Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Davadariya xanəgahı
Davadariya xanəgahı — Dəməşq şəhərində XIII əsrə aid xanəgah. == Tarixi == İbn Kəsir 1298-ci il hadisələri haqqında danışarkən Davadariya xanəgahı, oradakı mədrəsə və hədis evi barədə məlumat vermişdir. Bəzən xanəgah şeyxi həm də mədrəsədə dərs deyə bilirdi. Mahmud ibn Əli ibn İsmayıl ibn Yusif ət-Təbrizi (1319) bu"Şafiiyyə" mədrəsəsində dərs demiş, həm də "Davadariya" xanəgahının şeyxi olmuşdur. Dəməşq Universitetində təhsil almış İbn əs-Sabuni xəbər verirdi ki, Əbül-Qasım ibn Ruvaha əl-Ənsari kimi alim şeyx Azərbaycanın Şirvan bölgəsindən olan Əbül Həsən əl-Müfəddidin tələbəsi olmuşdur. Əbül-Həsən ona qiraətdən dərs demişdi. İbn əs-Sabuninin özünün Dəməşqdə mühazirələrini dinlədiyi digər azərbaycanlı ziyalı 1164-cü ildə anadan olmuş Əbu Şəfa Xəlil ibn Əhməd ibn Xəlil ət-Təbrizi 1257-ci ildə vəfat edənə qədər burada qalaraq fəaliyyətini davam etdirmiş, Dəməşqdə, sufilərin qəbirstanlığında dəfn edilmişdir. == Həmçinin bax == Xanəgah Pir Hüseyn xanəgahı Pir Xamuş xanəgahı Hala Sultan Xanəgahı Əlincəçay xanəgahı Pir Yaqub xanəgahı Pir Mərdəkan xanəgahı Xudu Divanə xanəgahı == İstinadlar == == Xarici keçidlər == Nərgiz Əliyeva. Orta əsrlərdə Azərbaycan alimlərinin elmi əlaqələri və tədris fəaliyyəti. Bakı: "Turxan" NPB, 2015.
Pirsaatçay xanəgahı
Pirsaat xanəgahı, Pirsaatçay xanəgahı və ya Pir Hüseyn xanəgahı – Hacıqabul rayonunun Qubalıbalaoğlan kəndi ərazisində yerləşən XIII əsrə aid sufi xanəgahı. Pirsaatçay xanəgah kompleksi abidəsinin üzərindəki kitabələrdən məlum olduğu üzrə Şirvanşahların Kəsrani nəslindən olan III Fəribürz və II Axsitanın zamanı, yəni XIII əsrdə əmələ gəlməyə başlamışdır. Abidə 1939–1940-cı illərdə hərtərəfli ölçülüb tədqiq edilmiş, daha sonralar, 1956–1965-ci illərdə bu kompleksdə bir sıra bərpa işləri aparılmışdır. Kompleksin əsas binası burada XIII əsrdə tikilmiş Şeyx Pir Hüseyn Şirvaninin məqbərəsidir. Şeyx Hüseyn Şirvani türbəsinin içərisindəki qəbir sənduqəsinin üzərini örtən kaşılar olduqca qiymətli sənət əsəridir. Təəssüf ki, kaşılar hələ XIX əsrdən başlayaraq sökülmüş, müxtəlif tədqiqatçı, yaxud təsadüfi adamlar tərəfindən qoparılaraq aparılmış və dünyanın müxtəlif muzeylərinə yayılmışdır. Pir Hüseyn kaşılarının böyük bir qrupu Rusiyanın Ermitajında, Gürcüstan Dövlət Muzeyində, Moskva Şərq Mədəniyyəti Muzeyində, Avropanın Luvr, Britaniya və başqa muzeylərində və kiçik hissəsi isə Bakıda, Nizami muzeyində saxlanılmaqdadır. Pir Hüseyn kaşılarının üzərində olan ornamental bəzəklər və kitabələr olduqca diqqəti cəlb edən, tarixi əhəmiyyətli materiallar olduğu üçün görkəmli rus şərqşünası V.A.Kraçkovskaya tərəfindən ətraflı şəkildə tədqiq edilmiş və bir monoqrafik əsər şəklində nəşr edilmişdir. Pir Hüseyn kaşılarının bir xüsusiyyəti də ondan ibarətdir ki, o zaman Azərbaycanda əsasən kəsmə kaşı tətbiq edildiyi halda bu binanın kaşı bəzəyi, əvvəlcə müəyyən naxışlar formasında çəkilib üzəri şirələndikdən sonra böyük təbəqələr şəklində bişirilmiş kaşı növündəndir. Belə kaşılar böyük parçalar şəklində olduğu üçün onların quraşdırılması kəsmə kaşıya nisbətən daha asanlıqla başa gəlirdi.
Pirxamuş xanəgahı
Pir Xamuş xanəgahı və ya Pirqamış xanəgahı — Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərinin Şahab məhəlləsində ziyarətgah. Əvvəllər möhrədən tikilmiş kiçik bir binadan ibarət olmuşdur. Bəzi tədqiqatçıların fikirlərinə görə isə, əvvəllər burada məscidin yerinə ətrafı qamışla hörülmüş pir olmuş, bu səbəbdən də sonralar onun yerində inşa olunan məscidə Pirqamış adı verilmişdir. Azərbaycanın müstəqilliyinin bərpasından sonra bu xanəgah yenidən bərpa olunmuşdur. Ümumi həyətyanı sahəsi 3000 m², iç sahəsi isə 484 m²-dir. Hündürlüyü döşəmədən günbəzədək 13 metr, minarəsinin hündürlüyü 18 metrdir. Bəzi fikirlərə görə əvvəllər məscidin yerində ətrafı qamışla hörülmüş pir olmuş, bu səbəbdən də sonralar onun yerində inşa olunan məscidə Pirqamış adı verilmişdir. Əslində isə məscidin adı orta əsrlər zamanı bütün müsəlman şərqində olduğu kimi Azərbaycanda da geniş yayılan və ölkənin ictimai-siyasi və ideoloji həyatında mühüm rol oynayan sufi təriqətləri ilə əlaqədar yaranmışdır. Keçmişdə məscidin yerində sufi təriqətinin fəaliyyət göstərdiyi xanəgah da olmuşdur. Məscidin ilkin adı Pirqamış deyil, Pir Xamış olmuşdur.
Şıxməzid xanəgahı
Şıxməzid xanəgahı– Ağsu rayonunun Şıxməzid kəndi ərazisində yerləşən XIV-XVII əsrlərə aid sufi xanəgahı. Ehtimal edilir ki, Şıxməzid xanəgahı xəlvəti şeyxlərindən Şeyx İzzəddin Türkmaniyə aiddir. Şıxməzid türbəsi yerli sakinlər tərəfindən “Narlı pir” adlandırılır. Şirvan xanlarının şəcərəsində ailənin bəzi üzvlərinin məhz Şıxməzid kəndində “Narlı pir” qəbiristanlığında dəfn edildiyi yazılır. Mənbələrdə Şeyx İzzəddinin qəbrinin üzərində narın bitdiyi və onun meyvələrindən, tikanlarından xəstəliklərin müalicəsində istifadə edildiyi qeyd olunur. Tarixi mənbələrdən Şeyx İzzəddinin Əmir Teymurla görüşdüyü də bəllidir. Şıxməzid xanəgahının qalıqları 2012-ci ildə Ağsu ekspedisiyası tərəfindən üzə çıxarılıb. Buradakı səhəng örtüklü müsəlman qəbirləri nadir rast gəlinən qəbir tiplərindəndir.
Əlincəçay xanəgahı
Əlincəçay xanəgahı – Culfa rayonunun Xanəgah kəndində, Əlincəçayın sahilində yerləşən Orta əsrlərə aid tarixi memarlıq kompleksi. Kompleksdən dövrümüzə Nəimi türbəsi, məscid, naməlum abidənin sütunları və başqa bir tikilinin xarabalıqları qalmışdır. Əlincəçay xanəgah kompleksinin əsasını əmir, isfəhsa, böyük alim Uluq Qutluq Lala bəyin tikdirdiyi kvadratşəkilli türbə təşkil edir. Türbənin kitabəsində memarın adı (Memar Cəmaləddin) qalmış, lakin inşa tarixini göstərən hissə dağıldığından, nə vaxt tikildiyini dəqiq müəyyənləşdirmək mümkün olmamışdır. Üslub xüsusiyyətlətinə görə türbənin XII əsrin sonu — XIII əsrin əvvəllərində inşa edildiyi ehtimal olunur. Türbənin yuxarı künclərindəki irihəcmli tromp (memarlıqda konus hissə, tağvari konstruksiya) qurşağı onun daxilinə arxaik görünüş verir. Tromplar səkkizbucaqlıdır. Onların stalaktit quruluşu isə onaltıbucaqlıya keçid təşkil edir ki, bu da çadırvari günbəzin oturacağını əmələ gətirir. Xanəgahın giriş qapısının hər iki tərəfində şərti olaraq "mehrab" adlandırılan düzbucaqlı pannolar gəcdən oyulmuş qabarıq naxışlar və dini məzmunlu kitabələrlə bəzədilmişdir. Bunlar dünya memarlığı tarixində gəc üzərində plastik oymanın ən gözəl nümunələrindəndir.
Hala Sultan Xanəgahı
Hala Sultan Xanəgahı (türk. Hala Sultan Tekkesi) - Kipr Respublikasının ərazisində yerləşən xilafət dönəmindən qalma xanəgah. Hala Sultan Xanəgahı Kipr adasında yerləşən ən məşhur müsəlman din mərkəzlərindən biri hesab olunur. Dini tikili Larnaka şəhərində yerləşən Duz gölünün yaxınlığında inşa edilmişdir. VII-X əsrlərdə Ərəb Xilafətinin Kipr adasına səfərləri başlanır. Səfərlər əsnasında Məhəmməd Peyğəmbərin qohumu olduğununa inanılan Hala Sultanın (Ümmü Haram) Larnaka şəhərində vəfat edir və onun vəfat etdiyi yerin üzərində 647-649-ci il tarixləri ərzində xanəgah inşa edilir. Yeddi əsrə yaxın adanın müsəlman əhalisinə xidmət edən xanəgah XVIII əsrdə Osmanlı İmperiyasının nəzarəti altına keçir və Osmanlı dönəmində Hala Sultan Xanəgahı yenidən restavriasiya edilir.
Pir Hüseyin xanəgahı
Pirsaat xanəgahı, Pirsaatçay xanəgahı və ya Pir Hüseyn xanəgahı – Hacıqabul rayonunun Qubalıbalaoğlan kəndi ərazisində yerləşən XIII əsrə aid sufi xanəgahı. Pirsaatçay xanəgah kompleksi abidəsinin üzərindəki kitabələrdən məlum olduğu üzrə Şirvanşahların Kəsrani nəslindən olan III Fəribürz və II Axsitanın zamanı, yəni XIII əsrdə əmələ gəlməyə başlamışdır. Abidə 1939–1940-cı illərdə hərtərəfli ölçülüb tədqiq edilmiş, daha sonralar, 1956–1965-ci illərdə bu kompleksdə bir sıra bərpa işləri aparılmışdır. Kompleksin əsas binası burada XIII əsrdə tikilmiş Şeyx Pir Hüseyn Şirvaninin məqbərəsidir. Şeyx Hüseyn Şirvani türbəsinin içərisindəki qəbir sənduqəsinin üzərini örtən kaşılar olduqca qiymətli sənət əsəridir. Təəssüf ki, kaşılar hələ XIX əsrdən başlayaraq sökülmüş, müxtəlif tədqiqatçı, yaxud təsadüfi adamlar tərəfindən qoparılaraq aparılmış və dünyanın müxtəlif muzeylərinə yayılmışdır. Pir Hüseyn kaşılarının böyük bir qrupu Rusiyanın Ermitajında, Gürcüstan Dövlət Muzeyində, Moskva Şərq Mədəniyyəti Muzeyində, Avropanın Luvr, Britaniya və başqa muzeylərində və kiçik hissəsi isə Bakıda, Nizami muzeyində saxlanılmaqdadır. Pir Hüseyn kaşılarının üzərində olan ornamental bəzəklər və kitabələr olduqca diqqəti cəlb edən, tarixi əhəmiyyətli materiallar olduğu üçün görkəmli rus şərqşünası V.A.Kraçkovskaya tərəfindən ətraflı şəkildə tədqiq edilmiş və bir monoqrafik əsər şəklində nəşr edilmişdir. Pir Hüseyn kaşılarının bir xüsusiyyəti də ondan ibarətdir ki, o zaman Azərbaycanda əsasən kəsmə kaşı tətbiq edildiyi halda bu binanın kaşı bəzəyi, əvvəlcə müəyyən naxışlar formasında çəkilib üzəri şirələndikdən sonra böyük təbəqələr şəklində bişirilmiş kaşı növündəndir. Belə kaşılar böyük parçalar şəklində olduğu üçün onların quraşdırılması kəsmə kaşıya nisbətən daha asanlıqla başa gəlirdi.
Pir Hüseyn xanəgahı

Pir Mərdəkan xanəgahı
Pir Mərdəkan xanəgahı – Azərbaycan respublikasının Şamaxı rayonundan 16 km cənub – qərbdə, Göylər kəndi ərazisində yerləşən tarixi memarlıq abidəsi. Kompleksə türbə, xanəgah binası və kiçik yardımçı binalar daxildir. Türbə XIII-XIV əsrlərdə tikilib. Bəzi məlumatlara görə oz dövrünün görkəmli üləma alimlərindən olan Seyid Mərdəkaninin qəbri burdadır. Məqbərənin içərisindəki qəbir daşında və divarda qalmış bəzi yazılar M. Nemətova tərəfindən oxunmuşdur. Bu yazılarda binanın tikildiyi tarix - hicri 583 – 600, miladi 1188 – 1203 – cü illər göstərilir. Üslub xüsusiyyətlərinə görə binanın tikilmə tarixi XIII əsrin əvvəllərin aid edilir. Xanəgahın ətrafinda qədim qəbristan, karvansara kompleksi var. Abidənin fasadında ərəbcə kufi elementli süls xəttilə yazılmış kitabədə deyilir: "Rəhmli və Mərhəmətli Allahın adı ilə. Bu qəbir Şeyx, İmam, ən böyük alim, mömin Tair Tac Əl-Hüda Mədəkani İbn Əlinindir.
Pir Xamuş xanəgahı
Pir Xamuş xanəgahı və ya Pirqamış xanəgahı — Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərinin Şahab məhəlləsində ziyarətgah. Əvvəllər möhrədən tikilmiş kiçik bir binadan ibarət olmuşdur. Bəzi tədqiqatçıların fikirlərinə görə isə, əvvəllər burada məscidin yerinə ətrafı qamışla hörülmüş pir olmuş, bu səbəbdən də sonralar onun yerində inşa olunan məscidə Pirqamış adı verilmişdir. Azərbaycanın müstəqilliyinin bərpasından sonra bu xanəgah yenidən bərpa olunmuşdur. Ümumi həyətyanı sahəsi 3000 m², iç sahəsi isə 484 m²-dir. Hündürlüyü döşəmədən günbəzədək 13 metr, minarəsinin hündürlüyü 18 metrdir. Bəzi fikirlərə görə əvvəllər məscidin yerində ətrafı qamışla hörülmüş pir olmuş, bu səbəbdən də sonralar onun yerində inşa olunan məscidə Pirqamış adı verilmişdir. Əslində isə məscidin adı orta əsrlər zamanı bütün müsəlman şərqində olduğu kimi Azərbaycanda da geniş yayılan və ölkənin ictimai-siyasi və ideoloji həyatında mühüm rol oynayan sufi təriqətləri ilə əlaqədar yaranmışdır. Keçmişdə məscidin yerində sufi təriqətinin fəaliyyət göstərdiyi xanəgah da olmuşdur. Məscidin ilkin adı Pirqamış deyil, Pir Xamış olmuşdur.
Pir Yaqub xanəgahı
Pir Yaqub xanəgahı — Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində Möminə xatın türbəsindən şimalda ziyarətgah. Pir Yaqub xanəgahı uzun müddət tədqiqatçıların diqqətindən kənarda qalmışdır. Haqqında ilkin məlumatları XX yüzilliyin 30-cu illərində rus alimi K.N. Smirnov vermişdir. O, qeyd etmişdir ki, Möminə Xatun türbəsinin yaxınlığında Pir Yaqubun qəbri vardır. Sitayiş yeri olan bu unudulmuş qəbir hansı isə bir dərvişə məxsusdur. Orta əsrlər zamanı Naxçıvan şəhərində fəaliyyət göstərən xanəgahlardan biri də bu xanəgah olmuşdur. Bəktaşiyyə Sufi cəmiyyətinə mənsub olan və rəhbəri Pir Yaqubun adı ilə Pir Yaqub xanəgahı adlanan bu sufi məskəni Naxçıvanın ictimai-siyasi həyatında mühüm rol oynamışdır. Ancaq XIX yüzillikdən başlayaraq əksər sufi məskənləri kimi bu xanəgah da tənəzzül etmiş, zaman keçdikcə unudulmuşdur. Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra xanəgah binası bərpa olunmuşdur. Binanın içərisində iki qəbir vardır.
Xudu Divanə xanəgahı
Xudu Divanə xanəgahı — Naxçıvan Muxtar Respublikasının Naxçıvan şərq yaxınlığında, Hacıvar kəndində ziyarətgah. Bu pir haqqında ilk məlumata rus alimi İ.P.Zelinskinin 1882-ci ildə SMOMPK məcmuəsində nəşr etdirdiyi məqaləsində rast gəlinir. XX yüzilliyin 20-ci illərində Naxçıvanda olmuş rus alimi V.M.Sısoyev pir haqqında yazır: Naxçıvan şəhəri yaxınlığında, Hacıvarda bir-birindən 300-400 addım məsafədə iki qarağac ağacı vardır. Onları ekiz sayılırlar. Belə hesab edirlər ki, onlar yeraltı köklər vasitəsilə bir-biri ilə birləşmişdir. Bu ağaclarda əmələ gəlmiş qabarmaları onların hamiləliyilə izah edirlər. Onlar dan birinin, Yarımca yolunun yaxınlığında olanın yanında cavan qaraağac yetişib. Onu qoca qara ağacın oğlu hesab edirlər. Sonuncunun altında gil dən balaca otaq tikilib. Bu yerlərin sahibləri orada öz ölülərini dəfn edirlər.
Pir-i Süleyman Xanəgahı
Naxçıvan bölgəsində fəaliyyət göstərən xanəgah – türbələrdən biri də Şərur rayonunun Tənənəm kəndindəki Pir-i Süleyman adı ilə məşhur olan ziyarətgahdır. Pir memarlıq baxımından о qədər də möhtəşəm olmayan bir binadan ibarətdir (şəkil 59). Binanın günbəzi tacvari formalı olub, dairəvi planlıdır. Vaxtı ilə abidənin giriş qapısı üzərində kitabə olsa da həmin epiqrafik sənəd zaman keçdikcə məhv olaraq sıradan çıxmışdır. Binanın içərisində qəbir vardır. Pirdə əsas ziyarət obyekti bu qəbirdir. Ancaq qəbirin və binanın üstündə epiqrafik sənəd-kitabə olmadığı üçün onların tarixi, mənsubiyyəti və təyinatı haqqında sanballı elmi fikir söyləmək mümkün deyildir. Yaşlı əhalinin söylədiyinə görə pirin tarixi Tənənəm kəndinin tarixindən qədimdir. Pirin nə üçün "Piri-i Süleyman" adlanması haqqında dəqiq məlumat yoxdur. Fikrimizcə, ziyarətgahın adındakı "Pir" sözü sufi təriqəti rəhbərlərinə verilən ən yüksək tituldur.