Avenarius 10 oktyabr 1839-cu ildə Aleksandr Liseyinin hüquq müəlliminin ailəsində anadan olmuşdur. Ailənin 15 övladı olmuş, onlardan dördü yazıçı və alim olmuşdur. Fizik Mixail Avenariusun qardaşıdır. Peterburq Universitetini bitirmişdir. O, İmperator Mariyanın müəssisələrində yüksək vəzifəli vəzifədə çalışmışdır. Əxlaqi pozğunluğu pisləyən antinihilist yönümlü didaktik hekayələr ("Modern idilliya", 1865; "Azar", 1867), uşaqlar üçün "Kol arının nağılı" (1879), "Otaq nə deyir" (1880), elmi fantastika janrında "Dirilmiş Pompeyin qeyri-adi hekayəsi" (1889) əsərlərinin müəllifidir. Denis Fonvizin, Aleksandr Puşkin, Nikolay Qoqol kimi yazıçılar haqqında hekayələr, tarixi hekayələr və avtobioqrafik eskizlə yazmışdır.1859–1860-cı illərdə tələbə şeirlər toplusunu nəşr etdirmişdir.
Hanlin Akademiyası
Hanlin Akademiyası (çin. 翰林院) ― VIII əsrdə Tan sülaləsinin imperatoru Hsüançunq tərəfindən Çanqanda qurulmuş akademik və inzibati ali təhsil müəssisəsi idi. Akademiyaya üzvlük saray üçün katiblik vəzifələri yerinə yetirən elit bir qrup alimlə məhdudlaşırdı. Onun əsas vəzifələrindən biri Çin klassiklərinin təfsirinə qərar vermək idi. Bu, hökumət bürokratlarının daha yüksək səviyyəli dövlət vəzifələrinə çatmaq üçün keçməli olduğu imperiya imtahanlarının əsasını təşkil etdi. Sarayda işləyən rəssamlar da akademiyanın üzvü idi. Min sülaləsi dövründə, 1407-ci ildə akademiya nəzdində Tərcüməçilər Bürosu yaradılmışdı. Bu büroda tunqus, monqol, koreya, ryükyü, yapon, tibet, fars, Vyetnam, Myanmar dillərini öyrənən şöbələr təşkil edilmişdi. Daha sonra bu büroya Qədim Uyğur dili və Sanskrit şöbələri də əlavə edildi. 1511 və 1579-cu illərdə Lao və Tay dilləri əlavə edildi.
Klarens Anqlin
Klarens Anqlin (11 may 1931, Donalsonville[d], Corciya) — Amerikanın ən yaxşı qorunan və ən bədnam cinayətkarlarının yerləşdiyi Alkatrazda yatmış, heç kimin qaça bilməyəcəyi Alkatrazdan Frenk Morris və qardaşı Con Anqlinlə birlikdə qaçmağı bacaran bir məhbus. Ölümünün dəqiq tarixi məlum deyil, onun 1962-ci il iyunun 11-nə keçən gecə qaçarkən boğularaq öldüyü güman edilir. Lakin boğulduğuna dair heç bir fakt aşkar edilməyib. == Alkatraz == San-Fransisko körfəzində sahildən 2,4 km aralıda 9 hektar əraziyə yayılmış Alkatraz adası ABŞ-nin ən məşhur həbsxanalarından biri olmaq xüsusiyyətinə malikdir. Əvvəllər ispanlar tərəfindən idarə olunan ada "La Isla de los Alcatraces" (Qutanlar adası) adlanırdı. 1848-ci ildə ABŞ idarəetməsinə keçən ada San-Fransiskonun müdafiəsi üçün bir müddət hərbi məqsədlər üçün istifadə edilib. 1868-ci ildə inşa edilən yerli üsyançıların liderlərin tutulduğu həbsxana, Alkatraz adasının gələcək rolunu da müəyyən edəcəkdi. Əlavə binalarla böyüyən həbsxana 1934-cü il yanvarın 1-də federal həbsxanaya çevrildi. İntizamı möhkəm saxlamaq üçün yeni məhkumlar qəbul edilmir, başqa həbsxanalardan təhlükəli məhkumlar bura köçürülürdü. 1934-cü ilin iyununda müxtəlif yerlərdən 196 məhbus və məhkum bu tutulmaz adaya köçürüldü.
Vasili Karqaleteli
Vasili Dmitriyeviç Karqaleteli (29 iyul 1880, Rusiya imperiyası – bilinmir, Tehran) — Rusiya İmperator Ordusunun, Azərbaycan Xalq Cümhuriyyəti Milli Ordusunun və Sovet hərbi xadimi, general-mayor. Birinci Dünya müharibəsində iştirak etmişdir. O, müvəqqəti olaraq Azərbaycan Xalq Cümhuriyyətinin baş qərərgahının komandanı vəzifəsini icra etmiş, İran Qırmızı Ordusunun baş qərərgahının rəisi olmuşdur. Vasili Karqaleteli 29 iyul 1880-ci ildə dünyaya gəlmişdir. Təhsilini Birinci Tiflis Klassik gimnaziyasında almışdır. Hərbi xidmətinə 2 sentyabr 1899-cu ildə Moskvadakı hərbi məktəbdə sıravi yunker rütbəsində başlamışdır. 1901-ci ilin 13 avqustunda buranı bitirmiş və podporuçik rütbəsi ilə Sankt Peterburq alayında xidmət etməyə başlamışdır. 11 iyul 1902-ci ildən 17 aprel 1903-cü ilə qədər ehtiyat polkda xidmət etmiş, daha sonra 259-CU Qori polkuna göndərilmişdir. 1905-ci ildə poruçik rütbəsinə yüksəlmiş, 1908-ci ildə ştabs-kapitan olmuşdur. O, 1913-cü ildə İmperator Nikolayevski Hərbi Akademiyasını birinci dərəcə ilə bitirmişdir.
Vasili Qrabin
Vasili Qavriloviç Qrabin (rus. Васи́лий Гаври́лович Гра́бин; 28 dekabr 1899 (9 yanvar 1900) – 18 aprel 1980, Korolyov[d], Moskva vilayəti) — SSRİ konstruktoru və Böyük Vətən müharibəsi dövründə artilleriya silahlarının istehsalının təşkilatçısı. Sosialist Əməyi Qəhrəmanı (28.10.1940), texniki qoşunların general-polkovniki (30.03.1945), dörd "Stalin" mükafatı laureatı (1941, 1943, 1946, 1950), Artilleriya Elmləri Akademiyasının həqiqi üzvü. Vasili Qavriloviç Qrabin 28 dekabr 1899-cu ildə (9 yanvar 1900) Staronijesteblievskaya kəndində (indiki Krasnoarmeyski rayonu, Krasnodar diyarı) anadan olub. 1921-ci ildən Sov.İKP-nin üzvü olub. 1923-cü ildə Petroqradda artilleriya məktəbini bitirib. Vasili Qrabin bir müddət orduda zabit kimi xidmət edib. Sonra Qrabin təhsilini Dzerjinski adına Hərbi Texnika Akademiyasının artilleriya fakültəsində davam etdirib. 1930-cu ildə akademiyanı bitirdikdən sonra "Krasnıy Putilovets" zavodunun konstruktor bürosunda mühəndis-konstruktor işləyib. Bir il sonra o, "Narkomtyajprom"un (Moskva) Ümumittifaq Silah və Arsenal Assosiasiyasının (VOAO) 2 saylı Konstruktor Bürosuna ezam olunub.
Vasili Avseyenko
Vasili Qriqoryeviç Avseyenko (rus. Васи́лий Григо́рьевич Авсе́енко; 5 (17) yanvar 1842, Moskva quberniyası[d] – 29 iyul (11 avqust) 1913, Sankt-Peterburq) — Rusiya belletristi, tənqidçisi və publisisti. Zadəgan ailəsindən idi. Xalq Təhsili Naziri yanında xüsusi tapşırıqlar üzrə məsul vəzifədə çalışmışdır. 1860-cı illərdə "Russkom slove", "Russkoy reçi", "Russkom vestnike" və "Vestnik Yevropı" qəzetlərində Qərbi Avropanın tarixinə dair məqalələr dərc etdirmişdir. Avseyenko bir romançı kimi 1865-ci ildə əsərlər yazmağa başlamışdır. Собрание сочинений в 12 томах. — СПБ. 1904—1905. Авсеенко, Василий Григорьевич // Литературная энциклопедия : в 11 т. — [М.], 1929—1939.
Vasili Pyatibrat
Vasili Lukiç Pyatibrat (ukr. Василь Лукич П'ятибрат; rus. Василий Лукич Пятибрат; 1 noyabr 1930, Babiçovka[d], Qlobino rayonu[d]) — mühəndis, dövlət xadimi, Azərbaycan SSR sənaye tikintisi naziri (1972–1979), SSRİ sənaye tikintisi nazirinin müavini (1979–1986), SSRİ-nin və RSFSR-in cənub rayonlarında tikinti nazirinin birinci müavini (1988–1989, 1989–1990), RSFSR əməkdar inşaatçısı (1991). Vasili Lukiç Pyatibrat 1930-cu il noyabrın 1-də Ukrayna SSR-in Poltava vilayətinin Qlobino rayonunun Babiçovka kəndində anadan olmuşdur. Leninqrad Politexnik İnstitutunun Hidrotexniki mühəndislik fakültəsində təhsil almış, 1953-cü ildə buranı bitirdikdən sonra Kuybışev şəhərinə gələrək RSFSR Çay Donanması Nazirliyinin Sualtı Texniki İşlər İdarəsinin qrupunun komandiri olmuşdur. Vasili Pyatibrat 1960-cı ildən Kuybışev Xalq Təsərrüfatı Şurasının tikinti tresti tikinti-quraşdırma idarəsinin sahə rəisi və baş mühəndisi, 1964-cü ildən SSRİ Sənaye Tikintisi Nazirliyi Orta Volqa Baş Tikinti İdarəsinin 25 nömrəli tikinti-quraşdırma tresti tikinti idarəsinin rəisi, trest müdirinin müavini vəzifələrində işləmişdir. 1969-cu ilin may ayında 25 nömrəli trestin müdiri təyin olunmuş, 3 il 3 ay bu vəzifədə işlədikdən sonra, 1972-ci ilin avqust ayında Azərbaycan SSR sənaye tikintisi naziri vəzifəsinə təyin edilmişdir. Vasili Pyatibrat 1979-cu ilin iyun ayından SSRİ sənaye tikintisi nazirinin müavini, 1986-cı ilin oktyabr ayından SSRİ-nin cənub rayonlarında tikinti nazirinin birinci müavini vəzifələrində, 1989–1990-cı illərdə RSFSR-in cənub rayonlarında tikinti nazirinin birinci müavini, 1990-cı ildən isə RSFSR-in Cənub Rayonlarında Tikinti üzrə Rusiya Dövlət Tikinti-Sənaye Konserni (Rosyuqstroy) idarə heyəti sədrinin birinci müavini vəzifələrində çalışmışdır. Sonrakı illərdə Moskva Vilayətinin İnkişafı üzrə Dövlət Unitar Müəssisəsinin rəhbəri olmuşdur. Vasili Pyatibrat 1960-cı ildən Sovet İttifaqı Kommunist Partiyasının üzvü olmuşdur.
Vasili Kriçevski
Vasili Kriçevski (ukr. Василь Григорович Кричевський; 31 dekabr 1872 (12 yanvar 1873) – 15 noyabr 1952, Karakas) — Ukrayna sovet rəssamı, memar, qrafika rəssamı, kino rəssamı. Ukrayna SSR əməkdar artisti (1940). Ukrayna Rəssamlıq Akademiyasının yaradıcılarından biri. 1872-ci il dekabrın 31-də Vorojba kəndində (indiki Ukraynanın Sumı vilayəti) yəhudi feldşer Qriqori Akimoviç Kriçevskinin ailəsində anadan olub. Doğma kəndində, Verxnyaya Syrovatka kəndində ikiillik məktəbdə oxuyub. Sonra Xarkov Dəmiryol Məktəbində oxudu, bundan sonra 15 yaşında Xarkov yerli hökumətində rəssam köməkçisi kimi işləməyə başladı. 1913-1915-ci illərdə kənddəki toxuculuq emalatxanasının bədii rəhbəri olub. Ukrayna Rəssamlıq Akademiyasının yaradıcılarından biri, professor (1917-1922). Professor Nikolay Demin Q.Kriçevskini memarlığın klassik (ənənəvi) istiqamətinin ustası kimi təsnif edir.
Xanılı
Xanılı — Azərbaycan Respublikasının Cəlilabad rayonunun inzibati ərazi vahidində kənd. 1920-ci illərə qədər kənd Xanılar kəndi adlanırdı. Yaşayış məntəqəsi Xanı şəxs adı və "-lı" nəsil, mənsubiyyət bildirən şəkilçidən ibarətdir. Xanılı kəndində yaşı 70 den yuxarı evlər mövcuttur. Həmçinində vaxtı ikən Xanılı kəndinin xeyriyəçisi tərəfindən tiktirilmiş məscid vardır.[mənbə göstərin] Cəlilabad r-nunun Kürdlər i.ə.v.-də kənd. Dağətəyi ərazidədir. Keçən əsrin əvvəllərində Xanılarkənd variantında qeydə alınmışdır. Yaşayış məntəqəsini xanılı (və ya xanılar) nəslinə mənsub ailələr bina etdiyinə görə belə adlanmışdır. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 362 nəfər əhali yaşayır. Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq, quşçuluq və heyvandarlıq təşkil edir.