Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Turqut Cansever
Turqut Cansever Turqut Cansever (12 sentyabr 1921, Antalya - 22 fevral 2009, İstanbul), türk memarı, şəhər plançısı, mütəfəkkir. O, dünyada yeganə memardır ki, üç dəfə Ağa Xan Memarlıq Mükafatını alıb. "Müdrik memar" kimi də tanınır. Şəhərdə, yenidənqurma, qoruma sahələrində bir çox vəzifə almış və Bəyazıd Meydanını dizayn etdi. Türkiyədə sənət tarixi üzrə ilk doktorluq dissertasiyasının sahibidir. == Həyatı == 1921-ci ildə Antalyada anadan olub. O, həkim Həsən Ferit bəylə həyat yoldaşı Saime xanımın beş övladının ən böyüyüdür. Atası həkim Həsən Ferit bəy Kasımpaşa Turabi Təkyəsi şeyxi və Bab-ı Əlinin ən yüksək bürokratlarından biri olan Şeyx Əli Əfəndinin oğlu idi. Bürokrat olmaqdansa tibb təhsilini seçən, müharibə illərində Sinay Cəbhəsində Səhra başhəkimi işləmiş, Türk Ocaqlarının qurucuları arasında yer alan Həsən Ferit bəy, dövlət ideologiyasına müxalifətdə qalan, Ankarada yüksək vəzifə təkliflərini rədd edərək Antalya və Adanada malyariya ilə mübarizədə iştirak etməyə üstünlük verən, Bursa, Tavşanlıda sürgün həyatı yaşamış ziyalı və həkimdir. Anası Saime xanım Plovdiv əsilli müəllim idi.
Envər Aysevər
Envər Aysevər (d. 1971, İstanbul) Türk jurnalist, roman yazarı, televiziya aparıcısı. "BirGün" qəzetində gündəlik, "Boyun Eğme" jurnalında isə həftəlik yazılar yazmaqda və əynı zamanda Tele1'de "Ayrıntılar" adlı televizya proqramını hazırlayıb aparıcılığını etməkdədir. == Həyatı == 1971-ci ilde İstanbulda doğuldu. Mimar Sinan Gözəl Sənətlər universiteti sosyologiya bölümünden məzun oldu. "Doğuş", "Yeditepe "ve "Arel" universitetlərində dərslər verdi.
Vannever Buş
Vannevar Buş (11 mart 1890[…], Everett[d], Massaçusets – 28 iyun 1974[…], Belmont[d], Massaçusets) — Amerika alimi. == Həyatı == İkinci dünya müharibəsinin başlanması ərəfəsində Avropa ölkələri kimi ABŞ da müharibəyə hazır deyildi. Bu dövrdə Amerikada bir sıra gənc alimlər yetişirdi ki, onlardan biri də Vannever Buş idi. İnternetin yaradılmasında birbaşa iştirak etmədiyinə baxmayaraq V. Buş müasir qlobal şəbəkə infrastrukturunun "xaç atası" hesab edilir. O, 1890-cı ildə ABŞ-nin Massaçusets ştatının Çelsi şəhərində anadan olmuşdur. Məktəbi bitirdikdən sonra Tufts Kollecə daxil olmuş, təhsil illərindəki nailiyyətlərinə görə bakalavr dərəcəsi almaq üçün ayrılmış vaxtda texnika üzrə magistr dərəcəsi almışdır. Tufts Kollecdə oxuyarkən V. Buş ilk ixtirasını etmiş — otbiçən maşına bənzər geodeziya cihazı yaratmışdır. Magistr dərəcəsi aldıqdan sonra 1914-cü ildə V. Buş Vannever Buş "General Electric" şirkətində avadanlıqların testləşdirilməsi (1890–1974) üzrə mühəndis vəsifəsinə işə düzəlmiş, 1919-cu ildə isə Massaçusets Texnologiya İnstitutunun (MİT) elektrotexnika departamentinə keçir. 1931-ci ildə V. Buş differensial tənlikləri həll edən diferensial analizatorun işləyib hazırlanmasını başa çatdırır. Elə bu dövrdə gənc tədqiqatçının diqqətini insan düşüncələrini avtomatlaşdırmağı bacaran maşının yaradılması problemi daha çox cəlb etməyə başlayır.