Şıxməzid xanəgahı– Ağsu rayonunun Şıxməzid kəndi ərazisində yerləşən XIV-XVII əsrlərə aid sufi xanəgahı.
Şıxməzid xanəgahı | |
---|---|
Ölkə | Azərbaycan |
Şəhər | Ağsu |
Yerləşir | Şıxməzid (indiki Ağsu şəhəri) kəndi |
Aidiyyatı | Sufizm |
Tikilmə tarixi | XIV-XVII əsr |
Üslubu | Şirvan-Abşeron memarlıq məktəbi |
Kateqoriya | Xanəgah |
Əhəmiyyəti | Ölkə əhəmiyyətli |
Ehtimal edilir ki, Şıxməzid xanəgahı xəlvəti şeyxlərindən Şeyx İzzəddin Türkmaniyə aiddir. Şıxməzid türbəsi yerli sakinlər tərəfindən “Narlı pir” adlandırılır. Şirvan xanlarının şəcərəsində ailənin bəzi üzvlərinin məhz Şıxməzid kəndində “Narlı pir” qəbiristanlığında dəfn edildiyi yazılır. Mənbələrdə Şeyx İzzəddinin qəbrinin üzərində narın bitdiyi və onun meyvələrindən, tikanlarından xəstəliklərin müalicəsində istifadə edildiyi qeyd olunur. Tarixi mənbələrdən Şeyx İzzəddinin Əmir Teymurla görüşdüyü də bəllidir. Şıxməzid xanəgahının qalıqları 2012-ci ildə Ağsu ekspedisiyası tərəfindən üzə çıxarılıb. Buradakı səhəng örtüklü müsəlman qəbirləri nadir rast gəlinən qəbir tiplərindəndir.[1]