Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Herher
Herher — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Paşalı (Əzizbəyov, Vayk) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 17 km şimal-qərbdə, Arpaçayın sağ qolu olan Herherçayın yanında yerləşir. 1728-ci ildə tərtib edilmiş «İrəvan əyalətinin icmal dəftəri»ndə Hərhər kimi, Qafqazın 5 verstlik xəritəsində Qerqer (Herher) formasında qeyd edilmişdir. Kəndin qədim adı erməni, eləcə də rus mənbələrində Erern formasında göstərilir. Kəndin adı VIII əsrdə Erern formasında xatırlanır. Kənddə albanlara məxsus məbəd 1291-cı ildə tikilmişdir. == Toponimi == Toponim Strabonun «Coğrafiya» əsərində adı çəkilən qarqar tayfasının adı əsasında formalaşmışdır. Qarqar tayfası qədim türk tayfalarından biridir). Qarqar etnonimindəki q səsi h səsinə keçərək Herher formasını almışdır. Q~h səs əvəzlənınəsi Azərbaycan dilində qanunauyğun haldır: qamuhamı, qansıhansı sözlərindən q~h səs əvəzlənınəsi özünü aydın şəkildə göstərir.
Hetzer
Jagdpanzer 38(t) (Sd. Kfz. 138/2), digər adıyla Hetzer (Azərbaycanca "təxribatçı"/"arapozan"), Üçüncü Reyxin ordusu olan Vermaxt tərəfindən istifadə olunan İkinci dünya müharibəsi dövrünə aid tank vurucu. Bu texnika Çexiya istehsalı olan Panzer 38 (t) şassisindən istifadə edilərək istehsal edilmişdir. "Hetzer" adı çox istifadə edilməmişdir. Skoda fabrikində ilk olaraq E-10 adlanan bir prototip istehsal edildi. Daha sonra bu layihə ləğv edildi və yerinə Panzer 38 (t) yönəldilər. Zavodun bu vasitəyə ad verəcək çox qısa bir müddəti var idi. Axır qərar olaraq "Hetzer" adı ilə verildi. Digərlərindən fərqli olaraq, bu tank vurucu da heyvan adı istifadə edilmədi.
Tether
Tether (nişan: ₮) — ən populyar blokçeyn mərkəzli kriptovalyutalardan biridir. Çoxları Tetherın kriptovalyuta dünyasındakı ticarət və pul köçürmə bazarındakı mövcud rolunun bu yeni maliyyə texnologiyalarının inkişafı və genişləndirilməsi üçün çox vacib olduğuna inanır. Tetherı idarə edən, iFinex, blockchaindəkı Tether dövriyyəsi tokenlərı qədər ABŞ dollarını (və ya avro kimi digər ümumi valyutaları) daima kənara qoyduğunu iddia edir. Tetherın ən məşhur tokenı, USDT adlanır və bu, dollarla dəstəklənir və dəyəri 1 dollardır.Tether kriptovalyutasının texniki xüsusiyyətləri Tether Cryptocurrency-nin əsas xüsusiyyətləri və icmalı: Sikkələrin maksimum sayı: yalnız Tether Limited hesabına yatırılan pul məbləği ilə məhdudlaşır. İlk token buraxıldı: 12 mart 2015-ci il Tokenin işlədiyi zəncirlər: Bitcoin, Ethereum, Binance Smart Chain, Tron, Avalanche, Algorand və s. (cəmi 15-ə yaxın). Bazar kapitalının üstünlüyü: 3,88%. == Ən əhəmiyyətli xüsusiyyətləri == Qiymət sabitliyi: Tetherın qiyməti təxminən 1 ABŞ dollarına bərabərdir. Dəstəkli: Bu iddia, kriptovalyutalar dünyasındakı müşahidəçilər və mütəxəssislər tərəfindən davamlı sorğularla təsdiqlənir. Maliyyə Şəffaflığı: Tetherın maliyyə məlumatları canlı olaraq izlənilə bilir.
Heather Graham
Heather Graham (d. 29 yanvar 1970, Miluoki, Viskonsin, ABŞ), ABŞ aktrisası. 1989-ci ildə kinodakı ilk aktyorluq təcrübəsini yaşadığı Drugstore Cowboy ilə müsbət tənqidlər aldı. 2007-ci ildə baş rolunu Victor Rasuk ilə paylaşdığı Adrift in Manhattan adlı filmdə canlandırdığı diş həkimi "Rose Phipps" adlı personajla hər kəs tərəfindən bəyənildi. 2009-cu ildə çəkildiyi The Hangover filmində isə Detroit Film Critics Society tərəfindən verilmiş bir çox mükafatın da sahibi olmuşdur.
Sweather Weather
Walther P88
Walther P88 - Walther şirkəti tərəfindən 1988-ci ildə konstruksiya edilmiş və polis qüvvələri üçün nəzərdə tutulmuş özüdolan tapança. İstehsalı 1996-cı ildə dayandırılmışdır.
Walther P99
Walther P99 — Almaniya istehsalı olan özüdolan tapanca. Walther şikrəti tərəfindən 1996-cı ildə konstruksiya edilib; 1999-cu ildə isə satışa çıxarılıb.
Sweater Weather
"Sweater Weather" — amerikan alternativ rok qrupu The Neighbourhood-un mahnısı. Mahnı qrup üzvləri Cessi Ruterford, Zak Ebels və Ceremi Fridman tərəfindən yazılıb, prodüserliyi Castin Pilbrou etmişdir. Mahnı onların debüt albomu I Love You.-nun aparıcı sinqlı kimi yer alır. "Sweater Weather" 2013-cü ilin iyun ayında "Billboard Alternativ Mahnılar" hit-paradında birinci sıraya yüksəldi. 2020-ci ildə mahnı TikTok sosial şəbəkəsində yenidən populyarlıq qazandı. Mahnı 2022-ci il tarixində Spotify-da ən çox oxunan mahnılar arasında ilk 100-də yer alıb.
Hetlər
Hetlər, həmçinin hettlər, xettlər və ya xetlər (q.yun. Χετταΐοι, özünü adlandırma Nesili, Kanesili) — qədim xalq. == Tarixi == Rus alimi P. M. Jukovski məşhu "Kulьturnıe rassteniə i i sorodoçi" əsərində bildirir ki, hələ Hett konfederasiyası zamanı / yəni təxminən 4500 il öncə- Ə. Ç./ Azərbaycanın sarı heyvası Kiçik və Ön Asiya ölkələrinə ixrac edilirdi. Küp qəbirləri arxeoloji mədəniyyətinin xüsusiyyəti ondan ibarətdir ki, ölülər gildən qayrılmış çox iri küplərin içərisində basdırılmışdır. Ölüləri küp içərisində basdırmaq qədim dəfn adətlərindən biri olmuşdur. Hələ e.ə. II minillikdə Kiçik Asiyada hetlər, daha sonra şumerlər öz ölülərini iki küpün içində basdırırdılar. Misirdə səndəllər istifadə olunarkən Anadolda Hetlər, bu gün istifadə olunan çarıqlara bənzər ayaqqabılar geymişdilər.