Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Ovisid
Ovisid — cücülərin yumurtalarını tələf etmək üçün tətbiq olunan maddələr. == Ədəbiyyat == R.Ə.Əliyeva, Q.T.Mustafayev. “Ekologiya” (Dərs vəsaiti). Bakı, “Bakı Universiteti” nəşriyyatı, 2004, s. 379 – 424.
Toksin
Toksin (q.yun. τοξικός, toxikos - zəhərli) – adətən bioloji mənşəli, yəni canlı orqanizmlər tərəfindən istehsal olunan zəhərli maddələri ifadə edir. Bununla insan əli ilə yaradılmış sintetik zəhərli maddələr bu sinfə daxil sayılmır. Fizioloji funksiyaları süstləşdirən, hədəf orqanizmlərin xəstələnməsinə və ya ölümünə səbəb olan bakteriya, bitki, yaxud heyvan mənşəli maddələrdir. Kimyəvi tərkibinə görə toksinlər zülal, polipeptid yaxud kiçik molekul ola bilir. Başqa üzvi və qeyri-üzvi zəhərlərdən fərqli olaraq toksin orqanizmə düşdükdə orada anticisim yaradır. Toksin ilan, əqrəb və hörümçək zəhərinin, habelə bir sıra zəhərli bitkilərin tərkibinə daxildir. Bakteriya mənşəli toksin daha geniş yayılmışdır.Toksinlər ağız, dəri və ya tənəffüz yolu ilə qəbul edildikdə müəyyən bir dozada və müəyyən bir zaman anında bioloji sistemlərə zərər verən maddələrdir.
Vaksin
Peyvənd və ya Vaksin (fr. Vacca) — orqanizmin xəstəliklərə qarşı immun müqavimətini qüvvətləndirən bioloji maddə. == Haqqında == Vaksin öldürülmüş və ya zəiflədilmiş mikroblar, onların ifraz etdiyi bəzi antigen xassəli maddələrdir. Vaksin həmçinin gen mühəndisliyi ilə də alına bilir. İmmun sistemi bu maddələri antigen kimi qəbul edir və ona qarşı anticisimlər yaradır (humoral immunitet). Yaxud da hüceyrə immuniteti ilə, yəni T limfositlər vasitəsi ilə məhv edir. Müasir dövrdə yoluxucu xəstəliklərə qarşı mübarizə metodlarından ən effektli və iqtisadı cəhətdən ən əlverişli üsul vaksinasiyadır. Əsas prinsipini müəyyən infeksion törədiciyə qarşı spesifik immun cavabın yaranması təşkil edir. Bu prosses isə aktiv immunizasiya adlanır. Belə spesifik əks cisimlər hazır şəkildə heyvanlardan və ya donor insanlardan alınıb orqanizmə yeridilməsi passiv immunizasiyadır.
Violin
Skripka — simli musiqi aləti. Dolğun və axıcı səslənən alətdir. İnstrumental ansamblların və orkestrlərin əsas tərkib hissəsi və solo alət kimi yayılmışdır. ka == Tarixçə == Skripka XVI əsrdə meydana gəlmiş, XVII əsrdə geniş yayılmışdır. Tarixin ən məşhur skripka ustası Antonio Stradivari olmuşdur. Onun skripkaları hələ də ən məşhur skripkalardır və onların qiyməti milyonlarla ölçülür. Skripkanı Azerbaycana ilk dəfə Ceyhun Bədəlbəyli gətirmişdir. == Quruluşu == Mükəmməl cilalanmış armuda oxşar qutu üzərində gərilmiş olan dörd teldən və əlavə saptan ibarətdir. Forması akustik hesablarla təyin olunmuşdur. Gövdəsi xarakter oval formaya malikdir, uzunluğu çox zaman 38 sm olur, qrifi üzərinə dörd sim çəkilmişdir.
Vonsan
Vonsan (kor. 원산시) — Şimali Koreyanın şərq sahilində yerləşən liman şəhəri və hərbi dəniz bazası. 2013-cü il hesablamalarına əsasən, şəhər əhalisinin sayı 329,207 nəfər olmuşdur.
Ceyms Votson
Ceyms Votson — (ing. James Watson, 6 aprel 1928[…], Çikaqo, İllinoys), 1950-ci illərdə Fransiz Krik ilə apardığı araşdırma ilə DNTnin cüt spiral quruluşunu aşkar edərək Nobel Mükafatını almış məşhur elm adamı, bioloq. == Həyatı və kəşfləri == Çikaqo Universiteti zoologiya üzrə təhsil aldıqdan sonra 1950-ci ildə İndiana Universitetində maqistatura oxumuşdur. 1950–1953-cü illərdə öncə Kopenhagendə, sonra da Kembric Universitetidə DNTnin quruluşunu çıxarma üzərində araşdırmalar aparmışdır. Kembric Universitetidə Fransiz Krik ilə girişdiyi analizlər nəticə vermiş və 1953-cü ildə Nature jurnalında qısa, sadəcə 900 sözdən ibarət məqalələrinin nəşri elm adına önəmli bir qaranlıq bölüm aydınlanmış oldu. Məqalə belə başlıyırdı: "Dezoksiribonuklein (DNT) üçün bir quruluş təklif etmək istəyirik…" Ancaq bu kəşfdə Rosalind Franklinin də payı böyükdür. Əgər 38 yaşında xərçəngdən ölməsəydi o da veriləcək Nobel Mükafatını paylaşa bilərdi. DNT-nin cüt spiral quruluşunun olduğunun tapılmasında Rosalind Franklinin Rentgen şüaları rəsmləri önəmli rol oynamışdır. Ancaq özü Rentgen şüalarıının rəsimlerini doğru şərh etməmişdir. == Nəaliyyətləri == Ceyms Uatson 1956'da Harvard Universitetinde Molekulyar Biyoloji və Biyokimya Professorluğuna gətirildi.
Con Votson
Con Votson (ing. John Broadus Watson; 9 yanvar 1878[…] – 25 sentyabr 1958[…], Nyu-York, Nyu-York ştatı) — Amerikan psixoloq, biheviorizmin nəzəri banisi. Psixologiyada subyektiv metodu tənqidinə görə məşhurdur. Şüurun elmi fakt olduğunu inkar edərək, klassik davranış psixologiyasının əsaslarını işləmişdir. 1913-cü ildə "Psixoloji xəbərlər" jurnalında Votsonun "Psixologiya: biheviorist onu nесə görür" adlı məqaləsi nəşr edildi. Məqalədə "Stimul — reaksiya" — biheviorizmin əsas devizi kimi elan olundu və həmin сәгәуаın başlıca ideyaları şərh edildi. Buna görə də sonralar həmin məqaləni "biheviorizmin manifesti" adlandırdılar. == Mənbə == Ə.S.Bayramov, Ə.Ə.Əlizadə. Psixologiya.
Georgi Vitsin
Georgi Mixayloviç Vitsin (rus. Георгий Михайлович Вицин; d. 18 aprel 1917-ci il, Terioki, Vıborq quberniyası, Böyük Finlandiya knyazlığı, Rusiya imperiyası — v. 22 oktyabr 2001-ci il, Moskva, Rusiya) — Sovet və Rusiya teatr və kino aktyoru, RSFSR xalq artisti (1977), SSRİ xalq artisti (1990). == Həyatı == Georgi Vitsin 18 aprel 1917-ci ildə (aktyorun doğum tarixi və yeri bu günə qədər dəqiq deyil) o zaman Rusiya imperiyasına aid olan Böyük Finlandiya knyazlığında anadan olmuşdur. 1934-1935-ci illərdə Vaxtanqov adına teatr məktəbində təhsil almışdır. 1937-ci ildən M.N. Yermolov adına Moskva teatrının aktyoru kimi işləmişdir. Onun rəsmən kinoya gəlişi Sergey Eyzenşteynin "İvan Qroznı" filmilə olur. "Ehtiyat oyunçu" filmindən sonra məşhurlaşan Vitsin onun ardınca "O sizi sevir" filmində rol alır. Elə bu illərdə çəkilən "Belinski" filmində isə Nikolay Qoqolun rolunu ifa edir.
Pavle Vuisiç
Pavle Vuisiç (serb. Павле «Пaja» Вуисић;10 iyul 1926[…], Belqrad – 1 oktyabr 1988[…], Belqrad) — keçmiş Yuqoslaviya kinosunun ən tanınan simalarından biri, teatr və kino aktyoru. == Bioqrafiya == Pavle Vuisiç 1926-cı il iyulun 10-da anadan olub. O, Monteneqro hüquqşünası və briqadiri olan babası Pavlenin şərəfinə adlandırılıb. Onun ulu babası Donja Moraçanın məşhur qəhrəmanı və Şahzadə Danilonun qvardiya komandiri Milosav Mişnin Vujisiç idi. 1950-ci illərə qədər Belqrad radiosunda işləyib. 1950-ci ildə Pançevoda teatrın səhnəsində yarımçıq bir mövsüm nümayiş etdirilən "Sehrli qılınc" filmində epizodik rol oynayır. Teatr akademiyasına daxil olmaq cəhdi uğursuz olur. 1953-cü ildə "Fırtına" filmində bir epizodda rol aldı. 1958-ci ildə "Tri koraka u prazno" ("Kosmosa üç addım") filmindəki baş rola görə Obrad Pula kinofestivalında "Qızıl arena" mükafatına layiq görülüb.
Torben Vosik
Torben Vosik (8 oktyabr 1973) — Almaniyanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Torben Vosik Almaniyanı 2004-cü ildə Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 33-cü pillənin sahibi olub.
Vidin vilayəti
Vidin vilayəti (bolq. Област Видин) — Bolqarıstanın şimal-qərb zonasında yerləşən vilayət. Sahəsi 3032.9 Km2 olan Vidin vilayətinin əhalisi, 2011-ci ilə olan məlumata görə 101 018 nəfərdir. == İnzibati əraziləri == Vidin vilayəti 11 icmadan ibarətdir. Vidin vilayətinin inzibati paytaxtı Vidin şəhəridir. == Əhalisi == Vidin vilayətinin əhalisinin 91.25 faizi milliyətcə bolqar, 7.66 faizi isə milliyətcə qaraçıdır.
Visim qoruğu
«Visim Biosfer Qoruğu ("Visim Dövlət Təbiət Biosfer Qoruğu")» - Rusiya Federasiyasının Sverdlovsk vilayəti ərazisində yerləşən dövlət təbii biosfer qoruğu. == Tarixi == Qoruq 1946-cı ildə 56,4 min hektar ərazidə "Visim" adı altında qurulmuşdur. Qoruq 1951-ci ildə ləğv edilir. 6 iyul 1971-ci ildə keçmiş ərazinin bir hissəsində, 9,5 min hektar ərazidə müasir Visim qoruğu adı altında yenidən bərpa edilir. Qoruğun yenidən qurulması zamanı bəzi həvəskarlar yazıçı Dimitri Mamin-Sibiryakın şərəfinə "Maminski" adlandırılması təklifini irəli sürür. 1973-cü ildə qoruğun ərazisi 13,5 min hektara çatdırılır, əlavə olaraq 66,1 min hektar ərazisi olan qoruyucu zona da ayrılır. 2001-ci ildə bufer zonası səbəbindən ehtiyat sahəsi 33,5 min hektara çatdırılır. Xüsusilə bir biosfer poliqonunun qurulması üçün 7750 hektar ərazi ayrılmış, qoruq biosfer qoruğu statusu almışdır. Tampon zonanın sahəsi hazırda 46,1 min hektardır. Visim qoruğunun mühafizə zonası daxilində təbii abidələr müəyyən edilmişdir: "Starik-Kamen", "Kameşek", "Notixa çayı üzərindəki Kedrovnik", "Böyük Qalaşki kəndi yaxınlığındakı ibtidai meşə", "Sülem çayı üzərində çıxıntılar", "Şaytanskoye bataqlığı" == Ərazinin ümumi xüsusiyyətləri == Qoruq mülayim kontinental iqlim ilə xarakterizə olunur.
Volin qırğını
Volin qırğını və ya Volin və Şərqi Qalisiyada Polşa qırğınları (Pol: Rzeź wołyńska, Ukr: Volins'ka tragedіya) - İkinci Dünya Müharibəsi zamanı nasistlərlə əməkdaşlıq edən millətçi Ukrayna Üsyan Ordusunun etnik baxımdan polyak olan mülki əhaliyə qarşı olan soyqırımıdır. Volindəki qırğın daha çox polyak xalqına qarşı yönəlmiş olsa da, digər etnik qruplar da bu qətliamdan öz paylarını almışdırlar. 1939-cu ilin martında Polşanın nəzarəti altında olan torpaqlarda ilk dəfə faşistlərin başlatdığı qırğın, nasistlərin Ukraynaya soxulması ilə oradakı millətçi üsyançı ordu tərəfindən davam etdirilmişdir. Sovet İttifaqı tərəfindən azad edilmiş Polşanın 1943-cü ilin iyulunda əks hücuma keçməsi ilə qırğınlar başa çatdırılmışdır. Polşa hökuməti bu hadisələri soyqırım kimi qiymətləndirmişdir. == Hadisələrin inkişafı == Tarixçilər bildirirlər ki, bu hadisələrin mənşəyi XVI-XVIII əsrlər arasında polyaklarla ukraynalılar arasında baş verən münaqişələrə əsaslanır. Polşanın hakimiyyəti altında olan Qərbi Ukraynada sosial ədalətsizlik, kəndli üsyanları və bu üsyanlara qarşı repressiya siyasəti iki xalqın düşmənçiliyinin kifayət qədər qədim olduğunu göstərirdi. Aydın idi ki, ukraynalılara müstəqil dövlət qurmağa ilk növbədə polyaklar mane olurlar. Polşanın milli siyasətində muxtariyyət, hüquq və azadlıqların tanınması, torpaq islahatı kimi məsələlərdə müsbət irəliləyişlərə işarə edilməmişdir. Polşa hakimiyyəti altında olan torpaqlarda milli azlıqların etnik qruplarının ictimai həyatda fəal mövqe tutmasına mane olan millətçi münasibət idi.
Yonatan Rosin
Yonatan Rosin (d. 28 mart 2000) — İsrailli üzgüçü. Yonatan Rosin İsraili 2019-cu ildə XVIII Su idman növləri üzrə Dünya Çempionatında təmsil etdi. == Karyerası == Yonatan Rosin birinci dəfə Dünya Çempionatına 2019-cu ildə qatıldı. O, Kvanjuda baş tutan XVIII Su idman növləri üzrə Dünya Çempionatında kişilər 5 km məsafəyə açıq hovuz üzgüçülüyü yarışlarında iştirak etdi. 53:45.8 saniyəlik nəticə ilə 29-cu yeri tutdu və yarışı başa vurdu.
Morşin
Morşın (ukr. Моршин) — Ukraynanın Lvov vilayətində şəhər. Ukraynada ən yaxşı və ən perspektivli balneoloji kurortlardan biri kimi tanınır. == Qalereya == == Xarici keçidlər == Danylyuk, Yu.Z., Dmytruk, V.I. Morshyn (МОРШИН). Encyclopedia of History of Ukraine.
Morşın
Morşın (ukr. Моршин) — Ukraynanın Lvov vilayətində şəhər. Ukraynada ən yaxşı və ən perspektivli balneoloji kurortlardan biri kimi tanınır. == Qalereya == == Xarici keçidlər == Danylyuk, Yu.Z., Dmytruk, V.I. Morshyn (МОРШИН). Encyclopedia of History of Ukraine.
Vişinq
Vişinq (ing. Vishing) — IP protokolu üzərindən səs (VoIP) vasitəsilə məlumatlara icazəsiz giriş.
Vision TV (Azərbaycan)
Vision TV — 1 may 2013-cü ildən Azərbaycanda fəaliyyət göstərən internet televiziya kanalı. Yayım Azərbaycan və Türk dilində həyata keçirilir. Vision TV internet televizyasının rəsmi saytı həm də Azərbaycan Mətbuat Şurasının üzvüdür. == Haqqında == İnternet televiziyasının rəsmi saytı visiontv.az ölkədə ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, digər Qafqaz ölkələrində, habelə dünyada baş verən maraqlı xəbərlər oxuculara çatdırılır. Bundan başqa, saytda müxtəlif sahələrdən bəhs edən müsahibələr, təhlillər, reportajlar, müəllif yazıları işıqlandırılır. Portal siyasi və sosial qrupların heç birinə qarşı ayrı-seçkilik etmir, tam obyektiv və müstəqil olaraq, şərhsiz xəbər yayır. Portalın yaradıcı kollektivi Azərbaycanda fəaliyyət göstərən bütün dövlət qurumlarını, özəl şirkətləri ,siyasi partiyaları, QHT-ləri aktiv əməkdaşlıq edir. Vision TV Azərbaycanda fəaliyyət göstərən internet televiziyasıdır. Vision TV internet televiziyası 1 may 2013-cü il tarixindən fasiləsiz olaraq fəaliyyət göstərir. Həmçinin 2019-cu il tarixindən Türkiyə Respublikasının "Kocaeli TV" adlı televiziya kanalı ilə həftəlik "Qardaş Saatı" və Könül bağı" adlı verilişlərlə ortaq yayım saatları başladıb.
Pişin
Pişin (İran) — İranın Sistan və Bəlucistan ostanının Sərbaz şəhristanının Pişin bəxşində şəhər və bu bəxşin mərkəzi.
Artur Voloşin
Artur Vladimiroviç Voloşin (24 iyun 1973, İliç – 24 oktyabr 1995, Xaraçoy[d], Çeçenistan) — Amur vilayətinin Daxili İşlər İdarəçiliyi yanında Xüsusi Təyinatlı milis dəstəsində sürücü-milis, milis baş çavuşu. Rusiya Federasiyası Qəhrəmanı (ölümündən sonra). == Həyatı == 1973-cü il iyun ayının 24-də Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının İlyiçovsk (indiki Şərur şəhəri) qəsəbəsində anadan olmuşdur. Milliyyətcə rusdur. Bir neçə ildən sonra ailəsi Amur vilayətinə köçmüşdür. 1979-cu ildən 1989-cu ilə qədər Kozmodemyanski orta məktəbində təhsil almışdır. 1990-cı ildə Voloşin Tambovski hərbi komissarlığı tərəfindən Rayçixinski məktəbində Ordu, Aviasiya və Donanmanın birgə fəaliyyət könüllü cəmiyyəti məktəbində təhsil almağa göndərilmiş, orada sürücü peşəsinə yiyələnmiş daha sonra bir müddət Ümumittifaq Elmi tədqiqat İnstitutunun Təcrübi-istehsalat təsərrüfatında mexanik işləmişdir. 1991-ci il iyul ayının 8-də SSRİ Silahlı Qüvvələrinə çağırılmış, Primorski diyarında təcili xidmətə cəlb edilmiş və avtomobil batalyonunda bölməyə komandanlıq etmişdir. 1993-cü ilin mayında "kiçik çavuş" rütbəsi ilə tərxis olmuşdur. 1993-cü ilin oktyabrında Amur vilayətinin Daxili İşlər İdarəçiliyi yanında Xüsusi Milis dəstələrinin daxili işlər orqanında milis-sürücü xidmətinə cəlb edilmişdir.
Frank Qorşin
Frank Qorşin (ing. Frank Gorshin; doğum 5 aprel 1933, Pitsburq, Pensilvaniya, ABŞ – ölüm 17 may 2005, Berbank, Kaliforniya, ABŞ) — ABŞ aktyoru.
Möksin (Auırqazı)
Möqsin (başq. Мөҡсин, rus. Муксино) — Başqırdıstan Respublikasının Avurğazı rayonunda yerləşən kənd. Kənd İşli kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Talbazı): 27 km, kənd sovetliyindən (İşli): 8 km. ən yaxın dəmiryol stansiyasından (Ağ Göl stansiyası): 51 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kəndidə tatarlar (92%) üstünlük təşkil edir.
Möqsin (Avurğazı)
Möqsin (başq. Мөҡсин, rus. Муксино) — Başqırdıstan Respublikasının Avurğazı rayonunda yerləşən kənd. Kənd İşli kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Talbazı): 27 km, kənd sovetliyindən (İşli): 8 km. ən yaxın dəmiryol stansiyasından (Ağ Göl stansiyası): 51 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kəndidə tatarlar (92%) üstünlük təşkil edir.
ISIN
ISIN (ing. International Securities Identification Number - Qiymətli kağızın beynəlxalq identifikasiya kodu) — maliyyə alətini xarakterizə edən informasiyanı özündə daşımayan, sadəcə qiymətli kağızlarla hesablaşmalar və əqdlərin bağlanması zamanı qiymətli kağızların birmənalı identifikasiyasına xidmət edən 12 işarəli hərfi-rəqəmli kod. İlk iki işarə ölkə kodunu müəyyən edir. Ölkə kodu iki hərfdən ibarət olub qiymətli kağızın qeydiyyata alındığı ölkəni və ya borc qiymətli kağızları istisna olmaqla, emitentin hüquqi yerləşdiyi yeri müəyyən edir. Növbəti doqquz rəqəm qiymətli kağızın buraxıldığı ölkədə qiymətli kağıza verilən dövlət qeydiyyat nömrəsindən (National Securities Identification Number və ya NSIN) götürülür. Sonuncu rəqəm – yoxlayıcı rəqəmdir. 0-dan 9-a qədər olan bir rəqəmlə ifadə olunur. Yoxlayıcı işarənin konkret rəqəmli ifadəsi 10 "ikiqat artır – topla - ikiqat artır" ("Modulus 10 Double Add Double technique") moduluna əsasən hazırlanmış xüsusi alqoritm vasitəsi ilə hesablanır.
Vişi
Vişi- Fransanın mərkəzi hissəsində,Alye departamentində kurort şəhəri.Əhalisi 58 min (1975) nəfərdir.Fransız dilində "isti kənd" deməkdir.Bu ad şəhərin ətrafındakı isti sulu bulaqlarla əlaqədardır.
Boşin müharibəsi
Boşin müharibəsi yap. 戊辰戦争 «Əjdaha dövrü müharibəsi» — 1868—1869 illər ərzində Yaponiya ərazisində baş vermiş vətəndaş müharibəsi. Müharibə imperator qüvvələri ilə Tokuqava şoqunatı tərəfdarları arasında baş vermişdir. Sequnat qüvvələrinin məğlubiyyəti, Meydzi iqlahatları ilə nəticələnir. Müharibə XIX əsrin birinci yarısında Yaponiyada baş vermiş sosial, iqtisadi və siyasi boşluqların nəticəsi idi. Bunu doğuran səbəblər sequn hökumətinin məşhurluğunun azalması və hakimiyyətin bir başa imperator tərəfindən idarə olmunması tərəfdarlarının armasından irəli qəlirdi. 3 yanvar 1868-ci ildə imperator Meyci İmperator idarə üsulunun bərpası haqqında fərmanı imzalayır. Fərmanın imzalanmasından 7 gün sonra sequn Tokuqava Yesinobu imperatorun deklarasiyasını «qanunsuz» elan edir. Bununla da müharibə başlayır. Yesinobu ordusu Kioto şəhərində yerləşən imperator sarayına hücum təşkil edir.
Pişin (İran)
Pişin — İranın Sistan və Bəlucistan ostanının Sərbaz şəhristanının Pişin bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 10,477 nəfər və 1,832 ailədən ibarət idi.
Pişin rayonu
Pişin rayonu — Bəlucistan əyalətində rayon.1975-ci ilədək Kvetta rayonunun tərkibində olub.Daha sonra status qazanıb.Əhalisi 2005-ci 300,000 nəfər.Əhalinin 90 faizində çoxu Puştundur.
Razi Vaksin və Zərdab tədqiqat İnstitutu
Razi Vaksin və Zərdab tədqiqat İnstitutu (fars. موسسه تحقیقات واکسن و سرم‌سازی رازی‎) — Kərəc şəhərində. İnstutunün əsas istehsalatları insan, heyvan və quşlar əcza ve dərmanlarıdır. == Tarixçəsı == Bu institut böyük ipək yoluün yaxinliğda olaraq, əski zamanlardan atlar, atçapanlar və karvançılərın bir darman göbəkı sayılıb. 1924-ci ildə fəaliyyətlərı təşkil edilib və modernlıgə dəyış etdi və yenı əczalar rejissorluğa yetışdı. Hazırlıkdə bu institut bir direktorlar şurası ılə idarə olunürkən bu şurada təssərüfat və səhiyyə nazirliğlərinın nümayəndələri var.