Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Komandalar yığını
komandalar yığını – mikroprosessorun tanıdığı və yerinə yetirdiyi maşın komandaları sistemi. Komandalar yığınına toplama, çıxma, vurma və bölmə kimi aşağı səviyyəli addım-addım komandalar daxildir. Hər bir mikroprosessorun öz komandalar yığını var, ancaq bəzi hallarda komandalar yığını daha geniş təyin olunur və ora proqramlaşdırma dillərindəki komandalar daxil olur. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Maşın yığımı
Maşın yığımı hissələrin və düyümlərin maşının təyinatına cavab verən, müəyyən olunmuş ardıcıllıqla birləşməsi və bərkidilməsidir. Məmulun təşkiledici hissələrinin söküləbilən və sökülməyən birləşməsinə düyüm deyilir. Düyümün əsas xarakteri onun başqa elementlərdən yığılmasıdır. Düyümə daxil olan iki və daha artıq hissələr birləşməsinə altdüyüm deyilir. Altdüyümlər dərəcələrinə görə fərqlənirlər. Ən yüksək dərəcəli altdüyüm yalnız bir hissədən ibarət olur. Yığmanın başlandığı hissə və ya düyüm baza elementi adlanır. →Maşınqayırmada yığmaya sərf olunan əməktutumu məmulun ümumi əməktumunun 25÷30%-ni təşkil edir. Fərdi və kiçik seriyalı istehsalda isə daha çox çatdırma işləri tələb olunduğundan bu nisbət 40÷45%-ə qədər qalxa bilir. == Təsnifatı == Maşınqayırmada yığma ümumi və düyüm olaraq iki qrupa bölünür.
Ot yığını
Ot yığını — təbii ekosistemlərdə rast gəlinən, otlaqlarda yaşıl yem, bağlarda dekorativ ot kimi istifadə edilən təbii bitki. Qırtıckimilər ailəsindəndir və çəmən şəklində deyil, top-top şəklində yığılmış düz çəmənliklərdə rast gəlinir. Adətən bir mövsümdən çox yaşayırlar. Bir çox növün kökləri 2 metr və ya daha çox olur. Bu yolla maili yerlərdə torpağı eroziyadan qoruyurlar. Onun kökləri digər bitkilərə nisbətən daha dərin və nəm yerlərə çata bilir. Onlar həşəratlar (kəpənəklər daxil olmaqla), quşlar, xırda heyvanlar və daha böyük ot yeyənlər üçün yaşayış yeri təmin edir və torpağı süni şəkildə qidalandırırlar. Onun yarpaqları yerli xalqlar və müasir rəssamlar tərəfindən səbət toxuması kimi məqsədlər üçün istifadə olunur.
Genişləndirilmiş ASCII yığını
Genişləndirilmiş ASCII yığını – kodları ASCII yığınının 128–255 (onaltılıq 80h–FFh) aralığında olan hər hansı simvollar yığını. Genişləndirilmiş ASCII yığınının standart yığından fərqi odur ki, o, sabit deyil və kompüterdən, əməliyyat sistemindən, proqramlardan, şriftlərdən, qrafik simvollar yığınından asılı olur. Standart ASCII yığını bütün kompüterlərin işləməli olduğu ən vacib simvolları (hərfləri, rəqəmləri və durğu işarələrini) əhatə edir, genişləndirilmiş ASCII yığınına isə vurğulu hərflər, qrafik simvollar və xüsusi simvollar kimi əlavə 128 simvol daxildir. Genişləndirilmiş ASCII yığınını kodlaşdırmaq üçün baytda olan səkkiz bitin hamısından (standart ASCII yığınında 7 bitdən) istifadə olunur.
Pambığın mexanikləşdirilmiş yığımı (film, 1961)
== Məzmun == Kinolent Azərbaycanda pambıq yığımında texnikadan-pambıqyığan kombayndan istifadə olunmasından, bunun əmək məhsuldarlığına böyük təsirindən danışır. == Film haqqında == Film Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin sifarişi ilə çəkilmişdir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Teyyub Axundov Ssenari müəllifi: Əfqan Əsgərov, M.Qədimova Operator: Teyyub Axundov Səs operatoru: Sabir İsgəndərov == Sponsor == Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 170-179.
Pambıq yığımı Staxanovçuları (film, 1937)(I)
== Məzmun == Elmi-kütləvi filmdir. Burada məşhur pambıqçı Bəsti Bağırova tərəfindən tətbiq edilən iki əllə pambıq yığma üsulu haqqında danışılır. == Film haqqında == Film saxlanılmayıb. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: İvan Tartakovski Operator: Mirzə Mustafayev == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 57.
Pambıq yığımı Staxanovçuları (film, 1937)(II)
== Məzmun == Elmi-kütləvi filmdir. Burada məşhur pambıq ustası Qüdrət Səmədovun iki əllə pambıq yığmasından, onun iş üsulundan söhbət gedir. == Film haqqında == Film saxlanılmayıb. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: İvan Tartakovski Operator: Mirzə Mustafayev == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 57.