Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Ariete
İstehsalçı ölkə: İtaliya
Vareze
Vareze (it. Varese) — İtaliyanın Lombardiya regionunda şəhər.
Kanyete (Çili)
Kanyete — Çili şəhəri. Əhalisi 31.270 nəfərdir (2002). Ərazi — 760,4 km², əhali sıxlığı — 41,12 nəfər/km²-dir.
Valdete İdrizi
Valdete İdrizi (alb. Valdete Idrizi; 1973-cü il) — Kosovo qadın siyasətçisi və vətəndaş fəalı. Kosovo Demokrat Partiyasının üzvü. "Mitrovitsa cəmiyyətinin qurulması" (Community Building Mitrovica) adlı qeyri-hökumət və qeyri-kommersiya təşkilatının rəhbəri, təşkilatın məqsədləri münaqişələrin aradan qaldırılması və Kosovska-Mitrovitsa şəhərinin alban və serb diasporaları arasında dialoqun qurulmasıdır. 2008-ci ildə albanlar və serbləri barışdırmaq üçün sülhməramlı səylərə görə ABŞ Dövlət Departamentindən IWOC Beynəlxalq Cəsarət Mükafatını aldı. Soroptimist International of Europe (SIE) tərəfindən SIE Award 2009 və Women's International Film & Television Showcase tərəfindən TheWIFTS Peace Award 2016 mükafatlarını qazanmışdır. == Həyatı == Kosovska-Mitrovitsanın şimal hissəsində anadan olub orada böyümüşdür. Kosovo müharibəsi zamanı serblər tərəfindən qovuldu.Müharibədən sonra xarici investorların dəstəyi ilə "Mitrovitsa cəmiyyətinin qurulması" qeyri-kommersiya təşkilatını təsis etdi. Təşkilatın ofisi KFOR-un qorunması altında olan bufer zonada, şəhərin iki hissəsini - Cənubi Albaniya və Şimali Serbiyanı birləşdirən İbar çayı üzərindəki körpünün yanında yerləşir. Valdete İdrizi serb və alban dillərində jurnal nəşr etdirir.
Varese BK
Varese - Italiyanın eyni adlı şəhərini təmsil edən basketbol klubu. == Tarixi == Varese basketbol komandası 1946-cı ildə Varese şəhərində təşkil olunmuş, ilk vaxtlar öz çıxışı ilə fərqlənməmişdir. İlk böyük uğurunu 1961-ci ildə, İtaliya çempionatının qalibi kimi qeyd etmişdir. 1970-ci ildə isə klub ilk dəfə çempionlar kubokunu qazanmış, sonralar daha 4 dəfə Avropanın bu əsas turnirinin qalibi olmuşdur. Komandanın sonuncu uğuru 1999-cu ildə milli birinciliyin və İtaliya superkubokunun qalibi olmasıdır. Varese basketbol komandası hazırda A seriyası üzrə çıxış edir. == Titulları == Basketbol üzrə İtaliya çempionu (10 dəfə): 1961, 1964, 1969, 1970, 1971, 1973, 1974, 1977, 1978, 1999Çempionlar kuboku (5 dəfə): 1970, 1972, 1973, 1975, 1976.
Vareze əyaləti
Vareze əyaləti — İtaliyanın Lombardiya regionunda əyalət.