Açılan Rostov dəmiryol körpüsü
Açılan Rostov dəmiryol körpüsü — üç aşırımlı, iki zolaqlı açılan, Don çayı üzərində inşa edilmiş dəmiryol körpüsü. Körpü Rostov-na-Donu şəhərində Temernik çayının mənsəbinə yaxın ərazidə, Rostov-Qlavnı və Zareniya stansiyaları arasında yerləşir. Buradan Rostov ərazisindən keçən sərnişin qatarlarının böyük əksəriyyəti və yük qatarlarının isə bir qismi buradan keçir.
== Tarixi ==
=== 1874-ci il körpüsü ===
Burada ilk dəmiryol körpüsü 1873—1874-cü illərdə Vladiqafqaz dəmiryollarının rəhbərliyi altında Erast Mixayloviç Zubovun layihəsi əsasında yaradılmışdır. Bu körpü bir xəttli beş aşırımlı körpü olmuşdur.
Bu körpü gəmilərin hərəkəti üçün çətinliklər törədirdi. Bəzən isə hətta toqquşmalar baş verirdi. Bu məqsədlə hətta eniş barjası istifadəyə verilmişdir. Barjanın hədəfi gəmiləri sərbəst şəkildə üzü axara və əksinə istiqamətdə endirmək olmuşdur.
=== 1917-ci il körpüsü ===
Əlverişsizliyi ucbatından 1912-ci ildə 40–50 m aşağı axarda bir xəttli körpünün əvəzinə iki xəttli körpü inşa etmək qərara alınır.