Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Kohrəng tuneli
Kohrəng tuneli və ya Kuhrəng tuneli — Kohrəng çeşməsinin suyun Zayəndə çayına daşınması üçün 1953-cü ildə yardılmış tunel; Çahar-Mahal və Bəxtiyari ostanının Çelgerd şəhərinin yaxınlığındadır.
Kohrəng şəhristanı
Kuhrəng şəhristanı – İranın Çahar-Mahal və Bəxtiyari ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Çelgerd şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 33,468 nəfər və 5,980 ailədən ibarət idi.
Xorsənd
Xorsənd — İranın Kirman ostanının Şəhr Babək şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 7,847 nəfər və 1,663 ailədən ibarət idi.
Övrəng
Övrəng (fars. اورنگ‎) - İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. Kənd 11 avqust 2012-ci il tarixində zəlzələ nəticəsində tamam dağılıb. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 532 nəfər yaşayırdı (121 ailə).
Arçana Sorenq
Arçana Sorenq (1996) — Hariadan olan ətraf mühit fəalı. Onun fəaliyyəti iqlim dəyişikliyi haqqında məlumatlılığın artırılmasına, habelə yerli xalqların adət-ənənələrinin və mədəniyyətinin sənədləşdirilməsinə, qorunmasına və təbliğinə həsr olunub. Sorenq təşkilatın gənclər strategiyasının bir hissəsi olaraq Birləşmiş Millətlər Təşkilatının Baş Katibi tərəfindən qurulmuş İqlim Dəyişiklikləri üzrə Gənclər Məsləhət Qrupunun yeddi üzvündən biri seçilir. == Bioqrafiya == Sorenq Hadiya xalqındandır və Odişa ştatının Sundarqarx rayonundakı Rajqanqpure şəhərində böyüyüb. O, atasının ölümündən sonra ətraf mühit fəalı olur. O, həyatı boyu Hindistan Katolik Gənclər Hərəkatının fəal üzvü olmuşdur. O, TISS tələbə birliyinin prezidenti, həmçinin All India Catholic University Federation (AICUF) bir hissəsi olan Adivasi Yuva Chetna Manch kimi tanınan Tribal Commissionin sədri olur. Hal-hazırda Vasundhara Odishada tədqiqatçı kimi çalışır. Təşkilatda o, Bhubaneşvarda təbii ehtiyatların idarə edilməsi, insanların hüquqları və iqlim dəyişikliyi sahələrində siyasət araşdırmaları aparır.
Həft övrəng
"Həft övrəng" (fars. هفت اورنگ‎, azərb. Yeddi taxt‎) — farsdilli ədəbiyyatın klassiki Əbdürrəhman Cami tərəfindən 1468-1485-ci illərdə yazılmış yeddi poemadan ibarət məsnəvi toplusudur. Həft övrəng ifadəsi Böyük ayı bürcündən yeddi ulduzun adına işarədir. Topluya daxil olan mısnəvilər dini, fəlsəfi, etik və sufi məzmunludur. == Məsnəvilər == Həft övrəng toplusuna yeddi məsnəvi daxildir: Qızıl zəncir (fars. سلسلة الذهب‎) – didaktik lətifələr toplusu şəklində yazılmış məsnəvidir Yusif və Züleyxa (fars. یوسف و زلیخا‎) – Yusif və Potifarın həyat yoldaşı Züleyxanın romantik münasibətlərini İslam ənənələri əsasında təsvir edən romantik poemadır. Peyğəmbərin ruzusu (fars. سبحة الابرار‎) - didaktik lətifələr toplusu şəklində yazılmış məsnəvidir Salman və Absal (fars.
Nasi-qorenq
Nasi-qorenq (indonez. nasi goreng, mənası "qızardılmış düyü"), İndoneziya mətbəxinin həm də Cənub-Şərqi Asiyanın milli yeməyidir. Çox vaxt İndoneziyanın "kulinariya simvolu" olaraq qəbul edilir, Qərb ölkələri də daxil olmaqla bölgədən kənarda da yayılmışdır. Plov növü olub, bitki yağında heyvan və ya bitki mənşəli əzilmiş məhsullarla qızardılmış düyü qarışığıdır. Müxtəlif növləri var. Tarixən əsas kulinariya mərkəzlərindən biri olan Yavada xüsusilə populyardır. İndoneziya və bir sıra digər regional mətbəxlərdə, Nasi-qorenq ilə birlikdə qarnir, adətən, yumurta, bir neçə manqal sate, krupuk (Çipsi), az miqdarda təzə və ya isladılmış tərəvəz və bəzən də digər qəlyanaltılar ilə tamamlanır. == Yaranması və yayılması == Nasi-qorenq, uzun əsrlər boyu Malakka yarımadasında və Malay arxipelaqının əsas taxıl məhsulu kimi becərilən düyünün ənənəvi bişirilməsi üsullarından biridir. Qaynadılmış düyünün bitki yağında qovurulması, həmçinin yeməyin əvəzedilməz tərkib hissəsi olan soya sousunun işlədilməsi təcrübəsinin burada məskunlaşmış çinlilərdən mənimsənildiyi güman edilir. Düyünün bu üsulla bişirilməsi nəinki ona xüsusi dad verir, hətta nəmli, isti havada yeməyin uzun müddət saxlanılmasına şərait yaradır.
Xoren Abramyan
Xoren Babkeni Abramyan (erm. Խորեն Բաբկենի Աբրահամյան; 1 aprel 1930, İrəvan – 10 dekabr 2004, İrəvan) — SSRİ və Ermənistan teatr və kino aktyoru, rejissor, SSRİ xalq artisti (1980). SSRİ Dövlət mükafatına layiq görülmüşdür (1981). == Həyatı == Xoren Abramyan 1 aprel 1930-cu ildə İrəvanda anadan olmuşdur. 1951-ci ildə İrəvan Dövlət Teatr və Kino İnstitutunu bitirmiş və Qabriel Sundukyan adına Ermənistan Milli Teatrının səhnəsində oynamağa başlamışdır (1980–1985-ci illərdə, 1988-ci ildən baş rejissor). 1985–1988-ci illərdə Askanaz Mravyan adına Leninakan teatrının baş rejissoru işləmişdir. Xoren Abramyan kinoda debütünü 1949-cu ildə "Ararat vadisinin qızı" filmində etmişdir. O, "Dağ gölünün sirri" (1954), "Boy" (1957), "İlk sevgi mahnısı" (1958,), "Ana ürəyi" (1958), "Saroyan qardaşları" (1968), "Doğum" (1978), "Çox yaşa" (1980) filmlərində rol almışdır.
Xoren Arutyunyan
Xoren Ovanesoviç Arutyunyan (Arutyunov) (erm. Խորեն Հարությունյան) (24 iyul (5 avqust) 1891, Axalkalaki, Tiflis quberniyası – 9 dekabr 1950, Stepanakert) — erməni sovet aktyoru, Azərbaycan SSR xalq artisti (1943). == Həyatı == 1891-ci ildə anadan olmuşdur. Səhnə fəaliyyətinə 1911-ci ildə Tiflisdə başlamış və 1931-ci ilədək kiçik fasilərlə burada çalışmışdır. 1931–1949-cu illərdə Bakıda erməni dram teatrında, 1949-cu ildən isə Stepanakertdə erməni dövlət dram teatrında çıxış etmişdir. 1952-ci ildə vəfat etmişdir. == Mükafatları == "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 27 aprel 1940 "Azərbaycan SSR xalq artisti" fəxri adı — 17 iyun 1943 == Mənbə == АРУТЮНЯ́Н, Хорен Оганесович // Театральная энциклопедия: [в 6 т.] / гл. ред.: С. С. Мокульский. Т. 1. А — «Глобус».