Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Fədakar (film, 2015)
Fədakar — 2015-ci ildə çəkilmiş Azərbaycan filmi. İkihissəli bədii-sənədli filmin rejissoru Vasif Məmmədzadədir. == Məzmun == Bu filmdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadənin ömrünün maraqlı anları, həyat hekayələri xronoloji ardıcıllıqla təqdim edilir. == Film haqqında == Film Xoşbəxt Yusifzadənin 85 illik yubileyinə həsr olunmuşdur. Film Xoşbəxt Yusifzadənin "Ömrümün illəri və izləri" kitabının əsasında ekranlaşdırılıb. 2 hissəli bədii-sənədli filmdir. Filmin təqdimat mərasimi 9 yanvar 2015-ci il tarixində Nizami Kino Mərkəzində keçirilib. Film əfsanəvi Neft Daşlarında, Bakı şəhərinin müxtəlif guşələrində, Azərbaycan Dövlət Neft və Sənaye Universitetində, Pirşağı, Nardaran və Buzovna qəsəbələrində lentə alınıb. Filmdə Azərbaycan Dövlət Kino-Foto Arxivinin materiallarından, Azərbaycan və xarici ölkə bəstəkarlarının musiqi əsərlərindən istifadə olunub. Filmdə Azərbaycanın görkəmli ictimai, siyasi və dövlət xadimlərindən biri, akademik Vəli Axundovun bədii obrazı yaradılmışdır.
Fədakar aktyor. Muxtar Maniyev (film, 2015)
Fədakar aktyor. Muxtar Maniyev — rejissor Elvin Vəlimətovun 2015-ci ildə Azərbaycan Televiziyasında çəkdiyi sənədli film. == Məzmun == Filmdə görkəmli kino aktyoru, Azərbaycanın xalq artisti Muxtar Maniyevin 80 illik yubileyinə həsr olunur. == Film haqqında == Filmdə "Koroğlu", "İnsan məskən salır", "Uşaqlığın son gecəsi", "Bizim Cəbiş müəllim", "O qızı tapın", "Var olun qızlar...", "Nəsimi", "Ömrün səhifələri", "Xoşbəxtlik qayğıları", "Qərib cinlər diyarında", "Qızıl uçurum", "Yol əhvalatı", "Gümüşü furqon", "Bəyin oğurlanması", "İşarəni dənizdən gözləyin", "Ölsəm... bağışla", "Bəxt üzüyü", "Həm ziyarət, həm ticarət..." filmlərinin kadrlarından istifadə edilmişdir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Müəllif: Sevda Ağazadə Rejissor: Elvin Vəlimətov Operator: Elşən Bədəlov Montaj: Rəşad Rəhimov, Araz Əjdərov Videomateriallar: Həsən Cəbrayılov, Cavid Babayev Rejissor assistentləri: Samir Məlikov, Mikayıl Əjdəroğlu Musiqi tərtibatı: Əliabbas Qasımov Geyim: İradə Həyatova İnzibatçı: Etibar Almazov Mətni oxudu: Ədalət Məmmədov Redaktor: Səyavuş Məmmədov === Rollarda === Almaz Amanova Hüseynəli Ağayev Rəhim Hümbətov === Filmdə iştirak edənlər === Muxtar Maniyev (aktyor, xalq artisti) Adil İsgəndərov (şəkil; teatr və kino rejissoru, aktyor) Hüseyn Seyidzadə (arxiv; kinorejissor) Arif Babayev (şəkil; rejissor, aktyor) Şamil Mahmudbəyov (şəkil; kinorejissor) Əlisəttar Atakişiyev (şəkil; kinorejissor, operator, ssenarist, rəssam) Muxtar Dadaşov (şəkil; operator, rejissor, ssenarist, aktyor) Rasim Ocaqov (şəkil; kinorejissor, kinooperator) Oqtay Mirqasımov (şəkil; rejissor, ssenarist, prodüser) Eldar Quliyev (şəkil; rejissor, ssenarist, aktyor) Tofiq İsmayılov (şəkil; kinorejissor, kinodramaturq, nasir) Fikrət Əliyev (şəkil; rejissor, ssenari müəllifi, aktyor) Əbdül Mahmudov (şəkil; rejissor, aktyor, ssenari müəllifi) Cahangir Mehdiyev (şəkil; rejissor, aktyor, ssenari müəllifi) Ceyhun Mirzəyev (şəkil; rejissor, aktyor) Yuli Qusman (şəkil; ssenari müəllifi.
Aetalar
Aeta (Özlərini ata və ya puqut adlandırırlar) — Avstraloid irqinə mənsub qəbilə, Filippin adalarının köklü xalqlarındandır. Qədim avtoxton əhalisinin törəmələridir. Luzon adasının şərqində dağlıq və dağ ətəyi ərazilərində yarılmışdır. Onların Eta, Atta, Aqta, Baluqa və duqanat qəbilələri vardır. Onların kiçil bir qrupu Neqros adası, Panay adalarının daxili hissələrində və Mindanao adasının şimal-şərqində yauılmışlar. Bəzən Aetalara Mindoro və Palavan adalarında yayılmış avstraloidlər də olara aid edilirlər. Sayları 50 min nəfər (1967), onların 30,000 Luzon adasında yaşayır. Müxtəlif ləhcələrdə danışırlar. Dil Malay-polineziya dillərinə daxildir. Son zamanlar tamamən qonşu fillipin dillərində danışırlar.
Betfakar Fi Eih?!
"Betfakar Fi Eih?!" (Ərəbcə: "بتفَكّر في إيه؟") Nensinin 2008-ci il 30 İyulda çıxmış 6-cı studiya albomudur. 2008-ci ildə Ərəb dünyasında və 1 Avqustda digər ərazilərdə də tanınaraq Nensi Ajrama daha öncəki işlərinin qazandırmadığı uğuru qazandırdı. Albomun adı "Nə düşünürsən?" mənası verir. Bu albomda bir çox mahnıların hit olması Nensinin müasir ərəb musiqisi tarixindəki səltənətini davam etdirdi. Albomun aparıcı mahnısı "Betfakar Fi Eih?!" Nensinin yaradıcılığında çox böyük dəyişikliyin olduğunu göstərirdi. Albom ona dünya şöhrəti və World Music Awards mükafatı qazandırdı. Belə ki, Nensi bu mükafata sahib olan ən gənc ərəb sənətçisi idi. == İstehsal və dəyişikliklər: == 2008-ci ilin İyununda Nensinin meneceri Jiji Lamara "Aktar w Aktar" ("Sahharny Sahhar") mahnısı üçün klip çəkildiyini elan etmişdi. Deyilənə görə, daha öncə albomun aparıcı mahnısı məhz bu seçilmişdi. Belə ki, daha sonra "Betfakar Fi Eih?!" albomun adı və əsas sinqlı oldu.