Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Dizful
Dezful- İranın Xuzistan ostanının şəhərlərindən və Dezful şəhristanının mərkəzidir.2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 420,000 nəfər və 105,000 ailədən ibarət idi. Dezful əhalisi müxtəlif etniklərin qarışığından yaranıb.Əhalisinin əksəriyyəti Dezful dilində danışırlar və şiə müsəlmandırlar.
Dizful dili
Dezful dili- Hind-Avropa dil ailəsinin İran dil qrupunun Şimal-qərbi İran dillərinə aiddir ki ki Xuzistan ostanında xüsusilə Dezfulda danışılır.
Pisful-Vali (Vaşinqton)
Pisful Vali (ing. Peaceful Valley) — ABŞ-nin Uatkom əyaləti, Vaşinqton ştatında siyahıyaalınma üçün müəyyənləşdirilmiş yaşayış məntəqəsi. 2010-cu il əhalinin siyahıyaalınması məlumatlarına əsasən yaşayış məntəqəsinin əhalisi 3324 nəfər olmuşdur. == Coğrafiyası == Ümumi ərazisi 44.00 km² olub, bunun 43.9 km² quru, 0.1 km² isə sudur. == Əhalisi == === 2010-cu il əhalinin siyahıyaalınması === 2010-cu il əhalinin siyahıyaalınması məlumatlarına görə burada 3324 nəfər əhali, 1189 şəxsi təsərrüfat və 799 ailə vardı. Əhalinin sıxlığı 55.8 nəfər/km²-di. Burada 1488 ev var və evlərin sıxlığı 33.8/km²-di. Əhalinin etnik tərkibini 88,2%-i Ağ amerikalılar, 0,7%-i Afroamerikalılar, 2,4%-i Hindilər, 0,8%-i Asiyalılar, 0,1%-ni Okeaniya adalarından olanlar, 4,4%-i digər irqdən olanlar və 3,5%-i isə iki və daha artıq irqdən olanlar təşkil edirdi. 1189 şəxsi təsərrüfatın 31,1%-ində özləri ilə yaşayan 18 yaşından kiçik uşaq olanlar, 48,9%-ində evli ailə, 11,4%-ində əri olmayan qadın, 6,9%-ində arvadı olmayan kişi, 32,8%-ində isə ailəsi olmayanlar vardı. Şəxsi təsərrüfatın 22,7%-ində tək bir şəxs və 4,5%-ində isə tək yaşayan 65 yaşdan böyük şəxs vardı.
Will You Be There
Will You Be There — Maykl Ceksonun 1993-cü ildə ifa etdiyi sinql. 1991-ci ildə çıxarılmış Dangerous albomundan götürülmüşdür. Həmçinin Free Willy filminin saundtreki olaraq istifadə edilmişdir. Müəllifləri Maykl Cekson və Brüs Svediendir. Sinql Epic Records şirkəti tərəfindən yayımlanıb. Ümumilikdə sinql Dangerous albomundan olan ən uğurlu mahnılardan biridir. Belə ki, o, altı həftə Böyük Britaniya hit paradında qalmışdır. Will You Be There 1994-cü ildə keçirilən MTV Movie Award müsabiqəsində "Best Song in a Movie" nominasiyasında qalib olmuş, Sony şirkətinin 1999-cu ildə buraxdığı All Time Greatest Movie Songs albomuna daxil edilmişdir.
Hilfü'l-Fudul
580-ci illərdə Ficar döyüşlərindən sonra meydana gələn haqsızlıq mühitində, can və mal güvənliyi sağlanılması, zəif və gücsüzlərin qorunması, zülmün mane olunması üçün cəmiyyətdə sözu sayılan adamların və bir ara Məhəmmədində üzv olduğu barış cəmiyyətidir. Hicrəttən sonra İslam dövlətinin tək qanuni siyasi partiyası olub, Osmanın ölümündən sonra bağlanmışdır. Bu cəmiyyət sadəcə tarixi bir ittifaq deyil, həmçinin fərqli dünya görüşlərinə sahib olan, ancaq əxlaqi dəyərlərdə anlaşan insanların zülmə mane olmaq üçün bir yerə yığışıb yaratdığı cəmiyyətdir. Zilqədə ayında Zubeydi qəbiləsindən bir yəmənli adam mal satmaq üçün Məkkəyə yollanır. Qureyşin nüfüzlü adamlarından olan As bin Vail bu malı aldı, ancaq pulunu ödəmədi. Yəmənli adam Məkkənin digər nüfuzlu adamlarına müraciət edib, ona kömək etməsini istədi. Ancaq onlar yəmənlinin yox, As bin Vailin tərəfində durdular. Əlacsız qalan adam, Qureyşin nüfuzlu adamlarının Kəbə ətrafında oturduqları bir vaxtda Əbu Kubeys dağına çıxaraq: "Ey Fihr Hanədanı!" deyə qışqıraraq şeir oxudu. Məruz qaldığı zülm və haqsızlığını elan edərək, kömək istədi. Kömək üçün ilk hərəkətə keçən Məhəmmədin əmisi Zübeyr oldu.